270
özlərin in strateji bazası etdilər.
Abbasilər dövründə ucqar vilayətlərin istismarı daha da artsa da, xarici
siyasi vəziyyətin nisbi sabitləĢməsi onların dinc yaĢayıĢına və təsərrüfat həyatının
canlanmasına səbəb oldu. Məhz bu dövrdə adı tez-tez Tiflisdən Təblaya (Telaviyə),
oradan da Bərdə və Bab əl-Əbvaba aparan ticarət yolunun üstündə, Arranın böyük
Ģəhərləri sırasında çəkilən ġəki Ģəhəri və eyni adlı vilayət Xilafətin Ģimal hüdudlarında
mühüm rol oynamağa baĢladı.
Erməni tarixçisi Gevond VIII yüzilin II yarısında "Yəzidin idarə etdiyi" vilayətlərə
hücum edən xəzər qoĢunları haqqında verdiyi məlumatında "alban havarları" olan
ġəkinin, Kambisenanın, Xozmasın və baĢqalarının adlarını çəkir. Ərəb müəllifləri əl-
Yəqubi, ət-Təbəri və Ġbn əl-Əsir bu hadisənin 763-764-cü illərdə baĢ verdiyini təsdiq
edirlər.
Xilafətin zəifləməyə baĢladığı VIII yüzilin sonu - IX yüzilin əvvəllərini ġəki
məlikliy inin siyasi tarixinin baĢlanğıcı hesab etmək olar. XI yüzilin əvvəllərinədək
müstəqil siyasi vahid kimi mövcud olmuĢ bu məlikliyin əsasının qoyulması haqqında
mənbələrin məlumatı bir qədər dolaĢıq olsa da, araĢdırmalar buradakı hakimiyyətin
məhz yerli albyan hakimlərinə - AranĢahilərə mənsub olması fikrini təsdiq etməyə
imkan verir.
XII əsrin 30-cu illərində tərtib edilmiĢ gürcü salnaməsi "Kartlis Tsxovreba" ġəki
məlikliyinin əsasının qoyulmasını ənənəvi olaraq, erməni vilayəti Tarondan gələn və
Baqratilər nəslindən olan üç qardaĢın adı ilə bağlayır. Bu məlumata görə, VIII yüzilin son
rübündə onlar "ġəkiyə gələrək burada qərarlaĢmıĢdılar...". Yenə həmin mənbədəki
məlu mata görə, xəzərlərin viran qoyduqları ġəki vilayətində məskunlaĢan qardaĢlar
"Qulquladək" olan yerləri, yəni demək olar ki, antik və erkən orta əsrlər Albaniyasının
tarixi Ģimal-qərb vilayətlərini əhatə edən bütün ərazini ələ keçirmiĢdilər.
Qafqazda o dövrdə yaranan bütün xristian dövlətlərinin əsasının qoyulmasını
ənənəvi olaraq Baqratilər nəsli ilə bağlayan gürcü salnaməsindən fərqli olaraq yerli,
sinxron alban qaynağı ġəkinin sahibi Səhl ibn Sunbat (Səhl Smbatean) haqqında
məlu mat verirkən, onun qədim yerli hökmdar sülaləsi Zərmihr AranĢahi ilə bağlılığını
xüsusi qeyd edir. Bu məlu mata görə, Səhl, Mihranilərdən olan Vardanın kürəkəni
Zərmihrin nəslinə mənsub idi. Qaynaqdakı qeydə əsasən, öz hakimiyyətini Albaniyada
möhkəmlətməyə çalıĢan Vardan qədim alban nəsli AranĢahilərdən olan 60 əri
nahara dəvət etmiĢ, onlara "ölüm çörəyi" vermiĢ, sonra isə qohumu Zərmihrdən baĢqa
hamısının boynunu vurdurmuĢdu. Sözsüz ki, yerli qaynağın bu məlumatı, bəzi
tədqiqatçıların irəli sürdüyü, mənĢəcə gəlmə Mihranilərlə qohumlaĢmıĢ qədim alban
soyundan olan Səhlin Baqratilər xanədanına mənsubluğu faktını inkar et miĢ olur.
Albaniyada Mihranilərin hakimiyyəti ləğv edildikdən sonra ölkənin
bilavasitə ərəblərə tabe edilmiĢ ayrı-ayrı vilayətlərində (Sünik, Bey ləqan, Qəbələ,
ġəki və s.) mənĢəcə həmin sülaləyə mənsub knyazların - məliklərin imtiyazları
qorunub saxlanılmıĢdı. Yeni qurulmuĢ ərəb Arran vilayətinin tərkib hissəsi olan tarixi
alban vilayəti Arsax AranĢahilər nəslindən olan məliklər tərəfindən idarə edilirdi.
271
Moisey Kalankatlı ġəkinin bu nəsildən olan sahibi "cəsur" məlik "Səhl Smbatean
AranĢahik" haqqında 822-ci ildə ərəblərə qarĢı edilən hücumla əlaqədar məlumat
vermiĢdir.
Türk tarixçisi MünəccimbaĢının əsərində XI əsrə aid yerli ərəb-dilli
əlyazmasından gətirilmiĢ iqtibasa görə, 820-ci ildə xəlifə əl-Məmun, Xalid ibn Yəzid
ibn Məzyəd əĢ-ġeybanini Azərbaycan, Arran və Ermənistan hakimi təyin etdiyi dövrdə
"ġəki əhli onun itaətindən çıxaraq, ərəb amilini öldürdü. Xalid onlara qarĢı çıxıĢ
edərək, gecə hücum etmələrinə baxmayaraq, onları məğlubiyyətə uğratdı və çoxlarını
məhv etdi. Onlar sülh istədilər. [Xalid] ildə 500 min dirhəm vermələri müqabilində
onlara aman verdi".
Hər iki məlu matın müqayisəvi təhlili MünəccimbaĢının əsərində təsvir
edilən hadisənin əvvəl baĢ verdiyini, onun xürrəmilər hərəkatının qızğın dövrünə aid
olan və Moisey Kalankatlının təqdim etdiyi birinci hadisə ilə üzvi bağlılığını
aĢkarlaĢdırır. Lakin Babək hərəkatının güclü təsiri ilə Xilafətin Cənubi Qafqazdakı möv-
qeyinin zəifləməsi alban məliki Səhl ibn Sunbatı yeni addımlara sövq edir, ərəb
mənbələrindəki məlumata görə, 835-ci ildə o, "Xilafətə qarĢı üsyan qaldırıb, Arranı ələ
keçirir". Görünür, elə buna görə, tarixçi Y.A.Paxomovun qeyd etdiyi kimi, Cənubi
Qafqazda məhz həmin 835/ 36-836/37-ci illərdə zərb edilmiĢ pullar aĢkar
olunmamıĢdır. Bəlkə də elə bu fakt ərəb tarixçisi əd-Dinəvərinin həmin dövrdə
Arazboyu torpaqların da Səhl ibn Sunbata məxsus olduğunu deməsinə səbəb
olmuĢdur.
Hakimiyyət dairəsini geniĢləndirmiĢ Səhl ibn Sunbat Xilafətlə barıĢığın
vacibliy ini dərk edərək yeni, lakin bu dəfə xəyanətkar addım atır: qədim
AranĢahilərə mənsub torpaqları vahid hakimiyyətdə birləĢdirmək, alban
dövlətçiliy ini bərpa etmək naminə Babəki ərəb lərə təslim ed ir. Səhlin gümanı
doğrulur: onun bu hərəkətini yüksək qiy mətləndirən ərəblər Səhlə fəxri xələtlə
yanaĢı, "batrik tacın ı" təqdim edir, verg idən azad edirlər. Moisey Kalankatlın ın
məlu matına görə, Səh l " Ermənistan, Ġberiya və Albaniyanın ali hakimi" olur. Lak in
Cənubi Qafqazın o dövr siyasi vəziyyəti elə idi ki, Arran ı müstəqil idarə etmək
hüququ əldə etmiĢ Səhl, əslində, Tovma Artsrurininin yazd ığına görə, yalnız
"ġakenin sahibi" olaraq qaldı. Bir neçə il sonra isə, 853/4 -cü ildə Xilafətə qarĢı
çıxıĢ etmiĢ baĢqa yerli feodallarla yanaĢı, Səhl də ərəb sərkərdəsi Böyük Buğa
tərəfindən əsir alın ıb Samirəyə göndərildi.
IX yüzilin son rübündə, Moisey Kalankatlın ın məlu matına görə, "erməni
tarixin in 336-c ı ilində" (887-88), Qriqor Ha mma m "dağılmıĢ Alban padĢahlığını
bərpa" edərək, yalnız adı qalmıĢ Arran vilayətinin bir hissəsində - tarixi
Albaniyanın vilayətlə rindən olan ġə kidə hakimiyyəti ə lə a ldı. Məhz bu dövrdən,
ərəb və ermən i mənbələrində ġəkki (ġəki), ġake, gürcü mənbələrində qədim alban
tayfaları erlərin (ərlərin) ad ına görə Ereti adlandırılan bu vilayətə həmçin in
"Albaniya padĢahlığı" da deyilməyə baĢlandı.
IX
yüzilin sonu, X yüzilin əvvəlləri Sacilər sülaləsinin Cənubi