266
öldürülməsi haqqında məlu mat verir.
1154-cü ildə abxaz (gürcü) hökmdarı Demetre ilə Dərbənddə olmuĢ ərəb
tarixçisi Ġbn əl-Əzraq Dərbənd əmiri, abxaz (gürcü) hökmdarının kürəkəni
Əbülmüzəffərin adını çəkir. Xaqaninin mədhiyyəsində Dərbənd əmiri kimi göstərilmiĢ
Əbülmüzəffər 1160-cı ildən sonra hakimiyyətə gəlmiĢ ĢirvanĢah I Axsitanın
(Tamarın və Mənuçehrin oğlunun) titulu olmuĢdur. Gü man etmək o lar ki, 1154 -cü
ildə gələcək ĢirvanĢah Axsitan Əbülmüzəffər də özünün bir çox sələfləri kimi
əvvəlcə Dərbənd əmiri olmuĢdur. Gürcü salnaməsi 1191/1192-ci ilə qədər
ĢirvanĢah kimi hakimiyyətdə olmuĢ Axsitanı "Movakan (Muğan), ġirvan və
Dərbənddən Xalxaladək (Ərdəbil yaxın lığında) dəniz sahili vilayətlərin hökmdarı"
kimi qələmə verir.
Beləliklə, Dərbəndin son HaĢimi ə mirindən tutmuĢ monqol iĢğalınadək
olan tarixi artıq bu Ģəhər-dövlətin siyasi, həm də iqtisadi baxımdan ġirvandan asılı
və ĢirvanĢahların bilavasitə hökmran lığ ı altında olan yeni dövrünə aiddir.
§ 4. SÜNĠK VƏ ARSAX-XAÇIN KNYAZLIQLARI
VIII əsrin əvvəllərində Albaniyada dövlətçiliyə son qoyulsa da,
Mihranilər sülaləsinə mənsub feodal hakimlər tarixi alban vilayəti Arsaxda öz
mü lklərin i qoruyub saxlamıĢdılar. Buna səbəb ərəb üsul-idarəsinin müsəlman
olmayan bəzi yerli feodallara cizyə və xərac vermək Ģərti ilə əvvəlki mü lk və
torpaqlarını saxlamalarına icazə verməsi idi.
Yerli qaynağın məlu matına görə, 822-ci ildə Mihranilərin Arsaxdakı son
nümayəndəsi Varaz Tiridat daxili münaqiĢə nəticəsində qətlə yetirilir. Moisey
Kalan katlının yazd ığına görə, bu dövrdən ta X yüzilin sonunadək onun xələfləri
Arsax və Sünik vilayətlərində hakimlik ed irdilər. Varaz Tiridat öldürülən kimi
onun arvadı, qızı Sparama ilə birlikdə Xaçında sığınacaq tapır. Qaynaqdakı məlu-
mata görə, "öz xanimanın ı yenidən qurmaq istəyi ilə o, qızı Sparaman ı süniklilərin
baĢçısı, ...Səh lin oğlu Atırnerhesə ərə verir". Sparama ilə Atırnerhesin nəvəsi olan
Sevada ləqəbli Səhək Uti əyalətinin Girdiman vilayətini, Arsaxdakı Kosti və Farna
adlı yerləri tutur. Alban müəlliflərin in yazdığından həmçinin məlu m o lur ki,
erməni hökmdarı Smbat "böyük qətiyyətlə" Səhək - Sevada ilə vuruĢmuĢ, lakin
onu öz hakimiyyətinə tabe edə bilməmiĢdi. Ermən i hökmdarı Smbat Baqratunidən
söhbət açan bu mətndən, eləcə də dövrün real vəziyyətindən aydın olur ki, elmdə
267
həmin yerləri erməni torpağı elan edən ermən i tarixçilərin in iddialarına rəğ mən nə
Arsax, nə də ki, Sünik o zaman ermənilərə mənsub olmayıb
1
.
Haqqında danıĢılan Səhək - Sevadanın törəmələrindən X əsrdə yenidən
dirçəlmiĢ Alban padĢahlığının hökmdarları meydana çıxdı. Yerli qaynaq xəbər
verir: "Haqq-taala [Səhəkin nəvəsi] ĠĢxanunun böyük oğlu Sənəkərim ləqəbli
Ġohannı çoxdan yo x olmuĢ padĢahlığın hökmdarı seçdi, Allah onun vasitəsilə
[həmin dövləti] bərpa etdi". Daha sonra Sənəkərimin hökmdar mənsəbinin qanu -
niliyin i təsdiq edən amillər - "Ġran hökmdarının (burada - xə lifənin) ona tac təqdim
etməsi", "yunan magistri Dav idin ona padĢahlıq çələngi göndərməsi", "patriarxın
əli ilə onun [aln ına " müqəddəs" yağ] sürtülməsi" haqqında məlu mat verilir.
XII əsrin sonlarına ya xın Sünik padĢahlığı dağıldı, buradakı hakim sülalə
1166-c ı ildə knyaz Qriqorun və Smbatın ölü mü ilə kəsilmiĢ oldu. XII əsrin sonu -
XIII əsrin əvvəllə rində Arsax əra zisində təĢəkkül tapan Xaçın knyazlığı Ġ. A.
Orbelinin sözləri ilə "qədim Albaniyanın bir hissəsi" idi. Arsax-Xaçın knyazlığın ın
mərkəzi Xaçınçay və qismən də Tərtər çayın ın hövzələrin i əhatə edird i. 1215-ci
ildən bu knyazlığ ın baĢında alban Mihranilər nəslinə mənsub olan Həsən Cəlal
(1215-1261) dururdu. A zərbaycan Atabəyləri dövlətinin tənə zzü lünün gücləndiyi
bir za manda hakimiyyəti əlinə almıĢ Həsən Cəla l özünün ağıllı siy asəti ilə güclü
qonĢuları arasında müstəqil qurum yarada bilmiĢdi. Dövrün ermən i, gürcü və
farsdilli yazılı mənbələrində, eləcə də epiqrafik ab idələrində o, "knyazlar knyazı",
"Ģahanə əzəmətli", "Xaçın ölkələri knyazı", "Xaçın və Arsax ölkələrin in əzəmətli
knyazı", "hökmdar", "tacdar", "Albaniya hökmdarı", "Albaniyanın sərhəd
bölgələrin in əzəmətli sahibi" titu lları ilə göstərilmiĢdir. Həsən Cəlalın özü isə özünü
"mütləq hökmdar" adlandırırdı. Qanzasar məbədindəki yazıda o xuyuruq: "Arsax ölkəsinin
və... Xaçın hüdudlarının həqiqi mütləq hökmdarı". Ona həsr olunmuĢ ən təmtəraqlı
titul Qanzasar monastırındakı 1240-cı ilə aid kitabədə əks olunmuĢdur: "Allahın müti
bəndəsi olan mən, Həsən Cəlal, Vahtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniĢ
hüdudlara malik, uca və möhtəĢəm Arsax ölkəsinin həqiqi mütləq hökmdarı". Həsən
Cəlalın atası Vahtanq Mihranilərdən idi; onun anası XoriĢah məĢhur Ġvane və Zakari
Dolqoruki - Arqutinskilərin bacısı olmuĢdur. Həsən Cəlalın arvadı Mamkan
Mihranilərdən olan Sünik hökmdarı Sənəkərimin nəslindən idi.
Həsən Cəlalın dövrün adlı-sanlı və nüfuzlu ailələri ilə qohumluq əlaqələri,
Ģübhəsiz, Arsax-Xaçın sahibinin tutduğu yüksək mövqeyini xarakterizə edir. Onun haki-
1
Baqratilər dövləti probleminin son araĢdırıcılarından olan K.N.YüzbaĢyan əsassız
olaraq IX-XI əsrlərdə (yəni Xilafətin zəiflədiyi dövrdə) "əzəli erməni mühitində" bir neçə
erməni mülkunün yarandığını iddia edir. Bu mülklər sırasında o dövrün alban dövləti - mərkəzi
Sisyan və Qafanda olan Sünikin və həmçinin mərkəzi ġəmĢədil və ya Loridə olan Lori və ya
TaĢir-Dzoragetin də adlarını çəkir. Digər erməni tarixçiləri kimi, məsələyə qərəzlə yanaĢan
K.N.YüzbaĢyan bu iddiası ilə artıq V əsrdə dövlətçiliyini və torpaqlarını əldən vermiĢ
ermənilərin gələcəkdə baĢqa torpaqlara, o cümlədən xristian alban və gürcülərin yaĢadıqları
Albaniya ərazisinə və gürcü vilayəti Qoqarenaya giriĢmələri üçün Ģərait yaradırdı.