Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə90/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   86   87   88   89   90   91   92   93   ...   103

188 
 
gedirlər
1
.  Təbriz  kəndlərindən  birində  bulaq var  imiş.  Əgər  onun suyunda bir  şey 
bişirib,  həlimi  içsələr,  onda  bişmişin  suyu  işlətmə  vəsaiti  kimi  mədəyə  əla  təsir 
edirdi"
2

Gəncənin yaxınlığındakı dağlarda mövz və ya xar [tut] adlanan bitki var idi. 
O,  "Suriya  tutuna oxşayır  və  qaraciyər  ağrısını  sakitləşdirir.  Gəncə  və  Şirvandan 
başqa o heç yerdə yoxdur"
3

Şirvanda  "tülkü  xayası"  (enliyarpaqlı  səhləb)  ad lanan  qəribə  bitki  var  idi. 
Bitki  iki  yumurtacığa  (xayaya)  o xşayır:  biri  solğun,  dig əri  təzə.  Solğun  cinsiyyət 
potensialını zəifləd ir, təzə isə onu qüvvətləndirir
4

 
VII FƏS ĠL 
TORPAQ MÜLKĠYYƏTĠ 
FORMALARLI VERGĠLƏ R 
 
Səlcuqilər dövründəki torpaq mülkiyyəti növlərinə  - sultan, len (iqta), şəxsi 
və vəqfı - aid bizim  məlu matlarımız o lduqca mü xtəlifdir.  İqta torpaqları haqqında 
daha  ətraflı  məlu mat  olduğu  halda,  xüsusi  mülkiyyət  və  başqa  torpaq  mülkiyyəti 
növlərinin  miqdarına  aid  biliklərimiz  ço x  azd ır.  Tədqiqatçılar  göstərirlər  ki,  bu 
çatışmazlığın  əsas səbəbi yazılı mənbələrdəki materialların mü xtəlifliy ində, rəqəmi 
məlu matların,  yer  adları  siyahısının  və  s.  olmamasındadır
5
.  Mənbələrin  b izə 
verdiyi  həmin  cüzi  materiallardan  istifadə  edərək,  biz,  hər  halda,  A zərbaycan 
Atabəyləri  dövlətində  olan  torpaq  mülkiyyəti  formalarının  və  dərəcələrin i  təsvir 
etməyə və səciyyələndirməyə çalışacağıq. 
Tac  torpaqları,  yaxud  seçilmiĢ  (xass)  torpaqlar.  Sonuncu  İraq 
Səlcuqilərinin  və  Azərbaycan  Atabəylərinin  hakimiyyəti  dövründə  xüsusi 
mü lkiyyətə daxil o lmayan  xass və həmçin in başqa torpaqlar Sultanın və Atabəyin 
ixtiyarında  idi.  Onlar  həmin  torpaqları  istədikləri  kimi  idarə  edirdilər.  Tac 
torpaqlarından  yalnız  hakim  sülalənin  nü mayəndələri  iqta  pay  torpağı  ala  bilərdi. 
Sultan və Atabəy nəslindən olmayan şəxslərə isə başqa torpaqlardan iqta ayrılırdı. 
Mənbələrdə  tac torpaqları  əmlak  ("mülk"ün  cəmi),  yəni  "torpaq  yeri",  "gəlir 
yeri" sözünə xass (xüsusi, seçilmiş) sözünü əlavə etməklə əmlak əl-xass adlanır. 
Azərbaycan  Atabəyləri  dövlətində  atabəy  Şəmsəddin  Eldənizin   daimi 
yaşayış  yeri  olan  Naxçıvan  vilayətinin  torpaqlan  tac  (xass) torpağı  idi
6
.  Atabəyin 
555  (1160)-c ı  ildə  hakim  İnancdan  zəbt  etdiyi  Rey
7
  öz  ətrafı  ilə  və  Hə mədan 
                                                                 
1
 Əl-Bakuvi, səh.67. 
2
 Zəkəriyyə əl-Qəzvini, səh.277; əl-Bakuvi, səh.68. 
3
 Zəkəriyyə əl-Qəzvini, səh.351; əl-Bakuvi, səh.91. 
4
 Zəkəriyyə əl-Qəzvini, səh.404; əl-Bakuvi, səh.95. 
5
 Cl. Cahen. L'evolution, p.49; H.Horst, p.60. 
6
 Əl-Hüseyni, vər.71a; ən-Nəsəvi, səh.208-209. 
7
 Əl-Hüseyni, vər.82b, 86a. 


189 
 
vilayəti
1
,  Gəncə  və  "ona  birləşdirilmiş  Beyləqan,  Şəmkur  və  Şutur"
2
,  Beyləqan və 
Ərdəbil
3
, Səlmast, Urmiya və Xoy əyalətləri
4
 də onun xass torpaqları sırasında id i. 
Hökmdarların  saraylarına  zəruri  olan  ərzaq  və  heyvanlarına  lazım  yem  bu 
xass  torpaqlarından  götürülürdü.  Məsələn,  548  (1153) -ci  ildən  başlayaraq  oğuz 
türkmənlər Su ltan Səncərin  mətbəxi üçün hər  il 24  min qoyun gətirirdilər
5
.  Vəzir 
Şərəf əl-Mülk Bey ləqan xass torpağından Sultan Cəlaləddin Manqburnun sarayına 
nələrin  gətirild iyini belə göstərir: "Beyləqanın gəlirindən mətbəxə, çörəkxanaya və 
tövləyə min qoyun, min məkku k buğda, min məkkuk arpa"

verilirdi. 
Yerli  hakim  sülalələrin  qadınlarına  və  qızlarına  evlən məklə  də  xass 
torpaqlar  əldə  etmək  olurdu.  Su ltan  Cəlaləddin  Manqburnu  bu  cür  kəbinləri  ço x 
həvəslə  kəsdirird i.  1228-ci  ildə  o,  Azərbaycanda  olarkən  atabəy  Özbəkin  arvadı 
Məlikə  xatını  aldı  və  bununla  da  Xoy,  Səlmast  və  Urmiyanı  ətraflan  ilə  birlikdə 
xass  torpaqlarına  b irləşdirdi
7
.  Sonra  Cəlaləddin  yenə  də  həmin   məqsədlə  atabəy 
Özbəkin  oğlu  Xamuşun  arvadı  Sü lafə  xatm  Dej-banunu  -  Marağanın  və  ona 
həmhüdud qalaların (Ruin-Dej, Dərə-Dej) hakimini ald ı.
8
 
Atabəy Özbəkin bacısı Cəlaliyyəni - Azərbaycan Atabəylərinin şəxsi  mülkü 
sayılan  Naxçıvanın  hakimin i  əvvəlcə  Cəlaləddinin  qardaşı  Qiyasəddin  Pir  şah
9

sonra  isə  Cəlaləddin  özü  aldı
10
.  Bütün  bu  evlənmələr  mü lk  sahibləri  olan  bu 
qadınların təşəbbüsü nəticəsində baş verirdi, çünki sultan nəslinə kəbin li olmaq la, 
onlar  mülklərin in  toxun mazlığın ı  təmin  edir,  sultan  məmurlarının  bu  mülklərə 
təcavüz  etmələrin in  qarşısını  alır,  onların  torpaqları  tac  (xass)  torpaqları  olaraq 
qalırd ı. 
Quştəsfi  əyaləti  də  xass  torpaqlarına  aid  id i.  Vəzir  Şərəf  əl-Mülk 
Şirvanşahın  canişinlərini  (amillərini)  oradan  qovub,  əyaləti  1225-ci  ildə  200  min  
dinara  icarəyə  verdi,  sonra  da  Sultan  Cəlaləddin  oranı  iqta  kimi  Şirvanşahın  oğlu 
Cəlaləddin Sultan şaha verdi
11

Sürməri  əyaləti  də  xass  torpağına  çevrildi  və  Sultan  Cəlaləddin  oranı 
keçmiş sahibinə - Hüsaməddin Xızra iqta payı verdi
12

                                                                 
1
 Yenə orada, vər.88b. 
2
 Ən-Nəsəvi, səh.163. 
3
 Yenə orada, səh.175, 199. 
4
 Yenə orada, səh.200. 
5
 Ravəndi, səh.173. 
6
 Ən-Nəsəvi, səh. 175; Məkkuk - dənli bitkilər üçün ölçü olub, 24,75 litrə bərabərdir. 
7
 Yenə orada, səh.164. 
8
 Yenə orada, səh.204. 
9
 Yenə orada, səh.120. 
10
 Yenə orada, səh.229. 
11
 Ən-Nəsəvi, səh.222. 
12
 
Yenə orada. səh.252-253.
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə