Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə120/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   116   117   118   119   120   121   122   123   ...   217

250 

 

taxtına  çıxdı.  O,  qonĢu  feodallara  qarĢı  təcavüzkar  siyasət  yeridir,  bir  sıra  Ģəhərlərin 



(Qəbələnin  və  Bərdənin)  ilhaqı  yolu  ilə  öz  dövlətinin  ərazisini  geniĢləndirməyə 

çalıĢırdı. 373/983-cü ildə Məhəmməd ibn Əhməd ġabranın qala divarlarını tikdirdi. O, 

11 ildən artıq müddət ərzində hökmranlıq etdikdən sonra 381/991 -ci ildə vəfat etdi. Onun 

qardaĢı Yəzid  ibn  Əhməd  ġirvan taxtına sahib oldu.  Yəzidin  hakimiyyət  illəri  feodal 

ara  müharibələri  ilə  əlamətdar  idi.  Bu  ĢirvanĢah  öz  dövlətinin  ərazisini 

geniĢləndirmək    məqsədilə    qonĢularına  -Dərbənd,  Qəbələ  və  ġəki  hakimlərinə 

qarĢı müharibələr aparırd ı. 

1025-c i  ildə  Yə zidiyyədə  atasının  müavin i  olan  oğlu  ƏnuĢirəvan  Yə zidə 

qarĢı  uğursuz  qiyam  qaldırdı,  ələ  keçirildi,  həbsxanaya  salındı,  aclıq  və 

susuzluqdan orada öldü. ġirvanĢah Yəzid isə 37 illik hökmranlıqdan sonra, 1027-ci 

ildə  vəfat  etdi.  Onun  uzunmüddətli  hakimiyyətinin  təqribən  bütün  illəri 

dərbəndlilərə  qarĢı  mübarizədə  keçdi.  1025-ci  ildə  Dərbənd  əmiri  Mənsura  öz 

qızını ərə vermiĢ Sərir hökmdarı da dərbəndliləri  müdafiə ed irdi.  Lakin tərəflərdən 

heç biri həlledici uğur qazana bilməd i. 

Bütün  böyük  müsəlman  ailələrində  olduğu  kimi,  Yəzidin  ailəsində  də 

hakimiyyətə  sahib  olmaq  istəyən  qardaĢlar  və  oğullar  arasında  daimi  ixtilaflar, 

çəkiĢ mələr  baĢ  verirdi.  Məhz  Yəzid in  hökmranlığı  dövründə  paytaxt da  ictimai 

çəkiĢ mələrin  baĢ  verməsi  haqqında  mənbələrdə  ilk  məlu mata  rast  gəlirik.  Gü man 

etmək  olar  ki,  həmin  çəkiĢmələr  u zunmüddətli,  yorucu  hərbi  yürüĢlər  və  bununla 

əlaqədar əhalidən alınan vergilərin artmasının nəticəsi idi. 

Mülahizəyə  görə,  bu  ĢirvanĢahın  qədim  hökmdarlar  nəslindən  olan  bir 

qadınla izdivacı  Yəzidilər sülaləsin in iranlılaĢ ması prosesinin baĢlanmasına gətirib 

çıxartdı.  Əlbəttə,  ġirvanda  gedən  bu  prosesin  baĢlanmasında  Xilafətin 

zəifləməsindən  sonra  ayrı-ayrı  yerlərdə  Ġran  mənĢəli  yerli  s ülalələrin  yenidən 

hakimiyyətə  gəlməsi,  islamaqədərki  Ġran  mədəniyyət  və  ədəbiyyatının  vaxtilə 

Sasanilərin  tabeliyində  olan  vilayətlərdə  dirçəliĢi,  eləcə  də  "Ģuubi"  meyilli 

vətənpərvər  ziyalı  iranlıların  apardıqları  təbliğat  az  rol  oynamadı.  ġirvan  tarixin in 

görkəmli  tədqiqatçılarından  V.F.M inorskinin  haqlı  qeydinə  görə,  "Sasani  dövrü 

nisgili şeybani nəslindən olan ərəb soy kökü haqqındakı xatirə lərdən daha cəlbedici 

oldu". 


Yəzid in oğulların ın adları da ĢirvanĢahların qədim Ġran nəsli ilə bağlılığ ını 

nümayiĢ etdirməli id i. On lardan biri - Mənuçehr ali hakimiyyətə 1027-ci ildə sahib 

oldu.  Onun  hakimiyyəti  dövründə  də,  dərbəndlilərlə  artıq  ənənə  halını  almıĢ 

mübarizə  Məsqətdə  yerləĢən  bir  qəsrin  üstündə  1029-cu  ildə  yenidən  davam 

etdirildi. Mənuçehrin qoĢunu darmadağın edildi. 

1030-cu  ildə  dərbəndlilər  ġirvana  hücum  edərək,  onun  bir  sıra  yaĢayıĢ 

məntəqələrini viran qoydular. 

Həmin  il  ruslar  38  gəmi  ilə  ġirvan sahillərinə  yan aldılar.  Mənuçehrin hərbi 

dəstəsi onları Bakı yaxınlığında qarĢıladı. ġirvan qoĢununu darmadağın edən ruslar sahil 

boyu  aĢağı  gedərək,  Kür  çayına  daxil  oldular.  Mənuçehr  rusların  irəliləməsinin 




251 

 

qarĢısını  almaq  üçün  Araz  çayının  qarĢısını  kəsməyi  əmr  etdi.  Lakin  bu  döyüĢ 



Ģirvanlıların  məğlubiyyəti  ilə  nəticələndi.  Bununla  belə,  Mənuçehr,  görünür,  rusların 

Araz boyu yuxarı irəliləməsinin qarĢısını ala bildi. 

Ġki il sonra sərirlilər və alanlar ġirvana hucum edib, 10 gün ərzində 10 mindən 

çox  adam  qırmıĢ,  qarətlər  törətmiĢdilər.  Lakin  geri  qayıdarkən,  dərbəndlilər  bütün 

keçidləri  qapayaraq,  onların  yollarını  kəsmiĢ,  qırıb-çatmıĢ,  zəbt  etdikləri  qənimətləri 

əllərindən almıĢdılar. 

Ölkəni viran qoymuĢ aramsız müharibələr, əl-Babla aparılan çəkiĢmələr, siyasi 

qeyri-sabitlik ġirvanda baĢ verən ictimai ça xnaĢmalara səbəb olmuĢ, ĢirvanĢahlar ailəsi 

daxilində  parçalanmanı 

dərinləĢdirmiĢdi.  Bizə  naməlum  səbəblər  üzündən 

Mənuçehrdən  gizlənən  qardaĢı  Əbu  Mənsur  onun  arvadı,  Gəncə  əmiri  Fəzl  ibn 

Məhəmmədin  qızı  Sitt  ilə  əlaqəyə  girərək,  Mənuçehri  öldürmüĢ  və  beləliklə,  ġirvan 

səltənətinə yiyələnə bilmiĢdi. Ço x güman ki, bu hadisədə ĢirvanĢah Mənuçehrin bəzi 

əməlləri ilə razılaĢmayan Arran hakimlərin in də əli vardı. 

Beləliklə, 425 (1034)-ci ildə Əbu Mənsur ibn Yəzid ġirvan taxtına çıxd ı və 

çox keçmədən mərhum qardaĢının dul qalmıĢ  arvadı ilə evləndi. O, 10 il ġirvanı idarə 

etdi,  əl-Baba  sahib  olmaq  uğrunda  bu  Ģəhərin  əmirinə  qarĢı  müharibələr  apardı  və 

435/1043-cü  ildə  vəfat etdi.  Hakimiyyət onun  qardaĢı  Qubad  ibn  Yəzidin  əlinə  keçdi. 

Oğuz türklərinin hücumlarından ehtiyat edən yeni ĢirvanĢah 437 (1045)-ci ildə dövlətinin 

paytaxtı Yəzidiyyənin ətrafına möhkəm daĢ divarlar çəkdirdi, dəmir qapılar qoydurdu. 

Qubadın  ölümündən  (441/1049)  sonra  hakimiyyətə  onun  qardaĢı  oğlu 

Buxtnassar Əli ibn Əhməd gəldi. Onun Ġran-Suriya mənĢəli tipik xristian adı (Buxtnassar, 

yəni "xristianı xilas etdi") ĢirvanĢahların xristian sərirlilərlə izdivacları ilə bağlıdır. Əmisi 

Sallar  ibn  Yəzid  təqribən  441  (1049)-cu  ildə  Bu xtnassarı  taxtdan  salaraq  qətlə 

yetirmiĢdi. Mənbələr Əbuləsvar ġavurun qızı ilə evlənmiĢ  Salların ġəddadilərlə, habelə 

ġam  (Suriya)  və  Məyyafariqin  hakimləri  ilə  də  siyasi  əlaqələr  saxlaması  haqqında 

məlu mat verir. Buna öz mədhiyyələrindən birində Ģair Xaqani də iĢarə etmiĢdir. 

1053-cü  ildə  Sallar  Maluq  qalasına  hücum  edərək,  zor  gücünə  onu  ġəki 

hakimindən  almıĢ,  qalanı  möhkəmləndirmiĢ,  orada  özünün  hərbi  hissəsini,  ərzaq 

ehtiyatını və silahlarını yerləĢdirmiĢdi. Görünür, qalanın strateji əhəmiyyəti Salları qala 

ətrafında  möhkəmləndirilmiĢ  Ģəhərcik  salmağa,  orada  came  məscidi  tikdirməyə,  öz 

adamlarını  yerləĢdirməyə  vadar  etmiĢdi.  ġirvanĢah  məhz  bu  məntəqədən "kafirlərin" 

üzərinə hücumlar edir və onların ölkəyə müdaxiləsinin qarĢısını ala bilirdi. 

ġirvanĢah  Sallar  15  il  hökmranlıqdan  sonra  1063-cü  ildə  vəfat  etdi. 

Hakimiyyət  baĢına  hələ  atasının  sağlığında dövlət  iĢlərini  aparan  oğlu  Fəribürz  gəldi. 

Onun hakimiyyəti illərində Arranın ġəddadi hakimləri, gürcü hökmdarları və Dərbənd 

əmirlərilə  bir  sıra  feodal  müharibələri  baĢ  verdi.  1064-cü  ildə  ġirvanĢah  ağır  Ģərtlər 

əsasında  ġəddadi  hakimi  ġavur  ibn  Fəzllə  sülh  müqaviləsi  bağlamağa,  40  min  dinar 

məbləğində təzminat ödəməyə məcbur oldu. 

1066-cı  ildə  ġirvanda  əhali  arasında  çıxıĢlar  oldu.  Güman  etmək  olar  ki, 

Ģirvanlıların  bu  çıxıĢları  hökmdarın  ötən  illərin  xəracını  tələb etməsilə əlaqədar baĢ 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə