114
simvolika sümük darağın üstündə həkk edilmiĢ Maral (Kassiopeya) bürcünün və
məhsuldarlığın rəmzi hesab edilən maralın rəsminə uyğun gəlir. Bütün kompozisiya
yuxarıdan və aĢağıdan çoxsaylı maili kəsiklər vasitəsilə ro mba o xĢar naxıĢlarla
əhatələnmiĢdir. Buradakı heyvan təsvirləri olduqca real verilmiĢdir.
III-VII əsrlər dövrünün plastik sənətində ustalığın artması nəzəri daha çox cəlb
edir. Mingəçevirdə qədim albanların müqəddəs od məbədinin yerində aparılmıĢ
qazıntılar zamanı tapılmıĢ iki relyefin kompozisiyası çox plastik və ifadəlidir. V-VI
əsrlərə aid olunan bir relyef yazılı daĢ üzərində həkk edilmiĢdir. Burada üz-üzə dayanmıĢ
"müqəddəs" baftalı iki tovuzquĢu təsvir olunmuĢdur. Onları bir-birindən "müqəddəs"
ağac rəsmi ayırır. Tədqiqatçıların fikrincə, yuxarı hissəsində geniĢ oyuğu olan bu daĢın
üstündə qurban kəsilirdi. Digər relyefdə sol əli ilə yüyəni tutmuĢ atlı təsvir edilmiĢdir.
Atlının baĢını və atın ayaqların ı təsvir edən hissə dağılsa da, yəhərin və süvarinin
paltarının əksi relyefin həyatiliyini təsdiq edir. Göründüyü kimi, o dövrün bəzi metal və
keramik məmulatında olduğu kimi, burada da sasani motivli süjetdən istifadə
edilmiĢdir. Alimlərin fikrincə (K.V.Trever və b.), bu dövrdə artıq xristianlığı qəbul
etmiĢ albanlar ö z incəsənət əsərlərində hələ də əvvəlki etiqadlarını əks etdirən
surətləri (o cümlədən "müqəddəs" ağacı, "müqəddəs" baftalarla bəzən miĢ, xristian
simvolikasına görə həyat, bütpərəstlikdə isə ölüm rəmzi olan tovuz quĢlarını və s.)
qoruyub saxlamıĢdılar.
Dairəv i heykəltəraĢlıq Qafqaz Albaniyası plastik sənətinin maraqlı
növlərindən biri idi. Gil və tunc heykəlciklər, daĢ heykəllər və s. bu qrupa daxildir.
Tədqiqatçıların rəyinə görə, baĢı və ətrafları olmayan gil heykəlciklər hər hansı hadisə
və ya tədbirin uğurla baĢa çatması ilə əlaqədar keçirilən mərasimdən sonra məhv
edilir və qəbirlərdə basdırılırdı. Müqayisəvi ədəbiyyat göstərir ki, buna oxĢar adət Orta
Asiyada da vardı. Orada dulusçuluq məhsullarını yandırdıqda, onları "bədnəzər"dən
qoruyan kukla heykəlciklərlə də belə rəftar edirdilər. Görünür, ecazkar varlıqların
surətlərinin rəmzi olan bu sındırılmıĢ heykəlciklər Ģər qüvvələrin bədnəzərlərini
özlərinə cəlb etmək üçün sirli mərasimdən sonra məhv edilirdi.
Beləliklə, tədqiq edilən material sübut edir ki, bu dövrdə Azərbaycan öz
maddi mədəniyyət və incəsənətini yerli qədim ənənələr əsasında daha da inkiĢaf
etdirməklə yanaĢı, onu əhatə edən dünyadan da təcrid olmamıĢ, həmiĢə olduğu
kimi mütərəqqi bədii zövqləri mənimsəyə bilmiĢdir.
115
§ 4. MEMARLIQ VƏ ġƏHƏRSALMA
Feodal münasibətlərinin meydana çıxdığ ı, xristianlığ ın yayıldığ ı və
möhkəmləndiy i bu dövrdə Azərbaycanın Ģimal hissəsində Qəbələ, Dərbənd,
ġamaxı, Naxçıvan, ġəki, Bərdə və b. bu kimi erkən feodal Ģəhərləri formalaĢ mıĢdı.
Bu dövrün tikinti mədəniyyəti özünü daha çox müdafiə və dini abidələrdə göstərsə
də, arxeo loji qazıntıların bir sıra nəticələri (Qəbələ, Mingəçevir, Bərdə, ġabra n və
s.-də) mülki me marlıq haqqında da müəyyən fikir yürütmə k imkanı verir. Məlu m
olur ki, hələ antik dövrdə yüksək səviyyədə olan Ģəhərsalma və tikinti texn ikası
erkən orta əsrlərdə də öz səviyyəsini saxlamıĢ, bir ço x hallarda isə daha da
təkmilləĢmiĢdir. Ġlkin qazıntılar Mingəçevirin, Qəbələnin, Bərdənin və b.-n ın
yaĢayıĢ yerlərində erkən orta əsrlərə aid olan, çiy kərpicdən hörülmüĢ evlərin, ilk
xristian məbədlərin in və s.-nin qalıq larını aĢka r et miĢdir. Tikinti materia lı kimi
bütün orta əsrlər boyu çiy kərp iclə yanaĢı, çay daĢı, əhəng daĢı və biĢmiĢ kərpicdən
də geniĢ istifadə edilmiĢdir.
Dövrümü zədək salamat qalmıĢ müdafiə qurğuları və dini tikililər III-VII
əsrlərdə memarlıq və Ģəhərsalman ın inkiĢaf səviyyəsini müəyyən qədər
aydınlaĢdırmaq üçün Ģərait yaradır.
Qala divarları və "uzun sədlər" nəzərdən keçirilən zaman ın daha mühüm
qurğularına aiddir. V-VII əsrlərdə Sasani imperiyasının Ģimal köçərilərinə qarĢı
mübarizəsi ilə əlaqədar olaraq inĢa edilmiĢ bu qurğular Xəzər dənizin in Dərbənd
keçid inin yanındakı hissəsindən ölkənin dərinliklərinə doğru uzanan müdafiə
xəttinin ü mu mi sisteminə daxil idi. Ümu mi uzunluğu 120 kilo metrədək olan "uzun
sədd" daha məsuliyyətli yerlərdə mü xtəlif öçülü düzbucaqlı və dairəvi qüllələrlə
möhkəmləndirilmiĢdi. Qü llələrin yu xarı meydançaları pilləli diĢlərin qurĢağı ilə
baĢa çatırdı. Həmin qurĢaqların arasında istehkamın müdafiəçiləri mövqe tuturdular.
Bəzi yerlərdə divarların qalınlığı 10 metrə çatırdı. Gilgilçay sahilində və BeĢbarmaq
dağının ətəyində inĢa olunmuĢ istehkamlar böyük maraq doğurur. Həmin istehkamlar
kifayət qədər qüdrətli, atəĢ mövqeləri ilə gücləndirilmiĢ divarlardan ibarətdir. Divarlar çiy
kərpicdən (Gilgilçay istehkamında) və qara daĢla yaxĢı biĢirilmiĢ, kvadrat formalı
kərpicin sıralanmasından (BeĢbarmaq istehkamında) ucald ılmıĢdır.
Divar qurĢaqlarından baĢqa, istehkamlar sisteminə ayrı-ayrı qalalar, qüllələr,
süni xəndəklər, ovdanlar, akveduklar (körpüĢəkilli su kəmərləri) və baĢqa tikililər daxil
idi.
Çıraqqala müdafiə sistemində əsas qovĢaqlardan biri olmuĢdur. Bu qala hündür
qayalıq üzərindədir. Mövqeyi, görünüĢü və ayrı-ayrı hissələrin həcmi nisbəti ətraf
mühitdə qurğunun əhəmiyyətini ifadə edərək Çıraqqala ansamblına sərt, alınmaz qalanın
valehedici görkəmini bəxĢ etmiĢdir. Qalanın silueti və divarların özünəməxsus səthi
müəyyən dərəcədə Bakıdakı Qız qalasını xatırladır.
Çıraqqalanın əsas qülləsindən bir qədər aralıda tağlı ovdan yerləĢir. Vaxtilə
bu ovdan saxsı su kəməri və yerli yeraltı bulaqlarla əlaqələnmiĢ, daim su ilə təchiz