Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə72/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   68   69   70   71   72   73   74   75   ...   103

149 
 
Şirvanşah  ölkədə  olan  çətin  şəraitə  əsaslandı,  bir  də  ki,  ölkən in  böyük  hissəsinin, 
məsələn,  Şəki  və  Qəbələnin  onun  hakimiyyətindən  çıxd ığın ı  qeyd  et di.  Eyni 
zamanda  gürcülər  [ölkənin]  ətraf  hissələrin i  rutmuşdular.  Bu  məsələ  ətrafında 
onlar arasmda elçilər  mübadiləsi aparılırdı. Nəhayət, hər il  Cəlaləddinin  xəzinəsinə  
50 min dinar vergi verilməsi ilə razılığa gəldilər"
1

Monqollar  Cənubi  Qafqazı  viran  qoyub  Dərbənd  keçidindən  şimala  doğru 
yollandıqdan sonra 618 (1221)-ci  ildə Qəbələ və Şəki gürcülər tərəfındən tutuldu
2

Bu  zaman Şirvan və Arran əhalisin in "yaxşı  düşmən" saydığı və ödənc verdikləri 
gürcülər Beyləqanı və Gəncə ətrafını qarət etdilər
3

Hic ri  624  (1227)-cü  ildə  Sultan  Cəla ləddin  ikinci  də fə  Tiflisi  tutduqdan 
sonra "Səfiəddin Məhəmməd ət-Tuğrayin i Şirvan şəhərlərinin -  Şəki və Qəbələn in 
vəziri  təyin  etdi.  Bu  şəhərlər  hələ  bir  neçə  il  əvvəl  qüvvətli  olarkən  onların  əlinə 
keçmişdi"
4

Bu  zaman Şirvanın  işləri  ilə  Xarəzmşahın vəziri  Şərəf əl-Mülk  məşğul id i. 
O,  Ərdəbil,  Beyləqan və Muğana iqta sifəti  ilə sahib id i və sonuncu Xarəzmşahın  
etibarından  istifadə  edərək  bu  vilayətlərin  gəlirini  mən imsəyirdi.  Sonradan  aşkar 
oldu  ki,  vəzir  qonşu  hakimlərdən  "Arran  və  Azərbaycanın  hakimi  qalmaq,  lakin  
xütbəni onların ad ına o xutdurmaq" razılığ ını almaq n iyyətində imiş
5

Muğanda  məskən  salan  Şərəf  əl-Mülk  1227-ci  ildə  Şirvanşah  III 
Fəriburzdan  növbəti  50  min  dinar  xərac  ödəməyi  tələb  etdi.  Lakin  Şirvanşah 
vəzirin  hiyləsinə  və  pulları  ö zü  mən imsəməsinə  şübhələnərək  tələbi  rədd  etdi. 
Şirvanşaha qəzəblən miş  vəzir  Kür  sahillərinə  yönələrək,  dörd  min  atlını  Şirvana 
soxulmaq  üçün  təchiz  etdi.  III  Fəriburz  "öz  mə mlə kətini  tərk  etdi"  və  Şərəf  əl-
Mülkün  dəstəsi  bu  yürüşdən  nəticəsiz  qayıtdı
6
.  Sonra  Şərəf  əl-Mülk  Ara zdan 
keçərək  Quştəsfı  əyalətini  ələ  keçirtdi,  buradan  şirvanşahın  vergi  toplayanlarını 
(amillərini) qovaraq, həmin  ildə vilayəti 200 min d inara ödənc (damari) verdi. Ən-
Nəsəvi yazır: "Bu v ilayətin  xüsusiyyəti ondan ibarətdir ki, o, Araz və  Kür çayları 
arasında  yerləşirdi.  Buraya  ancaq  gəmidə  üzərək  gəlmək  olardı.  Burada  çoxlu  su 
anbarları  var,  su  quşları  və  balıq  ovundan  çoxlu  gəlir  əldə  edird ilər.  Elə  olur  ki, 
yüz qazı o lan sürünü bir dinara satırlar"
7

Xarəzmşah Cəlaləddin bu vilayəti "əsirlik zəncirindən" xilas edib, Tiflisdən 
gətirdiyi  və  Quştəsfıyə  hakim  qoyduğu  Cəlaləddin  Sultanşaha  iqta  sifətilə 
vermişdi
8

                                                                 
1
 Ən-Nəsəvi, səh.223. 
2
 İbn əl-Əsir, IX, səh.381. 
3
 Yenə orada, IX, səh.349, 355. 
4
 Ən-Nəsəvi, səh.193. 
5
 Ən-Nəsəvi, səh.275. 
6
 Yenə orada, səh.208. 
7
 Yenə orada, səh.222. 
8
 Yenə orada. 


150 
 
Şirvanşah  III  Fəriburz  dəvət  gözləmədən  Sultan  Cəlaləddin  Manqburnun 
yanına  gəldi.  O,  xarəzmilərin  Şirvana  soxu lmaq  ehtimalını  xəbər  verməklə  belə 
hesab  etdi  ki,  "Sultan  hüzuruna  ayaq  basmaq  onun  üçün şərəf  işi  o lacaq  və  onu 
qara gündə taleyin qəzavü qədərindən xilas edəcəkdir"
1
. Şirvanşah sultana 500 at, 
vəzir  Şərəf  əl-Mülkə  isə  50  at  bağışladı.  Vəzir  hədiyyənin  azlığ ından  inciyərək 
"Sultana  Şirvanşahı  həbs  etməyə  və  onun  ölkəsini  Sultanın  qonşu  mülklərinə 
birləşdirməyi  məsləhət  verdi".  Lakin  Sultan  vəzirin  xainliyin i  artıq  bilirdi  və  ona 
qulaq asmadı.  O, Şirvanşahı fəxri libasla mükafatlandıraraq, III Fəriburza "onun öz 
mü lkündə  təsdiqi  və  [xəzinə  üçün]  təyin  olunmuş  verginin  20  min  dinar 
məb ləğində  azalması"  haqqında  fərman  (tövqi)  verdi.  Şirvanşah  ən-Nəsəvinin 
özünə,  tarixçinin  yazdığı  kimi,  fərman ı  tərtib  etdiyinə  görə  min  d inar  verd i
2
.  III 
Fəriburz  dövründə  Bakı  bu xtasında  qala  tipli  müdafiə  qurğuların ın  tikintisinə  və 
bərpasına başlandı. Tikintinin qurtarma tarixi hicri  632 (26.09.1234 -15.09.1235)-ci 
il,  yəni  monqol  basqınından  sonra,  qeyd  edilmişdir
3
.  III  Fəriburz  zamanı  şeyx 
Hüseyn ibn Əlinin (Pir-Hüseyn) qəbri üstündə Xanəgah tikilmişdir. Xanəgahın şərq 
divarının portalındakı yazı belədir: 
Bu  binanı  dünya  hökmdarı,  adil,  yard ım  göstərən,  qalib,  islam  və 
müsəlman lar  padşahlığının  dini  və  dünyəvi  yüksəlişi,  hökmdar  və  sultanların  tacı 
Cam  Əfridunun  vəliəhdi  olan  Əbül  Müzəffər  Fəriburz  ibn  Gərşəsb  ibn  Fəru xzad 
ibn  Mənuçöhr,  mö min lərin  kö məkçisi  -  A llah  onun  tərəfdarlarını  möh-
kəmləndirsin!  -  hakimiyyəti  dövründə  böyük  sədr,  sevimli,  hörmətli,  Xorasanın 
vüqarı Xəzər Vasak adı ilə məşhur Şərəf əd-Dövlə və-d-Din Həsən ibn Məhəmməd  
ibn  Hüseyn  Bavəndinin  -  Allahm  xeyriyyə  işlərinə  köməy i  uzadılsın  -pulları  ilə 
tikməy i əmr etmişdir. Rəcəb ay ında yüz qırx birinci ildə (15.12.1243-13.01.1244)
4

13.01.1244)
4

Beləliklə,  hələlik  əlimizdə  olan  məlu matlara  əsasən  hicri  641-ci  ili 
şirvanşah III Fəriburzun hakimiyyətinin son dövrü hesab etmək o lar.  
İyirmi  altıncı  Şirvanşah  II  A xsitan  ibn  III  Fəriburz  hakimiyyətinin  ilk 
illərində sanki ö z müstəqilliyini saxlaya b ilmişdi. Bu dövrdə yaşayan Zəkəriyyə əl -
Qəzv ini yazır  ki, "Şirvan hökmdarı qüdrətli hakim  idi, güc və qüvvət sahibi id i"
5

Sonra  Şirvan  haqqındakı  qeydində  əl-Qəzvini  deyir:  "Şirvan  müstəqil  qeyri-asılı 
vilayətdir. Onun hökmdarın ın adı A xsitandır"
6
. Ehtimal ki, burada söhbət məhz II 
                                                                 
1
 Yenə orada, səh.223-224. 
2
 Ən-Nəsəvi, səh.224, 231; həmçinin bax: B.B.Бартольд. Ширваншах, Ш, стр. 877 -878. 
3
 Е.А.Похомов. Краткий курс. Уточнение даты крепости Бакинской бухты, стр. 90; И.М. 
Джафар-заде.Археологические раскопки 1946 г., стр. 9-12; А.А.Ализаде. Из истории 
государства Ширванщахов, стр. 100; С.Ашурбейли.Очерк, стр. 142;  
4
 В.Сысоев.Древности, стр. 50-58: Е.А.Похомов. Краткий очерк, стр. 41 
А.Крачкавская.Иранзцы: А.А.Алескер-заде. Некоторые заметки, стр. 25-29; yenə də 
onun:Надписи, стр. 38. 
5
 Zəkəriyyə əl-Qəzvini, səh.595. 
6
 Zəkəriyyə əl-Qəzvini, səh.600. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə