Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə85/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   81   82   83   84   85   86   87   88   ...   103

176 
 
(xəmmar),  yem  satanlar  (əllaf),  dulusçular  (xəzzaf),  dülgərlər  (nəccarlar), 
inşaatçılar (bənnalar) və s
1

Yazılı  mənbələrlə  təsdiq  olunmuş  arxeoloji  qazıntıların  verdiyi  məlu mata 
əsasən  Q.M.Əh mədov  bu nəticəyə  gəlir  ki,  "IX-X  əsrlərdə  Beyləqan  artıq  nəinki 
kustar  sənaye  istehsalı  sahəsində,  həmçin in  ticarət  sahəsində  də  bir  feodal  şəhəri 
kimi  tam  formalaş mışdı;  onun  sənəti  bazar,  əmtəə  istehsalına  çevrilird i"
2

Beyləqanda  ticarət  və  ticarət  əlaqələri  XII  əsrdə-XIII  əsrin  birinci  rübündə  son 
dərəcə  genişləndi.  XII  əsrin  əvvəllərinə  aid  mənbə  Beyləqanda  mü xtəlif  təbəqəli 
şəhər tacirlərinin o lduğunu xəbər verir
3

Mənbələr  Bey ləqan  malları  içərisində  ipək  parçaların,  buğda,  pamb ıq, 
çəltik,  nar,  üzü m,  kəsilmiş  quşların  (kəklik,  q ırqovul),  balığın  adını  çəkirlər
4

Beyləqan  bazarlarında  Dərbənddən  və  Şirvandan  gətirilmiş  mallar,  o  cü mlədən 
qunduz,  samur,  dələ  xəzi,  qullar  və  kənizlər,  Şabran  ipəyi,  Bakı  nefti  və  duzu 
satılırd ı
5

Beyləqanın  ticarətində  əsas  pul  vahidi  Eldənizlərin  mis  sikkələri  idi. 
Beyləqanda  1500-dən  çox  mis  sikkə  tapılmışdır
6
.  Bu  sikkələrin  bir  hissəsi 
Beyləqandakı sikkə sarayında zərb olun muşdur
7

Hic ri  618-c i  ilin  ra ma zan  ay ında  monqolların  Arrana  birinc i  hücumu  
zaman ı  Beyləqan  dağılmış,  talan  edilmiş  və  onun  sakinlərinin,  demək  olar  ki, 
hamısı  öldürülmüşdü.  Monqollar  Bey ləqanın  ətrafındakı  bütün  tut  və  meyvə 
ağacların ı  kəsib,  onlardan  mancanaqlar  üçün  qəlib  hazırladılar
8
.  Monqollar  bütün 
suvarma  sistemin i  dağıtdılar.  Bu,  Beyləqanın  quraq lıq  yerlərində  yaşayanların 
məhv olmasına bərabər id i. 
Bir  ildən  sonra  monqollar  tərəfindən  dağıdılmış  Beyləqan  atabəy  Özbəkin 
şəhərə  köməkdən  boyun  qaçırmasından  istifadə  edən  gürcü  qoşunları  tərəfindən 
tamamilə viran edildi
9

Xarəzmşah  Cəlaləddin  Manqburnu  Azərbaycan və  Arranı  tutduqdan sonra 
hicri 624 (1227)-cü ildə  Beyləqana gəldi, la kin "Beyləqanı  [monqolla r tərəfindən] 
qarətdən  sonra  elə  bir  vəziyyətdə  gördü  ki,  orada  yaşayışın  bərpasına  ümidi 
qalmadı. O hətta orada atları üçün yem də tapa bilməd i.  Yem ehtiyatı əldə etmək  
üçün gedənlər də boş kisələrlə qayıtdılar"
10

                                                                 
1
 Yenə orada, vər. 7a, 210 a, 246 b.
 
2
 Г.М.Ахмедов, стр. 127-128. 
3
 Məsud ibn Namdar, vər. 131a, 143 a, 154a, 146a, 147a, 184b. 
4
 Н.Д.Миклухо-Маклай. Аноним XIII в., стр. 202. Həmdullah Qəzvini, səh.92. 
5
 Məsud ibn Namdar, vər.200a, 207a; Н.Д.Миклухо-Маклай. Аноним XIII в., стр. 202. 
6
 Г.М.Ахмедов, стр. 131. 
7
 Е.А.Похомов, Монетное обрашение, стр. 92. 
8
 Zəkəriyyə əl-Qəzvini, səh.513. 
9
 İbn əl-Əsir, IX, səh.349. 
10
 Ən-Nəsəvi, səh.175. 


177 
 
Boşalmış  Beyləqanı sultanın vəziri Şərəf əl-Mülk tutdu. O, şəhərin daha da 
dağılmasının  və  boşalmasın ın  qarşısını  almaq  qərarına  gəldi.  Elə  həmin  1227 -ci 
ildə vəzir şəhərin dövrəsində kərpic divarlar tikdirdi  ki, "təbəələr şəhərə qayıtmağa 
mey il  etsinlər".  Te zliklə  Bey ləqan,  şahidin  fıkrincə,  "öz  tikililərinə  görə, 
əvvəlkindən  daha  yaxşı  oldu".  Şəhər  elə  gəlir  verməyə  başladı  ki,  " Gəncə  və 
Təbrizdən  alınan  pullar  onunla  müqayisədə  az  görünürdü"
1
.  Şərəf  əl-Mülk 
tərəfındən  bərpa  olunmuş  divarlar  Q.M .Əh mədov  tərəfındən  qazıntılar  zamanı 
öyrənilmişdir
2

Vəzir  Şərəf  əl-Mü lk  monqollar  tərəfındən  dağıdılmış  kanallar  əvəzinə 
Beyləqan  ətrafında  Arazdan  üç  yeni  böyük  su  arxı  çəkdirərək,  onları  "əş-Şərəfı", 
"əl-Fəxri" və "ən-Nizami" adlandırdı.  O, həmin arxların yanında böyük gəlir verən 
üç  yaşayış  məntəqəsi  tikdirdi.  Kanallardan  biri  qış  vaxtı  açıldı.  "O  əmr  etdi  ki, 
camaat yaxındakı  meşələrdən ağac gətirib, onları doğrasınlar və onları  xətt üzərinə 
atsınlar.  Sonra  ağacları  yandırd ılar,  tonqallar  altındakı  torpağın  donu  açıldıqdan 
sonra  kanalı  qazımağa  başladılar.  [Onlar]  elə  bir  dərin  kanal  qazıdılar  ki,  onun 
hətta  ən  dayaz  yerindən  belə  keçmək  mü mkün  deyildi.  Onu  "Sultancuy" 
adlandırdılar.  O, elə həmin il kanalı 80  min dinara kirayə verdi, lakin bu iş i [həmin 
torpaqda]  bir  şey  əkilməsi  xatirinə  etməd i.  Bu  məbləğ  [yalnız]  su  arxlarının 
kirayəsi üçün yığılan gəlir kimi alın mışdı"
3

1235-c i ildə monqollar Beyləqanı ikinc i dəfə tutdular. Bundan sonra şəhərin 
adına bir ço x illər ərzində heç bir yazılı mənbələrdə rast gəlin mir. 
Təbriz  möh kəmləndirilmiş şəhər idi və demək olar ki, Azərbaycanın başqa 
şəhərlərinə  nisbətən  daha  güclü  müdafıə  sisteminə  malik  id i.  XIII  əsrin  naməlu m 
müəllifı  yazır:  "Təbriz  əlahəzrət  atabəy  Şəmsəddin  Eldənizin  vaxtında  böyüdü, 
abadlaşdı və [dövlətin] paytaxtı (dar əl-mülk) oldu"
4

Təbrizdə həmişə çoxlu əcnəbi tacir yaşayırdı, çünki şəhər ort a əsrin  kustar 
sənaye məhsullarının  demək olar ki, bütün növlərini istehsal edirdi. "Elə b ir sənət - 
peşə yoxdur  ki,  Təb rizdə  olmasın.  Onun  malları  bunlar  id i:  atlaz,  yaxşı  kaftanlar 
(don), toxunma  Çin zə rxa rası  -  parçası  (diba-i  xitai),  xa lçala r  (nəx),  ipək  parçalar 
(k imxa),  xəzv  parça,  örtük  (şar),  zərli  tikmə lər,  möhürlər,  həkka kla r  (oyucular) 
tərəfindən naxış vurulmuş bədii cildlər"
5
. Təbrizin  malları  içərisində əttabi (dalğalı 
tafta)
6
, bazarlarda çox tez satılan siklatun (zərlə naxışlan mış ipək) geyimi
7
 və iplik 
                                                                 
1
 Yenə orada. 
2
 Г.М.Ахмедов, стр. 
3
 Ən-Nəsəvi, səh.223, 272. 
4
 Н.Д.Миклух о-Маклай, стр.204. Zəkəriyyə əl-Qəzvini, səh.339; əl-Bakuvi, səh.64. 
5
 Н.Д.Миклух о-Маклай, стр 204. 
6
 Р.Дози, II стр. 93. 
7
 Yenə orada, 1, səh.663. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə