Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə125/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   121   122   123   124   125   126   127   128   ...   217

260 

 

Ģəhərdə  hakimıiyyəti  ələ  keçirə  bilir.  Əbdülməlik  geri  qayıdaraq,  Dərbəndi  mühasirəyə 



alır;  lakin  özünün  təzəliklə  möhkəmləndirdiyi  Ģəhərin  müdafiəsini  yara  bilmir.  O, 

yardıma ehtiyacı olduğunu baĢa düĢür. 

919-cu ildən sonrakı dövrün gerçəklikləri - Dərbənd əmirinin himayəçisi Yusif 

Sacinin  hakimiyyəti  əldən  verməsi,  müttəfiq  olan  ġirvanın  özünü  ĢirvanĢah  elan  etmiĢ 

LayzanĢah  Əbu  Tahir  Yəzidin  əlinə  keçməsi  Əbdülməliki  yardım  üçün  dostluq 

münasibətləri  saxladığı  Xəzər  xaqanına  müraciət  etməyə  vadar  edir.  Köməyə  gön-

dərilmiĢ xəzər qoĢunları Əbdülməlikin tərəfdarları ilə birləĢərək Dərbəndin  müdafiəsini 

yarmağa  müvəffəq  olurlar.  Əbdülməlik  yenidən  hakimiyyətə  gəlir  və  qardaĢı  oğlunu 

edam  etdirir.  Beləliklə,  HaĢimilər  sülaləsinin  nümayəndələri  arasında  Dərbənddə  bir 

neçə il davam edən hakimiyyət uğrunda mübarizə baĢa çatır. 

Lakin çox keçmədən Dərbəndin baĢı üzərini yeni müharibə təhlükəsi alır; bütün 

ġirvan və Layzan torpaqlarını öz hakimiyyətinə tabe etmiĢ yeni ĢirvanĢah Əbu Tahir ibn 

Yəzid  strateji  cəhətdən  mühüm  olan  Dərbəndi  ələ  keçirmək  üçün  cəhdlər  göstərir.  

930-cu  ildə  o,  həmin  vaxt  Layzanda  hakim  olan  oğlu  Məhəmmədi  Dərbənd  əmirinə 

qarĢı  göndərir.  ġabran  qapıları  yanında  baĢ  verən  böyük  döyüĢ  sülh  müqaviləsinin 

imzalanması ilə baĢa çatır. 

Hakimiyyətinin  son  illərində  (938)  Əbdülməlik  qonĢu  bütpərəstlərə  qarĢı 

yeni  hücumlar  edir.  Nəticədə  ətraf  kəndlərin  bir  çox  sakinləri  öldürülür,  əsir  alınır, 

varidatları ələ keçirilir. 

939-cu  ilin  əvvəlində  əmir  Əbdülməlik  vəfat  edir  və  hakimiy yət  onun  üç 

yaĢlı oğlu Əh mədə keçir. 

Bu  dövrdə  Dərbənd  cəmiyyətinin  yüksək  dairələrində  əmirlərlə  rəislər 

arasında dərin  ziddiyyətlər  yaranmıĢdı.  Həmin  ziddiyyətlər  Əhmədin  azyaĢlı  olması 

ilə daha da dərinləĢmiĢdi. Dərbəndə sahib olmaq ümidini hələ də itirməmiĢ Ģirvanlıların 

əmirliyin daxili iĢlərinə qarıĢması vəziyyəti xeyli pisləĢdirmiĢdi. Dərbənddə  qarıĢıqlıq 

salmıĢ  rəislər  Əhmədi  Ģəhərdən  qovaraq,  ġirvanĢah  Məhəmməd  ibn  Yəzidin  oğlu, 

Təbərsəran  hakimi  Heysəmi  bu  Ģəhər-dövləti  idarə  etməyə  dəvət  etdilər.  Heysəmin 

hakimiyyəti təqribən iki il sürdü. 914-cü ildə o, devrilərək əmirlikdən qovuldu. 

Bu  zamandan  baĢlayaraq  getdikcə  daha  böyük  təsir  gücü  qazanan  rəislər 

Dərbənd əmirinin əleyhinə mübarizədə həmin üsuldan dəfələrlə istifadə etdilər. Onlar 

yerli  hakimləri  qonĢu vilayətlərdən  gətirdikləri  öz  adamları  ilə  əvəz  edərək,  Ģəhərin 

gerçək hakimləri kimi fəaliyyət göstərirdilər. Elə buna görə də dəvət almıĢ bu oyuncaq 

əmirlər  ço x  keçmədən qovulurdular.  Yenidən  hakimiyyətə  gətirilmiĢ  azyaĢlı  Əhməd 

də yarım ildən sonra devrilmiĢdi. Onun kimi, yenidən dəvət almıĢ Heysəmin də aqibəti 

elə  oldu.  Bundan sonra  rəislər ĢirvanĢah Məhəmməd  ibn  Yəzidin  özünə sədaqət andı 

içirlər.  ġirvan  hökmdarı  Dərbəndə  o  biri  oğlu  Əhmədi  göndərir.  Lakin  tezliklə  bu 

oyuncaq  hakim  də  devrildi,  Əmir  Əhməd  ibn  Əbdülməlik  yenidən  Dərbəndə  dəvət 

olundu.  953-cü  ildə  18  yaĢlı  Əhməd  ibn  Əbdülməlik  yenidən  hakimiyyətdən 

uzaqlaĢdırıld ı.  Sonra  isə  Dərbəndə  lakzların  hakimi  XəĢrəm  (?)  Əhməd  ibn  Münəbbih 

dəvət  olundu.  Bu  Ģəxs  Ģəhəri  təqribən  7  ay  idarə  etdi.  Onun  devrilməsindən  sonra 




261 

 

rəislər  Dərbənd taxtının qanuni sahibi  Əhməd  ibn  Əbdülməliki  üçüncü  dəfə öz  yerinə 



qaytarırlar. 

Tarixçi  Ġbn  Misqəveyhin  məlumatına  görə,  955-ci  ildə  Salari  hökmdarı 

Mərzban ibn Məhəmməd vergi verməkdən imtina edən dərbəndlilərin çıxıĢını yatırmaq 

üçün  bu  sərhəd  bölgəsinə  gəlir  və  görünür,  məsələləri  qaydaya sala bilir.  Lakin  çox 

keçmədən, Salarilərin tabeçiliyində olan vilayət hakimləri özlərini müstəqil elan edərək, 

vergiləri  ödəməkdən  imtina edirlər.  968-ci  ildə  Mərzbanın oğlu  Ġbrahim  ġirvana  hərbi 

yürüĢ təĢkil edir. Bu, Salarilərin öz ərazilərini Ģimala doğru daha da geniĢləndirmək üçün 

göstərdikləri  ikinci  cəhd  idi.  Ġbrahim  ġirvanĢah  Əhməd  ibn  Məhəmmədlə  müqavilə 

bağlayaraq  ondan  pul  alır.  Sonra  o,  Dərbənd  əmiri  Əhməd  ibn  Əbdülməlikə  dəvət 

göndərir; Əmir görüĢdən imtina edərək, Məsqətə göndərilmiĢ Salari qoĢunlarına hücum 

edir  və  rəqibini  geri  qayıtmağa  məcbur  edə  bilir.  Beləliklə,  Dərbənd  Salarilərin  təsir 

dairəsindən tamamilə çıxır. 

Elə bu zaman əmirliyin ġirvanĢahlar dövləti ilə də münas ibəti pisləĢir. Bunun 

səbəbi, ġirvanĢaha qarĢı çıxıĢ etmiĢ qardaĢı Heysəmə  Dərbənddə sığınacaq verilməsi 

olmuĢdu.  Əmir  Əh məd  ġirvan  torpaqlarının  bir  hissəsinin  Heysəmə  verilməsini 

ġirvanĢaha təklif edir, lakin rədd cavabı aldıqda, yenidən dostluq münasibətləri yaratdığı 

sərirlilərlə birgə ġirvanın ġabran Ģəhərinə hücum edir,  buranı yandırır, Ģəhərin özündən 

və  ətraf  yerlərindən  xeyli  qənimət  aparır.  YürüĢdən  sonra  geri  qayıdan  sərirlilər 

Dərbəndə  öz  müttəfiqlərindən  bir  gün  tez  çatır  və  görünür,  əldə  etdikləri  qələbəni 

bayram edərkən, Ģəhərdə özbaĢınalıqlara yol verirlər.  Bundan qəzəblənən Ģəhər əhalisi yüz 

Sərir hərbiçisini qətlə yetirib, ġabranda ələ keçirdikləri qəniməti onlardan alırlar; qalan 

sərirlilər isə Dərbənddən qovulur. 

ġirvandan qayıtmıĢ əmir  Əhməd tezliklə  Dərbənd qalasını  bərpa etdirərək orada 

qərarlaĢır.  971  -ci  ilin  əvvəlində  sərirlilər  Dərbənddən  rüsvayçılıqla  qovulmaların ın 

əvəzini  çıxmaq  məqsədi  ilə  Ģəhərə hücum  edib,  Cihad  (Qırxlar)  qapısı  yanında  baĢ 

vermiĢ döyüĢdə əmirin qoĢunlarını ağır məğlubiyyətə uğradırlar. 

976-cı  ildə, əmir  Əhmədin ölümündən sonra, hakimiyyətə onun  16  yaĢlı  oğlu 

Məymun gəlir. Onun iqamətgahı mərhum əmirin adətən yaĢadığı qalada yerləĢirdi. Lakin 

Məymunun  cavanlığından  istifadə  edən,  onun  müstəqil  fəaliyyət  göstərməsini 

istəməyən  rəislər  faktiki  hakimiyyəti  ələ  keçirib,  gözləri  üstündə  olsun  deyə  əmirin 

özünü  Ģəhər  içindəki  hökumət  binasında  yerləĢdirirlər.  Məymun  on  ildən  çox  itaətə 

gəlməyən rəislərin əlində oyuncağa çevrilir. 

987-c i  ildə  ə mir  Məy mun  gizli  surətdə  ruslarla   əlaqə  yaradaraq,  onları 

Dərbəndə  dəvət  edir.  Ruslar  18  gəmi  ilə  Dərbəndə  gəlirlər.  Lakin,  yalnız  bircə gəmi 

limana  daxil  olub,  əmiri  azad  edə  bilir.  Qalaya  çəkilən  əmir  orada  möhkəmlənir. 

Salnamənin  xəbər  verdiyinə  görə,  dərbəndlilər  sahilə  çıxan  bütün  rusları  qırırlar. 

Qalan gəmilərdə Məsqətə doğru irəliləyən ruslar burada sahilə yan  alıb, hər  yeri  talan 

edir,  sonra  isə  ġirvan  və  Muğan  sahillərinə  tərəf  üzürlər.  Beləliklə,  muzdlu  rusların 

Dərbəndə dəvət olunması Xəzər sahilinin bir çox sakinləri üçün faciə ilə nəticələndi. 

Lakin,  görünür,  dərbəndlilər  Ģəhərlərinə  so xulmuĢ  rusların  hamısını 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə