Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə196/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   192   193   194   195   196   197   198   199   ...   215

405 

baĢqalarının  yaradıcılığına  qarĢı  tələbkarlıq  hakim  idi.  Mücirəddin  irsindən  dövrümüzə

yetiĢən  yeganə  ədəbi  abidə  olan  Ģeir  divanında  toplanılmıĢ  parlaq  və  nikbin  ruhlu

qəsidələr  içərisində  Ġraq  Səlcuq  hökmdarlarına  və  Dərbənd  hakiminə  həsr  edilmiĢ 

mədhiyyələr  də  vardır.  Belə  məzmunlu  Ģeirlərlə  yanaĢı,  Ģair  dövrünün  əyər-əskiyini

qamçılayan  həcvlər də yaratmıĢ və  bəzi  təzkirəçilərin  məlumatına  görə satira  atəĢinə

tutduğu həmin adamlar tərəfindən (1193-cü ildə) qətlə yetirilmiĢdir. 

TanınmıĢ  Gəncə  Ģairlərindən  biri  də  Qəvami  Mütərrizi  1190-cı  ildə  vəfat

etmiĢdir.  Yazılı  mənbələrdə,  o  cümlədən  DövlətĢah  Səmərqəndinin  məĢhur

təzkirəsində  Qəvaminin  Nizami  Gəncəvi  ilə  qohumluq  əlaqələri  (qardaĢı  və  yaxud 

əmisi oğlu olması) haqqında məlumat vardır. Dövrün ənənələrinə sadiq qalaraq yazdığı

qəsidələrdə  Qızıl  Arslanı,  Cahan  Pəhləvanı  və  baĢqalarını  vəsf  edən  Qəvami  öz

zərifliyi  və  bədii  sənətkarlığı  ilə  seçilən  qəzəllər  də  yazmıĢdır.  Onun  zəmanədən 

narazılıq  motivləri  ilə  güclü  olan  Ģeirlərində  həmçinin  təkəbbürlülük,  acgözlülük,

ikiüzlülük, əxlaqsızlıq kimi  mənfi keyfiyyətlər də pislənilmiĢdir. ġair əsərləri vasitəsilə

gəncliyə  müraciət  edir,  onu  günlərini  mənasız  əyləncələrdə  keçirməməyə,  qocalığın 

labüd  olması  barədə,  Ģərəf  haqqında  düĢünməyə  çağırırdı.  Qəvaminin  Ģeir  divanının

əlyazması Londonda, Britaniya mu zeyində saxlan ılır. 

XII  əsrin  Azərbaycan  Ģairləri  və  nasirləri  arasında  Gəncə  ədəbi  məktəbinin

daha  bir  nümayəndəsi,  dahi  Nizaminin  dostu  Əbubəkr  ibn  Xosrov  əl-Ustad  diqqəti 

xüsusilə  cəlb  edir.  Onun  bizə  gəlib  çatmıĢ  yeganə  əsəri  -  "Munisnamə"  professor

Rüstəm  Əliyev  tərəfindən  rus  dilinə  tərcümə  olunmuĢ,  tədqiqatçıların  və  oxucuların 

maraq  obyektinə  çevrilmiĢdir.  "Munisnamə"nin  nadir  əlyazması  hazırda  Londondakı

Britaniya muzeyində saxlanır və hələlik Əbubəkr ibn  Xosrovun həyatı, yaradıcılığı

haqqında  yeganə  məlumat  mənbəyidir.  Bu  məlumata  görə,  Ģair  Azərbaycan  ata-

bəylərinə  xid mət  etmiĢ,  gənc  Ģahzadələrin  müəllimi  və  tərbiyəçisi  olmuĢ,  əsərlərini

Azərbaycan atabəyləri Cahan Pəhləvana, Qızıl Arslana və Əbubəkrə ithaf etmiĢdir. 

"Munisnamə"nin giriĢ hissəsində müəllif Eldənizlərin adı ilə  bağlı altı erkən

əsərinin  adlarını çəkir.  Təəssüf  ki,  bu əsərlərin nüsxələri  hələ  də aĢkar  olunmamıĢdır. 

"Munisnamə" özü 17 fəsildən ibarətdir; burada maraqlı hekayə, novella, ibrətamiz hədis

və  məsəllər  toplanılmıĢdır.  Mətninə  xeyli  Ģeir  parçası  daxil  edilmiĢi  bu  əsər  farsdilli 

ədəbiyyatın  yayıldığı  bütün bölgələrdə sonralar  çiçəklənən  qafiyəli  bədii  nəsrin erkən

və parlaq nümunələrindən biridir. 

XII  əsrin  ortalarına  yaxın  yaranan  Azərbaycan  Atabəyləri  dövlətinin

hakimiyyəti  dövründə  Gəncə  və  ġirvan  poetik  məktəbləri  artıq  ən  yüksək  inkiĢaf 

mərhələsinə  yetiĢmiĢdilər.  Atabəylər  sarayında  fəaliyyət  göstərən  Ģairlər  Xaqani

tərəfindən təməli  qoyulan yeni  üslublu  farsdilli  Azərbaycan Ģerini yüksək sənətkarlıq 

səviyyəsinə  çatdırmağa  çalıĢırdılar.  Lakin  Xaqani  zirvəsini  fəth  etmək,  Azərbaycan

poeziyasını  daha  yüksək  zirvələrə  çatdırmaq  səadəti  yalnız  Gəncə Ģəhərinin sakininə,

orta əsr təzkirəçisinin dili ilə desək, "dolğunluğunu  və böyüklüyünü dil  və sözlə  təsvir 

etmək mü mkün olmayan" Camal (Nizam) əd-Din Əbu Məhəmməd Ġlyas ibn Yusif ibn

Zəki  Müəyyəd  Nizamiyə  (1140-1209)  nəsib  oldu.  O,  Xaqaninin  parlaq  söz 




406 

sənətkarlığını  və  üslubunu  qəbul  edib,  öz  yaradıcılığında  onlara  yeni  məzmun  və

mənalar verdi. Nizami ölməz "Xəmsə"si ilə Ģeir sənətini saraylardan və məddahlıqdan

uzaqlaĢdırıb,  bu  gün  baĢa düĢdüyümüz  mənada  bədii  ədəbiyyat  yaratdı.  O,  insanı 

özünün qəhrəmanı edib, onun hiss və həyəcanlarını,  duyğu və düĢüncələrini, arzu və

istəklərini  tərənnüm  edirdi.  ġəxsiyyət,  onun  həyatı,  mahiyyəti,  təfəkkür  tərzi  və

fəlsəfəsi  Nizamin i  düĢündürən,  onun poemalarının  əsas  xəttini  təĢkil  edən  mövzular 

idi.  Nizami  əsərlərində  sənətkarlıq,  forma  və  məzmun  vəhdətdə  olub  bir-birini

tamamlayırdı. 

Elmin  mü xtəlif  sahələrində  dərin  biliyə  malik  olması  Nizaminin  hərtərəfli

təhsil gördüyünə dəlalət edir. Dövrünün bir çox ziyalısından fərqli olaraq, o, əldə etdiyi 

biliklərin hamısını məhz doğma Gəncədə almıĢ, ömrünün sonunadək, görünür, doğma

Ģəhəri tərk  etməmiĢdi. Bunu Ģair Gəncəsiz qala bilməməsi ilə izah edirdi: "Əgər  Gəncə 

mənim boynumda düyün düĢmüĢ boyunbağı olmasaydı, Ġranın bütün xəzinələrini öz 

Ģeirlərimlə fəth edərdim". 

Nizami, o dövrdə böyük elm ocağına çevrilmiĢ Gəncədə dəqiq (elmül əbdan)

və  humanitar  (elmül  ədyan)  elmlərə  dərindən  yiyələnərək,  əsrinin  ən  böyük 

ensiklopedistlərindən biri oldu. 

Onun  yaratdığı  əvəzsiz  əsərləri  daha  da  yaĢarlı  edən,  Ģairin  mü xtəlif

dillərdə yazmıĢ antik və erkən orta əsr abidələrindən, o cümlədən, "türk dastan ları 

"Kitabi-Dədə  Qorqud"  və  "Qutadqu  bilik"in  sənət  müvəffəqiyyətlərindən   Ģairlik

təbiətinə xas bir ustalıqla" faydalan ması, bu əsərlərdən əxz etdiklərini yaradıcı Ģair 

xəyalının vüsətilə heç kəsə bənzəməyən yeni bir təravətlə əks etdirməsid ir, 

ġeir və sənət meydanına Ģair, o dövrün ən geniĢ yayılmıĢ lirik janrı ilə, bu

janrın  əsas  formaları  olan  qəsidə  və  qəzəllərlə  daxil  olmuĢdur.  Nizamin in  özünün 

qeydlərindən  aydın  olur  ki,  "Xəmsə"-nin  üçüncü  poeması  "Ley li  və  Məcnun"

yazılanadək  onun  qəzəllər  "Divan"ı  mövcud  olmuĢdur.  Orta  çağ  təzkirəçilərin in

məlu matlarına  görə,  bu,  "Divan"  iyirmi  min  beytdən  artıq  imiĢ.  Təəssüf  ki, 

dövrümüzə  gəlib  çıxan  və  məĢhur  Ġran  alimi  Səid  Nəfisinin  nəĢr  etdirdiyi  Nizami

"Divan"ına cəmi iki minə yaxın beyt daxildir. 

ġair  özünün  ilk  poeması  olan  "Sirlər  xəzinəsi"ni  ("Məxzən  əl-əsrar") 

1177-c i  ilin  oktyabrında  tama mla mıĢ,  bu  əsərlə  "ġərq  xa lqla rın ın  bədii  təfəkkür 

tarixində,  ədəbiyyatında  yeni  bir  dövr  açmıĢ"dır.  Əsər  ö z  daxili  quruluĢu na  və

ko mpozisiyasına  görə  Niza min in  sonrakı  poemalarından  xey li  fərq lənir.  Əgər 

sonrakı əsərlərində Ģairin etik, estetik, ictimai  idealı, human izm nəzəriyyəsi dolğun

bədii surətlər, əlvan həyat lövhələri, tip ikləĢdirilmiĢ Ģərait vasitəsilə açılırsa, "Sirlər

xəzinəsi"ndə  bu  təlim  və  mətləb  didaktik  Ģəkildə,  öyüd-nəsihət  yolu  ilə  ifadə 

olunur. ġairin əsas məqsədi o xucuları əxlaq i cəhətdən tərbiyə etmək, onlara həyat 

kamilliyi, alicənablıq, həssaslıq,  maddi nemətlər yaradanlara ehtiram,  məhəbbət və

ədalət  hissləri  aĢılamaqdır.  Bütün  bu  cəhətlər  "dərin  təfəkkü rlə  güclü  poetik 

ehtirasın vəhdətindən yaranmıĢ əbədi sənət əsəri" olan poemanı insan dühasının ən 

böyük nailiyyətlərindən biri kimi qiy mətləndirməyə əsas verir.  




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə