Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə126/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   122   123   124   125   126   127   128   129   ...   217

262 

 

qırmamıĢdılar.  Çünki  Məy munun qulamları  içərisində  onun hakimiyyətini  mühafizə 



edən xeyli muzdlu rus vardı. 989-cu ildə həmin ruslarla əlaqədar Dərbənddə çaxnaĢmalar 

baĢ  verdi.  Bu  çaxnaĢmaların  baĢında  rus  mühafizəçilərinin  təslim  edilməsinin 

təĢəbbüskarı  olan,  onların  qarĢısında  islam,  ya  ölüm  tələbini  qoyan  təəssübkeĢ  din 

xadimi  gilanlı  Musa  ət-Tuzi  dururdu.  Onun  belə  qətiyyətlə  çıxıĢ  etməsinə  səbəb 

rusların  Xəzər  dənizinin  sahillərində,  xüsusilə  Muğanda  törətdikləri  talanlar, qarətlər 

və qırğınlar olmuĢdu. Lakin əmir, hətta hakimiyyəti bahasına olsa da, Musa ət-Tuzinin 

tələblərini qəbul etmədi və öz qulamları ilə qalada  möhkəmləndi. Qiyamçılar qalanı 28 

gün  mühasirədə  saxladılar.  Çıxılmaz  vəziyyətə  düĢən  əmir,  təhlükəsizliyi  təmin 

olunarsa, qulamları ilə birgə Təbərsərana gedəcəyinə söz verir. Məymun getdikdən sonra 

qiyamçılar  ĢirvanĢaha  dəvət  göndərirlər.  Lakin  Dərbənddə  təntənə  ilə  qarĢılanan 

ĢirvanĢah, çox keçmədən Məymunun xid mətçilərindən biri tərəfindən yaralanıb Ģəhəri 

tərk edir. Bundan istifadə edən əmir Məymun hakimiyyəti müvəqqəti olaraq ələ keçirsə də, 

991-c i  ildə  yenidən  Ģəhərdən  qovulur.  Də rbəndə  qayıdan  ĢirvanĢah  ilk  növbədə 

qalanı möhkəmləndirir. 

992-ci  ildə  Dərbəndə  hücum  edən  Məymun  Ģəhərin  "DəməĢq  qapısı"nı 

yandıraraq, Ģəhəri ələ keçirir.  993-cü ildə o,  Dərbənd qalasını da ĢirvanĢahın əlindən 

alaraq, onun tikdirdiyi orta səddi uçurtdurur. 

997-c i  ildən  1002-ci  ilədək  hakimiyyətdə  əmir  Məy munun  oğulları 

Məhəmməd  və  LəĢkəri  olmuĢlar.  LəĢkərinin  qısa  müddətli  hakimiyyəti  dövründə 

yenidən  baĢlanan  ġirvan  -  Dərbənd  çəkiĢmələri  açıq  qanlı  döyüĢlər  Ģəklini  alır. 

DöyüĢlərin birində əmirin qardaĢı Əbu Nəsr əsir alınır. 

1002-c i  ildə  ə mir  LəĢkəri  vəfat  edir.  Dərbəndlilə r  ĢirvanĢahdan  Əbu 

Nəsrin azad olunmasını tələb edirlər. Dərbəndi axır  ki, ö z  mü lklərinə birləĢdirmək 

istəyən  ĢirvanĢah  Ģəhər  əhalisinin  qarĢısına  Ģərt  qoyur:  Əbu  Nəsr  onun  qızı  ilə 

evlənmə li,  bir  sıra  sərhəd  qalaları  möhkə mləndirilmə li  idi.  Lakin  Ģərtlər  qəbul 

edilmir,  Əbu  Nəsr  isə  edam  olunur.  Belə  b ir  Ģəraitdə  LəĢkərin in  digər  qardaĢı 

Mənsur  Dərbənd  əmiri  elan  olunur.  Onun  hakimiyyəti  dövründə  də  davam  edən 

arası  kəsilməyən  ġirvan-Dərbənd  münaqiĢələri  gah  bir,  gah  da  o  biri  tərəfin 

üstünlüyü  ilə  davam  etdirilir.  Bununla  yanaĢı,  Dərbənd  əmiri  Ģimaldakı 

qonĢularının  yürüĢlərini  də  dəf  etməli  olurdu.  Ardı-arası  kəsilməyən  bu 

müharibələr  sərhədyanı  zonanın  əhalisinə  böyük  zərərlər  yetirird i.  Təngə  gəlmiĢ 

Ģəhər əhalisi 1019-cu ildə əmir Mənsuru Dərbənddən qovub, hakimiyyəti ĢirvanĢah 

Yəzidə verirsə də, bu hakimiyyət də çox sürmür. Ġki il sonra əmir Mənsur yenidən 

Dərbənd  taxtına  sahib  olur,  az  sonra  isə  ĢirvanĢahın  möhkəmləndirib,  qoĢun 

yerləĢdirdiyi  Dərbənd  qalasını  Ģirvanlılardan  geri  ala  bilir.  Rəqiblər  arasında 

Ģəhərin  "ġabran  qapısı"  yanında  baĢ  verən  döyüĢ  Mənsurun  qələbəsi  ilə  nəticə -

lənir.  Lakin  Dərbənd  cəmiyyətinin  yüksək  dairələrində  mövcud  olan  ziddiyyətlər 

yenidən kəskinləĢdiyi üçün əmir Mənsur Dərbənddən qovulur və ĢirvanĢah yenidən 

Ģəhərə  dəvət olunur.  Cəmi  b ir  il  sonra  (1024)  əmir  Mənsur  yenidən,  bu  dəfə  qəti 

surətdə, hakimiyyətə sahib olur. Ço x  keçmədən o, Sərir hakiminin qızı Səriyyə ilə 




263 

 

evlənir.  Bu  izd ivac  Sərir  hakiminin  yardımına  təminat  verməklə  yanaĢı,  Ģimal 



sərhədlərinin təhlükəsizliy ini də təmin edirdi. 

Əmir  Mənsur  hakimiyyətinin  son  beĢ  ilində  ġirvanla  ənənəvi  Ģəkil  almıĢ 

mübarizənin  üstünə  Ģimaldan  olan  hücumların  dəf  olunması  da  gəlmiĢdi. 

Doğrudur, Sərir taxt-tacı ilə yaradılmıĢ yeni qohumluq əlaqələri Ģimal yürüĢlərin in 

az  qala  daimi  iĢtira kç ıla rı  olan  sərirliləri  bitərəfləĢdirmiĢdi,  la kin  qarĢılıq lı 

hücumların qarĢısını almamıĢdı. 

1034-cü  ildə,  ə mir  Mənsurun  ölümündən sonra  taxt-taca  sahib  olan  oğlu 

Əbdülməlik öz sələfləri kimi  xaricdən ĢirvanĢahlara, daxildən isə əmirə tabe o lmaq 

istəməyən Ģəhər rəislərinə qarĢı mübarizəni davam etdirdi. Qeyd etmək lazımd ır ki, 

burada müsəlman in zibati  idarə sisteminin yarandığı  ilk gündən xüsusi və mühüm 

mövqe  qazan mıĢ  Dərbənd  rəisləri  Ģəhərdə  baĢ  verən  hadisələrin  mərkəzində 

olmaqla yanaĢı, həmin hadisələrin in kiĢafına bilavasitə təsir göstərirdilər.Məhz bu 

daxili  qüvvələrin  baĢçılığı  ilə  ço x  keçmədən  Əbdülməlik  Dərbənddən  qovuldu, 

dərbəbdlilər  ĢirvanĢah  Əbu  Mənsur  Əli  ibn  Yəzidə  tabe  olduqlarını  bildird ilər. 

ġirvanĢahın vəziri Mənsur ibn Müs əddid Dərbənd hakimi təyin edildi.  Lakin bir  il 

keçməmiĢ əmir Əbdülməlik Dərbənddə hücum edərək, hakimiyyəti ələ keçirə bilir. 

 

Qəribə  olsa  da,  Əbdülməlikin  hakimiyyətdən  uzaqlaĢdırılmasında  iĢtirak 



edən qüvvələr bu dəfə onun hakimiyyətə qayıtmasına kömək  edirlər. Lakin rəislərə 

arxayın laĢa  bilməyən  Əbdülməlik  mövqeyini  möhkəmlətmək  üçün  yeni  bir 

vasitəyə əl atır – ġirvanĢahın bacısı ġəmkuyə ilə evlənir. Hakimiyyəti ələ keçirmək 

iĢində  Əbdülməlikə  yardım  etmiĢ  rəislər  bu  ittifaqın  ö z  mövqeləri  üçün  təhlükəli 

olduğunu  hiss  edərək,  Əbdülməlikin  vəzirin i  öldürürlər.  Qorxuya  düĢüb  ġirvana 

qaçan  əmir  yeni  qohumlarının  kö məyi  ilə  geri  qaytarılaraq,  Dərbənd  qalasında 

möhkəmlən ir və o radan Ģəhəri idarə etməyə cəhd göstərir.     

 

 



ġirvanĢahların  əmirə  o lan  havadarlığına  baxmayaraq,  rəislər  ona  qarĢı 

mübarizələrindən  əl  çəkmədilər.  Bu  mübarizə,  hakimiyyətinin  son  illərini 

möhkəmləndirilmiĢ  qalada  keçirməli o lan əmir  Əbdülməlikin ölü münədək (1043) 

davam etdi. 

 

 

 



 

 

 



 

 

Əbdülməlikin  oğlu  Mənsurun  hökmdarlığı  HaĢimilər  sülaləsi  tarixində 



dönüĢ  mərhələsi  oldu.  Məh z  bu  dövrdə  əmirlə  rəislər  arasında  gedən  mübarizə 

qızıĢaraq, özünün son – qanlı həddinə çatdı.  

 

 

 



 

Anası  ġəmkuyənin  himayəsində  olan  balaca  Mənsurun  əmir  elan  

olunmasına  etiraz  etməyən  Ģəhər  zadəganları  rəis  Əbülfəv aris  Əbdüssəlamı  ona 

naib  təyin  edirlər.  1051-ci  ildə  həmin  rəis  ölənədək  Dərbənd  faktiki  olaraq  rəislər 

tərəfindən idarə edilir.  Bundan sonra anasının himayəsi sayəsində müstəqil əmirlik 

edən  13  yaĢlı  Mənsur,  rəislərlə  mübarizənin  güclən məsi  ilə  əlaqədar,  3  il  keçmiĢ 

Dərbənddən  Təbərsərana  qaçmalı  olur.  Onun  Dərbənd  əmiri  elan  edilən  atabir 

qardaĢı LəĢkəri tezliklə Mənsurun qulamı tərəfindən öldürülür və Mənsur yenidən, 

bu  dəfə  sərirlilərin  kö məyilə  hakimiyyəti  geri  qaytara  bilir.  Əmirlə  rəislər 

arasındakı  mübarizə yeni qüvvə ilə, əmirə kö mək edən qonĢu dağlı hakimlərin fəal 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə