Azərbaycan diLİ VƏ tariXİ


Len  torpaq  mülkiyyəti  -  iqta



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə91/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   87   88   89   90   91   92   93   94   ...   103

190 
 
Len  torpaq  mülkiyyəti  -  iqta.  İstər  sənədli,  istərsə  də  ümu mi  yazılı 
mənbələrdə  rast  gəldiyimiz  iqta  sözünün  bir  termin  kimi  b ir  neçə  mənası  vardır.  
Avropa  dillərindəki  tədqiqat  və  vəsaitlərdə  iqta,  adətən,  "len",  "fyef'  (lehn,  flet) 
kimi  tərcü mə  edilir.  Yaxın  və  Orta  Şərq  iqtasına  və  onun  təkamü lünə  aid  ço xlu  
əsər  həsr  edilmişdir
1
.  Əvvəlcə,  yəni  ərəb  işğalları  qurtardıqdan sonra,  iqta  (sözün 
ilkin  mənası  -  "paylan mış",  "bölünmüş",  "ayrılmış",  "kəsik",  "pay"  deməkd ir)  
ərazilərin ayrı-ayrı idarə altına verilməsi demək  idi
2
. Sonralar isə, feodal mü lkiyyət 
mü lkiyyət  formalarının  inkişafı  ilə  bağlı  olaraq,  iqta  termininin  də  mənası 
dəyişildi.  Səlcuqilər dövründə qoşun başçılarına  - əmirlərə hərb i  xid mətlərinə görə 
haqq,  ödənc  kimi  iqta  torpağı  verildiy indən,  iqta  buyuruq  şəklində  çox  geniş  
yayılmışdı
3
.  İqta  buyuruq  torpağı  kimi  verildikdə  ondan  gələn  gəlir  (müəyyən 
məb ləğdə  pul  şəklində)
4
  və  onun  sahibinin  (muqta  və  ya  iqtadar)  dəstəsində 
döyüşçülərin  sayı  müəyyənləş dirilirdi.  Vəzir  Nizam  əl-Mülkün  vaxtında  muqta 
(iqtadar)  iqtasında  olan  əyalətdə  dövlətin  nümayəndəsi  hesab  edilirdi.  Mərkə zi  
hakimiyyətin zəifləməsi ilə bağlı olaraq, muqtanın müstəqilliyi artırdı. 
Hər hansı bir əmir iqta alıb iqtadar olanda ona yazılı tapşırıq verilirdi ki, o, 
mö min olmalı, təbəələrinə (rəiyyət) ədalətli olmalı, yumşaqlıq və qayğı göstərməli, 
onların  təhlükəsizliyin i  və  əmin-amanlığın ı  təmin  etməli,  yo xsulları  və  gücsüzləri 
varlıla rın  və  güclü lərin  təqibindən  qoruma lıdır.  İqtadar  vergilərin  alın masında 
diqqətli  o lmalı,  vicdanlı  və  ləyaqətli  vergi  yığanları  (amilummaı)  və  maliyyə 
müfəttişlərin i (mütasərrif) təyin etməli id i
5

Azərbaycan  Atabəyləri  dövlətində  iqtanın  xid mət  haqqı  kimi  verilməsinə 
aid  məlu matımız azdır. Atabəy Eldəniz  Rey və onun ətrafını tutandan sonra oranı 
oğlu Cahan Pəhləvana iqta kimi vermişdi
6
. Atabəy Cahan Pəhləvan ölümündən bir 
az  qabaq,  demək  olar  ki,  bütün  dövlət  torpaqlarını  özünün  70-ə  yaxın  məmlükü 
arasında  iqta  pay  torpağı  kimi  bölüşdürdü.  40  şəhər  öz  ətrafı  ilə  Əcəm  İraqında, 
27-i isə Azərbaycanda yerləşirdi
7
. Sədrəddin əl-Hüseyni yazır  ki,  Cahan Pəhləvan 
əvvəllər  dövləti  öz  oğlan ları  arasında  bölüşdürmək  istəyirdi,  ancaq  bu  məqsədi 
ölümünə kimi həyata keç məmişdi. 
Atabəy Qızıl A rslan iqta  mülklərinin  xid mət haqqı kimi əmirlərə verilməsi 
haqqında bir sıra fərman (mənşur) vermişdi
8

                                                                 
1
 Əsas ədəbiyyat siyahısına bax: И.П.Петрушевский. Икта, СИЭ, , cild V, sütun 785-786; Cl. Cahen. 
İkta, EL, II ed. v. III, p.1088 və b. 
2
 C.Becker, p.84. 
3
  İqtanın  müxtəlif  şəkilləri  haqqında  bax:  A.K.S.  Lambton,  Landlord,  p.60;  Eadem.The  İnternal 
structure. pp.231-239.
 
4
 İstisna hallar haqqında bax: H.Horst, p.63. 
5
 Yenə orada, səh.67. 
6
 Əl-Hüseyni, vər.82b. 
7
 Ravəndi, səh.313; Həmdullah Qəzvini, Tehran nəşri, səh.51, 85. 
8
 Ravəndi, səh.333. 


191 
 
Xarəzmşah  Cəlaləddin  Manqburnu  Azərbaycanı  tutduqdan  sonra  həmin 
torpaqları  ö z  əmirlərinə  iqta  mülkü  kimi  verdi
1
.  Daha  sonra  Xarəzmşah 
Azərbaycan  və  Arrandakı  iqta  mü lklərinin  idarə  edilməsi  hüququnu  vəziri  Şərəf 
əl-Mülkün  öhdəsinə  buraxd ı.  Vəzir  də  "özü  istədiyi  kimi,  lazım  gələndə  ya 
bağışlamaqla,  ya  da  geri  almaqla,  bu  mü lklərin  tam  səlahiyyətli  sahibi  kimi 
davranırdı"
2

İlk  əvvəllər  atabəy  Özbəkin  arvadının  ixtiyarında  olan  Səlmast,  Urmiya, 
Xoy  kimi  iqta  əyalətləri  Xa rə zmşah  dövründə  yenə  də onun  öz  əlində  qalmaqda 
idi, ancaq indi o torpaqlardan Su ltan Cə la ləddin xeyrinə vergi alınırdı
3

Xarəzmşah  Azərbaycanı  tutub,  "bir  sıra  iqta  sahiblərinə  öz  mülklərinə 
qayıtmağa  icazə  verdi"
4
.  Sürməri  və  onun  ətrafının  sahiblərindən  Şərafəddin 
Uzdərə və Hüsaməddin Xızr da belə iqtadarlardan idilər. Xarəzmşah "onlara hüquq 
və  vəzifələrini  müəyyənləşdirib  təsdiq  edən  fərman  yazd ı"
5
.  Vəzir  Şərəf  əl-Mü lk 
Urmiya  və  onun  ətrafını  atabəy  Özbəkin  məmlüklərindən  birinə  -  Buğdaya  iqta 
pay torpağı kimi verdi
6

Dərbəndi tutacağına arxay ın olan Xarəzmşah "[şəhərin] azyaşlı [hakimin in] 
atabəyinə  ehtiram  göstərdi  və  hədiyyə  verdi,  onun  adına  və  onun  hökmdarı  - 
uşağın  adına  elə  bir  iqta  təyin  etdi  ki,  Dərbənd  o  iqtanın  yanında olduqca balaca 
görünürdü"
7

Xarəzmşahın dövründə Xoy iqtasmın (muqta) sahibi əmir Təgin Malikidi
8

Azərbaycan  Atabəyləri  dövlətindəki  xüsusi  torpaq  mülkiyyətinin  (milk, 
mülk) ölçüsü və xüsusiyyətləri haqqında hələlik əlimizdə kifayət dərəcədə məlu mat 
yoxdur.  Xüsusi  mülkiyyət növlərinə əmlak, əsbab, müstəqallat və daiət anlayışları 
aid  edilir
9
.  Əmlaka  aid  bizdə  yalnız  bir  sənəd  vardır,  orada  göstərilir  ki,  dönük 
müsəlman d insizlərin (kuffar) yanına qaçarsa, onun əmlakı müsadirə ed ilməlidir
10

Xüsusi  torpaq  mü lkiyyətinin  sahibi  ( məlik)  onu sata,  bağışlaya,  dəyişdirə, 
girov  qoya  və  ianəyə  verə bilərd i
11
.  Onun  öz  mülkü  üzərində  hüquq və vəzifələri 
muqtanın  (iqtadarın)  iqtası  üzərində  olduğu  kimi  idi.  Mülk  sahibi  öz  sahəsində 
                                                                 
1
 Ən-Nəsəvi, səh.157, 178. 
 
2
 Yenə orada, səh.199. 
3
 Yenə orada, səh.200. 
4
 Yenə orada, səh.202. 
5
 Yenə orada, səh.159, 252. 
6
 Yenə orada. səh.213. 
7
 Ən-Nəsəvi, səh.221. 
8
 Yenə orada, səh.255. 
9
 H.Horst, səh.68. 
10
 H.Horst, səh.125, sənəd K2. 
11
 Yenə orada, səh.68. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə