Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə88/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   84   85   86   87   88   89   90   91   ...   103

182 
 
işlənilirdi.  Ümu mi  alıcılıq  vasitəsi  kimi  isə  qızıl  tətbiq  edilirdi.  Onu  kəs mək 
ixt iyarı isə yalnız Böyük Sə lcuq sultanların ın əlində id i. 
Gü müş  böhranına  məruz  qalmış  ölkələrin,  o  cü mlədən  də  Azər-baycanın 
maliyyə  işləri  p roblemi  yeni  deyildir.  Lakin  bu  məsələyə  dair  bəzən  də  ətraflı 
material  verən  zəngin  tarixi-nu mizmatik  ədəbiyyatın  olmasına  baxmayaraq,  bu 
problem  orta  əsr  Yaxın  və  Orta  Şərqinin  nu mizmatikasında  mübahisəli 
məsələlərdən biri olaraq qalır.  Bu  məsələ  mü xtəlif  izah və şərhləri, bəzən də "yeni 
problemləri"  doğurur.  Bununla  belə  həmin  məsələnin  tamamilə  aydınlaşması 
inanılmaz  görünən  belə  bir  faktın  şərhinə  kö mək  edə  bilər  ki,  mis  sikkələrin  
kəsilməsi Azərbaycan tarixinin "qızıl əsri" ilə eyni  zamanda olmuşdur. 
50  ildən  artıq  elmi  mübahisəyə  səbəb  olan  bu  nadir  iqtisadi  hadi-sənin 
səbəbləri  haqqında  indi  danış mağa  ehtiyac  yoxdur.  Hal-hazırda.  yəqin  ki,  hamı 
belə bir faktla razılaşır ki,  Şərqdə gümüşün çatışma masının əsas səbəbləri onun X-
XIII  əsrlərdə  Şimal  ölkələri  ilə  geniş  ticarət  əlaqəsində  olan  müsəlman   dünyası 
ölkələrindən  çoxlu  miqdarda  daşınması,  gü müş  mədənlərinin  tükən məsi,  gümüş 
ixrac edən ölkələrdə bu metal ehtiyatın ın azalması olmuşdur. Bu  isə getdikcə daha 
çox  tədiyyə  vasitəsi  tələb  edən  şəhərlərin  gələcək  in kişafına  və  əmtəə  istehsalının 
artmasına  əks-təsir  göstərirdi.  Bütün  bunlar  şübhə  doğurmur,  lakin  gümüş 
böhranının  nəticələri  haqqında  bunu  demək  olmaz.  Bu  məsələ  barədə  ən  yeni 
tədqiqatlar  daxili  tədiyyə  vasitələri  sahəsində  misin  hökmranlığı  dövründə  sikkə 
kəsilməsində  və  pul  tədiyyəsində  real  vəziyyətin  xarakteristikasından  hələ  çox 
uzaqdır.
1
 Azə rbaycan ərazisində XII əsr və  XIII əsrin əvvəllərinə a id aşka r ed ilən 
ayrı-yarı sikkələrin və bir sıra sikkə  xəzinələri haqqındakı topoqrafik  məlu matların  
öyrənilməsi  A zərbaycanda  və  bütün  Qafqazda  gü müş  böhranı  dövründə 
pulkəsmən in  və  mis  sikkələrin  tədiyyəsinin  bəzi  mühüm  xüsusiyyətlərini 
aydınlaşdırmağa  imkan  verir.  Bu  xüsusiyyətlər  ondan  ibarətdir  ki,  birincisi, 
Azərbaycanda,  yəni  Azərbaycan  Atabəyləri  və  Şirvanşahlar  dövlətində  mis 
sikkələrin kəsilməsi hələ əsrimizin əvvəllərində, prof.  Y.A.Paxo movun qeyd etdiyi 
kimi, iki şəkildə -  Eldənizlərdə "düzgün" və "düzgün olmayan", Şirvanşahlarda isə 
"düzgün olmayan" şəkildə icra o lunmuşdur. 
Az əhəmiyyətli olmayan kiçik bir  məsələni də buraya əlavə etmək lazımdır. 
Əgər  Eldənizlərin  vassalları  (məsələn,  Əhərin  məlikləri)  hər  iki  növ  mis  sikkəni 
kəsirdilərsə,  Şirvanşahların  şimal  qonşuları  olan  Dərbənd  məlikləri  isə  yalnız 
"düzgün  olmayan"  pulkəsmə  növü  ilə  kifayətlən irdilər.  İkincisi,  mis  pulların  
tədiyyə dairəsi məhəlli  xarakter daşıyırd ı, yəni bu sikkələr  kəsild ikləri dövlətlərin  
ərazisində  tədiyyə  olunurdu.  Mis  pulları  tədiyyəsinin  belə  məhdudlaşdırılması 
tapılmış  pullar  əsasında  düzəldilmiş  xəritədə  (2-ci  şəkil)  əyani  əks  olun muşdur. 
                                                                 
1
 M.Seyfəddini, səh.23 və sonrakı səhifə; P.А.Гусеинов, Из истории, стр. 103-104. 228 
 


183 
 
Xəritə  Y.A.Paxo mov  tərəfındən  "Azərbaycanın  və  Zaqafqaziyanın  digər 
respublikala rın ın sikkə dəfinələ ri" (I və IX bura xılış) əsərində nəşr olun muşdur. 
Bundan əlavə, həmin dövrün pul xəzinələrin in tərkib indən görün düyü kimi, 
onlarda  açıq-aşkar  iki  növ  mis  sikkələrin  aynlmasının  izləri  vard ır:  qarışıq  mis 
sikkə  xəzinələrindən  əlavə  ("düzgün"  və  "düzgün  olmayan"  növ  pulkəsmə), 
onların ayrıca toplan ması və torpağa basdırılması halları da az deyildir. Bu iki növ 
misin tədiyyə vasitəsi funksiyasının praktiki  icrasın ın  mü xtəlif üsulların ı göstərən 
həmin  məsələ  ilə  əlaqədar  olaraq  son  vaxtlar  Talış  zonasında  tapılmış  və 
Azərbaycan Tarixi Mu zeyinə daxil o lmuş iki sikkə xəzinəsi diqqətəlayiqdir.  
Astara  rayonunun  Məşkan  kəndində  tapılmış  birinci  sikkə  xəzinəsi 
bütünlüklə "düzgün" kəsilmiş mis sikkələrdən - sonuncu Azərbaycan Atabəyləri və 
onların  əhərli  vassallarının  adından  zərb  olunmuş  mis  dirhəmlərdən  ibarətdir. 
1974-cü  ilin  noyabrında  Masallı  rayonunun  Xırmandalı  kəndində  tapılmış  ikinci 
xəzinədə  yalnız  "düzgün  olmayan"şəkildə  eyni  hökmdarların  adından  kəsilmiş 
balaca mis sikkələr vardır. 
Azərbaycanda  və  Qafqazda  gümüş  böhranı  dövründə  dövlət  daxilindəki 
(şəhərdə  və  şəhərlər  arasında)  pulla  ticarətin  tələblərini  "pul  vahidi"  şəklində 
ödəyən  mü xtəlif  mis  sikkələrin  kəsilməsində,  onların  tədiyyə  vasitələrində  və 
işlən mə  dairələrində  dəqiq  təsnifat  müşahidə  olunur.  Bu  təsnifat  Azərbaycan 
ərazisində  həm  tək-tək,  həm  də  bütöv şəkildə,  bəzən  ço x  böyük  xəzinə  halında 
tapılmış XI-XII əsrlərə aid Bizansın qızıl sikkələrinə ço x uyğun gəlir.  


184 
 


185 
 
Bu tapıntılardan göründüyü kimi,  Bizans qızılı Qafqazda çox geniş  yayılmış ödəmə 
vasitəsi  qruplarından  biri  idi  və  Səlcuqilərin  qızıl  dinarları  ilə  müvəffəq iyyətlə 
rəqabət  aparırdı.  Gü müşün  (hər  yerdə  və  tam)  yo x  olması  nəticəsində  burada 
əmələ gələn boşluq dolur və bununla əlaqədar olaraq həm ü mu mi ödəmə vasitəsi, 
həm də beynəlxalq valyuta metalı kimi q ızılın əhəmiyyəti artmışdı. 
Bununla  belə  qeyd  etmək  lazımd ır  ki,  Eldənizlərin  və  ya  Şirvanşahların 
qızılı  indiyədək  bizə  məlu m  deyildir.  Burada  söhbət,  şübhəsiz  ki,  sadəcə 
təsadüfdən getmir.  Əgər belə bir  imkanın o lmadığ ını qəbul etsək, onda bu qərara 
gəlmək  lazımd ır  ki, nə Eldənizlər, nə də Şirvanşahlar heç vaxt qızıl pul  kəsməmiş, 
daha  doğrusu,  bu  hüquqa  malik  olmamışlar.  Qeyd  olunduğu  kimi,  buna  yalnız 
Böyük Səlcuqilərin ixtiyarı var imiş. 
Əgər  Eldənizlərdən  -  A zərbaycanın  ən  nüfuzlu  və  ən  qüdrətli 
hökmdarlarından biri (məsələn, Qızıl Arslan) nə vaxtsa qızıl pul  kəsmişsə də, belə 
emissiyanı  (pul  buraxılmasını)  Bizans  solidləri  və  Səlcuq  dinarları  ilə  eyni 
bərabərdə  işlənən  pul  buraxılması  kimi  yo x,  donativ  hal  kimi  qəbul  etmək 
lazımd ır. 
Beləliklə,  aydındır  ki,  gümüşün  tədiyyə  vasitəsi  dairəsindən  yox  olması 
Azərbaycanda  əmtəə-pul  münasibətlərinin  gələcək  in kişafı  üçün  heç də  maneəyə 
çevrilmədi. Tədiyyə vasitəsi, ödəmə vasitəsi və beynəlxalq pul vasitəsi kimi onun 
funksiyaları  müvəffəqiyyətlə  mislə  və  qızılla  dəyişildi.  Azərbaycan  və  bütün 
Qafqaz  ərazisində  tapılmış  çoxlu  miqdarda  mis  və  qızıl  sikkə  xəzinələri  bunu 
sübut edir. 
Eldənizlərin  və  Şirvanşahların  daxili  və  xarici  siyasətinin,  bütün  dövlət 
fəaliyyətini, onların vassallarla və süzerenlərlə qarşıhqlı  münasibətlərinin ayrı-ayrı 
cəhətlərini  öyrənmək  üçün  sikkələr  ü zərindəki  yazılarda  mühüm  mənbələrdən 
biridir.  Ölkən in  ictimai,  iqtisadi  və  siyasi  həyatında  baş  vermiş  bu  və  ya  başqa 
dəyişiklikləri yığcam şəkildə özündə əks etdirən sikkələr evristika  baxımından çox 
maraqlı və zəngin sahədir və onun öyrənilməsi xüsusi tədqiqat tələb edir.  
 
Faydalı qazıntılar  
 
Azərbaycanm  yeraltı  sərvətləri  qədimdən  öyrənilməyə  başlan mışdır. 
Azərbaycan  Atabəyləri  dövlətində  faydalı  qazıntıların  çıxarılması  işi  demək  olar 
ki,  bizim  günlərdə  eyni  mineral  və  metalların  çıxarıld ığı  yerlərdə  aparılmışdır.  X 
əsrdən başlayaraq Əbu Dulafın, əl-Birunin in, Həmdu llah Qəzv ininin, əl-Bakuvinin  
və  başqa  müəlliflərin  əsərlərində  Azərbaycanda  faydalı  qazıntıların  geniş  surətdə 
çıxarılması qeyd olunmuşdur. 
Əl-Bakuvi  qeyd  edir  ki,  Azərbaycanda  çoxlu  mis,  dəmir,  mala xit,  kuporos 
və lazurit mədənləri vardır
1
.  
                                                                 
1
 Əl-Bakuvi, səh.62. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə