Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə84/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   80   81   82   83   84   85   86   87   ...   103

173 
 
onların ü zü tökülmüşdü, buna görə də bütün daşları yenidən yonmaq lazım gəld i"
1

Yu xarıda  gətirilmiş  tutarlı  dəlillər  göstərir  ki,  burada  söhbət  məhz 
Məhəmməd  ibn  Mərvanın  ermən i  knyazların ı  yandırd ığı  məbəddən  gedir.  Bu  
məbəd  Türkiyənin  Qars  vilayətin in  Kağızman  mahalında  yerləşən  Naxçıvan 
şəhərindədir. 
Beləliklə,  aydın  olur  ki,  ərəb  sərkərdəsinin  mənbələrdə  təsvir  olunan 
əməliyyatının  -  vizant-ermən i  qoşunlarının  darmadağın  edilməsi,  ermən i 
knyazlarının  əsir  edilib,  Naxçıvandakı  məbəddə  yandırılması  -  bütün  bunların 
Arazüstü Naxçıvan ilə heç bir əlaqəsi yoxdur.  Naxçıvanla bağlı bütün hadisələri, o 
cümlədən knyaz Baqratuni, Artsruni və başqalarının fəaliyyətini bundan sonra izah 
edərək  xatırlatmaq  lazımdır  ki,  bu  Naxçıvan  (həmçinin  məbəd)  Qars  vilayətinin 
Kağızman  mahalının  eyni  adlı  inzibati  mərkəzindən  bir  az  aralıda  yerləşir  (1-ci 
şəkil).  Həmçin in  məlu mdur  ki,  Arazüstü  Naxçıvanda  aparılan  arxeo loji  qazıntılar 
zaman ı kilsə və başqa xristian tikililərin xarabalıq ları heç vaxt tapılmamışdır.  
Azərbaycamn  ən  iri  şəhərlərindən  biri  -  Beyləqan  ticarət  və  hərbi-strateji 
yolların  kəsişdiyi  yerdə  yerləşmişdi.  Bu  şəhərin  orta  əsr  tarixi  "nəinki  orta  əsr 
Azərbaycan  şəhərinin,  həmçinin,  ü mu miyyətlə,  feodal  Şərqi  şəhərinin  tarixi 
problemlərin i öyrənərkən b ir ço x baxımdan etalon (meyar, ö lçü) ola b ilər"
2

"Arran  ölkəsində  məşhur böyük  şəhər  olan"
3
  Beyləqanın  Azərbaycanın  başqa 
şəhərləri  içərisində  mövqeyi  bu  mənada  xüsus ilik  təşkil  edird i.  XII  əsrin 
əvvəllərində  Səlcuqilər  dövlətində  ara  vuruşmaların  qızışdığı  b ir  dövrdə  Səlcuq 
canişinlərinin  hakimiyyəti  o  qədər  zəiflədi  ki,  Beyləqan  nəzarət  altından  çıxdı  və 
demək olar ki, mu xtar əyalət şəhəri o ldu
4
.   
XII əsrin əvvəllərində Beyləqanda vəziyyət olduqca mürəkkəb  idi.  Şəhərin  
"azad"  vəziyyəti  şəhərliləri  təmin  edirdi  və  onlarla  gah  Səlcuq  şahzadələrinin  
iqamətgahı  olan  Gəncədən  və  gah  da  Şirvanşahlar  tərəfındən  təyin  olunan 
canişinlər  arasındakı  münasibətlər  ço x  gərg in  idi:  şəhərin  sakin ləri  başqa  tərəfın  
kö məyinə  bel  bağlaya  bilərdilər.  Şirvanşah  Beyləqanda öz  hakimiyyətini  qurmaq  
üçün  imkan  və  vasitələrə  malik  olsa  da,  bu  niyyətə  çatmağa  cəsarət  etmird i. 
Bilavasitə  Beyləqanı  idarə  edən  Gəncə  d ivanı  isə  əksinə,  onu  özünə  tabe  et mək 
üçün kifayət qədər hərbi qüvvəyə malik deyild i və özgə köməy inə mü raciət edird i. 
Buna  görə  beyləqanlılar  "heç  olmasa  nisbi  istiqlaliyyətlərin i  qoru mağa  cəhd 
edərək,  həm  şəhər  hökuməti  tərəfındən  səlahiyyətin  artmasına,  həm  də  hərb i 
dəstələr və ya bacarıq lı məmurlar tərəfındən Beyləqanda nəzarət yarad ılmasına  
                                                                 
1
 И.О.Орбели, Надпис о построении церкви в Нахцыване, стр. 430 
2
 Г.М.Ахмедов.Автореф. докт. Дисс., стр. 5. 
3
 Zəkəriyyə əl-Qəzvini, səh.513. 
4
 В.Ф.Минорский. История Ширвана и Дербенда, стр. 157; В.М.Бейлис, стр.58. 


174 
 


175 
 
müqavimət göstərirdilər"
1
.  Beyləqan özünün belə yarımmüstəqil vəziyyətini  Şəm-
səddin Eldəniz tərəfındən Arranın tutulmasına qədər saxlaya b ilmişdi.  
Bir neçə il ərzində Beyləqan gürcülərə xərac verird i, lakin hicri  556 (1161) -
cı  ildə  onlar  atabəy  Eldəniz  tərəfındən  darmadağın  edild i  və  şəhər  Azərbaycan 
Atabəylərinin  nəzarəti  altına  keçd i
2
.  Bu  vaxt-dan  ta  hicri  618-ci  ildə  monqolla rın 
ilk  hücu muna  qədər  Beyləqan  özünün  yüksək  çiçəklən mə  dövrünü  keçirirdi. 
Düzdür,  Cahan  Pəh-ləvanın  oğlu  Əmir  Əmiran  Ömər  öz  qardaşı  Əbu  Bəkrin 
qoşunları  məğlub  edərkən,  gürcülər  şirvanhlarla  birlikdə  şəhəri  tutmağa  cəhd 
göstərirdilər, lakin beyləqanlılar öz şəhərlərini qorudular
3

Atabəy  Əbu  Bəkr  və  xüsusilə  də  atabəy  Özbəkin  hakimiyyəti  zamanı 
Beyləqan "tamamilə inşa edild i - orada ço xlu saray və köşklər tikd ilər. Qədimdə bu 
şəhərdə su yox id i və şəhər camaatı bu cəhətdən korluq çəkirdilər, oraya Arazdan 
bir neçə arx çəkilibdir.  Rəvayət edirdilər ki, bu şəhər onların (Əbu  Bəkrlə  Özbəkin  
-  Z.B.)  uğurlu  qədəmlə rindən  abadlaşdı.  [Burada]  ço xlu  evlə r  t ikd ilə r  və  əyanlar 
onlara köçdülər. Orada (şəhərdə) fıravanlıqdır və ço xlu miqdarda bazar vardır"
4

Q.M.Əh mədov  tərəfındən  aparılmış  ço xillik  arxeolo ji  axtarışlara  əsasən 
müəyyən edilmişdir  ki, bu  müddətdə Beyləqanda tikinti  keramikası (dulusçuluğu), 
kaşı,  kərp ic  istehsalı  inkişaf  etmiş  və  tikinti  texnikası  da  təkmilləşmişdi.  Bütün 
bunlar yuxarıda qeyd olunduğu kimi, "əyanlar yaşayan saray və köşklərin"
5
 - böyük 
binaların tikilməsi üçün əlverişli şərait yaradırdı. Bunun nəticəsində şəhərin mərkə zi 
hissəsində  yoxsul  şəhərlilər  üçün  yaşayış  evlərinin  sayı  get -gedə  azalırd ı.  Şəhər 
meydanlarının və küçələrin in də sahəsi azalmağa başlayırd ı.  
Beyləqan  ayrı-ayrı  məhəllələrdən  ibarət  idi.  Şəhərdə  karvansaralar, 
mədrəsə,  məscidlər  və  bir  neçə  bazar  var  idi
6
.  Q.M.Əh mədovun  hesablamalarına 
görə, XIII əsrin əvvəllərində Beyləqanda 40 minə yaxın əhali yaşayırmış
7

Beyləqandakı  sənət  və  peşə sahələrinin  siyahısına  30-dan  ço x  sənət  növü 
daxildir,  yəni  şəhərdə  bütün  peşələr  mövcud  imiş
8
.  Mənbələrdə  qeyd  olun muş 
peşələrin  mü xtəlifliyi  bunu  bir  daha  təsdiq  edir:  to xucular  (xəyyak),  çəkməçilər 
(əsakifa),  əczaçılar  (səyadüa),  boyaqçılar  (sabbaq),  dabbağlar,  şərab  düzəldənlər 
                                                                 
1
 В.М.Бейлис, стр.52-53. 
2
 Əl-Hüseyni, vər.51a. 
3
 Yenə orada, vər. l05b-106a. 
4
 Н.Д.Миклухо-Маклай. Аноним XIII в., стр. 201-202. 
5
  Г.М.Ахмедов, стр. 77. 
6
 Məsud  ibn  Namdar, vər.  118  a, 200a, 231  a,  246  a  və  s. Н.Д.Миклухо-Маклай. Аноним XIII в., 
стр. 
7
 Г.М.Ахмедов, стр. 84. Beyləqandakı qazıntılar barədə ətraflı məlumat üçün yenə də oraya bax. 
8
 Məsud ibn Namdar, vər. l31a, 143 a, 145a, 146 b, 147 b, 183 a, 184 b.  
 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə