144
Azərbaycanın Ģimal hissəsinə hücum etdi, bütün Arran torpaqlarını keçərək Ermənistan
ərazisinə daxil oldu, orada olan ərəb hərbi hissələrini məğlub etdi. Azərbaycan və
Ərminiyənin yeni caniĢini əl-Cərrah ibn Abdullah əl-Həkəmi xəlifənin əmrinə əsasən
25 minlik qoĢunla xəzərlərə qarĢı çıxıĢ etdi. Yeni ərəb ordusunun hücumu xəbərini
alan xəzərlər Dərbəndə doğru geri çəkildilər. Onları təqib edən əl-Cərrah tezliklə Kür
çayını keçərək, Dərbəndə yaxın laĢdı və Ģəhərdən cənubda axan Rubas çayı sahilində
düĢərgə saldı. BaĢ vermiĢ döyüĢdə xəzərlər ərəblərə qarĢı xaqan oğlunun baĢçılığı altında
40 minlik qoĢun çıxarsalar da məğlub edildilər. Dərbəndi ələ keçirən ərəblər Ģimala -
xəzərlərin bir sıra qala və Ģəhərlərinə hücum edib, onları və o cümlədən paytaxt olan
Bələncəri tutdular. Əl-Cərrah əsir tutduğu xəzərləri hələ əvvəldən ətrafında xeyli xəzər
məskəni olan Qəbələ tərəfə köçürtdü.
Əl-Cərrah ın Ģimala, Səməndərə doğru hərəkəti, ərəb lərin əvvəlki
döyüĢlərdə əsir düĢmüĢ ailəsini özünə qaytardıqları Bələncər hakiminin xəbərdarlığı ilə
dayandırıldı. Onun verdiyi xəbərə görə, ərəblərin təzyiqin i dəf etməyə hazır olan
xəzərlər yeni qüvvələr səfərbər etmiĢdilər. Azərbaycana qayıdan əl-Cərrah qıĢı ġəki
vilayətində keçirtdi. Elə buradan da xəlifəyə qasid göndərib kömək istədi. II Yəzidin
ölümündən sonra hakimiyyət baĢına gəlmiĢ yeni xəlifə HiĢam kö mək
göndərəcəyini vəd etdi, lakin bununla yanaĢı əl-Cərrahın yerinə əvvəllər bu
vəzifədə olmuĢ öz qardaĢı Məsləməni təyin etdi.
726-727-c i illərdə xaqan oğlunun baĢçılığı altında yenidən Arranı keçərək
Azərbaycana soxulan xəzərlər, Xəzərin cənub sahili vilayətlərində ağalıq etməyə
baĢladılar. Lakin çox keçmədən əks -hücumla irəli atılan ərəblər rəqib lərini Araz
çayının o tayına qovaraq, onları geri çəkilməyə məcbur etdilər.
Sonrakı iki ildə Məsləmə Azərbaycan ərazisindən Dəryal keçidi vasitəsilə
xəzərlərə qarĢı iki dəfə yürüĢ təĢkil etdi və qənimətlə geri qayıtdı. 729-cu ildə xəlifə
onu geri çağıraraq, Azərbaycan və Ərminiyənin caniĢini vəzifəsinə yenidən əl-Cərrahı
təyin etdi. Beləliklə, VIII əsrin 20-ci illəri qarĢılıqlı hücumlar Ģəraitində keçdi.
730-731-c i ildə xəzərlər və baĢqa türk tayfaları xaqanın oğlunun baĢçılığı ilə
300 minlik qoĢunla Dərbənd, Dəryal və baĢqa keçidlərdən Azərbaycan ərazisinə
soxulub, yolları üstündə olan Ģəhər və kəndləri yandırmağa, hər yeri qarət etməyə
baĢladılar.
Hələ də kömək ala bilməyən əl-Cərrah ġəki vilayətindən çıxaraq Bərdəyə,
oradan Beyləqana yollanır, sonra Araz çayını keçərək, Varsan və Bacarvan vasitəsilə
Ərdəbilə yetiĢir. Burada düĢərgə salan əl-Cərrah kiçik həmlələrlə xəzər dəstələrinə
hücumlar edir, sonra isə yenidən Ərdəbilə qayıdırdı.
Ərəb qoĢunlarının qərargahı haqqında bir gürcü knyazından məlumat ala
bilmiĢ xaqan oğlu öz ordusunu Kür və Araz çaylarından keçirərək Varsana gəlir, Ģəhəri
tutaraq, bütün əhalini qılıncdan keçirtdirir. Yol boyu qarĢılarına çıxan hər yeri və hər Ģeyi
qarət edib yandıran xəzərlər, nəhayət, ərəb qoĢunlarının yerləĢdiyi Ərdəbilə
yaxınlaĢırlar. Xəlifənin yardım göndərmək vədinə hələ də ümidini itirməyən əl-Cərrah,
ordusunu Ərdəbildən çıxarır. Savalan dağı yaxınlığında bir neçə gün davam edən qanlı
145
döyüĢdə xəzər istilasından təngə gəlmiĢ yerli sakinlərin köməyinə baxmayaraq, ərəblər
üstün rəqib qüvvəsi tərəfindən məğlubiyyətə uğradıldılar; əl-Cərrah baĢda olmaqla bütün
qoĢun məhv edildi. Onun bütün əmlakı, arvad-uĢağı, xidmətçiləri düĢmən əlinə keçdi.
Neçə günlük mühasirədən sonra çətinliklə ram edilən Ərdəbil iĢğal olundu, igid
müdafiəçiləri qətlə yetirildi, Ģəhərin qadın və uĢaqları isə əsir aparıldı. Qısa bir
müddətdə Azərbaycanın, Arranın və Ermənistanın bir çox Ģəhər və kəndlərini ələ
keçirən xəzərlər, orta əsr ərəb salnaməçisinin yazdığına görə, "öldürməyə, qarət
etməyə, yandırmağa və zorakılığa" baĢladılar. Xilafət üçün yaranmıĢ bu təhlükə
bütün qüvvələri səfərbərliyə almağa, xəlifəni xəzərlərə qarĢı yeni ordu yaratmağa
məcbur etdi.
Bu zaman Mənbicdə (ġam) olan sərkərdə Səid əl-HəraĢi 30 minlik (əl-Kufinin
məlu matına görə 50 minlik) qoĢunla və 100 min dirhəm xərcliklə təmin edilərək
Cənubi Qafqaza göndərildi. Ərəb qoĢunlarının yeni baĢçısı "müqəddəs" müharibədə
iĢtirak etmək istəyən bütün könüllüləri öz ordusuna dəvət etdi. Əl-Cərrahın ordusunun
qalıqları da Səidə qoĢuldular. Onların keçmiĢ xid mətlərini nəzərə alan Səid bu
döyüĢçülərin hər birinə 100 dinar pul verdi. Böyük bir qüvvə ilə əl-Cəzirədən keçən
Səid, bir neçə günlük mühasirədən sonra Xilat qalasını xəzərlərdən təmizlədi, sonra isə
düĢmən əlində olan baĢqa qalaları da bir-birinin ardınca fəth edərək, hələ də xəzərlərin
əlində olan Bərdəyə çatdı. Gevondun məlumatına görə, ərəblər xəzərləri "tamam
əzərək, sələflərinin cəsurluğu Ģərəfinə hələ indi də əl-HəraĢinin dəstəsində
saxlan ılan təsvirli mis bayrağı onların əlindən aldılar". Bərdədə, habelə Azərbaycanın
baĢqa yerlərində Səidin ordusuna xeyli könüllü qoĢuldu. Xəzər talanından, ardı-arası
kəsilməyən müharibədən cana doymuĢ adamlar əllərindən gələn köməyi ordudan
əsirgəmədilər. Ço x keçmədən Səidin qoĢunları Bərdədən Beyləqana, ordan isə Var-
sana çəkilmiĢ xəzərləri izləyə-izləyə əvvəl Beyləqanı, sonra isə Varsanı azad etdilər.
Ərəblərin yaxınlaĢdığından xəbər tutan xəzərlər Balasacan düzündən keçərək
Bacarvana doğru geri çəkildilər. Varsan və Bərzəndi arxada qoyub Ərdəbildə
qərarlaĢan ərəblər, bütün əyalətin ərazisinə səpələnmiĢ, xeyli əsir və qənimətlə müsəl-
man ordusundan uzaqlaĢmağa çalıĢan xəzərləri izləməyə baĢladılar. Səidin
döyüĢçüləri xəzər qoĢunlarının bir neçə dəstəsini ləğv edib, onların əsir tutduqları
müsəlmanları və qarət etdikləri qəniməti geri aldılar. Xəzərlərə qarĢı mübarizəyə
Varsandan, Beyləqandan, Bərdədən, Qəbələdən və Azərbaycanın baĢqa yerlərindən
çoxsaylı könüllü dəstələri qoĢuldular. Ərəblərlə xəzərlər arasında həlledici döyüĢlərdən
biri Bərzənd yaxınlığında baĢ verdi. Qələbə qazanan Xilafət qoĢunları əsir alınmıĢ
bütün müsəlmanları azad etdilər. Beyləqan yaxınlığında çay sahilində baĢ verən qanlı
döyüĢ pərən-pərən dəstələrdən yığılmıĢ xəzər ordusunun məğlubiyyəti ilə
nəticələndi; onların baĢçısı - xaqan oğlu öldürüldü. Ərəblər dənizə doğru qaçan
xəzər ordusunun qalıqlarını yalnız ġirvan torpaqlarınadək təqib etdilər. Buradaca
qərarlaĢaraq, xəlifə HiĢamın əmrini gözləməyə baĢladılar.
Elə həmin il xəlifə öz qardaĢı Məsləməni yenidən Azərbaycan və
Ərmin iyə caniĢini təyin etdi. Yeni əmr və tapĢırıqla Bərdəyə gələn təzə caniĢin