Azərbaycan diLİ VƏ tariXİ


Atabəylərin  xüsusi  təsisatları  (divan  əl-xass)



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə77/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   73   74   75   76   77   78   79   80   ...   103

159 
 
Atabəylərin  xüsusi  təsisatları  (divan  əl-xass).  Öz  həmqəbilələri  ilə 
birlikdə  köçəri  həyat sürən  Səlcuq  qəbilələrinin  başçıları  zaman  keçdikcə  islamın  
və  müsəlman ların  sultanlarına  çevrilird ilərsə
2
,  atabəylər  heç  bir  qəbilə  əlaqələrinə 
malik deyildilər.  Bunlar sadəcə olaraq bir yeri-yurdu, əsli-nəsəbi olmayan adamlar  
idilər.  Yu xarıda  qeyd  olunduğu  kimi,  Şəmsəddin  Eldən iz  məmlükdən  sultan 
mətbəxinin  nəzarətçisi  vəzifəsinədək  yüksəldi  və  saray  məmu ru  oldu.  Sonra  o,  
əmir,  atabəy  və  nəhayət  müstəqil  hökmdar  o ldu.  Onun  oğlanları  yüksək  rütbəli 
dövlət xad imləri olur, sonra isə Qızıl Arslan kimi təkcə  mahiyyət etibarı  ilə deyi l,  
həm  də  formaca  tam  hakimiyyətli  hökmdara  çevrilərək,  "islam  sultanı"  titulunu 
qəbul  edirlər.  Keçmişdə  məmlük  olmuş  başqa  atabəylər  də  eynilə  bu  cür  yüksək 
hakimiyyət  əldə  edərək,  dövlətin  bütün  idarə  işlərinə  qarışır  və  ya  ona  başçılıq  
edirdilər. 
Atabəylərin sarayı (dərgah, bargah) Səlcuqilərdə olduğu kimi
3
, ilkin köçəri 
həyat tərzinə uyğun surətdə təşkil olun muşdu və xəzinə

ilə hərbi nəqliyyat həmişə 
onların  yanında  olurdu.  Həm  Səlcuq  sultanların ın,  həm  də  Azərbaycan 
atabəylərinin  tez-tez  ö z  paytaxtla rını  dəyişdirmə lərini  (İsfahan,  Hə mədan,  Gəncə, 
Naxçıvan, Təbriz, Marağa)
5
 bununla izah et mək olar.  
Hökmdarın  bütün  əmlakın ı  divan  əl-xass  ("şəxsi  divan")  adlanan  təşkilat 
idarə edirdi. Atabəylərin bütün var-dövləti, o cümlədən dövlətə məxsus olan əmlak 
əl-xass  ("şəxsi  [torpaq]  mü lkü"),  əsbab  əl-xass  ("şəxsi  daşmar  əmlak"),  əmlak 
xalisat  əd-divan  ("divana  tabe  olan  torpaq  mülkü"),  diya  (ağalıq  yeri),  əkər 
(malikanə,  mü lk),  müstəqəllat  ("daşınmaz  gəlir")
6
  və  müstəcərat
7
  kimi 
kateqoriyaları  ilə  bağlı  maliyyə  haqq-hesabını  aparır  və  onların  gəlirin i 
hesablayırdı
8

Naxçıvan,  Muğan  kimi  ən  iri  vilayətlər  (əyalətlər)  divan  əl-xassa  və  ya 
divan əl-əlaya (Ali divan) tabe  idi. Taxt -tac əmlakı hökmdarın  mü lkiyyəti  idi, ö z 
torpaqlarını iqta şəklində hərbi  rəislərə və başqa şəxslərə və ya  xüsusi  mülkiyyət 
kimi (mülk ) hakim sülalənin ü zvlərinə paylaya bilərd i
9

                                                                                                                                                      
1
 Yenə orada, səh.158. 
2
 B.B.Бартольд, V, cтр. 93. 
3
 H.Horst. səh.16. 
4
 Ən-Nəsəvi, səh.60. 
5
 М.Ф. Санауллах cтp.7-8, 39. 
6
  Tərcümə  O.Q.Bolşakovundur.  Bax:А.М.Беленицкий,  И.  Б.  Бентович,  О.  Г.  Большаков. 
Средневековы город, стр. 393.  
7
  Sonuncu terminin  mənası mətndən tam  aydın  olmur.  Söhbət hökumətin hamiliyinə,  müdafıəsinə 
verilmiş əmlakdan və ya torpaqdan gedir. 
8
 H.Horst, səh.20 və həmçinin göstərici 
9
 Ən-Nəsəvi, (səh. 163): Gəncədə taxt-tacın əmlakı haqqında danışılan yerə, xass torpaqları sırasında 
Beyləqan və Ərdəbilin daxil olmasından danışılan yerə və xassın T əbrizdə olan torpaqları haqqında 
danışılan yerə (səh.175, 219). 


160 
 
Ataboylərin  xəzinəsi  də  (xəzinət  əl-xass)  bütün  səlcuq  hökmdarlarına 
olduğu kimi, bilavasitə taxt -tacla bağlı  müəssisə idi
1
. Atabəylərin  xə zinəsi hə mişə 
olduğu yerdə yerləşirdi
2
, əsas xəzinə isə Naxçıvan yaxın lığ ındakı Əlincə qalasında 
qalasında  saxlan ılırdı.  Şəmsəddin  Eldənizin  hakimiyyət  dövründən  başlayaraq 
dövlətin bütün gəliri bura daşınırdı
3
. Hökmdarın  xəzinələrin in bir hissəsi Sərcəxan 
Sərcəxan qala-sında yerləşird i
4

Səlcuqilərdə  olduğu  kimi,  Atabəylər  dövlətinin  həyatında  da  şahzadələr 
(məliklər)  böyük  rol  oynayırdılar.  On lar  hətta  həddi-buluğa  çatmamışdan  başhca 
əyalətlərin canişini təyin ed ilir və xüsusi saraya malik id ilər.  
Əgər  atabəy  Şəmsəddin  Eldənizin  oğlanları  Səlcuq  sultanının  sarayında 
yalnız  yüksək  vəzifə  daşıyırd ılarsa,  Cahan  Pəhləvan  öz  qardaşı  Qızıl  Arslan ı 
Azərbaycanda və Arranda canişin təyin edir
5
. Sonra Cahan Pəhləvanın  böyük oğlu 
Əbu  Bəkr  Azərbaycan  və  Arranın  canişini  təyin  olunur
6
.  Cahan  Pəhləvanın  o  biri 
oğlu  Qutluq-İnanc  Mahmud  Rey,  İsfahan  və  İraqın  bir  h issəsinin  canişini, 
Həmədanın  canişini  isə  Müzəffərəddin  Özbək  id i
7
.  Atabəy  Özbəkin  oğlu  Qızıl 
Arslan  Xamuş  Azərbaycanın  canişini
8
,  Cahan  Pəhləvamn  q ızı  şahzadə  (məlikə) 
Cəlaliyyə isə Naxçıvanda canişin id i
9

Azərbaycan  Atabəyləri  canişinlərin in  hamısının  öz  sarayı,  vəziri  və  hacibi 
var  idi.  Məlikə  Cəlaliyyənin  sarayında  bütün  vəzifələri  demək  olar  ki,  yaln ız 
qadınlar tuturdu
10

Azərbaycan  Atabəyləri  dövlətinin  həyatmda,  xüsusilə  də  saray 
çəkiş mələrində  hakim  sülalənin  qadınları  da  mühüm  ro l  oynayırdılar
11
.  Qeyd 
olunduğu kimi, Şəmsəddin Eldənizin arvadı və Sultan Arslan şahın anası Mömünə 
xatın  oğluna  dövləti  idarə  işləri  ilə  məşğul  olmadan  şahlıq  etmək  imkanı 
yaratmışdı. 
Cahan  Pəhləvandan  başlayaraq,  Azərbaycan  Atabəyləri  dövlətinin  idarə 
edilməsi  üçün  ali  müəssisə (divan  əl-əla)  var  idi  ki,  ona  vəzir  başçıhq  edirdi.  Bu  
müəssisənin  nəzdində  dövlət  dəftərxanası  (divan  əl-inşa'  və  ya  divan  ət-tuqra), 
maliyyə və ya xəzinədarlıq (divan əl-istifa) var idi. 
Dövlət  dəftərxanası  həm  daxili,  həm  də  xarici  yazış manı  yerinə  yetirird i. 
Dövlət  dəftərxanasının   başçısı  epistolyar  üslubun  ustadı  olmalı  idi,  çünki  dövlət 
                                                                 
1
 A.Lambton, p.125. 
2
 Ən-Nəsəvi, səh.60. 
3
 Əl-Hüseyni, vər.l27a; müəllifı naməlum "Oğuznamə", səh.80. 
4
 Əl-Hüseyni, vər.l04a. 
5
 Əl-Hüseyni, vər.97a; Ravəndi, səh.309. 
6
 İbn İsfəndiyar, səh.254. 
7
 Əl-Hüseyni, vər.98a; Тстория и восхваление венценосцев, стр.  
8
 Ən-Nəsəvi, səh.175-176, 198, 212, 217. 
9
 Ən-Nəsəvi, səh.120, 208, 209, 229. 
10
 Yenə orada, səh.209. 
11
 Səlcuqilər dövründə qadınların rolu haqqında bax: М.Ф.Сапауллах, стр. 1-17. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə