Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə70/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   66   67   68   69   70   71   72   73   ...   103

145 
 
Şirvanşah  I  Gərşəsbin  zamamnda  Şirvan  mü xtəlif  fatehlərin  dəhşətli 
basqınlarına  məru z  qalmışdır.  Hicri  614  (10.04.1217-29.03.1218)-cü  ildə 
Xarəzmşah  Əlaəddin  Məhəmməd  (1200-1220)  tərəfindən  Azərbaycan  atabəyi 
Özbək  məğ lub  edildikdən  sonra  Xarəzmşah  qoşunlarının  Şirvana  soxulması 
təhlükəsi  meydana  çıxdı.  Ölkən i  talandan  xilas  etmək  üçün  Şirvanşah  özünü 
Xarəzmşahın  vassalı  kimi  tanıtdı.  Qeyd  olunduğu  kimi,  "Şirvan  şəhərlərinin  min -
bərlərindən tutmuş Dərbəndə qədər sultanın şərəfinə xütbə oxunurdu"
1

Hic ri  617-ci  ildə  (08.03.1220-24.02.1221)  monqolla rın  Şirvana  ilk  basqını 
oldu.  20  min lik  monqol  dəstəsi  Cebenoyan  və  Sübeqetey-bahadurun  başçılığ ı 
altında  gürcüləri  darmadağın  edərək  Dərbəndə  doğru  yollandı.  Ancaq  bu  yolda 
onların  qabağını  Şamaxı  şəhəri  kəsdi.  Əhali  işğalçılarla  ölü m-dirim  mübarizəsinə 
girişdi.  Şəhəri  hücumla  ala  b ilməyən  monqollar  xəndəkləri  ölü  dəvələrlə,  ev  
heyvanlarının  cəsədləri  ilə,  özlərinin  və  düşmənlərinin  meyitləri  ilə  doldurdular. 
Cəsədlərin  yığ ını  qala  divarlarından  yüksəkdə  dururdu  və  monqollar  şəhərə 
soxuldular.  Şamaxılılar  üç  gecə-gündüz  monqollara  qarşı  qəhrəmancasına 
vuruşurdular.  Çünki  and  içmişdilər:  "Qılıncdan  onsuz  da  yaxa  qurtara 
bilməyəcəyik! Möhkəm dayanmaq daha yaxşıdır, u zaqbaşı şərəfli ö lərik"
2

Şamaxd ılar  monqolların  ilk  həmləsin i  dəf  edə  bildilər,  lakin  qüvvələr 
bərabər  deyildi,  şəhər  ələ  keçdi.  Monqollar  "şəhərdə  çoxlu   adam  qırdılar,  xalqı 
qarət etdilər, azğ mlıq törətdilər və ö zləri ilə ço xlu əsir apardılar"
3

Şamaxını dağıdaraq  monqollar şimala doğru  - Dərbəndə üz qoydular, lakin  
keçiddən  keçə  bilməd ilər.  Bu  zaman  onlar  Şirvanşah  I  Quştəsbin  yanına  adam 
göndərib  "Şirvan  Dərbəndi  hökmdarma  çatdırsınlar  ki,  "sülh  bağlamaq  üçü n  bir 
neçə  adam  göndər".  Şirvanşah  öz  əyanları  içərisindən  10  nəfəri  göndərdi. 
Monqollar  onlardan  birini  öldürüb,  qalanlarını  isə  ölüm  qorxusu  ilə  dağlardan 
şimala  olan  keçid i  göstərməyə  məcbur  etdilər
4
.  Cüveyni  məlu mat  verir  ki,  "heç 
kəsin yadında deyil ki, haçansa hər hansı bir ordu müharibə üçün bu yoldan keçmiş  
olsun,  lakin  onlar  (monqollar)  hiy ləyə  əl  ataraq  buradan  keçdilər"
5
.  Rəşidəddin 
həmç inin  qeyd  edir  ki,  "Dərbənd  xa lqı  monqollara  tuzğa  (nüzf)  təqdim  edərək  ö z 
tabeliyini  b ild ird ilər"
6
.  Gəncəli  Kirakos  yazır  ki,  monqollar  uçuru mları  ağac  və 
daşla  dolduraraq  öz  sərvətləri,  atları  və  hərbi  sursatla  keçilmə z  yollarla  Qafqaz 
dağlarını  keçib  ö z  ölkələrinə  getdilər.  Onların  başçıların ın  adı  Sübe-qetey-
bahadurdur'''
7

                                                                 
1
 Ən-Nəsəvi, səh.61; И.Кафесоглу.203 
2
 İbn əl-Əsir, IX, səh.339-340 
3
İbn əl-Əsir, IX, səh.340; Rəşidəddin, 1/2, səh.288. 
4
 Yenə orada. 
5
 Cüveyni, səh.149. 
6
 Rəşidəddin, I/2,səh.l95. 
7
 Киракос Гандзакеци, стр. 105. 


146 
 
618-c i  il  səfər  ya  rəbiüləvvəl  ayında  (aprel-may,  1221)  monqolla r 
Azərbaycana, Arrana və Şirvana ikinci yürüş etdilər.  Beyləqanı dağıtdıqdan sonra 
onlar  "Şirvan  Dərbəndinə  tərəf  yollandılar,  Şamaxmı  mühasirəyə  aldılar,  oranı 
tutaraq  çoxlu  əhali  məhv  etdilər.  Bundan  sonra  onlar  alanlar,  lakzlar  və   onlarla 
yaşayan  xalqların  ölkəsinə  yollanaraq  onları  məğlub  etdilər.  Sonra  qıpçaqların 
ölkəsinə  hücum  çəkərək,  oranı  tutdular  və  camaatın ı  qovdular"
1
.  Darmadağın 
edilmiş  qıpçaqların  qalıqları  Dərbəndə  gəldi
2
.  On lar  Dərbənd  hakimi  Rəşidə 
sığınacaq üçün müraciət etdilər. "Tatarlar bizim ö lkən i  tutdular və var-dövlətimizi 
qarət  etdilər.  Biz  sizin  ölkədə  qalmaq  üçün  yanımza  gəldik.  Biz  -  sənin 
məmlü klərin ik  və  sənin  üçün  vilayət  fəth  edərik,  sən  -  bizim  sultanımızsan"
3

Lakin  Rəşid onlara sığınacaq verməkdən imtina etdi.  Belə olduqda qıpçaqlar hiylə 
ilə  Dərbəndi ələ  keçirdilər və Rəşid oradan qaçdı. Lakin axırda qıpçaqlar Arran və 
Şirvan  qoşunlarını,  onların  müttəfıq i  olan  gürcülər,  ləzgilər  və  başqa  Dağıstan 
tayfaları  tərəfındən  darmadağın  edild ilər.  "Onları  (qıpçaqları)  qırır,  qarət  edir  və 
əsir  alırdılar,  belə  ki  qıpçaq  məmlü kü  Şirvan  Dərbəndində  [ən]  aşağı  qiymətə 
satılırd ı"
4

Bu  dövrün  mənbələrində  daha  bir  Şirvanşah  -  Rəşidin  adı  qeyd  edilir
5

Ənənəvi İran mənşəli adları daşıyan Şirvanşahlar arasında ərəb adlı Rəşidin ortaya 
çıxması  o  dövr  üçün  anaxron izm  kimi  təsəvvür  edilir.  Bu  anlaşılmazlıq  kimi 
nəzərə  çarpır.  Lakin  o  dövrdə  yaşayan  İbn  əl-Əsir  (1160-1233)  geniş  məlu mata 
malik  müəllif  idi  və  onun "şirvanşah  və  Dərbənd  hakimi"  kimi  Rəşid  adına  işarə 
etməsi  təsadüfi  olmamalıd ır.  Eyni  zamanda  hadisələrin  digər  müasiri  olan  Yaqut 
əl-Həməvi  Şamaxı  haqqında  qeydində  yazır:  "Şamaxı  abad  şəhərdir,  Şirvan 
ölkəsinin paytaxtıd ır (qəsəbəsidir). Bab əl-Əbvabın (Dərbəndin) mahallarından biri 
sayıhr. Onun hakimi şirvanşah Dərbənd hakiminin qardaşıdır"
6

Belə  çıxır  ki,  I  Gərşəsbin  (Gəştəsb)  Rəşid  adh  qardaşı  olmuşdur.  O, 
qıpçaqların  Dərbəndə  hücumu  zaman ı  "gizli  qapıdan  qaladan  çıxaraq  Şirvana 
qaçdı"
7
.  Bundan  əlavə,  Şamaxın ı  Bab  əl-Əbvabın  mahallarından  biri  adlandıran 
Yaqut  əl-Həməv inin  məlu matından  çıxış  etsək,  belə  nəticə  alınar  ki,  Şirvanşahlar 
iyerarxiyası  təbəqəsində  Dərbənd  hakimi  şirvanşah  Rəşid  yüksək  mövqe 
tutmuşdur. Şamaxı hakimi  I  Gərşəsb isə ona tabe olmuşdur. Şamaxı özü isə Şirvan 
hakimlərinin  Ba kıdan  sonra  ikinc i,  bəlkə  də  üçüncü  iqamətgahı  sayılırmış.  Be lə  
izahat mü mkündür, bəlkə də bu, Dərbəndin şəhər və qala kimi düşmənlərin Şirvan 
                                                                 
1
 İbn əl-Əsir, IX, səh.347. 
2
 Yenə orada, səh.348. 
3
 Yenə orada. 
4
 İbn əl-Əsir, IX, səh.348-349. 
5
 Yenə orada, səh.348; əl-Ayni, IV, vər.6 a; İbn Xaldun, V, səh.124-125. 
6
  Yaqut,  V,  səh.291;  həmçinin  bax:  B.B.Бортольд.  Ширваншах,  II/l,  стр.  877;  yenə  də  onun: 
Дербенд,  III,  cтр.  426;В.Ф.Минорский.  История  Ширвана  и  Дербенда,  стр.186 -187; 
E.A.Пахомов. O Дербендском княжестве XII-XIII 
BB
.,
 
cтp.10. 
7
 İbn əl-Əsir, IX, səh.348. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə