Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə69/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   65   66   67   68   69   70   71   72   ...   103

143 
 
kimi,  Şirvanşahlar  əksər  hallarda  heç  vaxt  müstəqilliyə  malik  olmamışlar,  demək 
olar ki, həmişə qonşu qüvvətli ölkələrin təsiri altında qalmışlar"
1

I  Axsitanın  ölü m  tarixi  mə lu m  deyildir.  Xaqaniyə  görə,  İsmətəddindən  iki 
uşağı  olmuşdur  -  oğlu  Ədudəddin  Fəriburz  cavan  ikən,  qızı  Al  Çiçək  həddi-
buluğuna  çatmamış  ölmüşdür
2
.  Niza mi  " Leyli  və  Məcnun"  əsərində  I  Axsitanın 
Mənuçöhr adlı bir oğlunun da adını çəkir
3
.  Ehtimal ki, I A xsitanın başqa uşaqları 
da  olmuşdur,  yoxsa  əl-Hüseyni  yazmazd ı  ki,  Şirvanşah  öz  qızın ı  atabəy  Cahan 
Pəhləvanın  oğlu  Əmir  Əmiran  Ömərə  ərə  verdi
4
.  Bundan  başqa,  kraliça  Tamarın 
tarixçisi yazır  ki,  1192-ci  ildə Şamaxıdakı  zəlzələdə Şirvanşah 1 A xsitanın arvadı 
və uşaqları həlak oldu
5

I  A xsitanın  ölü mündən  sonra  Şirvanın  taxtını  onun  qardaşı  -  iy irminci 
şirvanşah  Şahənşah  tutdu.  Şahənşah  ibn  Mənuçöhrün  sikkələri  h icri  595  (1198-
1199)-ci  ildə  həkk  olunmuşdur
6
.  Burada  da  şərti  olaraq  Şirvanşah  I  Axsitanın 
hakimiyyətinin  son  ilini  594,  ya  da  595  (1198  və  1199)-ci  ilə  aid  etmək  olar. 
Y.A.Paxo mov  Şahənşahm  adı  ilə  həkk  olun muş  sikkələri  araşdırarkən  qeyd  edir: 
"Şirvanşah  III  Mənuçöhrün  oğlu  və  I  A xsitanın  qardaşı  id i,  taxt -tac  Fərru xzadın  
əlində  möhkəmlənənə  qədər  Şahənşahın  ölümündən sonra  arada  nifaq  düşdü.  Ola 
bilər ki, I A xsitanın b ilavasitə  xələfi  mənim əvvəllər güman etdiy im  kimi  Əfridun 
deyilmiş,  məh z  Şahənşah  imiş.  Şəhanşahı  Əfridunla  eyniləşdirmək  olmaz... 
Beləliklə, yeni b ir şirvanşah III Mənuçöhrün oğlu, onun bilavasitə və ya ən yaxın  
xələflərindən biri Şahənşah ortaya çıxır"
7

Qısa  ikiillik  (1196-1198)  hakimiyyətindən sonra  Şahənşahın  taxt-tacın ı  III 
Mənuçöhrün  böyük  oğlu  -  iyirmi  birinci  şirvanşah  Zöhrətəddin  II  Əfridun  tutdu. 
Onun  haqqında  Xaqaninin  I  A xs itanın  ölü münə  həsr  etdiyi  mərsiyədə  sözarası 
işarə vardır: 
Ah! Sevinc Kəbəsi indi qəm yuvası oldu, çünki bu böyük I 
Axsitanın  bütün  şöhrəti  öz  günlərini  yaşayıb  qurtarmağa  mane 
olmadı.  Lakin  böyük  (kimya)  öz  xasiyyətləri  ilə  hər  səhər  sanki 
deyirdi: 
"Bizim şəhərimizi alçaldan adamın adı qoy dünyadan silinsin"
8

 
Y.A.Paxo mov  yazır  ki,  "bu  qaranlıq  şeirlər  düzgün  şərh  olunsa.  "böyük" 
deyildikdə  öz  oğlu  II  Fəriburzun  sikkələrində  adı  çəkilmiş  II  Əfridun  başa 
                                                                 
1
 A.Bakıxanov. Gülüstani-İrəm, səh.70. 
2
 Xaqani. Divan, səh.532-536; bax: H.Həsən. Fələki Şirvani, səh.35. 
3
 E.Э.Бертельс. Низами и Физули, стр. 143, 144, 251, 274. 
4
 Əl-Hüseyni, vər.l04b. 
5
 История и восхвалание венценосцев, стр.57. 
6
 E.A.Пахомов. Ширванщах Щаханшах, стр. 69-70. 
7
 Yenə orada, səh.70; yenə də onun: Монетны находки в Азербаиджане в 1924 г., стp.75. 
8
 N/Khanikov, р. 135, Е.А. Пахомов. Краткий курс, стр. 37. 


144 
 
düşülür.  O,  az  vaxtda  taxt-taca  sahib  ola  bilərdi:  belə  ki,  hicri  600-cü  ildə  artıq 
Fərru xzad   hakimiyyətə  gəlmişdi,  ona  qədər  isə  Əfridunun  oğlu  Fəriburz 
hakimiyyətdə idi"
1

Sikkələrə  görə,  növbəti  -  iy irmi  ikinci  şirvanşah  II  Əfridunun  oğlu  II 
Fəriburz  o lmuşdur.  Xəlifə  ən-Nasirə-lidin  Allah m  (1180-1225)  dövründə  II 
Fəriburz  tərəfındən  sikkələr  döyülmüşdür  ki,  onlarda  "əl-malik  əl-ad il  Cəlal  əd-
dünya v-əd-Din Fəriburz ibn Əfridun ibn Mənuçöhr, şirvanşah"
2
 həkk ed ilmişdir. 
Bu Şirvanşahın da hakimiyyəti qısa  müddətli olmuşdur. Belə ki, artıq hicri 
600-cü  ildə Şirvan tacında iyirmi üçüncü şirvanşah I Fərru xzad  -  III Mənuçöhrün 
dördüncü oğlu yer tutur. 
Bu  Şirvanşahın  hakimiyyəti  haqqında  müstəqim  məlu matlar  yo xdur. 
Bununla  belə  onun  adı  oğul  və  nəvələrin in  sikkələrində,  Mərdəkandakı  da irəv i 
qalanın epiqrafık yazılarında o xunur. 
İyirmi dördüncü şirvanşah Fərru xzad ın oğlu I Gərşəsbdir (Quştəsb). Birinci 
ad daha məqsədə uyğundur, çünki sikkələrdə ona rast gəlmək olur. Bu şirvanşahın 
hakimiyyətinin başlanğıcını hicri 600-cü ilə aid etmək olur. Mərdəkandakı dairəvi 
qalanm tikintisin in başa çatması bu illə qeyd olunur. Bürcdəki yazı belədir:  
Bu  qalanı  dünyanın  məşhur  hökmdarı,  adil,  qadir,  mü zəffər,  qalib,  dünya 
qüruru  və  etiqadı  uğrunda  mübariz  [islamın  kö məkçisi],  müsəlmanların  dayağı, 
dinin  müdafiəçisi  olan  Gərşəsb  ibn  Fərru xzad  ibn  Mənuçöhrün  hakimiyyəti 
günlərində... [qoşunların ko mandanı] dünyanın böyük sipəhsaları, güclü. ehtiramlı, 
dinin  və  dövlətin  ulduzu  olan  İshaq  ibn  Kakuya  tikmişdir.  Mordad  ayının  
günlərində altı yüzüncü ildə (23.07.-22.08.1204). 
Qalaya  g irişin  sol  tərəfındə  (onun  cənub -şərq  tərəfində)  bu  sözlə r  həkk 
olunmuşdur: "Bənna Əbd əl-Məcid ibn Məsud"
3

Şirvan  qoşunlarımn  ko mandanı,  müdafıə  istehkamların ın  tikintisinə 
rəhbərlik  edən  şəxsin  -  yəni  İshaq  ibn  Kakuyanın  adının  əzəmətlə  çəkilməsi 
göstərir  ki,  Şirvanşah  Gərşəsb  ibn  Fərruxzad  dövlətin  və  xüsusilə  onun  dəniz 
sahillərinin müdafıəsinə böyük əhəmiyyət vermişdir.  
Bu  Şirvanşahın  sikkələrində  aşağıdakı  yazdar  həkk  o lunmuşdur:  "əl-malik 
əl-müəzzəm  Gərşəsb  ibn  Fərru xzad  ibn  Mənuçöhr,  şirvanşah"  və  "ən  Nasirlidin  
Allah".  Gö rünür  I  Gərşəsbin  hakimiyyət  dövrü  xəlifə  ən -Nasirin  ölü münədək 
davam  etmişdir,  belə  ki,  həmin  xəlifən in  dövründə  I  Gərşəsbin  oğlu  III  Fəriburz 
sikkələr buraxmağa başlamışdır
4

                                                                 
1
 Е.А. Пахомов, Краткий курс, стр. 37. 
2
 Yenə orada, səh.38. 
3
 Yenə orada, səh.39. N.V.Xanıkov kimi, qalanın tikilməsini I Gərşəsbin atası  I Fərruxzada aid edir, 
halbuki başqa əsərində (Старинные оборонные сооружения Апшерона, стр, 56 -57) yazı düzgün 
oxunmuşdur. Həmçinin bax: A.A.Aлескер-3aдe.Надписи, стр, 380; А.А.Ализаде, стр.357-358.
 
4
 Е.А. Пахомов. Краткий курс, стр. 40.  


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə