Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə93/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   89   90   91   92   93   94   95   96   ...   103

194 
 
mədrəsələr  müsadirəyə  məruz  qalırd ı.  Mədrəsə  alim-lərindən,  yəhudilərdən  can 
vergisi alındığı kimi, qızıl alın ırdı"
1

Torpaq  vergisinin  və  başqa  vergilərin  a lın ması  xüsusi  siyahılar  əsasında 
aparılırdı  ki,  bu  siyahılar  da  ü mu miyyətlə  yüz  illərlə  dəyişilməz  qalırdı,  onlara 
hökmdarların ı keçmiş və ya yeni qanunları əlavə edilirdi
2

Vilayətlərdən  alınan  vergilər  xüsusi  dəftərlər  (dəfatir)  üzrə  həyata 
keçirilird i. 
Azərbaycan Atabəyləri dövlətində aşağıdakı vergilər yığ ılırd ı: 
1. Xər ac (torpaq vergisi). XII əsrdə və XIII əsrin başlanğıcında və onlardan 
qabaqkı dövrlərdə xərac əsas vergi kimi öz əhəmiyyətini saxlayırdı. Onu pul, ya da 
natura  şəklində  alırd ılar
3
.  Bizim  mənbələrdə  xərac  haqqında  az  məlu mat  verilir, 
ancaq bu heç də o demək deyildi  ki, həmin vergi az gəlir gətirird i. Araşdırdığ ımız 
dövrün mənbələri Azərbaycanda iki dəfə xərac alındığını göstərmişdi. 
Qiyasəddin Pir şah Naxçıvana gəldiy i vaxt orada verg i əsasnaməsi (qanunu) 
əsasında  və  dəftərlərə  (dəfatir)  sandıqdan  sonra  yalnız  müsəlmanlardan  torpaq 
vergisi  alın mışdır
4
.  İkinci  hadisə  Xarəzmşah  Cəlaləddin  Manqburnunun 
hakimiyyəti dövründə qeydə alın mışdır. Xarəzmşah vəzir Şərəf əl-Mülkün maliyyə 
məmu rlarının başdan-başa bürün mülkləri  müsadirə etməklə və ağır vergilərlə  Xoy 
və Təbriz əhalisini  incitdiklərini eşidəndə əmr verd i  ki, pul y ığan bütün qulamları 
həbs  etsinlər.  Qulamlar  yaxalan mış,  yığd ıqları  pullar  onlardan  alın mışdı.  "Su ltan 
Təbrizin  və  onun  əkin  yerlərinin  ağır  vəziyyətini  gördükdə,  oranı  verg ilərdən 
qurtarmaq  və  onun  çöllərindən  fəlakətin  kö künü  kəsmək  qərarına  gəldi.  Bunun 
üçün  də  o,  xəracı  üç  il  müddətinə  Təbrizin  ü zərindən  görürdü   və  bu  haqda  əmr 
(tövqi) yazdı"
5
. Mətndən aydın olur ki, Xoy və Təbrizdən xərac pulla almırmış.  
2. Cizyə 
(can  vergisi).  Bu  vergi  zimmilərdən,  yəni  müsəlman  
olmayanlardan  alın ırd ı. 
Ravəndi  göstərir  ki,  İraq  sultanlığında  can 
vergisi  yəhudilərdən  alınırdı.  O  yazır:  " Yəhudilərdən  alınan  cizyə  və 
başqa  dindən  olan  adamlardan  alınan  baş  vergisi  (sərgezif)  padşahlar 
üçün qurban ətindən də halal id i"
6

Beyləqan  yəhudilərindən  cizyə  alın ması  mənbədə  qeyd  edilmişdir
7

Qiyasəddin  Pir  şah  Naxçıvana  gələndə,  cizyə  müsəlman  olmayanlardan  (əhl  əz-
zimmə)  toplanmış,  həm  də  ki,  Naxçıvan  vəziri  Səd rəddin  Əbül-Bərəkat  əl-
Osmaniyə  "əhli  əz-zimmədən  kimsənin  islam  vilayətlərindən  çıxıb  getməsinə 
                                                                 
1
 Ravəndi, səh.33; Başqa mənbələrə də bax. 
2
 H.Horst, səh.72-73. 
3
 Xərac haqqında bax: И.П.Петрушевский. Земледелие, стр. 369-372. 
4
 H.Horst, səh.124, sənəd K-l. 
5
 Ən-Nəsəvi, səh.218-219. 
6
 Ravəndi, səh.32, 33, 357. 
7
 Məsud ibn Namdar, vər.209. 


195 
 
imkan  olmaması  üçün  yolları  mühafizə  etmək  və  keçid ləri  mühasirəyə  almaq"
1
 
üçün göstəriş verilmişdi. Bu yolla da cizyədən alınan pulların başqa yerlərə aparıl-
masın ın qarşısı kəsilmişdi. 
3.UĢr  (onda  bir).  Bu  verg i  xass  torpaqlardan  və  iqta  sahiblərin- 
dən  alınırd ı:  Xarəzmşah  Cəlaləddin  Xoy,  Səlmast,  Urmiya  şəhərlərini 
atabəy 
Özbəkin 
keçmiş 
qadını 
Məlikə 
xatın ın 
ixtiyarına 
verəndə, 
vəzir  Şərəf  əl-Mülk  əz-Zeynə  əl-Bahərzini  ona  vəzir.  həm  də  onun 
yanında  özünün  naibi  təyin  etdi  və  göstəriş  verdi  ki,  onun  başqa  iqta 
vilayətlərindəki  naib ləri  kimi,  o  da  Məlikə 
xatının  v ilayətlərindən 
hər ay uşr vergisi y ığ malı və xəzinəyə verməlidir
2

Qeyd  etmək  lazımdır  ki,  Şərəf  əl-Mü lk  Sultanın  vəziri  kimi,  eyni  vəzifəni 
onun yeni arvadının da yanında görməli  idi. Ancaq bu ona başqa cür baxırdı.  Ona 
görə ki, vəzir Məlikə  xatma sultan tərəfindən verilmiş torpaqlara  iqta kimi baxır və 
onu iqta sahibi sanırdı, ancaq onun torpaqlarının əslində sultanın  xüsusi torpaqları 
(xass) saymırd ı. 
Ən-Nəsəvi yazır: "Sultan görəndə ki, Təbriz onun atlarını yemlə təchiz edə 
bilmir və onun şəxsi  mü lklərində (xass) taxıl yo xdur, vəzir  Şərəf əl-Mülkün taxıl 
anbarlannı  açmaq,  oradakı  taxılı  çörək-xanalar  və  atlar  üçün  istifadə  etmək 
qərarına gəld i. 
Vəzir  Şərəf  əl-mü lk  keçmiş  vəzirlərin  etdiyi  kimi,  vilayətlərdəki  iqta 
(muqta) sahiblərindən və xass torpaqlarından keç miş illə rin hesabına uşr yığırd ı.  
Fərq  bunda  idi  ki,  keçmişdəkilər  bunu  gizli  etdikləri  halda,  o,  bunu  öz 
hakimiyyəti gücünə, sultanın əmri o lmadan, [açıq ] şəkildə edirdi.  Bununla yanaşı, 
hər  hansı  bir  şəxs  ona  vergi  verməkdən  imtina  edərkən,  vəzir  Şərəf  əl-Mü lk  də 
bunu tələb etmird i. Çünki Sultan ona vergi y ığ mağı tapşırmamışdı.  
Lakin  elə  bu  zaman  bütün  vilayətlərdə  xass  torpaqlardan  və  iqta 
sahiblərindən uşr vergisinin alın ması haqqında sultanın əmri verildi. Bundan sonra, 
Şərəf  əl-Mülk  yaln ız  İraq  uşrundan  hər  il  70  mindən  çox  d inar  qazan ırdı.  İqta 
torpaqlarına gəldikdə isə, onun sahibləri vəziri razı salmaq üçün gəliri onunla yarı 
bölür,  buna  görə  də  onlardan  heç  birinin  ondan şikayət  etməyə  cəsarəti  çatmırdı. 
Buna görə də vəzir hər bir sultan divanı ilə yanaşı, bütün vilayətlərdən uşr vergisi 
almaq üçün öz xüsusi divanını yaratmışdı"
3
İqta torpaqlarından və sultanın xüsusi 
mü lklərindən  (xass)  uşr  vergisi  yığan  vəzir  Şərəf  əl-Mülkün  özbaşınalığ ı  göz 
qabağındadır. 
4. Haqq (cəm halında - hüquq) - divanın nəfinə yığılan dövlət rüsumu və ya 
vergisidir (haqq və ya hüquqi divani). Əsasən köçərilə rdən (elat lardan) otlaq lardan 
                                                                 
1
 H.Horst, səh.124, sənəd K-l. 
2
 Ən-Nəsəvi, səh.200. 
3
 Ən-Nəsəvi, səh.219-220. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə