Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə83/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   79   80   81   82   83   84   85   86   ...   103

171 
 
qablar,  kera mik  mə mu lat  və  hə mçin in  misdən,  qiymət li  metallardan  ha zırlan mış 
məmu lat istehsal edirdilər
1

Şəhər  atabəy  Şəmsəddin  Eldənizin  hakimiyyəti  dövründə,  Azərbaycan 
Atabəyləri  dövlətinin  paytaxtlarından  biri  olarkən,  özünün  ən  böyük  çiçəklən mə 
dövrünə  çatmışdı.  Naxçıvan  bağların  yaşıllıqları  içərisində  qərq  olmuşdu. 
Naxçıvan  meyvələri  və  məhsulları  isə  orta  əsrlərdə  hər  yerdə şöhrət  qazanmışdı
2

Naxçıvan  qalasının  ö zünün  su  mənbəyi  var  idi.  Şəhər  tikililəri  içərisində  yerli 
gəcdən  və  kərpicdən  tikilmiş  mədrəsələr,  məscidlər,  iki,  üç  və  dörd  mərtəbəli 
qüllələr  var  id i.  Atabəylərin  iqamətgahından  başqa  şəhərdə  hökumət  idarələri 
(dövlətxanə) də mövcud idi
3

1255-c i ildə Na xçıvana gəlmiş fransız rah ibi  Qilyo m  de Rubruk yazır ki, o, 
Monqolustana  səfərindən  qayıdarkən  "bir  çarlığ ın  (yəni  Eldənizlərin  -Z.B.) 
əvvəllər  paytaxtı  və  ən  böyük  və  ən  gözəl  şəhər  olmuş,  sonralar  isə  tatarların 
demək olar ki, səhraya çevirdikləri Naksua (Naxçıvan) şəhərinə yetişdi"
4

Bu  dövrdə Arazın  suları  küçələr  boyu  arxlarla  axırd ı.  Burada  "dünyada  ən 
yaxşı  və  ən  faydalı  ü zü m",  pambıq  və  dənli  bitkilər  becərilirdi
5
.  Sənətkarların 
hazırlad ıqları  məşhur məmu lat  Beynəlxalq bazarlarda  Naxçıvanın şöhrətini təmsil 
edirdi.  Buradan  satışa  Çin  parçaları,  gözəl  incə  örtüklər,  saxsı  qablar  (kasa  və 
piyalələr),  sənətkarlıq la  işlən miş  məmu latlar,  xələnc  ağacından  (dəmir,  taxta) 
qayrılmış fincan və boşqablar aparılırdı
6

Naxçıvan  sənətkarlarının  məhsulların ın  bu  natamam  siyahısı  onun 
ma llarının  zəngin  çeşidə  ma lik  olmasını  və  istehsalçıların  yüksək  sənətkarlığ ını 
göstərir. 
Naxçıvana  girəcək  yolları  Əlincə  (Ələncik),  Sü rməri,  Təq mər  və  Fəqnən 
kimi nəhəng qalalar qoruyurdu
7

Bu  yaxın laradək  bəzi  tarixçilər  tərəfındən  belə  bir  fıkir  yürüdülür  ki,  guya 
Naxçıvan Azərbaycan şəhərləri sırasına aid deyil. Buna görə mən belə bir hökmün 
əsassız  və  inandırıcı  olmamasını  sübut  edən  izahın  bu  əsərə  salın masını  zəruri 
hesab etdim. 
Alban tarixçisi Moisey Kalankatuklu Məhəmməd ibn Mərvanın başçılığı ilə 
ərəb  qoşunlarının  erməni  tarixi  ilə  146  (05.06.697-04.06.698)-cı  ildə  Dərbənd 
üzərinə  yürüşü  haqqında  məlu mat  verərkən  yazır  ki,  bu  səfər  zamanı  ermən i 
knyazları  üsyan  etdilər.  Buna  görə  də  sərkərdə  hərbi  əməliyyatı  dayandırıb, 
                                                                 
Н.Д.Миклухо-Маклай, стр. 209; Həmdullah Qəzvini, səh. 90; Əl-Bakuvi, səh. 99. 
2
 Н.Д.Миклух о-Маклай, стр. 209. 
3
 Yenə orada. 
4
 Гильом де Рубрук, стр. 188. 
5
 Н.Д.Миклухо-Маклай, стр. 209. Həmdullah Qəzvini, səh. 90. əl-Bakuvi, səh. 99. 
Н.Д.Миклухо-Маклай,  стр. 210.  Əl-Bakuvi,   səh.99.  Xələnc  haqqında  bax: Р.Дози,  I,  стр. 400, 
Ибн Фадлан, стр. 137, 244-245; 539-cu qeyd. 
7
 Həmdullah Qəzvini, səh.90. 


172 
 
qiyamçıları  yatırtmaq  üçün  Ermən istana  qayıtmağa  məcbur  oldu.  Tarixçi  yazır: 
"Məhəmməd  Çoqdan  qayıtdı  və  3  il  ərzində  su  ilə  əhatə  olunmuş  qalanı  -Sevanı 
mühasirə etdi və nəhayət, oranı tutdu və orada kimə rast gəldisə, hamını q ılıncdan 
keçirtdi. Oradan Ermənistana gedərkən o, yunan (Vizantiya) və erməni qoşunlarını 
məğ lub  etdi.  Əsir  edə  bilmədiy i  bütün  erməni  knyazlarını  o,  ciddi  andla  başdan 
çıxartdı,  yalan  və  xəyanətlə  onları  bir  yerə  yığdı.  O,  knyazları  Naxçıvana  gətirə-
rək, 800 nəfəri kilsəyə yığdı və diri-d iri yandırd ı"
1

Bu  məlu mata  əsasən  Ermənistanın  orta  əsrlər  tarixin in  tədqiqatçılarının 
hamısı  belə  hesab  edirlər  ki,  burada  söhbət  Arazüstü  Naxçıvandan  (Muxtar 
Respublikanın  indiki  paytaxtı)  gedir,  bu  da  indiki  tarixi  coğrafıyada  (məsələn,  b 
ax:  "Aşxaratuytsq"),  hətta  Ermən istan  və  Azərbaycanın  medievist  (orta  əsr) 
tarixçilərinin ü mu mi əsərlərində hər cür anlaşılmazlığa gətirib çıxarır
2

Moisey  Kalankatukludan  gətirdiyimiz  h issədə  deyilir  ki,  Məhəmməd  ibn 
Mərvan  vizant  -  erməni  qoşununu  Ermənistan  ərazisində,  təqribən  Naxçıvan 
yaxınlığında  məğlub etdi.  Buna görə də burada söhbətin məhz hansı Na xçıvandan 
getdiyinin aydınlaşdırılması zəruridir. 
Akademik  İ.A.Orbeli  1912-1913-cü  illərdə  Türkiyə  Ermənistanı 
ərazisindəki  epiqrafık  abidələri  tədqiq  edərkən  Qars  vilayətin in  Kağızman 
mahalındakı  b ir  neçə  yaşayış  məntəqəsində  oldu,  bunların  arasında  Baqavan, 
Ələm (Ələmn), Mren və Naxçıvan da var id i
3

Onun  oxuduğu  epiqrafık  yazılar  içərisində  Kamsarakan  knyazlarının  
fəaliyyəti  ilə  bağlı  olan  iki  inşaat  yazısı  da  vardır.  Onlardan  biri  Naxçıvandakı 
kilsəyə aiddir. İ.A.Orbeli onun inşasını VII əsrin sonuna aid edir
4

İ.A.Orbeli  Naxçıvandakı  kilsənin  qalıqların ı  təsvir  edərək  yazır:  "Qəd im 
kilsədən  yalnız  şimal  tərəfdəki  divarın  şimal-şərq  küncünün  aşağı  hissəsi,  qərb 
tərəfdəki  d ivarın  aşağı  hissəsinin  azacıq  sahəsi  qalmışdır"
5
.  Sonra  İ.A.Orbeli 
aşağıdakı məlu matı verir: "Naxçıvan məbədi xarabalıq lar içərisində qalmışdı, lakin 
sonradan camaat özlərinin d ini ehtiyaclarını ödəmək üçün kilsəni tikmək qərarına 
gəldi.  Bu məqsədlə əhali uçulmuş divarları sökərək, yalnız yu xanda qeyd olunmuş 
hissələrə  toxunmad ılar.  O  biri  divarları  yenidən  özüldən  tikdilər.  Bu  işlərə 
rəhbərlik edən bənna mənə xəbər verdi ki, məbədin daş larında yanğın izləri var idi, 
                                                                 
1
 Moisey Kalankatuklu. Alban tarixi, səh.259 (ingiliscə tərcüməsi, səh.207-208). Vardan bu hadisəni 
erməni tarixi ilə 26.05.702-25.05.703-cü illərə aid edir. Həmçinin bax: Гевонд, стр. 22-24: Киракос 
Гандзакеци, стр. 40, 45. 
2
  Müxtəlif  rütbəli  müasir  müəlliflərin  çoxlu  əsərlərini  sadalamayaraq  yalnız  "Erməni  xalqının 
tarixi"  (I  hissə,  Yerevan,  1951  və  sonrakı  nəşrlər)  və  "Azərbaycan  tarixi"  (I  hissə,  Bakı,  1958, 
səh.107) kitablarını  qeyd  etməklə kifayətlənirəm.  Birinci əsrdə  Naxçıvan  erməni  şəhərləri  sırasına 
daxil edilmişdir. İkinci kitabda da Naxçıvan erməni şəhəri kimi təqdim olunur. 
3
 И.О.Орбели. Баганванская надпис. Избр. Труды. Ереван, 1963. Стр. 371 və sonrakı səhifələr. 
4
 Yenə orada: Надпис о построении церкви в Нахцыване, стр. 430-433, 
5
 Yenə orada, səh.430. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə