Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə78/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   74   75   76   77   78   79   80   81   ...   103

161 
 
sənədlərin in  tərtibində  ədəbi  formanın  kamilliyinə  b irinci  dərəcəli  əh əmiyyət 
verilirdi
1

Dövlət  dəftərxanasının  başçısı  münşi  və  ya  tuğrayi  idi.  Biz  A zərbaycan 
Atabəyləri  dövlətində  bu  vəzifədə  çalışan  şəxslərin  adını  bilmirik,  lakin  həmin  
vəzifənin  irsi  olduğunu  və  onun  sahiblərinin,  eləcə  də  onlarm  nəsillərin in  "ət -
tuğrayi"  ləqəbini  daşıdıqlarını  nəzərə  alsaq,  onda  Azərbaycan  Atabəyləri 
dövlətində ən məsul vəzifələrdə işləmiş təbrizli ət-tüğrayilərin adlarını misal o laraq  
çəkmək olar
2

Maliyyə  idarəsinə  və  ya  xəzinəyə  ali  maliyyə  məmuru  (mustəvfi  əl -
məmalik)  rəhbərlik  edird i.  O,  taxt-tac  və  xəzinənin  nıaliyyə  cəhətdən  təmin 
olunması da daxil olmaq la dövlətin maliyyə müəssisələri sisteminə başçılıq edirdi. 
Atabəy  Özbəkin  vaxtında  Kəmaləddin  əl-Mustəvfi  xəzinə  rəisi  id i
3
.  Ye rli 
maliyyə-smeta idarələrin in rəisləri yerli mustəvfılər idilər
4

Dövlətin əsas idarələrindən biri hərbi idarə id i.  Ona  sahib divan əl-'ard və 
ya  arid  başçılıq  edird i.  O,  hərbi  iqtalara  nəzarət  edir  (lakin  onları  paylaya 
bilməzd i),  bütün  rütbədən  olan  hərbi  qulluqçuların  şikayətlərinə  və  haqlarının  
ödənilməsinə  baxırdı.  Dövlətdə  poçt  idarəsi  də  mövcud  idi.  Poçt  öz  müstəqim 
vəzifəsindən  əlavə,  yuxan  təşkilatlar  üçün  hər  cür  məlu mat  toplamaq la  və 
casusluqla da məşğul olurdu. 
Azərbaycan  Atabəyləri  dövləti  mü xtəlif  vaxtlarda  bir  sıra  iri  vilayət  və 
əyalətlərdən təşkil o lun musdu. Onların adətən dəqiq müəyyən olunmuş sərhədləri 
yox  idi.  Dövlətin tərkibində həmişə Azərbaycan, Arran, Naxçıvan, Fars İraqı, Rey 
və Həmədan vilayətləri daxil id ilər. 
Hər bir vilayətin qubernatoru (vali) hökmdarın  müavini və öz vilayətlərində 
olan  bütün  idarə  obyektləri  üçün  məsul  idi.  Səlcuqilər  və  Atabəylər  dövründə 
valilər demək o lar ki, həmişə türklərdən olurdu və həmin vəzifən i tutmazdan qabaq 
əksər  hallarda  qoşun  əmirləri  id ilər.  Rəsmi  sənədlər  valinin  xid məti  vəzifələri 
sırasında  birinci  növbədə  təbəələrə  qarşı  qayğıkeşliy i,  islamın  qoyduğu  qayda -
qanunlara  əməl  olun masını  və  onların  yayılmasını,  təbəələrə  qarşı  rəh mdarlığ ı  və 
ədalətliliyi,  sakitliy i  və  qaydanı  qorumağı,  cinayətkarların  cəzalandırılmasını, 
zəiflərə və yo xsullara dayaq durmağı, dinə münasibətləri olan adamlara - seyidlərə, 
imamlara, sufilərə, ruhanilərə, şey xlərə xüsusi hörməti qeyd edird ilər
5

                                                                 
1
 Cahan Pəhləvanın xarəzmşah Təkişə məktubları. Divan əl-inşa haqqında ətraflı : Ал-Калкашанди, 
I, стp.91-104; III, cтp.490-492; V,cтp.464-465; H.Horst, p.31-36. 
2
 Ən-Nəsəvi. Göstərici üzrə. 
3
 Ən-Nəsəvi, səh. 164-165. 
4
 Mustovfı" sözü bəzən "xəzinədar" kimi tərcümə olunur, lakin mustəvfı xəzinə gözətçisi deyildi. Hər 
bir  xəzinənin  özünün  gözətçisi  var  idi.  Mustovfı  vergilərin  hesabını  aparır,  məmurların  maaşları 
üçün ayrılmış xərclərə baxırdı

 
5
 H.Horst, İ-1, İ-3 sənədləri 


162 
 
Vali  ruhanilərə  qarşı  d iqqətli  olmalı  və  din i  işlərdə  onların  məsləhətlərinə 
əməl  etməli  idi
1
.  O,  mədrəsələrdə  müqəddəs  vəzifəsinə  yaln ız  bacarıqlı  imamlar 
təyin  etməli  id i.  Mədrəsəyə  nəzarət  və  onu  idarəetmə  işi  isə  valin in  öz  üzərinə 
düşürdü. Vali ö z vilayətinin dünyəvi hakimi  idi. Bu və zifədə ona tövsiyə olunurdu 
ki, hökm çıxararkən və cinayətkarları cəzalandırarkən vicdanla və düzgün hərəkət 
etsin
2
. Hakimlər (qazılar) valiyə tabe idilər.  Vali onların  işinə nəzarət edir, qazılar 
da həmişə valinin kö məyinə arxalanırdılar
3

Vali  v ilayətin  bütün  məmurlarmın  rəisi  id i.  Belə  ki,  o,  onları 
vəzifəyə  təyin  edir,  rütbələrini  artırır  və  kiçildir,  işdən  azad  edirdi
4
.  Vali 
məmu rlarına  göstəriş  verməli  idi  ki,  onlar  camaatla  və  xüsusilə  də  adlı-sanlı 
adamlarla  ədalətlə  rəftar  etsin,  mülki  idarə  işlərində  heç  bir  yenilik  tətbiq 
etməsinlər
5

Maliyyə  idarəsi  valiyə  tabe  idi.  Ali  maliyyə  məmu ru  vilayətin  mustovfısi 
idi. Hər bir mahalda və vilayətdə vergiyığan (amil) vali tərəfindən təyin olunurdu. 
Vali  ö z  v ilayətində  ali  baş  ko mandan  idi.  Valiyə  onun  tabeliyində  olan  
əyalətləri, xüsusilə də sərhəd rayonlarını müdafıə etmək əmri verilirdi
6

Vilayətdə vəzifəcə ikinci şəxs valin in vəziri idi. Məsələn, Qiyasəddin 
Pir şah Azərbaycanda olarkən, o, öz hacibini Naxçıvan vilayətinin vəziri təyin et di. 
Vəzir  Sədrəddin  Əbül-Bərakət  əl-Os maniyə  yuxarıda  (səh.  198)  qeyd  olunmuş 
vəzifələrdən  başqa,  aşağıdakı  işləri  də  gönnək  tapşırılmışdı:  "Əgər  Naxçıvan 
qalasının  adamlarından  hər  hansı  biri  islamı  qəbul  edib  d insizlikdən  imtina  etsə, 
vəzir  onu  cizi  ödəmədiyi  üçün  məsuliyyətə  cəlb  etməməli  və  heç  bir  tələb  irəli 
sürməməlid ir.  O,  [xristianların ]  kilsə  tikmələrinə,  onu  təmir  etmələrinə,  kilsələrə 
adam yığ malarına  mane olmamalı,  lakin onların  mühüm bir yenilik və təzə  ziyarət 
yerləri yaratmalarına yol verməməlid ir.  Bundan əlavə, o, istərsə yüksək, istərsə də 
aşağı  təbəqədən  olan  xristianların  müsəlmanlardan  ayrı  yaşamaları  qayğısına 
qalmalı, onlara at üstündə gəzməyi və silah gəzdirməyi qadağan etməlidir.  
Vəzir  yolları  qorumalı,  zimmi  silkindən  olanların  isla m  məntəqəsindən 
çıxıb,  d insizlərə  birləş məsinin  qarşısını  almaq  üçün  bütün  gediş-gəliş  yollarını 
nəzarət  altında  saxlamalı  idi.  Heç  b ir  tacir  -  istər  müsəlman,  zimmi,  dindar,  ya 
əcnəbi  olsun  -  həmin  yerə  silah la,  qulla  və  mal-qara  ilə  getmək  imkanına  malik 
olmamalıd ır. Düşmən ölkədən (dar əl-hərb) islam ölkəsinə (dar əl-islam) köçmək 
istəyənləri o, hörmətlə və ədəblə qarşılamalı, lakin onların ölkədə həddindən artıq 
çox məskunlaşmasına yol verməməlid ir. 
                                                                 
1
 Yenə orada, İ-3, İ-6 sənədləri 
2
 H.Horst, 1-13, İ-14 sənədləri 
3
 Yenə orada, İ-1, İ-13 sənədləri 
4
 Yenə orada. 
5
 Yenə orada. 
6
 Yenə orada, İ-10 və İ-12 sənədləri. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə