Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə89/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   85   86   87   88   89   90   91   92   ...   103

186 
 
Moisey Kalankatuklu yazır ki, Arran (Albaniya) dağlarında, "qızıl, gümüş, mis 
və oxra tapırlar.
1
 
Dəmir fılizi Gəncə yaxınlığında və Siyahkuh dağı yaxın lığ ındakı Kələntərdə 
(Kələnbərdə)  çıxarılırd ı
2
.  Civə  Urmiya  gölünün  cənub-şərqində  Şizdə  çıxarılırdı
3

Misi  Gədəbəy  yaxın lığ ındakı  mədənlərdə
4
  və  xüsusilə  tə miz  misi  olan  Sava lan 
dağının  yaxın lığında
5
  çıxa rırdılar.  Təbriz  sakini  İmadəddin  Əbu  Əli  və  Əbu  Nəsr 
Məhəmməd  əl-Həsən  ibn  Şəmsəddin  ibn  Əbd  əl-Vah id  ət-Təbrizi  "Təbriz 
kənarında  tapılmış  misi  ilk  dəfə  çıxarmağa  başladı.  Bunun  üçün o,  burada  mədən 
düzəltdi"
6

Bakıda neft çıxarılması və onun ixracı ən qədim  zamanlardan  məlu mdur və 
bu, bir ço x orta əsr mənbələrində göstərilir.  
Azərbaycan  şəhəri  Şiz  ətrafında  qızıl,  gü müş,  arsen,  civə  və  qurğuşun 
mədənlərin in olması bir neçə mənbədə təsdiq olunmuşdur
7

Araz yaxınlığ ındakı  Dərman ətrafında, Mərəndlə  Biləsuvar arasında dəmir, 
mis, kuporos, lazurit və kolçedan mədənləri olmuşdur
8

Bakıda  neftdən  başqa duz  da  çıxarılırmış.  Burada  "başqa ölkələ rə  aparılan  
əla duz çıxarırlar"
9
.  Bakıda həmçin in "suiti dərilərindən kisə düzəld ir, onlara neft 
doldurur və gəmilərlə başqa ölkələ rə daşıyırd ıla r"
10

Təbriz  yaxınlığında  "duzlu  dağ"  vardır.  Oradan  daş  duz  çıxarırlar. 
Naxçıvanda da duz çıxarırd ılar
11

Dizmarda yaşıl xalsedon və lyapis -lazur mədəni var imiş
12

Azərbaycanda  uca  dağlarda  tünd  və  göyümtül  rəngə  çalan  rubin 
çıxarılırmış
13

Bəzzdə Vasitə və Yəmənə aparılan qırmızı zəy çıxarılırmış
14

 
Müalicə suları, otları və bitkiləri 
 
                                                                 
1
 Моисей Каганкатвации, стр. 5. 
2
 Həmdullah Qəzvini, səh.194. 
3
 Əbu Dulaf, səh.32; əl-Biruni, səh.18; Zəkəriyyə əl Qəzvini, səh.339. 
4
 Киракос Гандзакеци, стр.114,121. 
5
 Həmdullah Qəzvini, səh.194-195. 
6
 İbn əl
-
Füvati, IV/2, səh. 710.
 
7
 Əbu Dulaf, səh.32; əl-Biruni, səh.18; Zəkəriyyə əl-Qəzvini, səh.267; əl-Bakuvi, səh.72. 
8
 Əl-Bakuvi, səh.72. 
9
 Н.Д.Миклух о-Маклай.Аноним XIIIв., стр., əl-Bakuvi, dp.89. 
10
 Əl-Bakuvi, səh.89. 
11
 Zəkəriyyə əl-Qəzvini, səh.227; əl-Bakuvi, səh.68, 69. 
12
 Həmdullah Qəzvini, səh.195, 197. 
13
 Yenə orada, səh.196. 
14
 Əbu Dulaf, səh.37. 


187 
 
Azərbaycanın  müalicə  suları  ço x  məşhur  idi.  Əlbəttə,  orta  əsr  müəllifləri 
həmin  suların  real  təsiri  haqqında  öz  müşahidələrin i  təs vir  etmir,  yaln ız 
müasirlərinin  fıkirlərini  bildirir.  Lakin,  şübhəsiz  ki,  onların  bir  ço x  məlu matları 
çoxillik təcrübəyə əsaslanmışdır. 
Bəzzdə  və  Ərdəbildə  qoturluğu  (keçəlliyi)
1
  və  kök  salmış  qızdırma 
xəstəliyin i
2
  müalicə  edən  isti  bulaqlar  o lmuşdur.  Səlmastda  qoturluğu  və  cüza mı 
müalicə  edən  bulaq  var  imiş
3
.  Əbu  Dulaf  və  Yaqut  belə  bulaqlardan  biri  - 
Zəravənd  haqqında  yazırlar:  "Üstü  örtülmüş  və  bitişmiş  yarası  olan  adamı  və  ya 
heyvanı həmin bulağa salsalar, altında zəifləmiş sümüklər, g izlən miş şüşə qırıqları 
və  dərinə  batmış  tikan  olan  yaralann  ağızları  açılır  və  oradan  irin,  çirk  axmağa 
başlayır.  Təmizlən miş  yaralar  qovuşur  və  insan  bu  bəladan  xilas  olur.  Mən  bir 
adam tanıyırdım, onu həmin bulağa aparmaq istəyirdim.  Onun  xəstəlikləri  keçəllik, 
xənazir, sancı, dəmrov, baldırlarında ağrı və daima onu narahat edən və qızd ırma 
gətirən  oynaqlarındakı  zəiflik  idi.  Bundan  əlavə  onun  bədənində  ox  qalmışdı. 
Onun  ucu  ətə  batmışdı.  Biz  qorxu rduq  ki,  bir  gün  səhər  və  ya  axşam  o x  onun 
qaraciyərin i  deşəcək.  O,  üç  gün  [bulağın  suyunda]  oldu  və  ox  onun  böyründən 
çıxd ı"
4

Əbu  Dulaf  həmçinin  qeyd  edir  ki,  bu  bulağın  yanından  soyuq  su  axır  və 
"əgər  adam  onu  içsə,  özünü  boğaz  iltihabından,  dalağın  nazik  damarlarının  
genişlənməsindən  təhlükəsizləşdirmiş  olar  və  asanlıqla  öd  kisəsini  yaxşılaşdırar. 
Əgər  görmə  qabiliyyəti  pis  olan  adam  həmin  bulağın  soyuq  suyu  ilə  gö zlərin i 
islatsa,  onda  o,  yaxşı  görəcək,  həmin  bulağ ın  gilini  (palçığın ı,  lilin i)  iy ləyən 
adamın  gözləri  isə  qar  korluğu  (qara  baxa  bilməmə)  xəstəliy inə  məru z 
qalmayacaqdır.  Əgər  bu  bulağa  heyvan girsə,  onda  nə  o,  nə də  balaları  qoturluq 
tutmayacaqlar"
5

Xoy  yaxınlığında  Qotur  adlı  bulaq  var  idi,  onun  suyu qızdırma  xəstəliyinə 
kö mək  edird i
6
.  Bu rada,  Vəşələ  kəndi  yaxın lığ ında  isə  "bulaq  vardır,  kim  onun 
suyunu içsə, dərhal qarnı işləyər və onun mədəsində nə varsa, hamısı boşalar. Əgər 
o, hətta azacıq çörək yeyib həmin sudan içsə, yenə də dərhal qarnı işləyəcək"
7

Marağada  "çoxlu  isti  bulaqlar  vardır,  şillər  və  əlillər  çimmək  üçün  ora 
gəlirlər"
8

Təbrizin  yaxın lığında  kü kürd  hamamları  vardır  ki,  onların  heyrətamiz 
faydalı  xassələri  vardır.  Xəstələnənlər  və  xroniki  xəstəliy i  olan  adamlar  ora 
                                                                 
1
 Əbu Dulaf, səh.37; Zəkəriyyə əl-Qəzvini, səh.189; əl-Bakuvi, səh.61. 
2
 Zəkəriyyə əl-Qəzvini, səh.344; əl-Bakuvi, səh.90. 
3
 Zəkəriyyə əl-Qəzvini, səh.261; əl-Bakuvi, səh.74. 
4
 Əbu Dulaf, səh.39; Zəkəriyyə əl-Qəzvini, səh.261; Yaqut, II, səh.922-923. 
5
 Əbu Dulafsəh.39. 
6
 Həmdullah Qəzvini, səh.297. 
7
 Zəkəriyyə əl-Qəzvini, səh.381; Həmdullah Qəzvini, səh.277; əl-Bakuvi, səh.100. 
8
 Zəkəriyyə əl-Qəzvini, səh.378; əl-Bakuvi, səh.80. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə