Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə99/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   95   96   97   98   99   100   101   102   103

206 
 
Əbu Bəkrə ithaf ed ilmişdir. 
6.
 
Dastan-i  Mənsurü  Mərcan  ("Mənsur  və  Mərcan  haqqında"), 
mərhum atabəy Cahan Pəhləvana ithaf o lunmuşdur. 
Əbu  Bəkr  ibn  Xosrov  əl-Ustad  yazır  ki,  o,  "Munisnamə"ni  daimi 
(yadigar)  olaraq  atabəy  Əbu  Bəkrə  həsr  etmək  fikrindədir.  Hə min  əsərin 
fəsillərindən  birinə  -  "Böyük  adamların  kəlamları  və  nəsihətamiz  həqiqətlər 
barəsində  hekayələr"  bəhsinə  bir  növ  yerli  xüsusiyyət  baxımından  maraq  
doğuran  "Əbül-Üla  Kirmani  və  onun  oğlu  və  onların  Naxçıvana  səfəri 
haqqında hekayə" (vər. 309a-320 a) daxil edilmişdir. M ifık tarixi  məcmuələr 
toplusuna bu növ hekayətlərin daxil edilməsi, şübhəsizdir ki, gürcü çarlarının  
əleyhinə  olaraq,  islamı  müdafıə  edən  xaçpərəst  Eldənizlər  sülaləsinin  
hakimiyyət  sürən  nümayəndələrinin  ünvanına  poetik  yaltaqlıqdan  başqa  bir 
şey deyildir
1

Azərbaycan  Atabəylərinin  hakimiyyəti  dövründə  ölkədə  bir  çox 
görkəmli  həkimlər  fəaliyyət  göstərirdi.  Bunların  bəziləri  barəsində  mənbələr 
çox  maraqlı  məlu matlar  mühafızə  edib  saxlamışdır.  Onlardan  biri,  islam 
dinini  qəbul  etmiş  Samu il  ibn  Yəhya  ibn  Abbas  əl-Məqribi  əl-Əndəlusidir. 
"O  və  onun  atası  Şərqə  (Bağdada)  gəlir  və  orada  müvəffəqiyyətlə  həkimlik 
edir.  Samuil tibbə aid kitablar  müəllifıdir.  Sonralar o, A zərbaycana köçür və 
Pəhləvanın  sarayına  və  onun  dövlətinin  əmirlərinə  xid mət  göstərir.  O, 
Marağa şəhərində yaşayır, ailə qurur və uşaqlar törədir.  O,  570 (1174) -ci ilə 
yaxın Marağada vəfat edir"
2

Gö rkəmli  həkimlərdən  biri  də  Cəlaləddin  Təbib  idi.  O,  dünyanın 
misilsiz həkimlərindən biri olmuşdur. Azərbaycan və Arranın atabəyi Özbək 
ibn  Məhəmməd  ibn  Eldənizin  yanında  xid mət  edir  və  heç  vaxt  ondan 
ayrılmır. Özbək deyird i: 
"Mənim  həyatımı  saxlayan  bu  adamdır.  O  yaln ız  xəstələnənlərin  
möcü zəli şəfavericisi deyil. O,  xəstəliyi əvvəlcədən təyin edir və o dərəcədə 
dava-dərman  hazırlay ır  ki,  onlar  ta m  mənasında  müalicə  edir".  Onun  varlığ ı 
insanlara  hədsiz  xeyir  verir  və  sonralar  ona  bənzər  heç  b ir  həkim 
yetişməmişdir"
3

O  zaman ın  görkəmli  həkimlərindən  biri  də  Bağdaddan  Azərbaycana 
köçmüş, İbn Habal adı ilə  məşhur olan Əli  ibn Əh məd Əbdül-Hüseyn idi. O, 
619 (1222)-cu h icri ilində vəfat et mişdir
4

                                                                 
1
 Müsəlman oğlanın xaçpərəst qızına olan məhəbbəti barəsində hekayə və  əfsanələrə bir çox 
xalqların folklorunda rast gəlinir. 
2
 Əl-Kifti, səh.209; İbn əl-İbri, səh.217. 
3
 Zəkəriyyə əl-Qəzvini, səh.257. 
4
 İbn əl-İbri, səh.230-231; Bar Ebrey, II, səh.494-495. 


207 
 
Bu  zaman Naxçıvanda  məşhur həkim  Fəxrəddin Əbu Abdulla Əh məb  
ibn Ərəbşah ibn Əli  ibn  Cəbrail ən-Naxçıvani  fəaliyyət göstərirdi
1
. Xaqanin i 
müalicə  edən  həkimin  də  adı  məlu mdur  -  Xoca  Həkim  Fazil  Rəşidəddin 
Məcd əl-Hü kəma Şərəf əş-Şirvan Mahmud ət-Təb ib
2

Ən  görkəmli  həkimlərdən  biri  də  mövlana  Cəlaləddin  ər -Ru min in  
yaxın  dostu  və  müalicə  həkimi  Əkmələddin  ən-Naxçıvani  id i.  Orta  əsrdə 
yaranmış  əsərlərdən  birin in  müəllifı  onu  "Müdriklərin  ağası,  dünya 
həkimlərinin rəisi" və bir ço x başqa təmtəraqlı ləqəblərlə adlandırır
3

Azərbaycan  Atabəylərinin  hakimiyyəti  dövründə  ölkənin  bir  ço x 
şəhərlərində mü xtəlif səciyyəli b inaların intensiv inşası aparılırd ı. Mənbələrin  
birində qeyd edilir  ki, A zərbaycan Atabəyləri  mədrəsə,  məscid və sarayların  
tikintisinə  xüsusi  fıkir  verirdilər
4
.  Mədrəsə  və  başqa  təhsil  ocaqlarının 
tikintisi  Atabəylər  dövlətin in  elm  və  maarifın  inkişafına  olan  qayğısının  
təzahürüdür.  Mənbələr  Azərbaycan  şəhərlərində  mədrəsələrin  əsasını  qoyan 
bəzi şəxslərin adlarını  mühafizə edib saxlamışdır.  Sonralar həmin  mədrəsələr 
əsasını  qoyanların  adları  ilə  məşhurlaşmışdır.  Belə  ki,  Xoyda  1127-ci  ildə 
əsası  qoyulmuş əl-Fərəc əl-Hüvəyyi  mədrəsəsi məşhurdur. Həmin  mədrəsəni 
əl-Fərac ibn Abdallah ibn Xələf əl-Hüvəyyi tikd irmişdir
5
. Marağada 1134-cü 
ildə  tikilmiş  Əh məd-apa  mədrəsəsi  məşhurdur
6
.  Yenə  Marağada  alim  qazı 
Kəmaləddin Əbu Abdallah Məhəmməd əl-Qəzv ini əl-Maraqi tərəfındən əsası 
qoyulmuş "Atabəkiyyə" məd-rəsəsi
7
 və onun 1208-c i ildə tikd ird iyi "əl-Qa zı" 
Qazı" mədrəsəsi
8
 məşhur olmuşdur. 
Mənbələr  Azərbaycandan  çıxmış  çoxlu  alimin  adını  mühafızə  edib 
saxlamışdır.  Həmin alimlər nəinki A zərbaycan şəhərlərində, bugünkü təbirlə 
desək,  Bağdadda,  Qahirədə,  Dəməşqdə  və  başqa  şəhərlərdə  də  fəaliyyət 
göstərmişlər.  Adların ı  müəyyənləşdirmək  b izə  nəsib  olan  bir  neçə  alim 
haqqında məlu mat verərək qeyd edək ki, mənbələr əsasən ilahiyyat, hüquq və 
ənənə mütəxəssislərinin adlarını çəkir. 
1.  Fəxrəddin  Əbülfəzl  İs mayıl  ibn  əl-Müsənna  ət-Təbrizi.  Bağdadın 
"ən-Nizamiyyə"  mədrəsəsində  mühazirələr  o xuyur.  O,  "Azərbaycan  tarixi" 
əsərinin  müəllifid ir.  Lakin  çox  təəssüf  ki,  bu  əsər  bizə  qədər  gəlib 
                                                                 
1
 İbn əl-Fuvati, IV/3, səh.95. 
2
 Əsnad, səh.133. 
3
 Əbu Bəkr ibn əz-Zəki. Raudat al-Kuttab və Xadikat al-albab. Əli Sevimin nəşri, Ankara, 
1972, səh.23-28, 111-115, 117-119 
4
 Cüzcani, I, səh.171, 173. 
5
 Əs-Əsnəvi, I, səh.482. 
6
 Naci Məruf. Üləma ən-Nizamiyyat, səh. 111. 
7
 İbn əl-Fuvati, V, səh.260-261. 
8
 Yenə orada, IV/1, səh.27-28. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə