Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə97/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   93   94   95   96   97   98   99   100   ...   103

202 
 
Qəsidələrinin  əksəriyyətini  həmin  sülalənin  nü mayəndələrinə  və 
sultan Arslan şah ibn II Toğrula həsr et mişdir
1

Sultan  əl-füzəla  (nəciblərin  Su ltanı)  Əsirəddin  Əbül-Fəzl  Məhəmməd  
ibn  Tahir  əl-Əxsikəti  (ö lü mü  1184?)  -  əsli  orta  asiyalıdır  (Əxsikət  şəhəri), 
Azərbaycan  Atabəylərinin  saray  şairi  olmuşdur.  O,  Xaqani  səpkisində 
yaradan  poetik  fo rmanın  görkəmli  us tadıdır.  Xaqani  intiqam  h issi  ilə  onu 
"poeziya karvanın ın qarətçisi"
2
 adlandırır. 
Malik əl-Kəlam (sözün Hakimi) Zəhirəddin Tahir  ibn Məhəmməd əl-
Fəryabi  (təxm.  1160-1202),  əsli  Orta  Asiyadandır.  1189-cu  ildə  Cahan 
Pəhləvan, Qızıl Arslan və Əbu Bəkrin himayəsinə keçir. Təbrizdə əl -Fəryabi 
Xaqani  ilə dostlaşır və  mədhiyyədə onu təqlid  edir. O, Təbrizdə vəfat edir və 
qəbri də Xaqaninin qəbri ilə yanaşıdır
3

Azərbaycan  atabəylərinin  sarayında  Seyyid  Zülfüqar  Şirvani,  Qivami 
Mütərrizi,  Fərru x  Şirvani,  Cövhəri,  Yusif  Fü zuli,  Kəmaləddin  Naxçıvani, 
Seyyid İzzədin əl-Ələv i və başqa bu kimi şairlər yaşayırdı ki, onlar haqqında 
da hələlik heç bir məlu mat yo xdur. 
Bu  dövrün  ən  dahi  epik-ro mantik  şairi,  "dolğunluğunu  və 
böyüklüyünü dil və sözlə təsvir etmək  mü mkün olmayan"
4
,  Gəncə şəhərinin 
sakini  Ca mal  (Niza m)  əd-Din  Əbu  Məhəmməd  İlyas  ibn  Yusif  ibn  Zəki 
Müəyyəd Nizami (1140-1241) o lmuşdur. 
Nizami  Qu m  şəhərində  doğulmuşdur  ("Mən  mirvari  kimi  Gəncə 
dənizində  qərq  olsam  da,  dağda  yerləşən  Qum  şəhərindəyəm").  Qu m  kəndi 
hazırda Azərbaycan Respublikasının Qa x  rayonunda yerləşir. Niza minin İran  
Qu mundan  olduğu  fıkrini  b ir  kənara  atmaq  lazımd ır.  Eyni  zamanda 
məlu mdur ki, Nizami heç bir vaxt ö z vətənini tərk etməmişdir
5

Elmin  mü xtəlif  sahələrində  dərin  biliyinə  əsasən  demək  olar  ki, 
Nizami  hərtərəfli  təhsil  görmüşdür.  Bu  isə  varlı  ailələrin  nü mayəndələrinə 
nəsib  ola  bilərdi.  Nizaminin  yüksək  təhsilə  malik  o lması  təsvir  etdiy imiz 
dövrdə Gəncənin çiçəkləndiyinə bir sübutdur. 
Nizamin in  "Məxzənül-əsrar"  poemasın ı  yaradana  qədər  necə  həyat 
tərzi  keçirdiy i  barəsində  əlimizdə  heç  bir  məlu mat  yoxdur.  Sonralar, 
həyatının  sonuna  qədər  o,  abidliyə  üstünlük  vermiş,  təam  məhdudluğuna 
                                                                 
1
 Dövlətşah Səmərqəndi, səh.l 15-118; Ravəndi, səh.286-362; E.Э.Бертельс стр,65-70; Yan 
Rıpka, səh.576. 
2
 Dövlətşah Səmərqəndi, səh. 121-126. 
3
  Dövlətşah  Səmərqəndi,  səh.109-114;  bax: Yan  Rıpka,  səh.575;  B.Q.Quliyev. Faryabinin 
həyat və yaradıcılığı. 
4
 Dövlətşah Səmərqəndi, səh.127. 
5
  Nizami  yalnız  bir  dəfə  -  1185-ci,  ya  da  1187-ci  ildə,  o  da  iradəsindən  asılı  olmayaraq, 
Gəncədən kənara çıxır. 


203 
 
diqqət  yetirmiş  və  həyat nemətlərindən  özünü  məhru m etmişdir.  Lakin onun 
şeirlərindən  məlu m  olur  ki,  zahid lik  vəziyyətinə,  arpa  çörəyi  ilə  dolandığına 
baxmayaraq  o,  saray  qulluğunu  da  yerinə  yetirmişdi.  Belə  ki,  "Xosrov  və 
Şirin" poemasında Qızıl Arslanı tərifləyərkən Nizami deyir: "Mən bir müddət 
qulluqdan  kənarda  qalsam  da,  hökmdara  xid mət  göstərməkdən  tamam  azad  
deyildim"
1

Nizami  b irinci  əsəri  olan  "Məxzənül-əsrar"ı  (1178  və  ya  1179) 
Ərzincan hakimi Fəxrəddin  Bəhram şah ibn Davuda (1162-1225) həsr etmiş 
və əvəzində 5000 dinar, beş at və beş qatır yükü fəxri geyim mü kafatı alır. Bu  
barədə İbn Bibi yazır: 
"Bu  ildə  (h icri  574)  söz  sərrafı  Xoca  Nizami  Gəncəvi  ali  həzrətin  
adına şeirlə, sanki iri  mirvarilərdən ibarət "Məhzənül-əsrar" kitabın ı düzür və 
bəxşiş  olaraq  ali  həzrətin  hüzuruna  göndərir.  Şah   mükafat  olaraq   şairə  beş 
min dinar qızıl, yüklən miş beş at, beş qatır və zinətlə tikilmiş fəxri geyimlər 
göndərir. O, bu kitabı ço x tərifləyərək deyir: "Mü mkün olsaydı, şeirlə mirvari 
kimi  düzülmüş  bu  kitaba  mü kafat  və  bəxşiş  olaraq  böyük  xəzinə 
göndərərdim.  Çünki  həmin  kitabın  sayəsində  mənim  adım  dünyada  daimi 
yaşayacaqdır"
2

Nizami poemanı Ərzincana aparıb Fəxrəddin  Bəhram şaha özü təqdim 
etmək istəmiş, lakin yollar təhlükəli olduğundan fürsət tapan kimi başqası ilə 
yollamağa məcbur o lmuşdur. 
1180-1181-c i  illə rdə  bit irdiy i  ikinc i  poe masını  -  "Xosrov  və  Şirin" 
əsərini  Nizami  sonuncu  İraq  Səlcuq  sultanı  III  Toğrula  həsr  edir.  Lakin  bu, 
bir  növ  rəsmi  ithaf  idi.  Əslində  isə  poema  atabəy  Əbu  Cəfər  Məhəmməd  
Cahan Pəhləvana həsr olun muşdur. Cahan Pəhləvan 1186-cı ildə öldüyü üçün 
poemanın mədhi onun qardaşı atabəy Qızıl Arslanın adına yazılır.  
Nizami sultan və atabəyin sarayına dəvət olunur. Lakin Nizami doğ ma 
Gəncəni  heç  bir  zaman  tərk  etmək  istəməd iyindən  onun  yanına  çapar 
göndərib  Gəncənin  30  fərsəngliyindən  sultan  düşərgəsinə  gəlməsi  xahiş  
olunur.  Düşərgəyə  gələn  Nizamini  Qızıl  Arslan  öz  çadırında  qəbul  edir. 
Poeman ın  müqabilində  Qızıl  Arslan  bəxşiş  olaraq  Nizamiyə  Həmdünyan 
kəndini və fəxri geyim təqdim edir
3

Üçüncü  əsəri  olan  "Leyli  və  Məcnun"  poemas ını  Nizami  Şirvanşah  I 
Axsitanın sifarişi ilə yazır və 1188-ci il sentyabr ayının 24-də b itirir
4

                                                                 
1
 E.Э.Бертельс стр, 131. 
2
   İbn  Bibi,  səh.22;  eləcə  də  bax:  M.T.Houtsma, La Dynastie, p.279;  Ahmed  Ates.  Nizami, 
p.318; F.Sumer, Mengücukler; E.Э.Бертельс стр,dp. 123 və sonrakı səhifələr. 
3
  Dövlətşah  Səmərqəndi,  səh.128-129;  bax:  E.Э.Бертельс  стр,  p.128-139.  Yan  Rıpka, 
səh.578; Ahmed Ates. Nizami, p.320. 
4
 E.Э.Бертельс стр140-146; Yan Rıpka, səh.580-581. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə