Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə75/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   71   72   73   74   75   76   77   78   ...   103

155 
 
kiçikyaşlı  şahzadə  Arslan  şahla  getdi
1
.  Atabəy  Eldəniz  Arranı  idarə  etməyə 
gedərkən  atabəy-tərbiyəçi  idi.  Müqayisə  üçün  Sultan  Mahmud  (1117-1131) 
tərəfındən  İmadəddin  Zənginin  öz  kiçik  oğlanları  Alp  Arslan  və  Fərrux  şahın 
atabəyi-tərbiyəçisi  təyin  olunmasın ı  misal  gətirərəm.  İbn  Vasil  yazır:  "Elə  bu 
dövrdən  İmadəddin  Zəngi  atabəy  kimi  məşhur  oldu"
2
.  Yaln ız  bundan sonra  hicri 
521-c i  ilin  ra ma zan  ayında  atabəy  Zənginin  Mos ula  canişin  təyin  olunması 
haqqında sultan fərmanı imənşur) verild i
3

Atabəy  Şəmsəddin  Eldəniz  özünü  sultan  atabəyi  rütbəsinə  qaldırmamışdı
4

O,  şahzadə  Arslan  şahın  atabəyi  idi  və  Arslan  şah  sultan  olarkən  Eldəniz  onun 
yamnda  elə  həmin  vəzifədə  də  qalırdı.  Eynilə  belə  Eldəniz,  R.A.Hüseynovun 
dediyi  kimi,  ö zünü  "ulu  atabəy"  elan  etməmişdi
5
.  Mənbə  aydın  göstərir  ki, 
Şəmsəddin Eldəniz "ulu atabəy" titulunu məh z sultanm  taxta çıxması  ilə əlaqədar 
olaraq ald ı. 
R.A.Hüseynovun  atabəylərin  "dördüncü  kateqoriyasını"  ayırması  da 
əsassızdır.  "Dördüncü  kateqoriya  -  sülalə  və  dövlət  qarşısında  xid mətlərinə  görə 
atabəy vəzifəsini deyil, atabəy titulunu alan əmirlər və sərkərdələrdir.  Onların heç 
vaxt "tərbiyə alanları" olmamışdır, bu halda atabəy termini saray rütbəsi yox, şəxsi 
xid mətlər  üçün  qazanılmış  rütbə  mənasını  daşıyır.  Dördüncü  qrupa  Dəməşqin 
mü lkədar atabəylərin i -  Burid ləri, Mosul atabəylərini  - Zəngiləri aid etmək olar"
6

Zəngi haqqında yuxarıda danışıldı, Burid atabəyləri sülaləsinin banisi Tuğtəkin isə 
şahzadə Dükəkin atabəyi idi.  Şahzadə Dükək də Suriyamn səlcuq sultanı Tacəddin 
Tutuş ibn Alp Arslanın oğlu id i. 
"İkinci  qabil  atabəylərin,  atabəy  atabəyinin  və  ya  onun  va risi

olan 
atabəylərin  xüsusi  qrupa  -  "beşinci  kateqoriyaya"  ayrılması  da  çətin lik  törədir. 
Eldənizin  bütün  varislərini  "sultanlar  atabəyi"
8
  adlandırmaq  yanlışdır,  çünki  İraq 
Səlcuqiləri sülaləsi sultan II Toğru l  ibn Arslan şahm vəfatı ilə başa çatmışdır.  Nə 
Əbu  Bəkr,  nə  Özbək,  nə  Qutluq-İnanc  Mahmud,  nə  Əmir  Əmiran  Ömər,  nə 
Xamuş, nə Özbəkin nəvəsi Nüsrətəddin sultan atabəyləri olmuşlar.  
Beləliklə,  atabəyin  "iki  rütbəli"
9
  olması  haqqında  danışmaq  lazım  deyil. 
Əlbəttə, eyni titulu daşıyan şəxslər həmişə  eyni səviyyədə real hakimiyyətə  malik 
olmamışlar.  Lakin  titulu  ilkin,  ənənəvi  mənasından  ayırmaq  olmaz.  Eldəniz  məh z 
ona  görə  Arranın  hakimi  (vali)  təyin  olunmuşdu  ki,  Sultan  II  Toğrulun  şahzadə 
(məlik)  Arslan  şahın  atabəyi  idi.  Səlcuq  imperiyasının  süqutu dövründə  yaranmış 
                                                                 
1
 Nişapuri, səh.75. 
2
 İbn Vasil, səh.33; həmçinin bax: Rəşid əl-Cəmili, səh.46. 
3
 İbn əl-Cövzi, X, səh.5; İbn əl-Əsir, Atabəylər, səh.34; Əbu Şəma, I, səh.75. 
4
 Р.А. Гусейнов. Т итулатура, стр. .89; yenə də onun: Иракские Сельжукиды, стр, 190-193. 
5
 Yenə orada. 
6
 Р.А. Гусеинов. Институт атабеков, стр. 194 
7
 Yenə orada. 
8
 Yenə orada, səh.195. 
9
 Р.А. Гусейнов. Т итулатура, стр. .88; yenə də onun: Иракские Сельжукиды, стр, 190. 


156 
 
dövlətlərin  -  Azərbaycan  Atabəylərinin,  Mosul  Atabəylərinin,  Fars  Atabəylərinin  
və  s.  adına  gəldikdə  isə  bu  adlar  səlcuq  şahzadələri  atabəylərinin  ö zləri  sülalə 
baniləri, irsi hakimiyyət sahibləri olduqdan sonra meydana gəlmişdir. Belə olduqda 
dövlət  banilərin in  varisləri,  sultan  uşaqlarının  tərbiyəçiləri  o lub-olmadıq larından 
asılı  olmayaraq,  atabəy  titulunu  qazandılar.  Həmçin in  bunu  da  qeyd  etmək  vacib -
dir ki, atabəy əmirlərin, iqta sahiblərin in, hakimlərin (vali) süzereni (böyük feodalı) 
idi və feodal iyerarxiyasında onlann formal olaraq sultandan sonra tutduqları ikinci 
pillədən  daha  yüksək  pillədə  dururdu.  Eldəniz  isə  "ulu  atabəy"  titulu  ilə  başqa 
atabəylərin  (şahzadələrin  atabəylərinin)  süzereni  hesab  olunduğunu  nəzərə 
çarpdırırdı.  Bu  dövrdə  Eldəniz  təkcə  titula  görə,  yəni  formal  cəhətdən  deyil,  həm 
də real şəkildə süzeren hesab olunurdu, çünki onun hərbi qüdrəti və siyasi nüfuzu 
Orta Şərq ölkələrindəki hökmdarlar arasında ona birinciliyi təmin etmişdi.  
Azərbaycan  Atabəyləri  dövlətinin  idarəsində  (rəhbərliyində)  ikinci  şəxs 
vəzir  vəzifəsi  id i
1
.  O,  bütün  bürokratik  aparatın  başçısı  sayılırdı  və  dövlət 
başçısının  birinci  müşaviri  -  məsləhətçisi  idi.  Atabəylərin  vəzirləri  də,  səlcuq  
sultanlarının  vəzirləri  kimi  bir  qayda  olaraq  türk  deyil,  məmurlar  mühitin in  ərəb-
fars  qulluqçularına  mənsub  idilər
2
.  İnzibati  maliyyə  aparatındakı  başqa  vəzifələri 
də qeyri-türklər tutmuşdu, məmurlar heç vaxt türk adlarını daşımırdılar və bu təkcə 
Səlcuqilər  zamanı  adi  hal  almamış,  əksinə,  hələ  xəlifətin  vaxtında  ənənəyə 
çevrilmişdi. 
Yaln ız  hərbi  vəzifələr  və  qanunla  bağlı  bütün  işlər  zadəg anlığın  türkdilli 
qulluqçuların ın əlində id i. 
Ən  yüksək  dövlət  məmuru  kimi  vəzir  yalmz  hökmdar  qarşısında 
məsuliyyət  daşıyırdı.  O,  hər  cür  rəs mi  mərasimlərdə,  d iplo mati k  işlərdə  və 
vassallarla  əlaqələrdə  hökmdarm  səlahiyyətli  nü mayəndəsi  idi
3

Divan 
məmu rlarının başçısı (əshab əd-divan) olan vəzir  məmurlan vəzifəyə təyin etmək 
və  işdən  çıxarmaq  hüququna  malik  idi.  O,  təqaüdləri  (ərzaq),  maaşları  (məvacib) 
müəyyən  edir,  vergi  sisteminə  və  xəzinəyə  nəzarət  yetirirdi
4
.  Vəzir  həmişə  öz 
hökmdarın ın  yanında  olur,  onu  səfərlərdə  və  yürüşlərdə  müşayiət  edirdi
5
,  özü 
qoşun göndərə və ona başçılıq edə bilirdi
6

Vəzir  vəzifəsi  dövlətdə  böyük  hörmətə  malik  id i.  Sultan  Səncərin  
məktubundan  götürülmüş  aşağıdakı  sətirlər  bunu  təsdiq  edir:  "Ən  böyük  vəzifə 
vəziratdır.  Cəmiyyətin bütün işi və insan əməllərinin  düzgün gedişi onunla bağlıdır. 
Vəziratın  işinin  nəticəsi  ölkənin  şöhrəti,  gözəlliyi,  intizamı  və  dövlətin 
                                                                 
1
 A.Lambton, p.53 və sonrakı səhifələr: H.Horst, səh.25. 
2
  Burada  qəbilə  mənsubiyyəti  deyil,  ərəb  və  fars  dülərini  bilmək  həlledici  əhəmiyyətə  malikidi. 
Səncərin vəzirləri arasında vəzir Yabğu bəy əl-Kaşğari (1122-1124) məşhurdur. 
3
 A.Lambton, p.61 və sonrakı səhifələr 
4
 Yenə orada, səh.56, 71. 
5
 Yenə orada, səh.67. 
6
 Yenə orada, səh.67 və sonrakı səhifələr; H.Horst, səh.26 -27. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə