Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə121/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   117   118   119   120   121   122   123   124   ...   217

252 

 

vermiĢdi.  Fəribürz  üsyançıları  əzmək  üçün həmin  illər  ġirvan ordusunda  xidmət  edən 



muzdlu  döyüĢçülər  dəstəsindən  istifadə  etdi.  Bu  döyüĢçülər  mü xtəlif  millətlərdən 

(xəzər,  rus,  lakz,  diduvanlılar,  erməni  və  b.)  yığılırdı.  Nəticədə  üsyan  baĢçıları 

amansızcasına  cəzalandırıldılar:  bəziləri  çarmıxa  çəkildi,  qalanları  isə  xərac  ödəmək 

Ģərtilə həbsxanaya salındılar. 

1066-cı  ildən baĢlayaraq hələ həmin əsrin 30-cu illərində ayrı-ayrı dəstələrlə 

ġirvana müdaxilə edən oğuz türkləri ölkəyə hücum  edərək, köç yerlərini qarət etdilər 

və  böyük  qənimətlə  geri  qayıtdılar.  Belə  hücumların  qarĢısını  almaq  üçün  Fəribürz 

böyük məbləğdə bac verməli olurdu. Həmin ilin sonunda türklərin baĢçısı Qara Tegin 

ġirvana ikinci dəfə yürüĢ etdi. Mühasirə olunmuĢ Yəzidiyyənin ətrafları, sonra isə Bakı 

talan  və  qarətlərə  məruz  qaldı.  Lakin  türklər  Yəzidiyyənin  müdafiəsini  yara 

bilmədilər. 

1067-ci  ildə  Qara  Tegin  və  Qaymas  (Qıymas)  yenidən  ġirvana  qayıtdılar. 

Lakin bu dəfə ġirvanĢah əmisi qızını Qara Teginə ərə verməklə türklərlə dil tapa bildi. 

Bu hadisə türklərin ġirvana hücumlarını müvəqqəti olaraq dayandırdı. 

Həmin ilin sonunda Səlcuq soltanı Alp Arslan Arran və ġirvan ərazilərinə daxil 

oldu.  Onun  bu  müdaxiləsi  hadisələrin  gediĢində  yeni  mərhələ  demək  idi.  Fəribürz 

ġəddadi hakimi  Fəzlin  yolu  ilə  gedərək, soltana hədiyyələr  verdi,  öz  xidmətini  təklif 

etdi və əvəzində Alp Arslanın himayəçiliyi üçün təminat aldı. 

Mənbələrdəki  məlu mat  göstərir  ki,  "nəinki  hücumların  təhlükəli  günlərini 

yaĢamıĢ,  habelə  sülaləsinin  hüquqlarını  möhkəmləndirmiĢ"  Fəribürz  öz  hakimiyyətini 

Arranda  da bərqərar  etdi;  indi  onun  tabeliyindəki  torpaqlar  Muğandan  dənizə  çatırdı: 

Qumık, alanların ölkəsinədək Sulvar ərazisi onun əlinə keçmiĢ, ləzgilər, abxazlar (yəni 

gürcülər)  tabe  edilmiĢ,  Arranla  birlikdə  Gəncə  fəth  olunmuĢdu.  Fəribürzün  bütün 

həyatı qonĢu ərazilərin iĢğalına, ġirvan dövləti sərhədlərinin geniĢləndirilməsinə həsr 

edilmiĢdi. 

ġirvan ölkəsini  vassal  tabeliyə salmıĢ səlcuqilər  ĢirvanĢahların  hakimiyyətini 

zəiflədə bilmədilər. Artıq XI əsrin sonunda ġirvanda siyasi yüksəliĢin baĢlanğıcı nəzərə 

çarpırdı. Bu yüksəliĢ XII əsrədək davam etdi. XII yüzildə ġirvanĢahlar dövləti özünün 

çiçəklənmə dövrünə qədəm qoydu. 

Fəribürzdən  sonra  hakimiyyət  növbə  ilə  onun  iki  oğlunun  -II Mənuçehrin 

və  I  Əfridunun  əlinə  keçdi.  II  Mənuçehr hakimiyyətə  498/1096-cı  ildə  gəlmiĢdi.  1105-

1120-ci  illər  arasındakı  dövrdə  II  Mənuçehrin  hökmranlığı  baĢa  çatmıĢ  və  I  Əfridunun 

hakimiyyəti  baĢlanmıĢdı.  Adına  kəsilmiĢ  pullardan və bir  epiqrafik  yazıdan  baĢqa  II 

Mənuçehr  haqqında  hələlik  heç  bir  məlu mat  yoxdur.  Təxminən  505/1111-ci  ildə 

Əfridunun  oğlu  III  Mənuçehr  gürcü  Ģahzadəsi  Tamarla  evləndi.  Bir  qızını  Bizansa, 

digərini  isə  ġirvana  ərə  vermiĢ  gürcü  hökmdarı  Qurucu  David  ĢirvanĢahla  dil  tapıb, 

səlcuqlar  əleyhinə  mübarizədə  onun  yardımından  istifadə  etmək  fikrində  idi.  Lakin 

Əfridun əvvəlki  kimi,  türklərə  daha  çox  meyil  göstərirdi.  Bəlkə  də  buna görə  gürcü 

hökmdarı  və  onun  oğlu  Demetre  qohumluq  əlaqələrinə  və  ittifaqa  baxmayaraq, 

ĢirvanĢaha  qarĢı  fəal  hərəkətə  baĢlayıb,  ġirvanın  bir  sıra  Ģəhərlərini  ələ  keçirdilər. 




253 

 

Gürcülərin  hücumu  ĢirvanĢahın  qüvvələrini  zəiflətdi.  Az  sonra  Dərbənddə  növbəti 



müharibə baĢlandı. 514/1120-ci ilin noyabrında baĢ vermiĢ döyüĢdə Əfridun öldürüldü, 

ordusu  isə  darmadağın  edildi.  Onun  oğlu  III  Mənuçehr  514/1120-555/1160-cı  illər 

arasında  dövləti  idarə  etdi.  III  Mənuçehrin  hakimiyyəti  zamanı  geniĢ  miqyaslı  abadlıq 

iĢləri  aparıldı  -  qədim  Bakının  qala  divarları  ucaldıldı,  Kür  çayı  üzərindəki  Bağilan 

bəndi yenidən quruldu, köhnə Ģəhərlər möhkəmləndirildi, yeni Ģəhərlər salındı. 

III  Mənuçehrin  Ġraq  Səlcuqilərindən  asılılığı  sikkə lər  üzərindəki  yazılardan 

görünür.  Lakin  1121-ci  ildə  Trialetdə,  Didqor  döyüĢündə  səlcuq  soltanının  birləĢmiĢ 

qoĢunlarının  darmadağın  edilməsi  və  bir  il  keçmiĢ  IV  Davidin  Tiflis  və  Dmanisi 

Ģəhərlərini tutmasından sonra ĢirvanĢah soltanla əlaqəni pozub, gürcülərin tərəfini tutdu; 

soltan xəzinəsinə ildə 40 min dinar məbləğində vergini ödəməkdən imtina etdi, soltana 

tabe olmaqdan  boyun  qaçırdı.  Bu  addım soltan Mahmudun 517/1123-cü ildə ġirvana 

hücumu və ĢirvanĢahın əsir edilməsi ilə nəticələndi. Soltanın öz qoĢunları ilə ġirvanı 

tərk etməsindən az sonra ġirvana qarĢı iĢğalçı siyasətini  davam etdirən IV David yerli 

hakimiyyətin  müdafiə qabiliyyətinin  zəifliyindən  istifadə edərək,  ölkəyə  bir  neçə  dəfə 

hücumlar  etdi,  həmin  ilin  iyun ayında  Gülüstan qalasını tutdu, sonrakı  ilin  aprelində 

ġabrana  hücum  edərək,  onun  müdafiəçilərini  amansızcasına  qırdı,  avqustunda  isə 

ġamaxı Ģəhərini, Buğurd qalasını və ətraf bölgələri ələ keçirdi, orada güclü hərbi hissələr 

yerləĢdirdi. ġirvanın gürcülər tərəfindən 5 ay davam edən iĢğalı 1125-ci  il yanvarın 

24-də IV Davidin qəfil ölümü ilə baĢa çatdı. Bu hadisədən dərhal  sonra III Mənuçehr 

ġirvanda  öz  hakimiyyətini  bərpa  etdi.  ġirvanĢahlarla  IV  Davidin  oğlu  I  Demetrenin 

baĢçılıq  etdiyi  gürcü  hökmdar  sülaləsi  arasında  sülh  və  dostluq  münasibətləri  dövrü 

baĢlandı. 

ġirvanın öz istiqlaliyyətini bərpa edə bildiyi bu illərdə ġirvanĢahlar dövləti III 

Mənuçehrin  baĢçılığı  ilə  gücləndi  və  çiçəkləndi.  ġirvanın  bu  tərəqqi  dövrü  Səlcuq 

imperiyasının  tənəzzülü  zamanına  düĢdü.  Bu  dövrdə  Mənuçehr  öz  dövlətini  xeyli 

möhkəmləndirdi.  ġirvan  sərhədlərini  geniĢləndirmək  məqsədilə  qonĢu  ölkələrə 

yürüĢlər  təĢkil  etdi,  çox  güman,  IV  Davidin  Gürcüstanda  yerləĢdirdiyi  qıpçaqların 

qiyamını da o yatırdı, Arranı fəth etdi. 

III  Mənuçehrin  hakimiyyətinin  son  illərində  ġirvanda  vəziyyət  pisləĢdi, 

ġirvanĢahın  əleyhinə  təĢkil  olunmuĢ  qəsdin  üstü  açıldı.  Dövlət  çevriliĢi  təhlükəsini 

aradan qaldıran hökmdar bir çox Ģəxsləri vəzifələrindən kənar etdirib, zindana saldırdı 

və ya sürgünə göndərtdirdi. 

1160-cı ilin sonunda III Mənuçehr qəflətən vəfat etdi. Onun ölümü ölkədə çox 

da  uzun  sürməyən  siyasi  böhrana  və  parçalanmaya  səbəb  oldu.  Sarayda  hakimiyyət 

uğrunda mübarizə qızıĢdı. III Mənuçehrin yerini tutmuĢ Əfridun oxla öldürüldü. 

Hakimiyyət uğrunda mübarizəyə III Mənuçehrin arvadı Tamar da qoĢulmuĢdu. 

Ġki  oğlu  arasında  gedən  siyasi  çəkiĢmədə  kiçik  oğluna  üstünlük  verən  Tamar  onun 

səltənət taxtına yiyələnməsi üçün hər cür vasitəyə əl atdı, hətta qıpçaqlara arxalanaraq, 

ġirvanı  Gürcüstanla  birləĢdirməyə  cəhd  də  göstərdi.  Lakin  hakimiyyət,  Eldənizlərin 

köməyi  ilə  ġirvan  taxtına  sahib  ola  bilmiĢ  böyük  qardaĢın  -  Axsitanın  əlinə  keçdi. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə