Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə73/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   69   70   71   72   73   74   75   76   ...   215

154 

titulları  vali  -"caniĢin"  titulunu  əvəz  edirdi  (məsələn,  Azərbaycanla  bağlanılan

müqavilədə Utba ibn Farkad amil adlanırdı). ĠĢğalın geniĢ Ģəkil aldığı sonrakı illərdə

artıq  əmir,  amil  və  eləcə  də  qazı  (hakim)  vəzifələri  ayrı-ayrı  Ģəxslər  arasında 

bölüĢdürüldü.  Vilayətin  idarəsi  əmir  və  ya  valinin  baĢçılıq  etdiyi  və  vilayətin  baĢ

Ģəhərində  yerləĢən  divan[xana]  vasitəsilə  həyata  keçirilməyə  baĢladı:  amil  -vergi

iĢlərini idarə edən mülki hakim, qazı isə məhkəmə iĢlərinə baxan d ini hakim idi. 

ĠĢğal gedə-gedə  təyin olunan  ilk  caniĢinlər  əvvəlki  yerli hakimlərlə  müqavilə

bağlayır, onlardan siyasi asılılıq və cizyə tələb edir, əvəzində isə keçmiĢ imtiyazlarını

saxlamağa  boyun  olur  və  hətta  bəzən  müqavimətsiz  tabe  olmuĢları  öz  köhnə 

yerlərində  saxlayırdılar.  ĠĢğal  olun muĢ  Azərbaycanda  da  vəziyyət  belə  idi:  əl-

Bəlazurin in  məlu matına  görə,  Ərdəbildə  iqamətgahı  olan  keçmiĢ  Sasani  mərzbanı

ərəb  üsul-idarəsinə  tabe  olduqdan sonra  öz  əvvəlki  iqa mətgahını  və  imtiyazlarını 

saxlay ır,  əhalidən  yığdığı  vergiləri  isə  artıq  Xilafət  xəzinəsinə  göndərirdi. 

Ərəblərin  siyasi  hakimiyyətini  qəbul  edən  və  vergi  ödəməyi  öhdəsinə  götürən 

Albaniya  iĢxanı  CavanĢir  də  yalnız  bu  yolla  öz  əvvəlki  imtiyazların ı  qoruya 

bilmiĢdi.  Pu l  və  natura  ilə  toplanmıĢ  vergi  xəlifə  xəzinəsi  agenti  vasitəsilə  ərəb

caniĢininə çatdırılırd ı. Məh z bu dövrdə iĢğal zonalarının idarəsində yerli hakimlərlə

yanaĢı,  yüksək  rütbəli  ruhanilər  -  Adurbadaqanda  -  mobed,  Albaniyada  isə 

katolikos  iĢtirak  edird ilər.  Yerli  üsuli-idarəyə  verilən  bu  sərbəstlik  mərkəzi

hakimiyyətin  zə iflədiy i  dövrlərdə  ə rəblərlə  bağlanılan  müqavilə lərin  pozulmasına

və  vergilərdən  imtina  edilməsinə  səbəb olurdu.  Belə  b ir  hadisə  Azərbaycanda  da 

baĢ verdi: fütuhatdan düz bir il sonra, Azərbaycanda baĢ verən çıxıĢlar müqavilən in

pozulmasına, bu isə torpaqlarımızın yeni iĢğalına gətirib çıxartd ı.  Elə o vaxt Həb ib

ibn Məsləmənin və Salman  ibn Rəbiənin baĢçılıq etdiyi ərəb qoĢunları bütün tarixi 

Azərbaycan  ərazisini,  eləcə  də,  Cənubi  Qafqazın  qalan  vilayətlərini  tuta

bilmiĢdilər.  Adətən,  yeni  müqavilənin  Ģərtləri  daha  ağır  olurdu,  ancaq 

azərbaycanlılar  köhnə  müqavilənin  təsdiqinə  müvəffəq  oldular  və  onun Ģərtlərinə 

əməl edəcəklərini bildirdilər. ĠĢğal etdikləri ərazidə əsasən iri Ģəhərləri və  mühüm 

qovĢaqları  tutan  ərəblər  bu  yerlərdə  rabitəçi  dəstələri  yerləĢdirir,  qalanları  isə

yürüĢü  davam  etdirird ilər.  Ərəblərin  fəal  hərbi  ekspansiya  apardığı  ilkin  çağlarda 

daha  çox  fəaliyyət  göstərən  belə  qarnizonlarda  (rabatlarda)  əsgərlər  dördillik

icbari  xid mət  keç mə li  id ilə r.  Fütuhat  tam  baĢa  çatdıqdan,  Azərbaycanın  həm

cənub, həm  Ģimal  hissələri  bütövlükdə  ərəb  iĢğalı  dairəsinə  daxil  olduqdan sonra, 

belə  əsgəri  hissələr  iri  Ģəhərlərlə  yanaĢı,  həmçin in  sərhəd  zonalarında,  xüsusilə 

Xilafətin təhlükəli Ģimal hüdudlarında yerləĢdirild i.  Belə  ki, Dərbəndi tutan ərəblər

ilk  növbədə  onun  mühüm  strateji  mövqeyinə  diqqət  yetirdilə r  və  burada 

xəzərlərdən  qorunmaq  üçün  güclü  qarnizon  yerləĢdirdilər.  Elə  bu  dövrdə  Kasak 

(Qazax)  kimi sonralar  möh kəmləndirilmiĢ Ģəhərlərə çevrilən hərbi düĢərgələr, dağ

keçid lərində  isə  "bab"  (qapı,  darvaza) ad lanan  xüsusi  məntəqələr  yaradıldı. 

Ərəblərin  möhkəmləndird iyi  və  hərbi hissələr  yerləĢdirdiyi  bu  düĢərgə  və 

məntəqələrin əksəriyyəti hələ Sasanilər dövründən qalma id i. 




155 

Qarnizonda yerləĢən dəstələr nəinki  hərbi  xidmət  göstərir,  eləcə  də  təsərrüfat

iĢlərinə  baxır,  tabeliklərində  olan  ərazilərə  nəzarət  edir,  müqavilədə nəzərdə tutulan

vergilərin  toplanmasına,  mükəlləfiyyətlərin  yerinə  yetirilməsinə  göz  olurdular. 

Qarnizonların saxlanılması  onsuz  da  Xilafətin ağır  vergi boyunduruğuna düĢmüĢ yerli

əhalinin üstündə idi. 

Xilafətin  Ģimal  hüdudlarının  möhkəmləndirilməsi  xəlifələr  tərəfindən  həyata

keçirilən  köçürmə  siyasəti  ilə  müĢayiət  edildi:  özlərindən  əvvəlki  iĢğalçıların 

(iranlıların  və  b.)  yolu  ilə  gedən  ərəblər  böyük  miqdarda  ərəb  əhalisini  həmin

vilayətlərdə məskunlaĢdırdılar. 

Azərbaycanın münbit torpaqları, gözəl təbiəti çox yerdə sərt  iqlim Ģəraitində

yaĢayan ərəbləri cəlb edir, öz yerlilərinin burada  xəlifə qulluğunda olmasından istifadə

edənlər axıĢıb Azərbaycana gəlirdilər.  Mənbələrin  (əl-Bəlazuri,  Ġbn  əl-Fəq ih  və  b.) 

məlu matına görə  hələ "Əli  ibn  Əbu  Talib  (656-661)  əl-ƏĢas  ibn  Qeysi Azərbaycana

hakim  təyin  etdikdə...  o,  Ərdəbildə  əta  və  divan  siyahısına  salınmıĢ  ərəblərdən

yerləĢdirdi...  Ərəblər  Azərbaycanda  məskən saldıqda,  onların  Kufədən,  Bəsrədən və 

ġamdan olan qohumları da buraya axıĢdılar. Hər biri bacardığı qədər torpaq zəbt etdi, bir

hissəsi  isə əcəmlərin  torpağını satın  aldı.  Kəndlər  həmin  ərəblərin himayəsinə  keçdi,

belə  ki,  ərəblər  onları  müdafiə  etməli  id ilər,  kəndlilər  isə  ərəblərin  yardarına 

çevrildilər". 

VIII yüzilin 30-cu illərinin baĢlanğıcında Azərbaycan və Ərminiyəyə  yenidən

hakim təyin edilmiĢ Məsləmə ibn Əbdülməlik  Dərbənd sərhəd vilayətində ərəblərin 

mövqeyini daha da möhkəmləndirmək məqsədilə, artıq qeyd etdiyimiz kimi, Dərbəndi

dörd  zonaya  bölüb,  burada  Fələstin,  ġam  və  əl-Cəzirəhin  bir  çox  yerlərindən  olan

iyirmi  dörd  min  ərəb döyüĢçüsünü yerləĢdirdi.  Bundan  bir neçə  il sonra,  736-cı  ildə, 

xəlifə  HiĢam  dövründə  Dərbəndin  hakimi  təyin  edilmiĢ  Əsəd  ibn  Zafir  əs-Suləmi,

"Dərbəndnamə"nin  məlumatına  görə,  xəlifənin  ona  qoĢduğu  dörd  yüz  silahdaĢı  və

mü xtəlif ərəb qəbilələrindən olan adamlarla birlikdə Ģəhərə göndərildi. 

Əsasən  Ģimal  ərəb  tayfalarına  iltifat  göstərən  Əməvi  xəlifələri  ilk  ərəb

kolonistlərinə Azərbaycanda torpaq ayırarkən, onları oturaq həyata keçirərkən iki məqsəd

güdürdülər: əvvəla xəzinəni təqaüd xərcindən  xilas edir, ikincisi, iĢğal olunmuĢ ərazilərdə 

ərəblərin hakimiyyətini möhkəmləndirirdilər. Əməvilər sülaləsinin süqutundan (750) az

sonra sonuncu Əməvi xəlifələrinin arxalandıqları Ģimal ərəb tayfaları öz imtiyazlarından

məhrum oldular. Cənub ərəb tayfalarına arxalanan Abbasilər Ģimal tayfalarını tədricən 

Azərbaycan  və  Arrandakı  məskənlərindən  sıxıĢdırmağa  baĢladılar.  A zərbaycanın

cənubunda - Təbrizdə rəvvadilər, anic və Cilbayədə  həmdanilər,  Bərzədə avdilər,

Nerizdə  tailər,Səratda kindilər  və s.  məskunlaĢdılar.  Beləliklə,  əl-Yəqubinin  sözləri 

ilə  desək,  " Yəməndən  olan  [cənub]  qəbilələri  [Ģimallı]  nizarilərin  yerlərini

tutdular". 

Ancaq  Ģimalda,  Arranda  yeni  sülalənin  nümayəndələri  orada  məskunlaĢmıĢ

Ģimal  tayfaları  tərəfindən  düĢmənçiliklə  qarĢılandılar.  Beyləqanda,  eləcə  də  Bərdə, 

Qəbələ, Dərbənd və bir çox baĢqa yerlərdə Abbasilərə güclü müqavimət göstərildi. Bu 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə