Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə71/103
tarix14.07.2018
ölçüsü3,27 Mb.
#55493
1   ...   67   68   69   70   71   72   73   74   ...   103

147 
 
ərazisinə və bütün Qafqaza olan yolunu bağlamaqda birinci dərəcəli əhəmiyyətə və 
strateji  mövqeyə  malik  o lması  ilə  izah  olunur.  Yaqut  yazır  ki,  Dərbənd 
"Ərdəbildən  böyükdür və  iki  mil    iki  mil  əra ziyə  ma likd ir"
1
.  Şəhərin  dağlar  boyu 
uzanan  daş divarları  vardır.  Kafırlər  ölkəsindən  buraya  çətin  keçidlər  və  bilin məz 
yollar  olduğundan  müsəlman  ölkələrinə  keçid  yo xdur.  Divarların  uzunluğu 
keçid lərə  bağlanır.  Divarlarm  b ir  hissəsi  uzun  bənd  kimi  dənizə  u zanır,  bu  isə 
[düşmən] gəmilərinin divarlara yaxınlaşmasına  mane olur.  Bu,  möhtəşəm tikintidir 
və möhkəm bünövrə üzərində qurulmuşdur
2

Bu dövr Orta Şərq ölkələrinin hamısı üçün tam ağır və müsibətlər do lu dövr 
idi.  Bu  zamanda Şirvanda hakim sülalənin nü mayəndələri arasında nifaq başlandı. 
Monqol  basqını,  qıpçaqların,  gürcülərin  və  sonradan  Xarəzmşah  Cəlaləddin 
Manqburnun  buraya  soxulması  -bütün  bunlar  Şirvan  hakimlərini  dəyişkən  siyasi 
şəraitə  uyğunlaşmağa  məcbur  edird i.  I  Gərşəsb  (Quş təsb)  öz  xarici  siyasətində 
Gü rcüstana  qarşı  münasibətində  vassallıq  asılılığ ını  saxlayırd ı.  Bu  asılılığ ı  qəbul 
edən  Şirvanşah  "öz  oğlu  Cəlaləddin  Sultanşahı  [girov  sifətilə]  gürcülərə  verdi, 
onlar  isə  çariça  Rusudananın  qızı  Tamar  ilə  evləndirmək  üçün  onu  xaç  suyuna 
çəkdilər"
3

Lakin  Şirvanşahın  bu  siyasəti  Şirvan  zadəganlanrının  bir  hissəsini  qane 
etmird i  və  burada  hökmdara  qarşı  mü xalifət  başlandı.  Bu  mü xa lifətə  Şirvanşahın 
oğlu  -  yaxın  qonşu  ölkələrə  qarşı  müstəqil  münasibət  saxlamağa  çahşan  III 
Fəriburz  başçıhq  edirdi.  I  Gərşəsbdən,  onu  xarici  s iyasətindən və  təbəələrə  qarşı 
qəddar  münasibətindən  narazılıq  son  nəticədə  özünə  qarşı  üsyana  və  taxt-tacdan 
devrilməsinə  gətirib  çıxartdı.  İbn  əl-Əsirin  məlu matına  görə,  hicri  622  (1225)-ci 
ildə  "Şirvanşaha  qarşı  onun  oğlu  üsyan  qaldırdı,  onu  şahhqdan  məhru m  etdi  və 
ölkədən  qovdu,  özü  şahlıq  etməyə  başladı.  Bunun  səbəbi  onda  idi  ki,  Şirvanşah 
iyrənc həyat tərzi  keçirən, ço x qəbahətli və ədalətsiz adam id i. O, təbəələrin in var-
dövlətinə  və  mülklərinə  əl  uzadır,  həmçin in  deyirlər  ki,  hətta  qadınların  və  oğlan 
uşaqların ın  namusuna  təcavüz  edirdi.  Onun  xalqa  olan  zülmü  ço xalmışdı  və  ona 
görə  də  qoşunun  bir  hissəsi  onun  oğlu  ilə  əlbir  olaraq  atanı  ölkədən  qovdu.  Oğlu 
isə hakim oldu, o, təmiz həyat keçirirdi, qoşun və təbəələri onu sevirdilər"
4

Şirvan  taxt-tacın ı  tutan  iyirmi  beşinci  Şirvanşah  III  Fəriburz  tezliklə 
gürcülərlə toqquşmalı o ldu. Çünki I  Gərşəsb kömək üçün gürcülərə müraciət etdi, 
onlar  "hakimiyyəti  I  Gərşəsbə  qaytarmaq  üçün  onunla  qoşun  göndərdilər. 
Əvəzində  isə  o,  ö lkən in  yarısını  gürcülərə  verməli  idi.  Onlar  şah  üçün  böyük 
qoşun  təchiz  etdilər.  O  isə  tezliklə  Şirvan  şəhərinə  yaxınlaşdı  (yəqin  ki,  Şamaxı 
şəhərinə - Z.5.)"
5

                                                                 
1
 Əl-Müqəddəsiyə görə (VQA, III, sэh.65), mil- 4000, d i r s ə k  - təxminən 2 km-dir. 
2
 Yaqut, II, səh.9. 
3
 Ən-Nəsəvi, səh.222. 
4
 İbn əl-Əsir, IX, səh.357. 
5
 İbn əl-Əsir, IX, səh.357. 


148 
 
III  Fəriburz  hərbi  şura  toplayıb,  yaranmış  vəziyyəti  izah  edərək  söylədi: 
"Ola  bilsin  ki,  bizi  mühasirəyə  alan  gürcülər  qalib  gəlsinlər,  o  zaman  atam  heç 
birimizi  sağ  qoymayacaqdır,  gürcülər  isə  ölkən in  yarısını,  bəlkə  də  hamısını 
tutacaqlar. Bu isə dəhşətli olacaqdır.  Biz onlara qarşı bir dəstə ilə çıxmalı və onları 
birinci olaraq qarşılama lıyıq.  Əgər b iz qələbə qazansaq, o zaman A llah ı tərifiərik, 
onlar  qalib  gəlsələr,  o  zaman  [xilas  yolu]  mühasirədədir"
1
.  Onunla  razılaşdılar,  III 
Fəriburz  min  nəfər  süvari  dəstəsi  ilə  I  Gərşəsbin  başçılıq  etdiyi  3  minlik  gürcü 
qoşununu  darmadağın  etdi.  Bu  qələbədən  sonra  III  Fəriburz  taxt -tacda 
möhkəmləndi.  "O,  qoşun  və  təbəələri  ilə  yaxşı  rəftar  edird i,  müsadirə  olun muş 
əmlakı xalqa qaytardı, xalq da onun hakimiyyətindən razı id i"
2

Beləliklə,  I  Gərşəsbin  hakimiyyəti  hicri  621  (1224)-ci  ildə  başa  çatır. 
Növbəti  hicri  622  (1225)-ci  ildə  III  Fəriburzun  adı  ilə  sikkələr  döyülür  ki,  bu  da 
İbn  əl-Əsirin  məlu matları  ilə  uyğun  gəlir.  Onun  ilk  sikkələrində  "əl-malik  əl-
müəzzəm Fəriburz ibn Fərru xzad" və xəlifə ən-Nasirin ad ı həkk o lunmuşdur. 
Onun  sonrakı  sikkələrində  "əl-malik  əl-müəzzəm  Əla  əd-Dünya  vəd-Din 
Fəriburz  ibn  Gərşəsb,  Nəsir  Əmir  əl-mö min in"  və  xəlifə  əl-Müstənsir-billahın  
[623-640 (1226-1242)] adı hə kk edilmişdir. 
Üçüncü qrup sikkələrdə "əl-malik əl-müəzzəm  Əla əd-Dünya vəd-Din  Əbu  
Müzəffər Fəriburz  ibn  Gərşəsb, Nəsir Əmir əl-mö minin" və son Abbasilər  xəlifəsi 
əl-Müstəsim-b illahın  [640-656  (1242-1258)]
3
  adı  zərb  olunmuşdur.  Sikkə lərdən 
göründüyü  kimi,  III  Fəriburzun  hakimiyyəti  hicri  622  (1225)-ci  ildən  başlayır  və 
hicri  641 (21.06.1243-08.06.1244)-ci  ildə sona çatır. Bu va xt sikkələ rdə artıq onun 
oğlu II A xsitanın ad ına rast gəlin ir. 
1222-c i  ilin  sonunda  III  Fə riburz,  ta xt -tac  vəliəhdi  olduğu  za man,  gürcü  
padşahı  IV  Georgin in  bacısına  elçilik  etmişdi.  Təklif  qəbul  olun muş  və  hətta  IV 
Georgi  Baqavana  (yəqin  ki,  Bakıya  -  Z.B.)  toya  gəlmiş  və  orada  xostələnərək, 
1223-cü il yanvarın 18-də ölmüşdür
4
. Bundan sonra Şirvanın Gü rcüstanla müqavilə 
münasibətləri  kəsilir.  Xarəzmşah  Cəlaləddin  Manqburnun  qoşunları  Qafqaza 
soxulur,  sonra  isə  monqol  hökmranlığı  başlayır.  Hər  halda  gürcü  salnaməsində 
Şirvan və Şirvanşahlar haqqında bundan başqa heç bir məlu mat yo xdur.  
Son dərəcə qeyri-müəyyən siyasi şəraitdə-1224-1225-ci illərdə Cəlaləddin in 
yürüşü  zamanı  Şirvanşah  III  Fəriburz  gözləmək  mövqeyini  zəruri  hesab  etdi. 
Xarəzmşahın  özü  Şirvanm  strateji  mövqeyini  nəzərə  alaraq,  Şirvanşaha  qarşı 
mü layim  münasibət  bəsləyərək,  yalnız  vassallıq  baxımından  asılı  olmasını  tələb  
etdi. Ən-Nəsəvi xəbər verir ki, "Sultan 622 (1225)-ci ildə Arranı tutarkən şirvanşah 
Fəriburz  ibn  Quştəsb  (ən-Nəsəvidə  Əfridun  ibn  Fəriburz  kimi  gedir)  məktub 
göndərərək,  Məlik  şah  xəzinəsi  üçün  müəyyən  olunmuş  xəracı  tələb  etdi.  Lakin  
                                                                 
1
 Yenə orada. 
2
 Yenə orada. 
3
 E.A.Пахомов. Краткий курс, стр. 40-41. 
4
 Historie de la Georgie, 1/2, p.495. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə