Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə86/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   82   83   84   85   86   87   88   89   ...   103

178 
 
saplar  məşhur  idi.  Təbrizdə  həmçin in  Eldənizlərin  sikkə  sarayı  yerləşirdi
1
.  Bütün 
bu mallar Şərq və Qərb ölkələrinə aparıhrd ı
2

Təbrizdə ço xlu yaşayış binaları və ictimai idarələr tikilirdi.  Şəhərdə bir neçə 
mədrəsə  var  idi  ki,  onlardan  biri  Şəmsəddin  ət-Tuğrayinin

şəxsi  vəsaiti  ilə 
tikilmişdi. Şəhərdə və onun ətrafında bir neçə ziyarət  yeri mövcud idi, buna görə də 
Təbrizdə "çoxlu alim və zahid var idi".
4
 
Təbrizin  ətraf  yerləri  bağlar  içərisində  qərq  olmuşdu,  onların  mey-vələri 
dadı və keyfıyyəti ilə məşhur idi
5

Azərbaycanm  möh kəmləndirilmiş  ən  qədim  şəhərlərindən  biri  Ərdəbil  idi. 
Özünün  sənətkarhq  məhsullan  ilə  -  "zərif  qara  zərxara  parçaları  (came),  xələnc 
ağacından düzəldilmiş  məmu latı  (aləti  çubine),  daraqları,  fıncanları,  saxsı  qabları 
(k asa),  musiqi  alətlə ri  (saz),  arabaları  ilə"
6
  -  məşhur  idi.  Başqa bir  mənbədə  qeyd 
edilir  ki,  şəhərlə  Xəzər  sahili  arasında  "sıx  meşəli  sahə  vardır.  Boşqab  və  qab-
qacaq  düzəldilməsi  üçün  istifadə  olunan  əl-xələnc  ağacını  həmin  yerdən  kəsib 
gətirirlər. Şəhərdə qab-qacaq düzəldən çoxlu sənətkar vardır"
7

1220-c i ildə  Yaqut əl-Hə məvin in olduğu Uşnu və Urmiya şəhərləri "böyük" 
şəhərlər  id i.  O,  burada  çoxlu  bağ  və  meyvələrin,  xüsusilə  də  ku mmasray
8
  növlü 
armudun  bolluğunu  qeyd  edir.  Bu  növ  armudu  o  "heç  yerdə  görməmişdi,  o nlar 
korlan mad ığı üçün uzaq yerlərə aparılırdı"
9
. Bu şəhərlərdən " xalçalar, balışlar, qoz, 
qoz, sumax, bal, yağ və fıtə ixrac edilird i"
10

Urmiya şəhəri atabəy Müzəffərəddin Özbəkin himayəsi altında id i
11

Möhkəmləndirilmiş  qalası  olan  Sürməri  şəhəri  "qədimdən  Azər-baycan 
dairələri tərkibinə daxil  idi"
12
. Şəhər in kişaf etmiş kustar sənayeyə malik  idi. İxrac 
olunan  mallar  içərisində  sürətlə  qaçan  əla  atları,  yəhərləri,  oxqabı,  silah,  xalça 
(səcadə), yaxşı rəngli çullar (kəfəl-puş), xırdabuynuzlu  mal, ö küz, bal və əla çaxırı 
qeyd etmək o lar
13

Xoy  möhkəmləndirilmiş  şəhər  idi.  Buradan  zərxara  (diba),  fıtə,  nazik 
kətandan  (karbas)  hazırlan mış  paltar  və  əla  mis  qab-qacaq  ixrac  olunurdu
14

                                                                 
1
 Zəkəriyyə əl-Qəzvini, səh.339; Yaqut, II, səh.363; əl-Bakuvi, səh.67. 
2
 Yaqut, II, səh.363. 
3
 Ən-Nəsəvi, səh.165. 
4
 Н.Д.Миклух о-Маклай.Аноним XIIIв., стр,204. 
5
 Yenə orada: əl-Bakuvi, səh.67. 
6
 Н.Д.Миклух о-Маклай, ыэр. 196. 
7
 Zəkəriyyə əl-Qəzvini, səh.291. 
8
 Р.Дози, II стр.487. 
9
 Yaqut, I, səh.202, 262; müq. et: Həmdullah Qəzvinin, səh.87. 
10
 Н.Д.Миклух о-Маклай.Аноним XIIIв., стр,197. 
11
 Yaqut, I, səh.202-203. 
12
 Ən-Nəsəvi, səh.259. 
13
 Н.Д.Миклух о-Маклай.Аноним XIIIв., стр.205. 
14
 Yenə orada, səh.206; Yaqut, III, səh.484.  


179 
 
Burada  culah  (hörümçək  toruna  bənzər  toxu ma)  adlanan  ipək  parça  
hazırlay ırdılar
1

Marağa  -  "Azərbaycanda  ən  məşhur  və  ən  böyük  şəhərdir.  Orada  ço xlu  
abidə, tikinti,  mədrəsə və ev (xanəgah) vardır. Şəhər ədəbiyyatçıların və şairlərin, 
hədis  və  fəqih  bilicilərinin  əsas  mərkəzi  idi"
2
.  Buradan  buğda,  pambıq,  ü zü m  və 
mü xtəlif meyvələr ixrac o lunurdu, bütün bunlar burada olduqca ucuz idi
3

Mənbədə  biz  həmin  dövrün  məşhur  marağah  tacirinin  adın ı  aşkar  edə 
bildik: İmadəddin Əbu Məhəmməd Müsafır ibn Musa ibn Əli ət-Təbrizi əl-Marağ i. 
O,  "əla  və  mehriban  üzlü  tacir  idi,  ipək,  kətan,  pamb ıq  parçaları  və  o nlardan 
hazırlan mış geyimləri gözəl tanıy ırdı, onların q iy mətlərini ço x yaxş ı bilirdi"
4

XIII-XIV  əsrlərin  Bakısı  haqqında  yazılı  mənbənin  verdiyi  mə lu-mat  
olduqca  maraqlıdır.  "Bakı  qalasının  divarları  dəniz  sulan  ilə  yuyu lur.  Dəniz  ço xlu 
divar  qalaların ı  batırmış  və  məscidə  yaxınlaş mışdır.  Oran ın  torpağı  qayalıqdır  və 
evlərin  ço xu  qayalar  üzərində  tikilmiş dir.  Burada  əncir,  nar  və  üzü m  boldur. 
Bağlar  uzaqda  yerləşir  və  şəhər  sakinlərinin  ço xu  yay  vaxtı  ora ya  köçür,  b ir 
müddət  orada  yaşayır,  sonra  isə  geri  qayıdırlar.  Onlar  hər  il  belə  edirlər.  Şəhərin 
daşdan iki  möhkəm qalası vardır.  Onlar yaxşıca  möhkəmləndirilmişdir.  Qala lardan 
biri böyükdür, dənizin kənarındadır.  Dənizin dalğaları onun divarların ı döyəcləyir. 
Bu, tatarların məğlub edə bilməd ikləri qa ladır. O biri qala  birincidən ucadır"
5

Eldənizlər  dövründəki  Azərbaycan  və  Arranın  başqa  şəhərləri  haqqında 
yazılı  mənbələrdə  məlu mat bir qayda olaraq olduqca qısadır.  Lakin bu şəhərlərdən 
hər  birin in  özünəməxsus  xüsusiyyəfləri  və  yalnız  bir  şəhərə  xas  olan  peşə  və 
sənətləri var id i. Məsələn, Bərdədən ipək və nar, Səlmastdan zərxara, kətan və mis 
qablar, Şabrandan ipək, Şamxo rdan gil qab, bıçaq ixrac olunurdu
6

Qeyd  etmək  lazımd ır  ki,  A zərbaycan  Atabəyləri  dövründə  Dvin  şəhəri  bu 
dövlətin  tərkibində  id i.  Ərəb  mənbələri  Dvin in  və  onun  ətrafının  Azərbaycan 
torpağına mənsub olduğunu qeyd edirlər
7
. Dvin qısa müddətə gürcülərin əlinə keçdi 
keçdi  (1162)
8
.  Atabəy  Əbu  Bəkrin  hakimiyyəti  dövründə  1203-cü  ildə  Dv in 
yenidən  gürcü  torpaqlarının  tərkib inə  daxil  oldu,  lakin  tezliklə  Xarəzmşah 
Cəlaləddin Manqburnu şəhəri tutdu
9

                                                                 
1
 Zəkəriyyə əl-Qəzvini, səh.527. 
2
 Yenə orada, səh.562; Yaqut, VIII, səh.4-6. 
3
 Həmdullah Qəzvini, səh.88. 
4
 İbn əl-Fuvati, IV/2, səh.861. 
5
 Ə1-Bakuvi, səh.l84. 
6
 Н.Д.Миклух о-Маклай.Аноним XIIIв., стр ,201. 206, 207. 
7
 Məsələn bax: Əl-Öməri, səh.114; Əbül-Fida, III, səh.582; əl-Məkrizi, əs-Süluk, səh.l, 40, 42; İbn 
Xaldun, V, səh.171.  
8
Vardan, səh.155, 169. 
9
 Ən-Nəsəvi, səh.156, 159. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə