278
isə əsir alınaraq, Ġsfahandan cənubda yerləĢən Samiram qalasına göndərilir.
Bu hadisədən sonra Azərbaycanda hakimiyyət uğrunda mübarizə baĢlanır.
QoĢunların bir hissəsi Mərzbanın Ərdəbilə gəlmiĢ atası Məhəmməd ibn Müsafirə
sədaqət andı içir. Lakin ço x keçmədən ordu özbaĢınalıq edən Məhəmmədə qarĢı
çıxır. Canını götürüb oğlu Vəhsudanın yanına qaçan Məhəmməd oğlu tərəfindən
həbs edilir.
Mərzban üzərində qələbə qazanan Rüknəddövlə öz sərkərdələ rindən
Məhəmməd ibn Əbdürrəzzaqı A zərbaycan hakimi təyin edir.
Hadisələrin gediĢindən narahat olmuĢ Vəhsudan, Məhəmməd ibn
Əbdürrəzzaqa qarĢı çıxıĢ etmək üçün hələ də Taro mda yaĢayan keçmiĢ Azərbaycan
hakimi Deysəmi ö lkəyə dəvət edir.
Məhəmməd ibn Müsafir qaçandan sonra Ərdəbildə qalmıĢ deyləmlilər
Mərzbanın sərkərdələrindən biri o lan Əli ibn Fəzli özlərinə baĢçı seçmiĢdilər.
Vəhsudanın sözü ilə Deysəmi Azərbaycan hakimi kimi tanıyan Əli ibn Fəzl onunla
birləĢir. Deysəm isə Varsana gələrək, döyüĢə hazırlaĢmağa baĢlayır. O, bütün xəzinəni
və baĢqa sərvətləri vəziri Ġbn Mahmuda etibar edib, döyüĢün nəticəsini Muğan
dağlarında gözləmək əmrini verir. Bütün xəzinəni əlində cəmləĢdirmiĢ Ġbn Mahmud
xəyanət yoluna keçərək Ərdəbilə gəlir və Məhəmməd ibn Əbdürrəzzaqın tərəfinə keçir.
Bu hadisə Deysəmlə Məhəmməd ibn Əbdürrəzzaq arasında baĢ vermiĢ döyüĢün taleyini
həll edir. Nəticədə Azərbaycanın cənub-Ģərq vilayətləri Buveyhilərin əlinə keçir və
Məhəmməd ibn Əbdürrəzzaq tərəfindən idarə olunmağa baĢlayır. Azərbaycan və Dvin
qarıĢıq Ermənistanın baĢqa vilayətləri isə yenidən Deysəmin idarəsi altına keçərək,
ona vergi ödəməyə baĢlayır.
Böyük sərvət toplaya bilmiĢ Deysəm Ərdəbilə gəlir və burada Ģəhəri idarə
edən deyləmli sərkərdə Əli Ġbn MiĢaki ilə toqquĢur. Deysəmə xid mət edən
deyləmlilərin çoxu Əli ibn MiĢakinin tərəfinə keçir. Məğ lubiyyətə uğrayan Deysəm
kürdlərdən ibarət dəstəsi ilə Ermənistana qaçmalı olur.
952/53-cü ildə Salarilər sülaləsinin hələ də Samiram qalasında saxlan ılan
banisi Mərzban ibn Məhə mməd həbsdən qaça bilir. O, Ərdəbilə gələrə k,
Azərbaycanda öz hakimiyyətini bərpa edir, Əli ibn MiĢakini isə Deysəmin ardınca
Ermənistana göndərir. Bundan xəbər tutan Deysəm Mosula, oradan isə Bağdada, onu
hörmətlə qarĢılayan xəlifənin hüzuruna gedir. Lakin çox keçmədən vəziyyət elə gətirir ki,
Deysəm Bağdadı tərk edib yardım almaq üçün Mosula, Nəsirəddövlənin yanına getməli
olur. Rədd cavabı alan Deysəm DəməĢqə - Nəsirəddövlənin qardaĢı Seyfəddövlənin,
oradan isə 955/56-cı ildə köhnə dostu Vaspurakan hakiminin oğlunun yanına yollanır.
Burada olarkən o, Mərzbanın üsyan etmiĢ əhalinin çıxıĢını yatırmaq üçün Dərbəndə
getməsindən xəbər tutur. YaranmıĢ vəziyyətdən istifadə edən Deysəm öz qoĢununu
Azərbaycana yeridərək, Səlmas Ģəhərini tutur. Mərzbanın göndərdiyi qoĢun
darmadağın edilir. Lakin Deysəm Səlması əlində saxlaya bilmir və yenidən Vaspurakana,
hamisinin yanına qayıdır. Dərbənddən qayıdan Mərzban Vaspurakan hakimindən
Deysəmi təslim etməsini tələb edir. Onun əmrilə Deysəm zindana atılır. 957/58-ci ildə,
279
artıq Mərzbanın vəfatından sonra, Salari əmirlərindən biri həbsxanada saxlanılan
Deysəmi öldürtdürür. Beləliklə, dövrün parlaq Ģəxsiyyətlərindən biri olmuĢ Deysəm
ibn Ġbrahim tarix səhnəsindən çıxır.
957-c i ilin sonunda Mərzban vəfat etdi. Hökmdarın ölü mündən sonra onun
oğulları və qardaĢı Vəhsudan arasında hakimiyyət uğrunda mübarizə gücləndi. Ġbn
Misqəveyhin məlu matına görə, Mərzban hakimiyyəti rəsmi olaraq Vəhsudana
vəsiyyət etsə də, əlaltdan böyük oğlu Custanı özünün varisi elan etmiĢ, q əbul etdiyi
bu qərar haqqında bütün qalaların rəislərinə məxfi məlu mat göndərmiĢdir. Məhz bu
səbəbdən rəsmi olaraq varis elan edilmiĢ Vəhsudan Custana tabe olduqlarını
bildirmiĢ qala rəislərin in müqaviməti ilə qarĢılaĢdı. Vəhsudan Ərdəbili tərk edərək
Taro ma qayıt malı o lur. Ha kimiyyət o biri qardaĢlarının da dəstəklədiy i Custanın
əlinə keçir.Ġqamətgahı Ərdəbildə qurmuĢ Custan hakimiyyəti ələ alaraq, Deysəmin
keçmiĢ vəziri Əbu Abdullah ən – Nəimini ö zünün vəziri təyin edir. Urm hakimi
Custan ibn ġərməzandan baĢqa, Salarilərə tabe olan bütün yerlərinin hakimləri
hökmdara sədaqət andı içirlər.Lakin zahiri sakitliyinə baxmayaraq, hakimiyyət
uğrundakı mübarizə Vəhsudanın gördüyü tədbirlər nəticəsində getdikcə daha
kəskin Ģəkil alırd ı. Bu məqsədlə o, mü xtəlif fəndlərə əl atır, əməklərinə verilən
haqla razılaĢ mayan Salari qoĢunu içərisində narazılıq alovunu qızıĢdırmağa çalıĢır,
qardaĢları küsdürüb, hətta bəzi feodalları onların əleyhinə qald ırmağa cəhd
göstərirdi. Custanın sarayında baĢ verən hadisələr də vəziyyətin ağırlaĢmasına az
təsir etmirdi. Elə bu zaman, Custanın gözündən salın mıĢ vəzir Nəimi Ərdəbildən
Muğana qaçaraq, burada özünü əl – Müstəcirbillah adı ilə elan xəlifə etmiĢ
fırıldaqçı bir Ģəxslə görüĢür. Öz mənafeyi xatirinə Nəimi həmin Ģəxsi xəlifə kimi
―tanıyaraq‖, onu ilk növbədə Azərbaycanı tutmağa çağırır. Özünü Salarilərdən
təcrid etmiĢ Urm hakimi Custan ibn ġərməzan da onlara qoĢulur. Vəziyyətin
təhlükəli olduğunu dərk edən hökmdar Custan öz qoĢunlarını təzə peyda olmuĢ
―xəlifə‖n in və Custan ibn ġərməzanın birləĢmiĢ qüvvələrinə qarĢı göndərir. DöyüĢ
mü xalifət qüvvələrinin məğlubiyyəti, ―xəlifə‖nin əsir düĢməsi ilə nəticələnir.
Custan ibn ġərməzan isə öz dəstəsi ilə Urmiyaya qaçır. Lakin hökmdarın bu
müvəffəqiyyəti də onun Salari taxtındakı halimiyyətini möh kəmləndirə, daxili
çəkiĢ mələrə son qoya bilmədi. Vəziyyəti ilə razılaĢa bilməyən Vəhsudan isə yeni
yollara əl atır: bu dəfə Mərzbanın oğlu Ġbrah imi yanına dəvət edərək, onu
hədiyyələrlə ö z tərəfinə çəkir, Mərzbanın üçüncü oğlu Nəsiri isə