Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə76/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   72   73   74   75   76   77   78   79   ...   103

157 
 
qanunauyğunluğudur. Hökmdarlıq və çarlıq növbəsi bizə çatan vaxtdan bəri, bizim 
dünya  hökmranlığ ımızın  Günəşi  Yer  kü rəsi  ölkələri  üzərində  işıq  saçdığı  andan 
bizim fıkrimiz dövlətə - A llah onu  möhkəmləndirsin -  inama  layiq və yaxşı həyat 
tərzini elə bir  müdrik, bacarıqlı vəziri (dəstur) verməyə yönəldilir  ki, o,  idarəetmə 
qanunlarını,  dövlətin  gələcəyin i  bilsin,  hökmdarların  tərcümey i-halın ı  o xusun, 
həyat  təcrübəsi  ilə  təmizləsin,  bizi  yaxşı  işlərə  çağırsın,  üstündə  keçici  şöh rət  və 
əbədi  mü kafat  qazanılan  düzgün  yol  göstərsin,  təbəələrin  vəziyyəti  haqqında 
həqiqəti  bizə  çatdırsın,  müsəlman ların  işləri  haqqında bizə  məlu mat  versin,  bütün 
bu  hallarda  bizim  onlarm  icrası  haqqında  necə  əmrlər  verə  biləcəyimizi  desin  və 
göstərsin  ki,  buyurduğumuz  bütün  bu  işlərdə  biz  onun  sözü nə  etibar  edib 
inanaq..."
1
.  Şübhəsiz  ki,  bu,  yalnız  belə  b ir  vəzir  idealı  idi:  hər  hansı  bir  konkret 
halda  vəzirin  hakimiyyəti  onun  vəziyyətindən  və  saraydakı  siyasi  qüvvələrin 
nisbətindən asılı idi. 
Vəzirlər  vəzir,  sədr,  dəstur,  xocayi  bozorq  titullarını  daşıyırd ılar,  onların  
vəzifə  əlamətləri  isə  mürəkkəbqabı  (dəvat)  və  müəyyən  mahud  parçadan  olan 
çalma idi
2

Şəmsəddin Eldənizin vəzirləri bunlar id i: Mu xtarəddin
3
, Sədəddin Əsəd əl-
Əşəll
4
, Şihabəddin Mahmud ibn Sikatəddin Əbd əl-Əziz əl-Hamid i ən-Nişapuri əl-
əl-Hərəvi (h icri 561-ci ilin rəbiələvvəl ayında vəfat etmişdir)
5

Atabəy  Cahan  Pəhləvanla  Qızıl  Arslanın  vəzirlərin in  adını  müəyyən  edə 
bilməd ik,  ola  bilsin  ki,  yu xarıda  adları  çəkilmiş  şəxslərdən  bəziləri  onların  vəziri 
olmuşdur. 
Atabəy Müzəffərəddin Özbəkin vəzirləri " Günlərin saçını ağarmağa məcbur 
edən  və  uzun  illər  ərzində  divanın  işlərini  öz  əlində  saxlayan"
6
  Rəb ibəddin 
Əbülqasım Harun ibn Əli ibn Zəfır Dəndan (1227-ci ildə vəfat etmişdir), onun oğlu 
Muin  əl-İslam
7
  və  "məşhur  vəzirlər  nəslindən  olan,  atabəylər  dövləti  za manı 
Naxçıvanda  divanə əl~istifada  xid mət  etmiş"  Fəxrəddin  Əbülfəzl  Məhəmməd  ibn 
Deyləm şah ibn Məhəmməd ən-Naxçıvani id ilər. Monqollar  zamanı sonuncu vəzir 
işdən uzaqlaşdı, cəmiyyəti tərk etdi və hər şeydən imtina edərək Əhərə getdi, o rada 
şeyx Qütbəddin əl-Əhəriyə qulluq etməyə başladı
8

Dövlətdə üçüncü vəzifə böyük və ya "ulu hacib" vəzifəsi  idi
9
. Başqa Səlcuq 
Səlcuq  sultanlarının  hakimiyyətində  olduğu  kimi,  İraq  sultanlığında  da  hacib  (əl-
                                                                 
1
 H.Horst, səh.27-28; Müq. et: Ч.Стори.11. cтp.751-752. 
2
 İbn əl-Əsir, VIII, səh.130; Xondəmir. Xabib, səh.453; B.B.Бартольд,  I, səh.288. 
3
 Əl-Bundari, səh.303. Təəssüf ki, onun tam adını müəyyənləşdirmək mümkün olmadı. 
4
 Yenə orada. 
5
 İbn əl-Əsir, IX, səh.93; əl-Bundari, səh.289, 297, 301; Ravəndi, səh.268. 
6
 Ən-Nəsəvi, səh.46, 58-61, 211. 
7
 İbn əl-Füvati, IV/3, səh.140. 
8
 Yenə orada. 
9
 Əl-Kəlkəşəndi, V, səh.449-450. 


158 
 
hicab)  vəzifəsi  ən  mühüm  vəzifə lərdən  idi.  Bu  vəzifəni  icra  edən  şəxs  əmir  əl-
hacib əl-kəbir və ya hacib əl-xass əl-həzrət rütbəsini daşıyırdı. 
O,  hökmdarların  şəxsi  kamerdineri  (saray  xadimlərinə  verilən  fəxri  ad)  id i 
və  dövlət  başçısına  aid  mühü m  işlər  haqqında  məlu mat  verir,  onun  tələbatı 
qayğısına qalır və saray mərasimlərini təyin edirdi.  Bəzən hacib öz hökmdarların ın 
yanında elə nüfuz qazanırdı  ki, hökmdar ona ikinci b ir vəzifə də verird i. Məsələn, 
1224-cü  ildə  Xarə zmşah  Cə laləddin  Manqburnun  qardaşı  Qiyasəddin  Pir  şah 
(1220-1229-cu illə rdə hökmranlıq etmişdir) Azərbaycana s oxulub, atabəy Özbəkin 
torpaqlarını  Naxçıvana  qədər tutarkən,  o,  Naxçıvan  kimi  mühü m  sərhəd vilayətin 
vəziratını  ö z  hacibi  Sədrəddin  Əbül-Bərəkat  əl-Os mana  verdi.  Mənbələrdə  Pir 
şahın arzusunu ifadə edən aşağıdakı sənəd qalmışdır: "Sədrəddin Əbül-Bərəkat əl-
Osmana verdi. Mənbələrdə Pir şahın arzusunu ifadə edən aşağıdakı sənəd qalmış -
dır:  "Sədrəddin  Əbül-Bərəkat  əl-Osman i  xəlifə  Osman  ibn  Əffan  əslindən  olan 
ləyaqətli  adamd ır...  hökmdarın  şəxsi  kamerdineri  vəzifəsi  (mənsəb-i  həcəbat-i 
xass-i  həzrət)  ona  tapşınhr.  O,  hə min  vəzifən i  tutmaq  üçün  zəruri  keyfiyyətlərə  
malikd ir.  Hö kmdara  aid  işlər  (ərz-i  mühimmat-i  xass)  haqqında  və  ümu mi 
ehtiyaclar  (rəfi'-i  hacət-i  anım)  barədə  məlu mat  vermə k  ona  tapşırılır.  Sa ray 
məmu rları  və  qulluqçuları  ona  qulaq  asmalıdırlar:  bütün  məsələlərdə  onun 
səlahiyyəti  vardır,  sarayda  onun  tərəfindən  qoyulmuş  qaydalar  qanun  qüvvəsinə 
ma likd ir. 
Bu  ya xın larda  biz  ona  hacib  vəzifəsindən  əlavə,  Na xçıvanın  vəzir liy ini  də  
tapşırdıq  ki,  kafirlərin  ağalığı  nəticəsində  yaranmış  itkiləri  aradan  qaldırsın, 
ədalətli bərpa etsin, din i cəmiyyətlərin,  müsəlman və bütpərəstlərin vəziyyətlərin i 
yaxşılaşdırsın, hər bir  kəslə öz  ləyaqətinə görə rəftar etsin, yalnız köhnədən təyin 
olunmuş vergiləri -müsəlman lardan xəracı və zimmilərdən cizi alsın"
1

Hacib  hökmdarın   göstərişini  icra  o lunmaq  üçün  şifahi  surətdə  vəzirə 
çatdırırdı
2
.  Hacib  hökmdarla  sahibkarlar  arasında  əlaqə  yaradan  şəxs  idi.  Bəzən 
haciblər qoşuna və hərbi əməliyyatlara da rəhbərlik ed ird ilər. 
Rey hökmdarı  Hüsaməddin İnanc sultanın və atabəy Eldənizin tabeliyindən  
çıxanda,  Eldəniz  öz  hacibi  Nüsrətəddin  Cahan  Pəh ləvanı  qoşunla  onun  üstünə 
göndərdi. İnanc məğlub edildi və Şəmsəddin Eldəniz "Rey vilayətini iqta şəklində 
öz oğlu Cahan Pəhləvana verdi. Vəzir Sədəddin əl-Əşəll şəhərin hakimi (əl-hakim) 
və Pəhləvanın demək o lar ki, bütün işlərində müvəkkili (əl-mütəvəkkil) oldu"
3

Atabəy Eldənizin hacibi Toğru l Təkin Ayaz  idi
4
. Atabəylərdən Əbu Bəkrin 
və  Özbəkin  böyük  hacibi  Nəsirəddin  Məhəmməd  idi
5
.  Atabəy  Özbəkin  hacibi 
Şəmsəddin əl-Qu mi id i. O, atabəy səfırin in gürcülərə tapşırığını yerinə yetirirdi
1

                                                                 
1
 H.Horst, səh.124. Pirşahın Azərbaycandakı əməliyyatları haqqında bax: ən-Nəsəvi, səh.120. 
2
 Əl-Bundari, səh.107. 
3
 Əl-Hüseyni, vər.86a. 
4
 Əl-Bundari, səh.297. 
5
 Ən-Nəsəvi, səh.204. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə