81
çıxmağındır. Bu [ona] ona görə lazımdır ki, qoy adamlar bilsinlər ki, onun ölkədəki
hörmət və şərəfı kafırlərin hakimiyyətinin (mülük əl-küffar) gözündə sarsılmışdır.
Onlara məlu mdur ki, Rey Xarəzmşaha mənsubdur, ancaq onun adamları şəhərdə n
qovulmuş və şəhərə başqaları sahib olmuşdur. Bundan savayı onun başqa məqsədi
yoxdur və sən Reydən onun xeyrinə əl çəksən, o buna qane olar, Reydə öz oğlunu
qoyub yenidən Xarəzmə qayıdar. Oğ lu Reydə qalarsa, sənin hakimiyyətin altında
qalacaq, sənin əmrlərinə tabe olacaq, sənin yasaq bildiyini təlqin edəcəkdir.
Buradan belə görünür ki, sultan öz xoşu ilə heç b ir qan tökmədən geri qayıt mış, hər
şey olduğu kimi qalacaqdır"
1
.
Bu məktubu aldıqdan sonra III Toğrul əmirlərlə məşvərət keçirir. Əmir
Nurəddin Qara III Toğrula aşağıdakın ı məsləhət görür: "Bu, ağlabatan fıkird ir. Bi z
belə etməliy ik - gərək Savəyə gedək və İsfahan və Zəncandan qoşunlarımız gələnə
qədər orada qalmalıyıq. Əgər Xarəzmşah Əlaəddin Təkiş bizi təqib etməyə
başlayarsa, biz Savə və Müşkuyə
2
arasında olan dar keçiddə onu qarşılayır və bu
niyyətdən əl çəkməyə məcbur edərik. Bu da mü mkün olmazsa, biz İsfahana gedər,
İsfahana hücum edərsə, Həmədana qayıdarıq. O, ö z ölkəsini tərk edə bilməyəcək
və bizi yerbəyerdən təqib etməyəcəkdir, o zaman biz müsəlman ların xeyrinə sülh
müqaviləsi bağlaya bilərik"
3
.
La kin sultan III Toğrul bu təklifdən imt ina edir və əsas qüvvələrinin
yaxınlaş masını gözləmədən Xarəzmşahla müharibəyə girmək qərarına gəlir. Hicri
590-c ı il rəbiü ləvvəl ayının 9-da (04.03.1194)
225
III Toğrul az qüvvə ilə Rey
yaxınlığında xarəzmilərin Qutluq-İnanc Mahmudun başçıhq etdiyi qabaq dəstələri
üzərinə hücuma keçir. 60 nəfər qulamla sultan xarəzmilərin qabaq dəstəsinin
üzərinə atılır, toqquşma zamanı o xla gözündən yaralanır və atdan yıxılır. Qutluq-
İnanc ona yaxınlaşır və III Toğrul ona müraciətlə deyir: " Ey Mahmud! Məni qaldır
və buradan uzaqlaşdır. Bu həm sənin, həm də mənim üçün yaxşı o lar!" Lakin
Qutluq-İnanc sultan III Toğrulun başını kəsib Xarə zmşaha aparır. Ancaq Təkiş
Qutluq-İnancm hərəkətin i bəyənmir və ona deyir: "Arzu edərdim və ya xşı ola rdı
ki, sən onu mənim yanıma diri gətirəydin. Heyf! Onun taleyi başqa cür
buyurmuşdur!"
4
Xarəzmşah Təkiş III Toğrulun başını Bağdada göndərir və orada bir neçə
gün Nubi darvazasından asılı qalır. III Toğrulun cəsədi isə Rey bazarında dar
ağacından asılır
5
.
1
Əl-Hüseyni, vər.l08b-109a.
2
Yaqut, III, səh.67; "Müşkuyə - Rey vilayətində kiçik şəhərcikdir".
3
Əl-Hüseyni, vər.l09a.
4
İbn əl-Əsirə görə (IX, səh.230): rəbiüləvvəlin 24-də, Ravəndiyə görə (səh.341), vuruş cumadi sani
ayının 24 (16.06.1194)-də baş vermişdir.
5
Əl-Hüseyni, vər. l09b; İbn əl-Əsir, IX, səh.230; Yəzidi, səh.176; Nışapuri, səh.91, Bar Əbrey, II,
səh.467; Əbül-Fida, III, səh.89-90; Bəydavi, səh.74; Cüveyni, I,səh.302-303; Ərəb enonimi, D-173,
vər.675a; Rəşidəddin, 1/2, səh.101; İbn Xaldun,V, səh.182; əl-Məkrizi, əs-Suluk, səh .l, 40; İbn əl-
82
Tarixçi Sədrəddin əl-Hüseyni yazır ki, "Sonuncu səlcuq hökmdarı sultan III
Toğrul öldürüləndə Səlcuqilər nəslin in kö zərmiş kö mürlərindən yalnız kü l qaldı,
onu da yel sovurdu!"
1
III Toğru lun həlakından sonra Xarəzmşah Təkiş hicri 590-cı ilin rəcəb
ayında (iyul, 1194) Həmədanı və Fars İraqı şəhərlərinin ço x h issəsini tutur, zəbt
edilmiş torpaqları öz əmirləri arasında paylayır. İsfahanı Qutluq -İnanca verir və
onu İraqın baş əmiri təyin edir, Həmədam Qaragöz əl-Atabəyiyə, Reyi öz oğlu
şahzadə Yunis xana verir və əmir Mayaçuqu onun atabəyi vəzifəsinə təyin edir
2
.
Xəlifə ən-Nasir belə hesab edirdi ki, vəzir İbn əl-Qəssabın başçılığı ilə xəlifə
qoşunlarının Sultana qarşı müharibədə iştirakının əvəzinə Xarəzmşah III Toğrulun
torpaqlarının bir hissəsini onun hakimiyyətinə verəcəkdir. La kin Xarə zmşah
xəlifəyə heç bir vilayət təklif etmir. Onda Xəlifə Xarəzmşahın III Toğrulun
mü lklərinə sahib olmasının əhəmiyyətini qeyd etmək məqsədi ilə Təkişə sultanına
məxsus fəxri paltar və xələt verilməsin i öz vəzirinə tapşırır. Vəzir, xəl ifənin
müvəkkili kimi belə hesab edir ki, Xarəzmşah özü vəzirin yanına gəlməli, o da
xəlifən in hədiyyələrin i Təkişə təqdim etmişdir. Lakin Xarəzmşah şübhələnir ki,
onu tələyə salmaq istəyirlər, ona görə də vəzirin qoşun düşərgəsinə hücum əmrini
verir. Vəzir qaçıb canını qurtara bilsə də, bu vaxtdan etibarən Xarəzmşahla
xəlifən in münasibəti birdəfəlik pisləşir
3
.
Hic ri 591-c i ilin əvvəlində (1195-c i ilin başlanğıcı) Xu zistan hakimi
Müzəffərəddin Əbdülfəth İl-Doğdu ibn Ağ-Toğan ibn Şimla ölür və onun varisləri
arasında daxili mübarizə başlayır. Bundan istifadə edən xəlifənin vəziri İbn əl-
Qəssab Xuzistana qoşun yeridir. Xuzistanın şəhərlərini zəbt etdikdən sonra vəzir
sabiq hakimin oğlan larının hamısını əsir tutub Bağdada göndərir
4
. Bundan sonra
Xəlifə ö z vəzirinə İran İraqın ın torpaqlarını zəbt etmək əmrin i verir.
Bu za man Qutluq-İnanc Mahmud və Xarə zmşahın oğlunun atabəyi əmir
Mayaçuq ittifaq barəsində bağladıqları əhdi pozaraq, açıq mübarizəyə girişirlər.
Zəncan yaxın lığ ındakı döyüşdə Qutluq-İnanc məğlub olur və ətrafında olan qoşun
dəstəsi ilə Xulvan keçid inə, vəzir İbn əl-Qəssabın qərargahına gəlir
5
. Vəzir Qutluq-
İnancı fəxri xələtlə təltif edir və özünün bütün süvari dəstəsini onun sərəncamına
verir. Vəzir və Qutluq-İnancın başçılığı ilə qoşun Kirmanşahdan keçərək Həmədan
tərəfə yeriy ir. Qısamüddətli döyüşdən sonra [h. 591-ci il şəvval ayı - 08.09-
06.10.1195) Yun is xan və Mayaçuq şəhərdən qovulur. Bundan sonra İbn əl-Qəssab
və Qutluq-İnanc Həmədan vilayətin i bütünlüklə zəbt edir və Reyə yaxınlaşırlar.
Vərdi, II, səh.156-158;Ə.Ə.Əlizadədə (İctimai-iqtisadi və siyasi tarix, səh.82) hadisələr düzgün
işıqlandırılmır.
1
Rəşidəddin, 1/2, səh.101.
2
Əl-Hüseyni, vər. 110 a.
3
İbn əl-Əsir, IX, səh.231; Ravəndi, səh.345; Rəşidəddin, 1/2, səh.102.
4
İbn əl-Əsir, IX, səh.224; 231; Sibt ibn əl-Cövzi, VIII, səh.445; İbn əl-Füvati, IV/l, səh.
5
Ravəndi, səh.346; Cüveyni, I, səh.304.
Dostları ilə paylaş: |