Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə73/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   69   70   71   72   73   74   75   76   ...   103

151 
 
Axsitan ibn III Fəriburzdan gedir, çünki I A xs itan ibn III Mənuçöhrün hakimiyyət 
dövrü  əl-Qəzvin idən  ço x  u zaq  dövrə  təsadüf  edir.  Bu  dövrdə  Şirvanın 
müstəqilliy ini  Şamaxı  rayonundakı  Pire  Siddiq  binasındakı  epiqrafik  yazı  təsdiq 
edir: 
Bina  Bire  (Pir-e )  Siddiq  tərəfındən  ən  böyük  hökmdar,  böyük  Şirvanşah 
Cəlaləddin A xsitan  ibn Fəriburzun hakimiyyəti dövründə tikilmişdir. Altı yüz əlli 
beşinci il (1257)
1

Monqol  işğalı  Şirvanın  müstəqilliyinə  son  qoydu  və  Y.A.Paxo movun  
çıxardığı  nəticəyə  görə,  XIII  əsrin  ikinci  yarısında  döyülmüş  bütün  sikkələr 
monqolların  hakimiyyətini  aşkarcasına  təsdiq  edir.  Şirvanşahların  dəbdəbəli 
titulları itib-batır. 
Bu dövrün sikkəsində Münqkekəanın [649-658 (1251-1260)] "adil, böyük" 
titulu  adı  isə,  hicri  653  (1255)-cü  il  tarixi,  xəlifə  əl-Müstəsim-b illahın  adı  və 
sikkən in aşağısında isə "Axsitan ibn Fəri-burz" həkk olun muşdur
2

Bu sikkə hələ sonuncu Abbasilər  xəlifəsinin həlakından qabaq 1258-ci  ildə 
döyülmüşdür.  Bundan sonra  Şirvanşahların  sikkələrində  "adil  kəan"  (adsız)  titulu  
və Axsitan ibn Fəriburzun adı həkk olunur.  
Üç  ildən  sonra,  hicri  658  (1260)-ci  ildə  şirvanşah  II  Axsitan  Hülaku  xanın  
əmri  ilə  ö ldürülür.  İbn  əl-Füvati  özünün  "Titullar  lüğəti"ndə  yazır:  "Əlaəddin 
Fəriburz  ibn  Quştəsb  əş-Şirvani  Şirvan  hökmdarıd ır.  Qədim  nəsildəndir.  Adı 
çəkilən Əlaəddin -  Şirvan hökmdarı  məlik A xsitanın atasıdır ki, onu Böyük sultan 
Hülaku xan 658 (1260)-ci ildə öldürmüşdür"
3

Yazılı,  epiqrafik  və  numizmatik  abidələrin  əs as  göstəriciləri  bunlardan 
ibarətdir  və  bunlara  əsasən  Şirvanın  XII  əsr  və  XIII  əsrin  birinci  yarısında  siyasi 
vəziyyətini ü mu mi şəkildə təcəssüm etdirmək olar. 
 
 
V FƏS ĠL 
ATABƏYLƏR DÖVLƏTĠNDƏ ĠNZĠBATĠ ĠDARƏ  
 
Azərbaycan  Atabəyləri  dövlətində  inzibati  idarə  eynilə  İraq  səlcuq 
sultanlığında  olduğu  kimi  idi.  Atabəy  dövlətinin  banisi  Şəmsəddin  Eldəniz  öz 
dövlətinin  nə  inzibati,  nə  də  hərbi  quruluşunda  demək  olar  ki,  heç  bir  dəyişiklik 
etmədi.  O  da  başqa  dövlət  xadimləri  kimi  (məsələn,  Mosul  Atabəyləri  dövlətinin  
banisi  İmadəddin  Zəngi),  dövlətdə  hakimiyyəti  tam  ələ  alana  qədər  bir  sıra  aşağı 
rütbəli inzibati və saray vəzifələrin i tutmuşdu. 
                                                                 
1
 A.A.Аласкер-заде.Надписи. стр.385. 
2
 Е.А.Пахомов. Краткий курс, стр. 41-42. 
3
 İbn əl-Füvati, IV/2, səh.1067. 


152 
 
Sultan Məsudun hakimiyyəti  zamanı  Eldəniz sultan  mətbəxinin nəzarətçisi 
(hakim  əl-mətbəx  əs-sultani)  vəzifəsindən  qoşun  əmiri  vəzifəsinə  təyin 
olunmuşdur
1
.  1132-c i  ildə  Su ltan  Məsud  özünün  ilk  qısamüddətli  ha kimiyyəti 
zaman ı  Eldənizi  Bağdadın  şihnəsi
2
  təyin  edir
3
.  Lakin  hakimiyyət  başına  gəlmiş 
Sultanll Toğrul  (1132-1135)  Eldənizi bu vəzifədən azad edərək, onu öz kiçikyaşlı 
oğlu Arslan şahın atabəyi vəzifəsinə təyin etdi.  
II  Toğrulun  ölü mündən  sonra  Sultan  Məsud  1136-cı  ildə  atabəy

Eldənizi 
mərhum  II  Toğrulun  dul  arvadı  Mömünə  xatınla  evləndirdi  və  onu  iqamətgahı 
Gəncə olan Arran ın valisi təyin etdi. 
Eldənizin   bu  vəzifəyə  təyin  olun ması  ö lkən in  Gürcüstanla  sərhəd  olan 
rayonlarına  Səlcuqilərin  böyük  əhəmiyyət  verməsi  ilə  izah  olunur.  Bu  dövrdə 
Səlcuq  hökmdarları  sultanlıq  taxtı  uğrunda  gedən  daxili  mübarizədə  öz 
mövqelərini möhkəmləndirmək üçün hərbi iqta sistemini yaradaraq, onları özlərinə 
sədaqətli  hərbi  rəislər  arasında  bölüşdürürdülər.  Nəticədə  sultanlığın  bütün  əyalət 
və vilayətləri nəzarətləri altında on minlərlə qoşun saxlayan hərbi başçılar, əmirlər 
arasında  bölünmüş  oldu
5
.Yu xa rıda  qeyd  olunduğu  kimi,  da xili  mübarizədə  ən 
qüvvətli əmirlərin ittifaqı əsas qüvvə idi. 
Tezliklə  Eldəniz Arran əmirlərini ö zünə tabe etdi və sultan Məsudun ölümü 
ərəfəsində demək olar  ki, Arranın  müstəqil hakimi o laraq, öz  ixtiyarında 50  min lik 
qoşuna malik  id i
6
. İraq sultanlığında şahzadələr arasmda, daha doğrusu, Abbasilər 
xəlifələrin in qızışdırması nəticəsində bir-birinə düşmən olan əmir qruplan arasında 
hakimiyyət  uğrunda  gedən  vuruşmalar  zamanı  Şəmsəddin  Eldəniz  əsasən 
müşahidəçi  mövqeyində duraraq, bundan yalnız özünə  xey ir  qazan maq  məqsədilə 
əlverişli  fürsət  gözləyirdi
7
.  Mirxondun  məlu matına  görə,  Eldəniz  bu  vaxt  Şirvanı 
öz hakimiyyətinə tabe etdi
8

                                                                 
1
 Mirxond, IV, səh.512. 
2
  Ş  i  h  n  ə  -  qarnizona  (ş  i x  n  ə  - ərəbcə  "qarnizon"  deməkdir)  başçılıq  edən  şəhər komendantı 
vəzifəsinə uyğun gələn vəzifədir. Bu vəzifədə olan şəxs şəhərdə təhlükəsizlik və qayda-qanun üçün 
məsuliyyət  daşıyır  ve  vəziyyətin  sabitliyinə  nəzarət  edirdi.  Bağdadda  şihnə  vəzifəsini  ilk  dəfə 
Səlcuqilər  yaratdılar.  Bağdadda  şihnə  vəzifəsinin  təyin  olunmasının  səbəbini  İbn  Xaldun  (I II, 
səh.477)  belə  izah  edir:  "Saysız-hesabsız  fitnələr,  Bağdadda  qorxu  və  çəkişmələrin  artması, 
sünnilərlə  şəfiilər  və  başqalan  arasında  olan  nifaq  -  bütün  bunlar  Səlcuqilərin  şəhərdə  şihnə 
vəzifəsini təyin  etmələrinə  səbəb oldu".  Sonralar  Bağdad  şihnəsi  saray çəkişmələrinə  də  qarışaraq 
xəlifəyə yaxın şəxslər üzərində nəzarət yaratdı və onları özləri istədiyi vaxt dəyişdirməyə başladı (İbn 
əl-Cövzi, VIII, səh.317-319). 
3
 İbn əl-Cövzi, IX, səh.163. 
4
 "Atabəy" ləqəbinin tokamülü haqqmda bax: M.F.Köprülü. Ata İslam Ansiklopedisi, c. I, səh.711-718; 
Кл.Каэн. Атабек, стр. 731-732; Müq. et: Р.А. Гусейнов. Институт атабеков. 
5
 Nişapuri, səh.75. 
6
 İbn əl-Əsir, IX, səh.l 19, 367; əl-Hüseyni, vər.71a, 74b. 
7
 Əl-Bundari, səh.242; əl-Hüseyni, vər.71a, 74b. 
8
 Mirxond, IV, səh.512; Həsənbəy Rumlu, vər.l67b. Əlbəttə, burada söhbət Şirvanşahın atabəydən 
ancaq asılılığından gedir. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə