Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə82/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   78   79   80   81   82   83   84   85   ...   103

169 
 
Gəncədə  zəlzələ  zamanı  həlak  olanlarm  sayı  bir  məlu mata  görə,  230  min 
nəfər
1
, başqa məlu mata əsasən isə 300  min nəfərə
2
 çatır. Hə m İbn əl-Əsir, hə m də 
əl-İsfahani  bu  dəhşətli  zəlzələnin  demək  olar  ki,  müasirləri  o lmuş  və  hətta  onlar 
əgər  həlak  olanların  sayını  ikiqat  artırsalar  belə,  yenə  də  rəqəm  150  min   nəfərə 
yaxın olur.  Əgər şəhər əhalisinin yarısının həlak olduğunu fərz etsək, onda heç bir 
şübhə yoxdur ki, Gəncədə həmin dövrdə 300 mindən ço x əhali var imiş. 
Təbii  fəlakətdən  və  Gəncə  əhalisinin  çaşqınlığından  ("Bütün  kişilər 
inildəyir, qadınlar acı-acı ağlayır, qocalar da, cavanlar da qəmli  fəryad edird ilər")
3
 
istifadə  edərək,  çar  Demetre  və  baş  komandan  İvane  Mxarqrdzelinin  başçılığ ı  ilə 
gürcü qoşunları şəhərə hücum etdilər.  Onlar "rəh msizliklə və  kobud şəkildə rəftar 
edir, sağ qalanların üstünə hücum edir və onları ya qılıncdan keçirir və ya özlərinə 
qul edirdilər  [satırdılar].  Onlar bu mühü m şəhərin birdən cəhənnəmə çevrilməsini, 
yığın-yığ ın  qızıl  və  insan  meyitləri  qalağ ının  bir-birinə  qarış masını  görsələr  də, 
şəhərə  qarşı  rəhmli  olmaq  haqqında  düşünmədilər,  qızıl  və  gü müş  xəzinələrin i 
qazıb apardılar, basqınlar və işgəncələri ilə [camaata] zəlzələn in özündən daha çox 
əzab  verird ilə r"
4
.  Gəncəli  Kirakos  və  əl-İsfahani  bunu  da  əlavə  edirdilər  ki, 
gürcülər özləri ilə Gəncənin şəhər darvazasını apardılar
5

Sultanın canişini Qara  Sunqur tələsik ö z qoşunları  ilə  Gəncəyə yollandı və 
Gəncə  yaxın lığ ındakı  döyüşdə  gürcülər  məğlub  olaraq  şəhərd ən  uzaqlaşdılar.  A z 
müddətdə Qara Sunqur əhalin in kö məy i ilə şəhəri "onun bütün gözəlliyi ilə"
6
 bərpa 
bərpa etdi və "şəhərin dağılmış divarlarını yenidən düzəltdi"
7
. Beləliklə, zəlzələnin 
zəlzələnin  dağıntıları  2-3  il  ərzində  aradan  qaldırıldı.  Əgər  zəlzələ  zamanı  Gəncə 
əhalisinin yarıdan ço xu həlak olsaydı, bu bərpa işləri mü mkün olmazd ı.  
Mənbələrdə  şəhərin  bərpa  olunmasında  başqa  şəhərlərin  və  vilayətlərin  
əhalisinin  iştirakı haqqında məlu mat o lmadığ ına görə, İ.M.Cəfərzadə haqlı olaraq 
qeyd  edir  ki,  zəlzələn in  dağıntıla rı  gəncəlilərin  özləri  tərəfındən  ləğv  olunmuşdu 
və sağ qalanlarını sayı həlak o lanların sayından az o ımamışdır
8

Azərbaycanın  ən  çox  möhkəmləndirilmiş  şəhərlərindən  biri  Naxçıvan  idi. 
Ətrafında  möhkəm  divar  çəkilmiş  bu  şəhər  hərbi  istehkama
9
  ma lik  idi.  Şəhər 
yüksəklikdə  tikilmişdi  ki,  oradan  şəhərin  kənarında  axan  Araz  çayın ın  mənzərəsi 
açılırd ı.  Naxçıvanda  gözəl  saraylar,  mədrəsələr,  məscidlər,  köşklər,  məbədlər  və 
məqbərələr  var  id i
10
.  Atabəylərin  hakimiyyəti  zaman ı  tikilmiş  iki  mədrəsə  atabəy 
                                                                 
1
 İbn əl-Əsir, VIII, səh.368; Бар-Эрбей, , II, cтp.375; Sibt ibn əl-Cövzi, VIII/1,səh.168-169. 
2
 Əl-Bundari, səh.190. 
3
 Nizami Gəncəvi, səh.23. 
4
 Мхитар Гош. Стр. 12. əl-Fəriqi, vər. 162a-b. 
5
 Киракос Ганзакеци, стр. 103. əl-Bundari, səh.190. 
6
 Əl-Bundari, səh.190. 
7
 Мхитар Гош. Стр.12. 
8
 И.М. Джафарзаде. Историка-Археологические очерк, стр. 15.
 
9
 Н.Д,Миклухо-Маклай. Аноним XIII в.стр., 208. əl-Bakuvi, səh. 99.  
10
 Yenə orada. 


170 
 
Şəmsəddin  Eldənizin  arvadı  və  atabəylərdən  Cahan  Pəhləvanla  Qızıl  Arslanın  
anası  Mömünə  xatın ın  məqbərəsinin  vəqf  mü lkiyyəti  idi.  Bu  iki  mədrəsə  vəqfın  
gəliri hesabına saxlanılırd ı
1

Naxçıvanın  görkəmli  memarlıq  abidələrindən  biri  məşhur  Mömünə  xatın 
türbəsidir. Onun qurşağında aşağıdakı yazı həkk o lunmuşdur: 
 
Mərhəmətli və rəh mli Allahın adı ilə! 
Bu məqbərəni dünyamn ədalətli hökmdarı,  
əzəmətli, qalib Şəmsəddin, 
Nüsrot əl-islam vəl-müslim Cahan Pəhləvan 
atabəy Əbu Cəfər Məhəmməd ibn atabəy Eldəniz 
Dünyanın və dinin böyüklüyü, islamın  
 və müsəlmanların  
paklığı Mö münə xatın [xatirinə] - hər şeydən  
yüksək Allah  
ona rəhm etsin! 
Beş yüz səksən ikinci ilin  məhərrəm ayında  
(24.03-22.04.1186-c ı il) tikilməsin i ə mr etdi. 
 
Naxçıvan  mədrəsəsinin  qabaq  tağının  yuxarı  hissəsində  belə  sözlər  həkk 
olunmuşdur: 
Dünyanm ədalətli və ən ulu hökmdarı 
atabəy Əbu Cəfər Məhəmməd ibn  
atabəy Eldəniz - Allah onun məzarın ı əziz tutsun! 
Qabaq tağın qapılarında bu sözlər yazılmışdır: 
...ən  mütəvəlli  əmir  əl-ü məra'  əmir 
Nurəddin, atlı qoşunların başçısı və atabəy 
dövlətinin vergi y ığanı. 
 
Naxçıvanda  həmçinin  yerli  şey xlərin  başçısı  Yusif  ibn  Kəsirin  (Qüseyrin) 
məqbərəsi  də  yerləşmişdi.  O,  hicri  557-ci  ilin  şəvval  ayında  (13.09-11.10.1162) 
tikilmişdir. 
Mömünə  xatm  mavzo leyi  memar  Əcəmi  ibn  Əbu  Bəkr  ən-Naxçıvani 
tərəfindən  tikilmişdir.  Bu  yaxınlarda  respublikamızın  ictimaiyyəti  onun  anadan 
olmasının 850 illiyin i qeyd etdi
2

Naxçıvanın  ço xlu  əhalisi  və  inkişaf  etmiş  kustar  sənayesi  var  id i.  Yerli 
sənətkarlar  daxili  və  xarici  bazar  üçün  parça,  örtük,  keçə,  çu xa,  saxsı  və  taxta 
                                                                 
1
 О.Туран, стр. 57-60; А.Гусейн-заде, стр. 1269-1273. 
2
  Naxçıvan  abidələri  haqqında  bax:  B.M.Cысoeв,  стp.91  və  sonrakı  səhifə:  А.А.Алескер-заде 
надписи, стр. 158. История архитектуры Азербаиджана ,стр. 87.  


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə