Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə87/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   83   84   85   86   87   88   89   90   ...   103

180 
 
Dvindəki numizmatika tapıntıları onun Azərbaycan şəhərlərindən olduğunu 
sübut  edir.  X.A.Muşeqyanın  yazdığı  kimi,  " Dvində  Özbəkdən  başqa  Eldənizlər 
sülaləsinin  bütün  nümayəndələrin in  pullan  və  daha  çox  Eldən izin,  Qızıl  Arslanın 
və Əbu Bəkrin sikkələri  işlənird i.  Eldənizlərin sikkələri  Dvində geniş yayılmış və 
şəhərin  numizmatik  materialında  ən  böyük  qrupu  təşkil  edir.  Başqa  cür  də  ola 
bilməzd i,  çünki  XII  əsrin  ikinci  yarısından  XIII  əsrin  əvvəllərinədək  Dvin 
Eldənizlərin bilavasitə hakimiyyəti altında id i"
1

Orta  əsr  müəllifləri  Azərbaycan  şəhərlərinin  sənətkarhq  məhsulları  və 
onların  başqa  yerlərə  aparılması  haqqında  məlu matdan  başqa,  ölkənin  ayrı-ayrı 
əyalət və vilayətlərində ixrac olunan əşya və mallar  barəsində də ümumiləşdirilmiş 
məlu mat  vermişlər.  Məsələn,  Arrandan  başqa  yerlərə  ipək,  düyü,  xırda  və 
iribuynuzlu  mal-qara və çoxlu miqdarda at aparılırdı
2
. Burada,  Kür və Araz çayları 
üzərində satış məqsədilə balıq ovlamaq iiçün xüsusi bəndlər tikilird i
3

Quştəsfı vilayətində düyü və buğda becərilirdi. Bu rada ço xlu su arxları var 
idi, onlarda saxlanıları su quşları və bahqlardan çoxlu gəlir əldə edilirdi. Mənbələr 
xəbər verir ki, "elə o lurdu ki, birdən yüz qaz bir dinara satılırdı"
4
. Orta əsr müəllfifi 
müəllfifi  Muğan  vilayəti  haqqında  belə  yazmışdır:  "Dünyanın  məskunlaşmış 
hissəsində Arrandakı qədər tikili (imarət) [yo x]dur"
5

Bu  dövrdə  Azərbaycanda  möhkəmliliyi  və  alın mazlığı  ilə  məş hur  olan 
çoxlu qalalar var id i. On lar  xarici  işğalçıların hücumunun qarşısını almaqda böyük 
rol  oynayırdılar.  Belə  qalalardan  Azərbaycan  Atabəylərinin  xəzinəsi  saxlanan 
Əlincəqalanı,  Şutur  qalasını  (Gəncədən  40  km  şərqdə),  Ru in-Dej,  Tala,  Qotur, 
Dizmar,  Dərə-Dej,  Nou-Dej,  Qəhrəm,  Şahi,  Şəmiran,  Zaris,  Mahan,  Mərdankini, 
Firuzabad,  Hayzən,  Balək,  Əliabad,  Balduk,  Ucan  və  başqa  qalaları  göstərmək 
olar
6

Azərbaycan  Atabəyləri  dövlətinin  yüksəlişinin  ən  yüksək  zirvə -sində,  yəni 
Atabəy  Eldənizin  və  onun  oğlanların ın  dövlətə  başçılıq  etdiklə ri  dövrdə  dövlət 
xəzinəsinə  daxil  o lan  gəlir  böyük  məb ləği  təşkil  edirdi  və  "Azərbaycan  pulla  və 
insanlarla zəngin olan b ir ölkə idi"
7

Azərbaycan  Atabəyləri  dövlətinin  tərkib inə  daxil  olan  başlıca  əyalətlərdən  
biri  də  Fars  İraqı  idi.  Buradan  xəzinəyə  gələn  illik  gəlir
8
  25,2  milyon  ilxan ilər 
                                                                 
1
 Х.А.Мушнгян, стр. 8, 9, 16, 29, 53, 63, 86-96. 114-151,150-151. 
2
 Н.Д.Миклух о-Маклай.Аноним XIIIв., стр.199. 
3
 Əl-Bakuvi. səh.84. 
4
 Ən-Nəsəvi, səh.222. 
5
  Н.Д.Миклух  о-Маклай.Аноним  XIIIв.,  стр  199;  Zəkəriyyə  əl-Qəzvini  səh.254;  Yaqut,  VIII, 
səh.198-199. 
6
 Bu  qalalar  haqqında  Yaqutun,  Zəkəriyyə  əl-Qəzvininin, Həmdullah Qəzvininin,  əl-Nəsəvinin və 
başqalarının əsərlərində münasib yerlərə bax. 
7
 İbn əl-Əsir, IX, səh.367. 
8
  Fars İraqı  Azərbaycanla,  Ərəb  İraqı  ilə, Xuzistanla,  Farsla, Dəştə Kəbir  səhrası  ilə, Qumislə və 
Gilanla həmsərhəd idi. 


181 
 
dinarını  təşkil  edird i
1
.  Azərbaycan  Atabəyləri  dövründə  Azərbaycan  əyalətinin 
verdiyi  illik  gəlirin  məb ləği  20  milyona  yaxın  ilxanilər  dinarı  və  ya  8,57  milyon 
abbasilər  dinarından  ibarət  idi
2
.  Arran   və  Muğan  əyalətlərindən  Atabəylərin 
xəzinəsinə  daxil  o lan  illik  gəlir  3  milyon  ilxanilər  dinarı  və  ya  12,3  milyon 
abbasilər d inarına bərabər idi
3

Monqol  işğalıdan  qabaq  Quştəs fi  vilayətindən  ahnan  gəlir  ildə  1  milyon 
ilxanilər  d inarı  və  ya  0,5  milyon  abbasilər  dinarını  təşkil  edirdi
4
.  Təxminən  bu 
qədər məb ləğ ildə Şirvanşah xəzinəsinə də daxil o lurdu
5

Bundan  əlavə,  Azərbaycan  Atabəylərinin  xəzinəs i  atabəy  Eldənizlərin 
vassallarından  -  Fars,  Mosul,  Kirman,  Xu zistan  və  Xilat  atabəylərindən  alınan 
gəlir hesabına zənginləşird i. 
 
 
 
XII əsrdə və XIII əsrin əvvəllərində Azərbaycan Atabəyləri 
dövlətində sikkə zərbi və pul tədavülü 
 
Atabəy  Qızıl  Arslanın  hakimiyyəti  dövrünə  ən  yüksək  zirvəyə  çatan  ilk 
Eldənizlərin  hərbi-siyasi  müvəffəqiyyətləri,  şübhəsiz  ki,  onlann  iqtisadi  qüdrəti 
əsasında  qazanılırdı.  İqtisadi  qüdrətin  potensial  imkanları  isə  Azərbaycan 
Atabəyləri  dövlətində,  onlann  vassallarında,  həmçin in  Şirvanşahlar  dövlətində  və 
vassallarında  maliyyə  işlərinin  vəziyyətini,  sikkə  kəsilməsin in  və  tədavülünün 
xüsusiyyətlərini nəzərə almadan mü mkün deyildir. 
Monqollara  qədərki  Azərbaycanın  iqtisadi  vəziyyəti,  qeyd  olun-duğu  kimi, 
məhsuldar  qüvvələrin  artması,  ticarətin  və  əmtəə-pul  münasibətlərin in 
genişlənməsi  ilə  səciyyələnir.  Lakin  bu  proses  hələ  davam  etməkdə  o lan  gü müş 
çatışmazlığı şəraitində gedirdi. Tədiyyə vəsaiti kimi gü müş mislə əvəz o lunmuşdu 
və  aydındır  ki,  bu  hal  həmin  dövrün  istehsal  və  mübadilə  xü susiyyətləri  ilə 
bağlıdır. 
Məlu m  olduğu  kimi,  hələ  Azərbaycanda  Atabəylər  dövlətinin  yaranması 
ərəfəsində  maliyyə  işlərində,  gü müş  böhranına  görə,  bütün  Şərqdə  sikkə-pul 
sistemi  misə  əsaslanırdı,  yəni  əsas  tədiyyə  vasitəsi  kimi  mis  sikkələr  kəsilir  və 
                                                                 
1
  Abbasilərin (qızıl)  dinarı  Qazan xanın hakimiyyət  dövrünün  və  ya "Xani  əsrinin"  (1300 -cü  ilin 
əvvəli) 2 V
3
 dinarına bərabər idi, yəni 7 ilxanilər dinan 3 abbasilər dinarına bərabər idi. 3 abbasilər 
dinan 14  dirhəmə  bərabər  idi.  Həmdullah Qəzvininin  zamanında  bu  7  dinar 6  abbasilər  dinarına 
bərabər idi (Həmdullah Qəzvini əsərinin 32-33-cü səhifələrindəki Q.le-Strencin 1-ci qeydinə bax). 
Beləliklə, Fars İraqından alman illik gəlir 10,8 milyon abbasilər dinarını təşkil edirdi. 
2
 Həmdullah Qəzvini, səh.78. 
3
 Yenə orada, səh.91. 
4
 Həmdullah Qəzvini, səh.94. 
5
 Yenə orada, səh.93. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə