Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə132/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   128   129   130   131   132   133   134   135   ...   217

274 

 

məqsədləri üçün istifadə etdiklərini xüsusi qeyd edirlər. 



Gürcü mənbəyindəki məlumata görə, 1008-ci ildə abxaz hökmdarı  III  Baqrat 

"Kaxetini  darmadağın  edib,  Ereti  ölkəsini  (yəni  ġəkini)  də  ələ  keçirdi,  Abulalanı 

mtavar təyin edib, geri qayıtdı". Mənbədəki sonrakı məlumatdan aydın olur ki, Baqratın 

qoĢunları  gedən  kimi  Ģəkililər,  görünür,  bəlkə  də  boĢalmıĢ  ġəki  taxtını  tutmaq 

ümidində olan yerli feodal Əbüləladan (Abulaladan) üz döndərib, Sənəkərimin dövründə 

məlikliyin itaətində olan Kaxeti-Sanariya xorepiskopu Davidlə saziĢə girirlər. Lakin bu 

ittifaq  uzun  sürmədi.  1009-cu  ildə  Davidin  ölümündən  sonra  hakimiyyətə  gələn  III 

Kvirikenin  dövründə  III  Baqrat  Kaxeti  və  ġəki  torpaqlarına  hücum  edib,  yenidən 

həmin yerləri talan etdi. Geri qayıdarkən III Kvirike də əsir-girov sifətilə III Baqratın 

sarayına aparıldı. 

ġəki  məlikliyin in  bu  ağır  dövründə,  1010-1014-cü  illər  arasında,  ġəddadi 

hökmdarı  Fəzl  də  öz  mülklərinə  həmsərhəd  olan  bu  torpaqlar  uğrunda  mübarizəyə 

giriĢsə də, gürcülərin təzyiqi üzündən tezliklə ö z iddialarından əl çəkməli o lur.  

1014-cü ildə III Baqratın ölümündən istifadə edən Ģəkililər və  sanarlar üsyan 

edərək  onun  varisinin  tabeliyindən  çıxa  bildilər;  mənbənin  yazdığına  görə,  "əvvəlki 

hakimlər  yenidən  öz  ölkələrinə  sahib  oldular".  Bu  vaxtdan  baĢlayaraq  ta  Səlcuq 

hücumlarınadək ġəki ilə Kaxeti (Sanariya) arasındakı vassal-süzeren münasibətlərində 

yerdəyiĢikliyi baĢ verdi; süzeren Kaxeti hökmdarı III  Kvirike oldu. Onun dövründə bu 

iki  vilayətin siyasi  yaxınlaĢması  prosesində yeni  addımlar  atıldı.  Lakin  yaxınlaĢmaya 

baxmayaraq,  mənbələr  sanarlar  (kaxlar)  və  Ģəkililəri  biri-b irindən  fərqləndirirdi. 

Gürcü salnaməsi 1021-1023-cü illərdə abxaz hökmdarı  Giorgi ilə Bizans imperatoru II 

Vasilinin  qoĢunları  arasında  baĢ verən  vuruĢlarda  iĢtirak  edən  "sanarlar  və  Ģaklar" 

haqqında  məlu mat  verir.  Anili  Samuel  "ġəki  hö kmdarı  Kvirike"nin,  XI  yüzilin 

müsəlman  müəllifləri  ġəki  sahibi  A xsartanın  adlarını  çəkirlər.  XIII  yüzil  erməni 

tarixçisi  Vardanın  iĢlətdiyi  "Kürike,  Albaniya  hökmdarı‖  ifadəsi  isə  bu  müəllifin 

ġəkini (və onunla birlikdə Sanariyanı) ənənəvi də olsa, hətta alban dövlətçiliyin in 

varisi hesab etdiyini təsdiqləyir. 

Müstəqil ġəki  məlikliy inin tənəzzülü dövründə dövlətin siyasi mərkəzin in 

-  hökmdarla rın  iqa mətgahının  qədim  a lban  Ģəhəri  Təlava  (Telaviyə)  köçürülməsi, 

Ģübhəsiz, həmin dövrdə ġəkinin ö zündə baĢ verən siyasi çəkiĢ mələrdən xəbər verir. 

Bu  illərdə  baĢsız  qalmıĢ  ġəkini  öz  təsir  dairəsində  saxlamağa  çalıĢan  Kaxeti 

(Sanariya) hökmdarı  III  Kvirike ġəddadilərə, eləcə də əvvəl ona müttəfiqlik edən, 

sonra  isə  düĢmən  kəsilən  Tiflis  Cəfərilər  əmirliy inə  qarĢı  mübarizəni  davam 

etdirdi.  1037-1038-c i  illə rdə  Tiflisin  iki  il  çəkən  mühasirəsi  dövründə  öldürülən 

Kvirikedən  sonra  Kaxeti  taxtı  onun  bacısı  oğlu  Qagikə,  ondan  s onra  isə 

sonuncunun oğlu Axsartana keçir. Məhz bu hakimin dövründə (1058-1084) Səlcuq 

yürüĢlərinin  baĢlanması  ilə  əlaqədar  Cənubi  Qafqazda,  o  cümlədən  ġəki  və  onun 

ətraflarında  mühüm  hadisələr  baĢ  verir.  ġirvan-gürcü  münasibətlərin in 

kəskin ləĢdiyi  bu  dövrdə  ġəki  yaxınlığ ındakı  bəzi  qalaların,  o  cü mlədən  ġəkin in 

özünün  əldən-ələ  keçməsi  soltan  Alp  Arslanın  hücu mları  ilə  dayandırılır;  tarixçi 




275 

 

Sədrəddin  əl-Hüseyninin  məlu matına  görə,  gürcü-ab xaz  hökmdarı  IV  Baqratın 



Bərdəyə  və  b.  yerlərə  hücumunun  qarĢısı  alındıqdan  sonra  (1067)  müttəfiqin in 

məğ lubiyyətindən  qorxuya  düĢən  II  A xsartan  soltanın  xid mətinə  gəlir  və  öz 

mü lklərin in  qorunması  naminə,  hətta  islamı  qəbul  edərək,  səlcuqlara  xərac 

verəcəyinə  boyun olur.  Bununla  belə,  sonrakı  illərdə  də  ġəki  və  onun  ətrafındakı 

qalalar  uğrunda  mübarizə  davam  edirdi.  MünəccimbaĢının  əsərindəki  məlu mata 

görə,  1072-ci  ilin  əvvəlində  "ġəki  sahibi  A xsartanın  naibi"  müsəlmanların  əlində 

olan  Maluq  qalasını  ələ  keçirsə  də,  birləĢmiĢ  ġirvan-ġəddadi  qoĢunları  həmin  ilin 

ra ma zan  (iyun)  ayında  qalanı  geri  qaytara  bilmiĢ,  hətta  onu  yerlə-yeksan 

etmiĢdilər. 

ġəkinin  sonrakı  dövr  tarixi  bilavasitə  Səlcuqilər,  eləcə  də  ġirvanĢahlarla 

bağlı  olsa  da,  mənbələr  ilk  monqol  hücumundan  dərhal  sonra,  1221-ci  ildə 

gürcülərin ġəki və Qəbələn i ələ  keç irməsi haqqında  məlu mat verir.  Həmin dövrün 

müəllifı  ən-Nəsəvinin  yazdığ ına  görə,  1227-ci  ildə  soltan  Cəlaləddin  Manqburnı 

"Səfiəddin Məhəmməd ət-Tuğraini ġirvanın Ģəhərləri o lan ġəki və Qəbələnin vəziri 

təyin  etdi.  Bu  Ģəhərləri  gürcülər  ġirvan  sahibindən  bir  neçə  il  əvvəl,  hələ  güclü 

olduqları vaxt tutub almıĢdılar". 



 

 

 

 

§ 6. SALARĠLƏR DÖVLƏTĠ 

 

X  əsr  Azərbaycanın siyasi  tarixində  mövcud  dövlətlərin  möhkəmlən məsi 



və  yenilərinin  yaran ması  dövrü  olub.  Burada  hakimlik  edən  sülalələr 

müsəlman ların  mənəvi-siyasi  baĢçısı  xəlifəyə  zahiri  itaətlərini  saxlay ır,  lakin  bir 

sıra hallarda  Yusif  Sacin in timsalında gördüyümüz kimi, siyasi hakimiyyəti də ələ 

keçirirdilər. 

Saciləri  mənĢəcə  Deyləmdən  o lan  Salarilər  əvəz  etdilər.  Onla rın 

Azərbaycandakı  ilk  nümayəndəsi  Deyləm  hakimi  Məhəmməd  ibn  Müsafirin  oğlu 

Mərzban  ibn  Məhəmməd  oldu.  Hələ  Deyləmdə  olarkən  o,  qardaĢı  Vəhsudanla 

birlikdə  atasına  qarĢı  çıxaraq,  vilayətin  baĢlıca  qalaları  Taro m  və  Samiramı 

(ġamiramı)  ələ  keçirtdi.  941/942-ci  ildə  Mərzban  ibn  Məhəmməd  Sacilərin  son 

nümayəndəsi  Deysəmin  höku mətində  maliyyə  vəziri  vəzifəsini  daĢıyan  Əli  ibn 

Cəfərin  təhrikilə  A zərbaycana  hücum  edir.  DöyüĢ  zaman ı  Deysəmin  bir  ço x 

döyüĢçüləri, əsasən kürdlər və deyləmlilər Mərzbanın tərəfinə keçirlər.  Deysəm isə 

salamat  qalmıĢ  kiçik  dəstəsiylə  ona  sığınacaq  vermiĢ  Vaspurakan  hakimi,  dostu 

Qaqik Artsruninin yanına qaçır. 

Deysəmin  ordusunu  darmadağın  edən  Mərzban  ibn  Məhəmməd 

Azərbaycanda  hakimiyyəti  ələ  keçirir.  Sacilərin  keçmiĢ  vəziri  Əli  ibn  Cəfəri  isə 

ĢərtləĢdikləri  kimi  əvvəlki  vəzifəsində  saxlayır.  Lakin  ço x  keçmədən  vəzirin 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə