Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə74/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   70   71   72   73   74   75   76   77   ...   103

153 
 
Sultan  Məsudun  Azərbaycanda  canişin  olan  Çavlının  ölü mündən  (1146) 
sonra Eldəniz qarışıqlıqdan istifadə edərək,  Naxçıvan vilayətin i də öz torpaqlarına 
birləşdirdi
1
.  Eldəniz  öz  paytaxtın ı  da  buraya  köçürtdü
2
.  Sultan  Məsudun  əmir-
hacibi  Fəxrəddin  Əbd  ər-rəh man  Toğan  Yürək  Azərbaycanı  tutmağa  cəhd  etdi. 
Lakin  Sultan  hacibin  xəyanətindən şübhələndi  və  Eldənizlə  Xass  bəy  Arslan  ibn 
Pələng-Ariyə Fəxrəddini öldürməy i tapşırdı ki, bu hadisə 1147-ci ilin aprelində baş 
verdi
3

Beləliklə, Eldəniz Azərbaycanın böyük bir h issəsinin hökmdarı oldu
4

Sultan  Məsudun  vəfatından  sonra  hakimiyyət  başına  gəlmiş  yeni  Sultan  
Məhəmməd  (1153-1159)  xəlifə  əl-Müqtəfıni  (1136-1160)  ö z  hökmranlığına  tabe 
etməyə  cəhd  etdi.  Lakin  xəlifə  Səlcuq  əmirlərinin  bir-birilə  düşmənçilik  edən 
qrupları arasındakı  ziddiyyətlərdən istifadə edərək,  Şəmsəddin  Eldənizi d ilə tutdu 
ki,  o,  uzun  müddət  Bağdadı  mühasirədə  saxlayan  Sultan  Məhəmmədə  qarşı  çıxış 
etsin.  Xəlifənin  vəziri  İbn  Hübeyrə  (1165-ci  ildə  vəfat  etmişdir)  bu  barədə 
Eldənizə  bir  neçə  məktub  yazdı  və  Eldəniz  ö z  Azərbaycan  qoşunları  ilə  İraq 
sultanhğının  paytaxtı  Həmədan  şəhərinə  hərəkət  etdi.  Sultan  Məhəmməd  dərhal 
Bağdadm  mühasirəsindən  əl  çəkərə k,  öz  qoşunları  ilə  Hə mədana  yollandı.  La kin 
Eldəniz  gürcülərin  A zərbaycana  soxulması  bəhanəsi  ilə  öz  qoşunların ı  dərhal 
Həmədandan  geri  çəkdi
5
.  1160-c ı  ildə  sultanlıqda  hakimiyyət  Süley man  şahın 
əlinə keçərkən, Şəmsəddin Eldənizin hərbi qüdrətindən xəbərdar olan şah Eldənizə 
onun kiçikyaşlı oğlu Arslan şahın taxtın vəliəhdi təyin olun ması haqqında fərman 
göndərdi. Onun adı xütbədə çəkilməyə və sikkələrdə zərb olun mağa başlandı
6

1161-c i  ildə  Şə msəddin  Eldənizin  qoşunları  Hə mədanı  tutdu  və  Sultan 
Süley man  şah  taxtdan  sahndı,  sonra  isə  qalaya  salınaraq  öldürüldü.  İraq 
sultanlığının  taxtına  Eldənizin  kiçikyaşlı  oğlu  Arslan  şah  çıxarıld ı
7
.  Həmədan 
şəhəri  Sultan  Arslan  şahın  və  atabəy  Eldənizin  paytaxtı  oldu
8
.  Arslan  şah sultan 
elan  olunduqdan  sonra  onun  atabəyi  "ulu  atabəy"  ləqəbini  aldı.  O  böyüdü  və 
yüksəlməyə başladı, [vəzifəcə] irəli apardı və aşağı saldı"
9

                                                                 
1
  Мхитар  Гош,  стр.  17.  Bu  dövrdən  başlayaraq,  Naxçıvan  və  onun  vilayəti Eldəniz  nəslinin  irsi 
iqtası olur. 
2
 Əl-Hüseyni, vər.71a; H.Д.Миклухо-Маклай. Аноним XIII 
B
.,
 
стр.209. 
3
  Əl-Bundari,  səh.213-214;  Мхитар  Гош,  стр  p.14,  17.  "O,  rəqabət  apardığı  Xasbəyi  öldürdü", 
Həmdullah Qəzvini. Qozide, XIV, səh.467. 
4
 Əl-Bundari, səh.242, 243. 
5
 Yenə orada, səh.252, 255. 
6
 İbn əl-Əsir, IX, səh.68; Ravəndi, səh.264-272; əl-Bundari, səh.289-290; Yəzidi, səh.144. 
7
  Nişapuri,  səh.75;  İbn  əl-Əsir,  IX,  səh.175-177, 255-256;  Mxitar  Qoş  (səh.17)yazır  ki,  Eldəniz 
"Sultan Məsudun  vəfatından  sonra  Arslan  şahı  çar  elan  etdi  və  özü  atabəy  ləqəbini  götürdü.  Bu 
səbəbə görə o, Fars çarlığını tutdu, qüdrətli oldu və bütün böyük hökmdarları əzərək, onların çoxunu 
özünə tabe etdi". 
8
 Əl-Bundari, səh.296-297. 
9
 Yenə orada, səh.297. 


154 
 
Eldənizin oğlan ları  - Arslan şahın ana tərəfdən qardaşlan da yüksək dövlət 
vəzifələrin i  tutdular.  Əbu  Cəfər  Məhəmməd  Cahan  Pəhləvan  böyük  əmir -hacib 
vəzifəsinə təyin olundu, Müzəffərəddin Qızıl Arslan  Osman  isə ali baş ko mandan 
oldu
1
.  
Sultan  Arslan  şahın  taxta  çıxd ığı  gün  atabəy  Eldəniz  "əmiriərindən  hər 
birinə  müəyyən  vəzifə  verd i.  Əmirlər  onun  qarşıs ında  durdular  və  həmin  gün 
Şəmsəddin  Eldəniz  İraqın  və  Arranın  çoxlu  əmirinə  fəxri  paltarlar  bağışladı. 
Rütbələrə  dair  cədvələ  əsasən  onların  hər  birinə  at  və  qatır  verildi.  Su ltan  Arslan 
şah taxtda möhkəmləndi. Əmir Şəmsəddin Eldəniz isə onun atabəyi oldu"
2

Yu xanda qeyd olunduğu kimi (səh.70-71), Arslan şah yalnız sözdə dövlətin  
başçısı  idi,  çünki  u lu  atabəy  Eldəniz  "fərmanlar  verir,  torpaqları  iqta  şəklində 
paylayır,  xəzinə  anbarların ı  ixtiyarında  saxlayır,  ö zü  istədiyi  kimi  onları  ö lkən in 
hər hansı bir yerinə köçürürdü". 
Beləliklə,  Şəmsəddin  Eldəniz  İraq  sultanlığın ın  həqiqi  başçısı  oldu.  Bu  
dövrdən başlayaraq, "atabəy" ləqəbinin, "vəliəhd şahzadənin tərbiyəçisi" kimi ilkin 
mənası  öz  məzmununu  dəyişir  və  hökmdarın  ali  tituluna  çevrilir.  Bu  sözü  adi 
mənasından fərqləndirmək üçün ləqəbə "ən böyük" (əl-əzəm) sözü artınhr.  Eldəniz 
dövlət  işlərində  həlledici  səsə  malik  id i,  o  həm  də  "məlik"  titulunu  daşımağa 
başladı ki, bu da onun hakimiyyətinin öz torpaqlarında irsi olduğunu göstərirdi.  O, 
xarici  siyasət  üçün  məsuliyyət  daşıyır,  müharibə  elan  olunması  və  qoşun 
toplanması  məsələlərin i  həll  ed irdi.  O  həmçinin  öz  adın ı  sikicə  üzərində  zərb 
olunması
3
  və  xütbələrdə  xəlifə  və  sultan  adları  ilə  yanaşı  öz  adının  da  çəkilməsi 
hüququnu  qazandı.  Atabəy  Eldəniz  adətən  qoş unu  döyüşə  özü  aparır,  bəzən  isə 
hərbi əməliyyatları öz  müavininə (naibə), yəni qoşun komandanı - əmir sipəhsalar 
Qızıl Arslana tapşırırdı. 
Bu  məsələ  ilə  əlaqədar  o laraq  R.A.Hüseynovun  məqalələrindəki 
Azərbaycan  Atabəyləri  dövlətində  vəzifə  iyerarxiyasın ın  (aşağı  rütbəlilərin  yuxarı 
rütbəlilərə  tabeolma  qaydası)  xarakteristikasına  dair  bir  neçə  söz  demək  lazımdır. 
O,  məsələn, yazır  ki, Su ltan Süley man şah 1160-cı ildə  Eldənizi "vəliəhd şahzadə 
Arslan şahın  atabəyi"  (yəni  onun  tərbiyəçi  üçün  məsul  şəxs)  təyin  etdi.  Beləliklə, 
atabəy-canişin Eldəniz atabəy-tərbiyəçi oldu. Deməli, Şəmsəddin və onun varisləri 
iki atabəy vəzifəsini daşıyırdılar: canişin və "tərbiyəçi"
4

Şəmsəddin  Eldəniz  şahzadə  Arslan  şahın  atabəyi  vəzifəsinə  1132-ci  ildə 
onun atası Sultan II Toğrul tərəfındən təyin olun muşdu, 
1136-c ı  ildə  isə  Sultan  Məsud  Eldənizi  Arran m  canişini  təyin  edir,  O, 
Arrana  öz  arvadı  Mömünə  xatın la  -  II  Toğrulun  dul  qadmı  ilə  və  oğulluğu  - 
                                                                 
1
 Ravəndi, səh.269, 279, 283 və sonrakı səhifələr; əl-Hüseyni, vər.80b. 
2
 Əl-Hüseyni, vər.81a-81b. 
3
 Е.А.Пахомов. Монетные клады, вып.  I-IX; A.X.Машугян, стр.86-89. 
4
 Р.А. Гусеинов.  Титулатура, стр 89. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə