Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə79/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   75   76   77   78   79   80   81   82   ...   103

163 
 
Əgər  müsəlmanlardan  biri  kafırlərin  tərəfınə  keçmək  is təsə,  vəzir  ona 
sərbəstlik imkan ı verməməli, istədiyini deməyə və yerinə yetir məyə qoymamalı, üç 
gün  ərzində  onunla  yumşaq  rəftar  etməli  və  cəhd  göstərməlid ir  ki,  o,  dinə  olan 
şəkkindən  əl  çəksin.  Əgər  həmin  şəxs  yenidən  dinə  qayıtsa,  "onda  vəzir,  böyük 
qələbə  qazanmış  olur".  Əks  təqdirdə  vəzir  onun  bəraəti  haqqında  deyil,  edamı 
haqqında  hökm  verməlid ir...  Xain  düşmən  ölkəyə  (dar  əl-hərb)  keçə  bilsə,  onda 
vəzir  onun  daşınmaz  əmlakını  müsadirə  etməli  və  onun  hamısını  vəkil  edilmiş 
şəxslərə verməlid ir  ki, əgər o, peşman olub geri qayıtsa, malını ö zünə qaytarsınlar. 
Əgər  xain  qayıtmasa,  onda  onun  vaxtı  keçmiş  borc  və  öhdəlikləri  ödənildikdən 
sonra vəkil ed ilmiş şəxslər d insizlik  müddətinin gəlirini qənimət şəklində götürüb, 
qalan əmlakı onun varislərinə qaytarmalı idilər"
1

Sənəddən  göründüyü  kimi,  Naxçıvan  bir  sərhəd  vilayəti  kimi  xüsusi 
rejimdə  idi.  Burada  başqa  dinə  -  xristianlığa  etiqad  edənlərin  nüfuzu  
məhdudlaşdırılmışdı və müsəlmanlığ ın saxlan ması üçün ciddi nəzarət mövcud id i.  
Vilayətin vəzirlərindən başqa əyalət və şəhərlərdə də vəzir vəzifəsi  mövcud 
idi.  Məsələn,  Təbriz  vəziri  məşhur  Şəmsəddin  Tuğrayi  idi
2
.  Səlmas,  Urmiya  və 
Xoy əyalətlərinin də ö z vəzirləri var idi
3

Şəhərləri valin in adından şəhər rəisləri  idarə ed irdilər.  Ətraf kəndlər onlara 
tabe  idi
4
.  Rəislər,  bir  qayda  olaraq,  yerli  tanın mış  nəsildən  seçilirdi.  Onların 
vəzifəsi  həmişə  irsi  olurdu.  Ətrafdakı  mahal  və  kənd  rəisləri  şəhər  rəisinə  tabe 
idilər.  Rəis  məmurlarla  təbəələr  arasında  vasitəçi  idi  və  şəhər,  kənd  əhalisinin 
hökmdar qarşısında öz vəzifələrini yerinə yetirərkən qayda-qanuna əməl etmələrinə 
cavabdeh idi.  Şəhər  rəisinə axtarış rəisi tabe id i.  O, həmin şəxsi bu vəzifəyə təyin 
edir  və  onu  dəyişdirirdi,  çünki  rəis  də  şəhər  və  mahalda  təhlükəsizlik  və  sakitlik 
üçün məsuliyyət daşıyırdı. 
Azərbaycan  Atabəyləri  dövlətində  ən  görkəmli  əyanlardan  biri  ət -Tuğrayi 
nəslindən olan rəislər idilər. Onlardan yaşca ən böyüyü  -Şəmsəddin Təbrizin vəziri 
idi.  Onun  qardaşı  oğlu  Nizaməddin  isə  şəhərin  rəisi  idi.  Tuğrayi  nəslin in 
nümayəndələri  "camaatın  boynuna  minərək,  şəhərdə  tam  hakimlər  kimi  sərəncam 
verir,  əhali  isə  şəhər  atalarının  qanına  işləmiş  "məhəbbətdən"  irsən  almış  şəhər 
rəisi və vəzirlərini, onların sələflərinə olduğu kimi,  razı salırd ılar"
5
. Şəmsəddin ət-
Tuğrayi "Təbriz sakinlərin in təkcə əmlakı haqqında deyil, onların həyatı barəsində 
də  istədiyi  göstərişi  verirdi.  Əhali  isə  onun  hakimiyyətinə  ona  görə  dözürdü  ki, 
onun  əslinə-nəcabətinə hörmət  edir  və  ailəsin i  sevirdilər.  Ona  sədaqət  əhalidə  bir 
                                                                 
1
  H.Horst,  p.124-125.  Noraşənli  Əbu  Bəkr  Siyavuş  oğlu  belə  xainlərdən  olmuşdur.  O,  "dədə-baba 
dinindən  dönərək,  xristianlığı  qəbul  etmək  arzusunda  olmuşdur".Памятники  армиянской 
агиографии. Мученичество Абу Бакра (Осепа), стp.254-264. 
2
 Ən-Nəsəvi, səh.276. 
3
 Yenə orada, səh.200. 
4
 A.Lambton, p.290 və sonrakı səhifələr 
5
 Ən-Nəsəvi, səh.155, 156. 


164 
 
and şəklini almışdı. Hətta hörmət və v icdan yox olanda və ürəklər öz daxili aləmini 
açanda,  qara  camaat  (əmma)  itaətlə  onun  qapısına  doğru  gedərək,  onun  əmr  və 
göstərişlərinə  əməl  edird ilər.  O,  bacardığı  qədər  Təbrizin  möhkəmləndirilməsi  və 
müdafıəsi qeydinə qalırdı"
1

Gəncənin rəisi və atabəy Özbəkin canişin i "var-dövlət, pul, qüdrət və geniş 
hakimiyyət səlahiyyətinə  malik o lan"
2
 Cə ma ləddin ə l-Qu mi  idi. Təbriz əyalət ində 
olan  Quzekunan  kəndinin  rəisin in  də  adı  məlu mdur.  O,  "yüksək  qonaqpərvərlik 
göstərərək,  mətbəx,  çörəkxana  və  tövlələr  üçün  nə  lazımsa  hamısını  tapır, 
həmçinin qonaqları, saray adamların ı və yüksək şəxsləri yaxşı qəbul edird i"
3

Ərdəbilin  rəisi  Fəlakəddin  Əbu-n-nəsr  əl-Cüneyd  ibn  İsmayıl  ibn  Əli  ibn 
İsmayıl əl-Ərdəbili (hicri 615-ci ildə vəfat etmişdir) id i
4

Rəislər  ö z  mahallarında  dünyəvi  hakim  id ilər,  lakin  şəraitə  görə  d ini 
hakimlərlə (qazı) və imamlarla razılaşırd ılar. 
Şiə  qazısından  başqa,  dövlətin  hər  bir  şəhər,  mahal  və  kəndində  yerli 
qazılar  var  id i.  Monqolların  hücumlarından  əvvəlki  son  üç-dörd  onillikdə  qazı 
vəzifəsində  çalışmış  bir  sıra  azərbaycanlı  qazının  adına  İbn  əl-Fuvatinin  əsərində 
rast gəlirik. 
Təbrizin  qazısı  şəhər  rəisi  Şəmsəddin  ət-Tuğrayinin  qardaşı  oğlu 
Qəvaməddin Əbu Abdullah Məhəmməd ibn Əbd əl-Malik Məhəmməd əl-Xəddadi 
ət-Təbrizi  id i.  Bu  vəzifə  ona  irsən  ata-babalarından  qalmışdı.  O,  "öz  əsillərin in 
Kəbənin  açarçıları  (anbardarları)  olan  banu  Şeybana  aid  edən  görkəmli  qazılar 
nəslindən  idi.  Təbrizdə  höku mətin  yarısı  və  qazı  vəzifəsi  ona  məxsusdur"
5

Təbrizin  qazılar  qazısı  Fəxrəddin  Əbül-Fəzl  Əh məd  ibn  Məhəmməd  ibn  Əbd  əl-
Məlik əl-Xəddadi ət-Təbrizi idi
6
. Yəq in ki, o, yu xarıda adı çəkilən Təbriz qazısının 
qazısının oğ lu imiş. 
Təbrizdə  məhkəmə  hakimiyyətinin  yarısı  Qəvaməddin  Əbül  Məcd  ibn 
Əbül-Fəzail ibn Əbd əl-Hamid əl-Qəzvin i ət-Təbriziyə məxsus idi
7

Marağanın  qazısı  "Azərbaycan  qazıları  nəslindən  olan"
8
  Qütbəddin  Əbül-
Xeyr  Şəfa  ibn  Əbd  ər-Rəhim  əl-Maraği  id i.  Marağanın  irsi  qazısı  həmçinin  
İmadəddin  Əbül-Fərac  Məsud  ibn  Kəmaləddin  Əbu  Möhsün  ibn  İmadəddin  Əbd 
əl-Fəmid əl-Maraği  idi. O, "Marağanın irsi qazılarından idi. Hicri 640-cı ildə vəfat 
etmişdir"
9

                                                                 
1
 Yenə orada, səh.276-277; İbn əl-Əsir; IX, səh.339. 
2
 Ən-Nəsəvi, səh.63, 285. 
3
 Yenə orada, səh. 218-129.  
4
 İbn əl-Fuvati, IV/3, səh.494. 
5
 İbn əl-Fuvati, IV/4, səh.826; Ən-Nəsəvi, səh.165; Rəşidəddin, 1/2, səh.242. 
6
 İbn əl-Fuvati, IV/3, səh.100-101. 
7
 Yenə orada, IV/4, səh.822. 
8
 Yenə orada, səh.649. 
9
 Yenə orada. V/2, səh.863. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə