Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə81/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   77   78   79   80   81   82   83   84   ...   103

167 
 
edir  ki,  Gəncənin  sakin ləri  həmişə  özləri  ilə  silah  götürür
1
  və  "buraya  silahı 
[müsəlman]  aləmin in  hər  yerindən  ona  görə  də  gətirirlər  ki,  o  [şəhər]  gözəldir. 
Onun  cavanları  cəsur  oxatanlar  və  din  uğrunda  vuruşan  döyüşçülərdir;  onlar  yayı 
yaxşı  dartır  və  oxları  yonurlar"
2
.  Elə  şəhərin  özündə  də  silah  istehsalı  yüksək 
səviyyədə  dururdu
3
.  Gəncədə  bütün sənət növləri  inkişaf  etmişdi,  lakin  mənbələr 
ipəkqurdu yetişdirilməsin i, ipək emalını və parçasının keyfıyyətinə görə başqa yer-
lərin məhsulunu ötüb keçən gözəl ipək parçalar hazırlan masını xüsusi qeyd edirlər.  
Zəkəriyyə  əl-Qəzv ininin  xam  ipəyin  emalı  barədə  təsviri  maraqlıdır: 
"Şəhərin  özündə  kanal  vardır.  Ona  iki  yolla  enmək  olar.  Onlardan  biri  Bab  əl-
Məqbərə (qəbiristanlıq qapısı) adı  ilə  məşhurdur, ikincisi  isə Bab əl-Bərdə (Bərdə 
qapısı)  adlanır.  Əhali  suyu  Bab  əl-Məqbərədən  götürür  və  ipəyi  həmin  suda 
yuyurlar.  Bundan  sonrs  həmin  ipəyin  qiy məti  Bab  əl-Bərdədən  götürülmüş  suda 
yuyulmuş  ipəkdən  qiyməti  daha  yüksək  olur.  Əgər  suyu  Bab  əl-Məqbərədər 
götürüb,  Bab  əl-Bərdəyə  gətirsək,  onda  bu  ipəkdən  heç  nə  çıxmaz.  əgər  bu  işi 
əksinə etsələr, onda əla ipək alınar"
4

Gəncədən başqa ölkələrə bahalı ipək parçalardan savayı atlas ,  parça, iplik 
parça,  ipək  iplik,  xəz  çalma,  keçə,  həmçinin  "əl-gənci

(gəncəli)  və  "əl-kutni" 
(pamb ıq) ad lanan geyim göndərilird i
5

1221-c i  ilin  sonunda  monqollar  özlərinin  birinci  basqını  za manı  Gəncəyə 
yaxınlaşarkən "öyrəndilər  ki,  Gəncənin ço xlu cəsur sakinləri var, onların silahları 
çoxdur.  Buna  görə  də  onlar  (monqollar)  şəhəri  mühasirəyə  almayaraq,  camaata 
çapar  göndərib,  pul  və  geyim  tələb  etdilər.  Bütün  bunları  onlara  verdilər  və 
monqollar şəhərdən getdilər"
6

Gəncə  yaxınlığında  dəmir  və  mis  fılizlərinin  olması  dəmirçilik,  metal 
emalı,  silahqayırma,  qab-qacaq  hazırlan ması,  metalda  naxış  açma  və  başqa 
sənətlərin inkişafına imkan yaratdı. 
Şərqin  başqa  şəhərlərində  olduğu  kimi  Gəncədə  də  yüksək  dərə-cədə 
inkişaf etmiş saxsı məmu latı sənəti mövcud idi
7

Gəncə  "əhalisi  sıx  olan  və  çiçəklənən  şəhər"  və  ya  əyalət  mərkəzi  olduğu 
üçün  hökumət  idarələrinin  ço xu  burada  toplanmışdı.  Gəncədə  şəhər  əyanlarının  
gözəl  mən zilləri  var  id i
8
.  Burada  sultan  sarayı,  yüksək  rütbəli  mə mu rla rın  və 
ruhanilərin  saray  və  mənzilləri  yerləşirdi.  Belə  binaların  tikintisi  bənnalar, 
                                                                 
1
 Zəkəriyyə əl-Qəzvini, səh.522. 
2
 Н.Д.Миклухо-Маклай. Аноним XIII в., стр. 208. 
3
 Zəkəriyyə əl-Qəzvini, səh.522. 
4
 Zəkəriyyə əl-Qəzvini, səh.522. 
5
  Yenə  orada,  səh.421;  Н.Д.МИклухо-Маклай.  Аноним  XIII 
В
.
 
Cтр.  208;  əl-Bakuvi,  səh.91. 
Səlcuqilərdə Gəncə parçasından hazırlanmış fəxri geyim haqqında bax: Nizam əl-Mülk, səh.l 11. 
6
 İbn əl-Əsir, IX, səh.339.  
7
 Gəncədə qazıntılar zamanı əldə edilmiş arxeoloji materiallar bunu sübut edir.  
8
 Zəkəriyyə əl-Qəzvini, səh.522. 


168 
 
dülgərlər,  həkkaklar  (daş,  ağac  üzərində  naxış  açan  ustalar)  v ə  yüksək  ixtisaslı 
başqa mütəxəssislər tərəfindən icra o lunurdu. 
Gəncə  sənətkarları,  yəqin  ki,  peşələrə  görə  cə miyyətlərdə  b irləşmişdilə r. 
Şəhər əhalisinin mütəşəkkilliyin i gəncəlilərin atabəy 
Əbu  Bəkrin  hökmranlığı  zamanı  b irləşmiş  gürcü-Şirvan  qoşunlarına  qarşı 
müqavimətinə  əsasən  mülahizə  yürütmək  olar.  Təsadüfı  deyil  ki,  1231-ci  ildə 
xarəzmilərə qarşı baş vermiş qüvvətli üsyana sənətkar Bəndər başçılıq edirdi. 
Gəncəli tacirlər yerli  istehsahn malların ı Şərqin bir ço x şəhər və ölkələrinə 
aparırdılar
1

Gəncəlilər  yay  aylarını  Xirək  (indiki  Hacıkənd)  dağı  yaxın lığ ındakı  yerdə 
keçirirdilər.  Dağın "ətrafında ətirli otlar, sular və bağlar vard ır.  Yayda orada hava 
çox  gözəldir.  Hər  bir  ailənin  burada  evi  vardır.  Gəncəlilər  istilər  qurtarmayınca 
orada qalırlar. Gəncə əyanlarının burada əla ev ləri vard ır"
2

Gəncə  ətrafında  "ço xlu  bağlar  və  böyük  meşə  sahələri,  ço xlu  dadlı 
meyvələr,  ü zü m,  əncir,  qovun,  paxla lı  bitkilər  və  tut  ağacları  var  id i"
3
.  Gəncə 
ətrafındakı kəndlər gö zəld ir, hər tərəfdə yaşıllıq və ço xlu axar su vardır
4

Atabəy  Şəmsəddin  Eldənizin  hökmran lığ ı  zaman ı,  1139-cu  il  sentyabr 
ayının  30-da  Gəncədə, onun ətrafındakı şəhər və vilayətlərdə  zəlzə lə baş verdi ki, 
bunun  nəticəsində "Gəncə  şəhəri  və  onun  vilayətləri  dağıldı  (elə  bir  yerə  hopdu). 
Zəlzələ  şəhəri  elə  v iran  etdi  ki,  sanki  o  heç  yox  imiş"
5
.  Zəlzələnin  şahidi,  Gəncə 
sakini,  alban  tarixçisi  və  hüquqşünası  M xitar  Qoş  bu  dəhşətli  bədbəxtliyi  belə 
təsvir  edir:  "Areq  ayının  18-ci  günü,  cü mə  günündən  şənbəyə  keçən  gecə  (30 
sentyabr  1139-cu  il,  şənbə  günü)  Allahın  şiddətli  qə zəbi  dünyaya  töküldü.  Yerin  
hiddəti  və  qüvvətli  dağıntı  dəhşətli  qəzəblə  bu  Alban  torpağına  yetişdi.  Bunun 
nəticəsində onun paytaxtı Gəncə də ö z sakin lərini udaraq, cəhənnəmə atıldı"
6

Gəncəli  Kirakos öz " mənəvi babası" Mxitar  Qoşun məlu matını təsdiq edir: 
"Ermən i tarixi  ilə 588-ci  ildə dəhşətli zəlzələ oldu və paytaxt şəhəri  Gəncə dağıldı,  
onun tikililəri əhalin in üstünə uçdu"
7

İbn  əl-Əsir  bu  zəlzələ  haqqında  belə  yazır:  "534-cü  ildə  Gəncədə, 
Azərbaycan  və  Arranın  başqa  dairələrində  zəlzələ  oldu.  Lakin  ən  güclü  zəlzələ 
Gəncədə  baş  verdi.  Orada  ço xlu  evlər  dağıld ı  və  saysız-hesabsız  əhali  həlak 
oldu"
8

                                                                 
1
 Sibt ibn əl-Cövzi, VIII/1, səh.168-169. 
2
 Zəkəriyyə əl-Qəzvini, səh.522; Həmdulah Qəzvini bu yeri Bərdənin ətraf ına aid edir. 
3
 Н.Д.Миклух о-Маклай.Аноним XIIIв., стр 208. 
4
 Yenə orada. 
5
 Əl-Bundari, səh.109. 
6
 Мхитар Гош, стр. 11-12. 
7
 Киракос Гандзакеци, стр. 63-103. 
8
 İbn əl-Əsir, VIII, səh.368. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə