186
Moisey Kalankatuklu yazır ki, Arran (Albaniya) dağlarında, "qızıl, gümüş, mis
və oxra tapırlar.
1
Dəmir fılizi Gəncə yaxınlığında və Siyahkuh dağı yaxın lığ ındakı Kələntərdə
(Kələnbərdə) çıxarılırd ı
2
. Civə Urmiya gölünün cənub-şərqində Şizdə çıxarılırdı
3
.
Misi Gədəbəy yaxın lığ ındakı mədənlərdə
4
və xüsusilə tə miz misi olan Sava lan
dağının yaxın lığında
5
çıxa rırdılar. Təbriz sakini İmadəddin Əbu Əli və Əbu Nəsr
Məhəmməd əl-Həsən ibn Şəmsəddin ibn Əbd əl-Vah id ət-Təbrizi "Təbriz
kənarında tapılmış misi ilk dəfə çıxarmağa başladı. Bunun üçün o, burada mədən
düzəltdi"
6
.
Bakıda neft çıxarılması və onun ixracı ən qədim zamanlardan məlu mdur və
bu, bir ço x orta əsr mənbələrində göstərilir.
Azərbaycan şəhəri Şiz ətrafında qızıl, gü müş, arsen, civə və qurğuşun
mədənlərin in olması bir neçə mənbədə təsdiq olunmuşdur
7
.
Araz yaxınlığ ındakı Dərman ətrafında, Mərəndlə Biləsuvar arasında dəmir,
mis, kuporos, lazurit və kolçedan mədənləri olmuşdur
8
.
Bakıda neftdən başqa duz da çıxarılırmış. Burada "başqa ölkələ rə aparılan
əla duz çıxarırlar"
9
. Bakıda həmçin in "suiti dərilərindən kisə düzəld ir, onlara neft
doldurur və gəmilərlə başqa ölkələ rə daşıyırd ıla r"
10
.
Təbriz yaxınlığında "duzlu dağ" vardır. Oradan daş duz çıxarırlar.
Naxçıvanda da duz çıxarırd ılar
11
.
Dizmarda yaşıl xalsedon və lyapis -lazur mədəni var imiş
12
.
Azərbaycanda uca dağlarda tünd və göyümtül rəngə çalan rubin
çıxarılırmış
13
.
Bəzzdə Vasitə və Yəmənə aparılan qırmızı zəy çıxarılırmış
14
.
Müalicə suları, otları və bitkiləri
1
Моисей Каганкатвации, стр. 5.
2
Həmdullah Qəzvini, səh.194.
3
Əbu Dulaf, səh.32; əl-Biruni, səh.18; Zəkəriyyə əl Qəzvini, səh.339.
4
Киракос Гандзакеци, стр.114,121.
5
Həmdullah Qəzvini, səh.194-195.
6
İbn əl
-
Füvati, IV/2, səh. 710.
7
Əbu Dulaf, səh.32; əl-Biruni, səh.18; Zəkəriyyə əl-Qəzvini, səh.267; əl-Bakuvi, səh.72.
8
Əl-Bakuvi, səh.72.
9
Н.Д.Миклух о-Маклай.Аноним XIIIв., стр., əl-Bakuvi, dp.89.
10
Əl-Bakuvi, səh.89.
11
Zəkəriyyə əl-Qəzvini, səh.227; əl-Bakuvi, səh.68, 69.
12
Həmdullah Qəzvini, səh.195, 197.
13
Yenə orada, səh.196.
14
Əbu Dulaf, səh.37.
187
Azərbaycanın müalicə suları ço x məşhur idi. Əlbəttə, orta əsr müəllifləri
həmin suların real təsiri haqqında öz müşahidələrin i təs vir etmir, yaln ız
müasirlərinin fıkirlərini bildirir. Lakin, şübhəsiz ki, onların bir ço x məlu matları
çoxillik təcrübəyə əsaslanmışdır.
Bəzzdə və Ərdəbildə qoturluğu (keçəlliyi)
1
və kök salmış qızdırma
xəstəliyin i
2
müalicə edən isti bulaqlar o lmuşdur. Səlmastda qoturluğu və cüza mı
müalicə edən bulaq var imiş
3
. Əbu Dulaf və Yaqut belə bulaqlardan biri -
Zəravənd haqqında yazırlar: "Üstü örtülmüş və bitişmiş yarası olan adamı və ya
heyvanı həmin bulağa salsalar, altında zəifləmiş sümüklər, g izlən miş şüşə qırıqları
və dərinə batmış tikan olan yaralann ağızları açılır və oradan irin, çirk axmağa
başlayır. Təmizlən miş yaralar qovuşur və insan bu bəladan xilas olur. Mən bir
adam tanıyırdım, onu həmin bulağa aparmaq istəyirdim. Onun xəstəlikləri keçəllik,
xənazir, sancı, dəmrov, baldırlarında ağrı və daima onu narahat edən və qızd ırma
gətirən oynaqlarındakı zəiflik idi. Bundan əlavə onun bədənində ox qalmışdı.
Onun ucu ətə batmışdı. Biz qorxu rduq ki, bir gün səhər və ya axşam o x onun
qaraciyərin i deşəcək. O, üç gün [bulağın suyunda] oldu və ox onun böyründən
çıxd ı"
4
.
Əbu Dulaf həmçinin qeyd edir ki, bu bulağın yanından soyuq su axır və
"əgər adam onu içsə, özünü boğaz iltihabından, dalağın nazik damarlarının
genişlənməsindən təhlükəsizləşdirmiş olar və asanlıqla öd kisəsini yaxşılaşdırar.
Əgər görmə qabiliyyəti pis olan adam həmin bulağın soyuq suyu ilə gö zlərin i
islatsa, onda o, yaxşı görəcək, həmin bulağ ın gilini (palçığın ı, lilin i) iy ləyən
adamın gözləri isə qar korluğu (qara baxa bilməmə) xəstəliy inə məru z
qalmayacaqdır. Əgər bu bulağa heyvan girsə, onda nə o, nə də balaları qoturluq
tutmayacaqlar"
5
.
Xoy yaxınlığında Qotur adlı bulaq var idi, onun suyu qızdırma xəstəliyinə
kö mək edird i
6
. Bu rada, Vəşələ kəndi yaxın lığ ında isə "bulaq vardır, kim onun
suyunu içsə, dərhal qarnı işləyər və onun mədəsində nə varsa, hamısı boşalar. Əgər
o, hətta azacıq çörək yeyib həmin sudan içsə, yenə də dərhal qarnı işləyəcək"
7
.
Marağada "çoxlu isti bulaqlar vardır, şillər və əlillər çimmək üçün ora
gəlirlər"
8
.
Təbrizin yaxın lığında kü kürd hamamları vardır ki, onların heyrətamiz
faydalı xassələri vardır. Xəstələnənlər və xroniki xəstəliy i olan adamlar ora
1
Əbu Dulaf, səh.37; Zəkəriyyə əl-Qəzvini, səh.189; əl-Bakuvi, səh.61.
2
Zəkəriyyə əl-Qəzvini, səh.344; əl-Bakuvi, səh.90.
3
Zəkəriyyə əl-Qəzvini, səh.261; əl-Bakuvi, səh.74.
4
Əbu Dulaf, səh.39; Zəkəriyyə əl-Qəzvini, səh.261; Yaqut, II, səh.922-923.
5
Əbu Dulaf, səh.39.
6
Həmdullah Qəzvini, səh.297.
7
Zəkəriyyə əl-Qəzvini, səh.381; Həmdullah Qəzvini, səh.277; əl-Bakuvi, səh.100.
8
Zəkəriyyə əl-Qəzvini, səh.378; əl-Bakuvi, səh.80.
Dostları ilə paylaş: |