Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə127/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   123   124   125   126   127   128   129   130   ...   217

264 

 

yardımı  ilə  qızıĢır.  Lakin  rəislər,  vaxtilə  Mənsurun  vəzifəyə  bərpa  olunması  iĢində 



vasitəçi olmuĢ Sərir hakimi ilə əmir arasında ixtilaf yarada bilirlər. 

1064-cü  ildə,  düĢmənçilik  edən  tərəflər  arasındakı  müvazinəti  bərpa  etməyə 

cəhd göstərmiĢ, hətta öz qızını əmirə vermiĢ rəis Əli ibn Həsən vəfat edir. Rəisin ölümü 

ilə  Ģəhərdə  çaxnaĢmalar  baĢlayır.  ġəhər  rəislərinin  yeni  baĢçısı,  aĢkar  hakimiyyət 

iddiasında  olan  Müfərric  ibn  Müzəffər  öz  qohumları  ilə  Dərbəndi  tərk  etməli  olur. 

Bundan  sonra  dərbəndlilər  üçün  ağır  günlər  baĢlanır.  Dərbənd  yaxın lığ ında,  əmirlə 

rəisin silahlı qüvvələri arasında baĢ verən qanlı döyüĢdən istifadə edən qumıklar baĢsız 

qalmıĢ Ģəhərə hücum edib, onu talan edirlər. Hakimiyyət uğrunda gedən bu ağır müba-

rizədə  müvəffəqiyyət qazanacağının  bəlkə  də  müĢkül  olduğunu  baĢa düĢən  Müfərric 

xəyanət yoluna əl atır: əmiri aldadaraq qətlə  yetirir, ona havadarlıq edən dərbəndlilərə 

isə  amansız  divan  tutur.  Bütün  bu  hadisələr,  mənbələrə  görə,  Müfərriclə  Dərbəndin 

yüksək dairələri arasında ixtilafa səbəb olur. Nəhayət, ümumi razılığa əsasən, mərhum 

əmirin ögey qardaĢı LəĢkərinin Qaytaqda tərbiyə alan  azyaĢlı oğlu Əbdülməlik 1065-ci 

ildə hakimiyyətə gətirilir. 

Dərbənddə  baĢ  verən  hadisələrdən  xəbər  tutan  ĢirvanĢah  Fəribürz  özünün 

Arran  ġəddadiləri  ilə  münasibətlərini  təcili  Ģəkildə  nizama  salaraq,  bibisi  oğlunun 

intiqamını almaq üçün elə həmin il qoĢunla  Dərbəndə doğru  hərəkət  etdi. Məsqəti  ələ 

keçirib, ara-sıra Dərbənd civarlarına basqınlar törətməyə baĢladı.  Dərbəndə  növbəti 

hücum zamanı Fəribürz həbsdə saxlanılan bibisini azad etdirə bilir. YaranmıĢ böhranın 

sülh yolu ilə aradan qaldırılmasına baxmayaraq, ĢirvanĢah Fəribürzün əmisi Məmlandan 

və  ona  müttəfiq  olan  sərirlilərin  yardımından  istifadə  edən  Müfərric,  Məsqəti 

Ģirvanlılardan  alır.  Lakin  Müfərricə  ciddi  müqavimət  göstərən  Ģabranlılar  onun 

qoĢununu darmadağın edib, özünü də əs ir alaraq ĢirvanĢahın hüzuruna göndərirlər. Əmir 

Əbdülməlik  Qaytağa  qaçır,  Dərbənd  Ģəhəri  isə  Ģirvanlılar  tərəfindən  tutulur.  Tezliklə 

Müfərric  əsirlikdən  azad  ola  bilir  və  müttəfiqi  olan  sərirlilərlə  birlikdə  Dərbəndə 

hücum  edir.  Bundan sonra hakimiyyət əldən-ələ  keçir.  Səlcuqların  Arrana və  ġirvana 

hücumları  Dərbəndin siyasi həyatındakı  səbatsızlığı  bir  qədər  də artırır.  Məhz  elə  bu 

za man  onlar  Dərbəndi  tutmaq  üçün  ilk  cəhd  göstərirlə r.  Azə rbaycanın  böyük 

hissəsini  ələ  keçirmiĢ  soltan  Alp Arslan  1068-ci  ildə  öz  hacibi  Sautəkini  (ġavtəkini) 

Dərbəndə  göndərir.  Türklər  Məsqəti  ələ  keçirir,  Dərbənd  qalasını  ĢirvanĢahlardan, 

Ģəhərin  özünü  isə  rəislərdən  alırlar;  ĢirvanĢahın  əvvəl  əsir  götürdüyü,  sonra  isə  Alp 

Arslanın tələbilə  azad  etdiyi  rəis  Əqləb  ibn  Əlini,  Sautəkinin  Dərbənddəki  müavini 

vəzifəsinə  təyin  edirlər.  Sautəkin  Dərbənddən  getdikdən  sonra  Ģəhərdə  Əqləbin  və 

Müfərricin  tərəfdarları  arasında toqquĢmalar  baĢ  verir.  Hər  iki  tərəfdən  xeyli  tələfata 

səbəb olmuĢ bu qarıĢıqlıq əmir Əbdülməlikin Dərbəndə gəliĢinədək davam edir.  Hər 

iki tərəf əmir Əbdülməlikə sədaqət andı içir. 

Əmir  Əbdülməlikin  hakimiyyətə  qayıdıĢından  xəbər  tutan ĢirvanĢah özünün 

yeni  süzerəni  Alp  Arslanın  adından  istifadə  edərək,  Dərbənd  üzərinə  hücum  edir. 

ġirvanĢahın qaçmıĢ qardaĢı Güzdəhəmə (Qujdohəmə) Ģəhər rəisinin sığınacaq verməsi 

hücum üçün bəhanə olur. Əqləbin və Müfərricin dərbəndli tərəfdarları, Əbdülməlikin 




265 

 

qaytaqlı  müttəfiqləri  ĢirvanĢahın  bu  hücumunun  qarĢısını  ala  bilirlər.  Lakin  döyüĢ 



zamanı  Əqləblə Müfərricin arasına  ixtilaf  düĢməsi  və  Müfərricin  ĢirvanĢahın  tərəfinə 

keçməsi nəticəsində ġirvan ordusu qələbə qazanır.  Əqləb döyüĢ zamanı həlak o lur, 

Əmir  Əbdülməlik  isə yenidən  Qaytağa qaçır.  Dərbəndi  və onun  qalasını  ələ  keçirən 

ĢirvanĢah  Fəribürz  Ģəhərdəki  hakimiyyəti  öz  oğlu  Əfriduna  təhvil  verib,  ġirvana 

qayıdır. 

Lakin  Dərbəndin  baĢı  üstündəki  qara  buludlar  yenə  də  çəkilmir.  Uzun 

müddətdən  bəri  daxili  və  xarici  çəkiĢmələrdən  maddi  və  mənəvi  ziyan  çəkən 

dərbəndlilər  yeni  əziyyətə  qatlaĢmalı  olurlar.  Bu  dəfə,  strateji  mövqeyi  ilə  Arran 

ġəddadi  hökmdarı  Fəzli  özünə  cəlb  edən  Dərbənd  ġirvanla  Arran  arasında  bölünə 

bilməyən "tikə" olur. Gah bu, gah da digər tərəfin uğuru ilə nəticələnən hücumlardan 

sonra  Dərbənd  məscidinin  minbərindən  ya  ĢirvanĢahın,  ya  da  ġəddadi  hökmdarının 

adlarına  xütbə  oxunur.  Bütün  bunlar  nəticə  etibarilə  Dərbənd  əmirliy inin  çalıb-

çapılmasına, əhalin in var-yo xdan çıxmasına səbəb olmuĢdu. 

Dərbəndin  Səlcuqilər  tərəfindən  ikinci  iĢğalı  1071-ci  ildə,  məĢhur  Malazgirt 

vuruĢmasında əldə  edilən qələbədən sonra baĢ verdi.  Alp  Arslanın  islam  dünyasının 

sərhəd  vilayəti  Dərbəndə  göndərdiyi türk qulamı  Yağma,  ĢirvanĢahın oğlu  Əfridunu 

Ģəhərdən  və qaladan uzaqlaĢdırdı, özü isə səlcuq soltanının təyin etdiyi hakim sifəti  ilə 

Ģəhəri  idarə  etməyə  baĢladı.  Lakin  rəislərin  baĢçısı,  dinc  otura  bilməyən  Müfərric 

Ģirvanlılarla yaxınlaĢma siyasətini davam etdirməkdə idi. 

Dərbəndin Qaytaqda gizlənən əmiri Əbdülməlikin qısa müddət ərzində bir neçə 

dəfə  hakimiyyəti  qaytarmaq  cəhdləri  də  uğursuzluqla  nəticələnmiĢ,  1075-ci  ildə 

dərbəndlilər onu Hümeydidəki (Dərbənddən qərbdə,  Yuxarı Təbərsəranda) zindana salmıĢ 

və nəhayət, Əbdülməlikin əmisi oğlu Məymun ibn Mənsura iman gətirib, gözləri üstündə 

olsun  deyə,  qalada  deyil,  Ģəhərdəki  hökumət  binasında  yerləĢdirmiĢdilər.  Bu  təyinat 

ġirvanla münasibətlərin yaxĢılaĢmasına xid mət etməli id i. 

Lakin  çox  keçmədən  Dərbənd  Səlcuqilərin  yeni  hücumuna  məruz  qaldı. 

Mənbələrdəki  məlumatlara  görə,  bu  hücumdan  sonra  əl-Baba  sahib  olmaq  ümidini 

itirmiĢ  ĢirvanĢah  öz  mülklərinə  çəkilərək,  üzərinə  qoyulmuĢ  illik  vergini  soltan 

xəzinəsinə  ödəməyə  baĢladı.  Beləliklə,  ġirvanın  bir  əsr  davam  edən  Dərbəndi  ələ 

keçirmək cəhdləri müvəqqəti olaraq dayandırıldı. 

ġirvanla  Dərbənd  arasındakı  mübarizə  yalnız  Səlcuqilər  hakimiyyətinin 

zəifləməsindən  sonra  yenidən  baĢlandı  və  gah  bu,  gah  da  digər  tərəfin  uğurları 

Ģəraitində davam etdi. 

Mənbələrdən aydın olur ki, Dərbənddə HaĢimilər sülaləsinin hakimiyyətinin 

sonu  təxminən  1077-ci  ilə  -  XI  əsrin  axırlarına  təsadüf  edir.  Lakin  bu  sülalənin 

hakimiyyətinin  1077-ci  ildən  sonra  da  davam  etdiyini  təxmin  etmək  mü mkündür. 

Dövrün  qaynaqlarında  öz  əksini  çox  az  tapmıĢ  bu  illərdə  HaĢimilər  sülaləsinin,  çox 

güman,  Ģəhər  rəislərinin  sonrakı  nəsilləri  ilə  qaynayıb-qarıĢmıĢ,  qohumlaĢmıĢ 

nümayəndələri  Dərbəndin  idarəsində  fəal  iĢtirak  etmiĢlər.  Gürcü  mənbəyi  "Kartlis 

Tsxovreba" 1120-c i ildə baĢ verən ġirvan-Dərbənd münaqiĢəsində ĢirvanĢah Əfridunun 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə