Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə80/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   76   77   78   79   80   81   82   83   ...   103

165 
 
Əbhərin  qazısı  "qazılar  nəslindən  olan"
1
  Əlaəddin  Əbül-Qasım  Yəhya  ibn 
Yusif ibn Yəhya əl-Əbhəri idi. 
Beyləqanın  qazısı  Əminəddin  Əbül-Fərac  Məsud  ibn  Əhməd  ibn  Mahmud 
əl-Beyləqani  idi.  O,  "Beyləqanın  adlı-sanlı  qazılar  və  əyanlar  nəslindən  olub,  öz 
biliyi və fəaliyyəti ilə Arranda şöhrəl qazan mışdı"
2

Mərəndin  qazısı  İzzəddin  Camal  əl-İslam  Əbus-Suna  Mahmud  ibn 
Məhəmməd ibn Nuri əl-Mərəndi idi (hicri 596-cı ildə vəfal etmişdir)
3
. Gəncənin 
 
Gəncənin qazısı "qazılar nəslindən olan"
4
 Fəla kəddin Əbül-Həsən Əli ibn 
Əbdullah əl-Cənzi id i. 
Şirvan  qazısı  "hüquqşünaslığın  və  inzibati  hüququn  gözəl  biliciləri  olan  
qazılar  nəslindən  çıxmış"
5
  Qiyasəddin  Əbu  Nəsr  Məhəmməd  ibn  Əbdullah  ibn 
Abbas əş-Şirvani idi. 
Sərabın  qazısı  Əlaəddin  Mənsur  ibn  Mah mud  ibn  Yusif  ibn  əl-Əziz  əs-
Sərabi idi
6

Əhər  yaxınlığındakı  Varzuqan  şəhərciyinin  qazısı  Kəmaləddin  Əh məd  ibn 
əl-Əziz əl-Maraği id i
7

Gəncə  yaxın lığ ındakı  Saku rabad  kəndinin  qazısı  Ümdətəddin  Əbu  Mənsur 
Vahuzən  ibn  Əbül-Qasım  Əbdullah  ibn  Əmr  əl-Cən zi  əs-Sakurabadi  id i.  O 
həmçinin ö z kəndinin xətibi və Fəqih i idi
8

Bütün bunlar göstərir ki, adlı-sanlı şəxslərin ailələrindən çıxmış qazı, eləcə də 
rəis  vəzifələri  əslində  irsi  id i.  Yü ksək  rütbəli  vəzifə lərin  irsi  olması  haqqında 
hələlik  əlimizdə  tam  (dəqiq)  məlu mat  yo xdur.  Lakin  vəzir,  mustovfi,  müşrif  və 
başqa bu kimi vəzifələrin də bir ailənin nü mayəndələri tərəfındən tutulmasını hesab 
etməyə  əsas  vardır.  Bu  vəzifəli  şəxslərin  sahibkar  (mü lkədar)  şəxs lərdən  və  ali 
rütbəlilərdən asılılığ ı isə ənənəvi irsiliy in sahibliy ini n isbətən azaldırd ı. 
 
 
VI FƏS ĠL 
ġƏHƏRLƏR, SƏNƏTKARLIQ, PUL 
TƏDAVÜLÜ VƏ FAYDALI QAZINTILAR 
 
Azərbaycan  Atabəylərinin  hakimiyyət  dövrü  ölkədə  şəhər  həyatının 
çiçəklən məsi  əsridir.  Bu  dövrdə  Azərbaycanın  bir  çox  şəhərləri  orta  əsr 
                                                                 
1
 Yenə orada, V/2, səh.l 112. 
2
 Yenə orada, V/2, səh.954-955. 
3
 Yenə orada, IV/1, səh.351. 
4
 İbn əl-Fuvati, IV/3, səh. 505. 
5
 Yenə orada, IV/2, səh. 1211. 
6
 Yenə orada, IV/2, səh.l 107. 
7
 Ən-Nəsəvi, səh.165. 
8
 İbn əl-Fuvati, IV/2, səh.894. 
 


166 
 
sənətlərin in  bütün  növlərini  ö zündə  toplamış  iri  yaşayış  məntəqələri  idi.  Şəhərlər 
həm  daxili,  həm  də  xarici  ticarətin  mərkəzi  ro lunu  oynayırdı.  Əgər  Naxçıvan, 
Beyləqan, Təbriz və Şamaxıda  100  min və daha artıq,  Gəncədə isə yarım  milyona 
qədər əhali yaşadığını nəzərə alsaq, onda aydındır  ki, bu  inkişaf kənd yerlərindən 
şəhərlərə  əhali  axının ı  tələb  edən  yüksək  inkişaf  etmiş  ço xsahəli  kustar  sənayedə 
çalışan  adamların  sayının  artması  hesabına  yaranırdı.  Bunun  kənd  təsərrüfatının 
inkişafına nə dərəcədə təsir etdiyi haqqında əlimizdə məlu mat ço x azdır.  
Mənbələrin  məlu matın ın  azlığı  və  XII-XIII  əsrlərdəki  Azərbaycan 
şəhərlərinin  arxeolog iyasının  öyrənilməməsi  (bunu  təəssüf  hissilə  qeyd  edirik) 
tədqiqatçı  üçün  böyük  çətinliklər  törədir
1
.  Bununla  belə  yazılı  abidələr  şəhərlərin 
qaynar  həyatının  mən zərəsini  yenidən  canlandırmaq  imkam  verər  və  o xucu, 
şübhəsiz ki, Nizami dövründə Azərbaycan şəhərlərinin ictimai və mədəni həyatının 
əlamətlərin i təsəwür edə bilər. 
Bu  dövrün  ən  iri  şəhəri  təkcə  Qafqaz  miqyasında  deyil,  həmçinin  bütün 
Yaxın və Orta Şərqdə ən mühü m ticarət-sənət mərkəzi o lan Gəncə
2
 idi. Bir orta əsr 
əsr şerində deyildiyi kimi: 
Yaln ız  bir  neçə  şəhər  başqalarına  nisbətən,  Daha  bol,  daha  varlı  və 
daha  məhsuldardır.  İqlimi  və  torpağının  bərəkətli  olmasına  görə  Onlar 
içərisində Arrandakı Gəncə bütöv xəzinədir
3

Gəncə  əvvəlcə  Solcuq  sultanlarının  -  canişin lərinin  paytaxtı,  sonra  isə 
Eldənizlərin  paytaxtlarından  biri  olmuşdur.  Əhalisinin  sayına  görə  Gəncə  o  dövr 
Şərqin in  bir  ço x  şəhərlərin i  ötüb  keçmiş  və  onun  şöhrəti  bir  çox  ölkələrə 
yayılmışdı.  Bu  dövr  abidələrinin  verdiyi  məlu mata  görə,  Gəncə  "mühüm  şəhər"
4

"böyük  şəhər  və paytaxt  (dar  əl-mülk)  idi,  onun  istehkamlan,  hündür  divarları  və 
dərin  xəndəkləri olan böyük qalası var idi"
5
. O həmçin in Arran əyalətinin pay-taxtı 
taxtı  idi  və  burada  Səlcuq  sultanı  Qiyasəddin  Məhəmməd  Təpərin  taxt -tacı 
yerləşirdi.  Xarəzmşah  Cəlaləddin  Manqburn  qədər  yüz  ildən  artıq  bir  müddət 
ərzində  hakimiyyət  simvolu  olan  həmin  taxt-tac  1231  -ci  ildə  Bəndərin  rəhbərliyi 
ilə üsyan etmiş gəncəlilər tərəfındən dağıdıldı
6

Gəncə "müsəlman aləmin in sonuncu sərhəd avanpostu (ön keşik məntəqəsi) 
idi"
7
,  ona  görə  də  bütün  hökmdarlar,  o  cümlədən  də  atabəylər  onun 
möhkəmləndirilməsinə birinci dərəcəli əhəmiyyət verirdilər.  Lazım o lduqda Gəncə 
düşmənə qarşı çoxlu  miqdarda əla silahlan mış döyüşçü çıxara bilərdi. Mənbə qeyd 
                                                                 
Bu baxımdan yalnız Beyləqan istisnalıq təşkil edir. Q.M.Əhmədov 20 il onur öyrənilməsi ilə məşğul 
olmuşdur. 
2
 Yaqut,VI, səh.171-172. 
3
 Həmdullah Qəzvini, səh.93. Burada cinas vardır: cənzə "xəzinə" və Cənzə-Gəncənin adıdır. 
4
 Мхитар Гош, стр. 12. 
5
 Zəkəriyyə əl-Qəzvini, səh.351; N.D.Mikluxo-Maklay.  XIII əsrin naməlum əsəri, səh.208. 
6
 Ən-Nəsəvi, səh.286. 
7
 Zəkəriyyə əl-Qəzvini, səh.522; əl-Bakuvi, 9a. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə