139
hakimiyyətinə tabe olmuĢ, Ģimal hissəsi -Albaniya isə siyasi müstəqilliyini saxlamağa
cəhd göstərsə də Xilafətin vassalı kimi vergi ödəmək Ģərtilə ondan asılı vəziyyətə
düĢmüĢdü.
§ 4. I VARAZ TĠRĠDATIN HAKĠMĠYYƏTĠ VƏ
AZƏRBAYCANIN QƏTĠ OLARAQ XĠLAFƏTĠN TƏRKĠBĠNƏ
QATILMASI
Moisey Kalankatlının sözləri ilə desək, "dörd xalqın padĢahlıq edən
hökmdarların ın hörmət və izzətin i qazan mıĢ" CavanĢirin hakimiyyəti dövründə
Azərbaycanın Ģimal hissəsi - Albaniya (Arran) hələ bir müddət özünün nisbi siyasi
müstəqilliy ini qoruyub saxlaya bildi. Buna, CavanĢirin Ģəxsi nüfuzu və
Albaniyanın tutduğu mühüm strateji mövqe ilə yanaĢı, bu zaman Xilafətin daxi-
lində və xaricində baĢ verən hadisələr - Əli ilə ġam hakimi Müaviyə arasında
səltənət uğrunda gedən mübarizə, hakimiyyətə gəlmiĢ Müaviyənin Bizansla
apardığı müharibələr də Ģərait yarat mıĢdı.
Lakin CavanĢirin siyasi müstəqillik naminə ərəblərə güzəĢt siyasəti bəzi
bizanspərəst yerli hakimlərin narazılığ ına səbəb oldu. 680-ci ilin sonlarında (və ya
681-c i ilin əvvəllə rində) CavanĢir həmin hakimlərin təĢkil etdiklər i qəsd
nəticəsində xaincəsinə öldürüldü. Onun qardaĢı Varaz Pero zun oğlu Varaz Tiridat
alban taxtında əmisin i əvəz etdi. Elə bu zaman xəlifə olmuĢ I Yəzid (680 -683)
Varaz Tiridatı "ġərq vilayətlərinin caniĢini, Alban padĢahlığının və Uti əyalətin in
hakimi" təsdiq etdi.
CavanĢirin qətli onun qayınatası, Xəzər xaqanı Alp Ġlitvərə qisas almaq
bəhanəsi ilə A lbaniyaya qoĢun çəkmək imkan ı verdi. Tezliklə onun baĢçılıq etdiyi
Xəzər ordusu Albaniya hüdudlarına so xulub, yol boyu rastına çıxan kənd və
Ģəhərləri talan edə-edə Uti əyalətinə yetiĢdi. Xəzərlər burada çoxlu əsir tutaraq,
üstəlik, xey li qənimət ələ keçirtdilər. Sonra isə Lpin k vilayətinə qayıdaraq, orada
düĢərgə saldılar.
681-c i ildə I Vara z Tiridat alban katolikos u Yelia zarı Xə zə r xaqanın ın
yanına danıĢıqlara göndərdi. Katolikos, CavanĢirin qətlində albanların əli
olmadığına xaqanı inandırmalı idi. Verilən tapĢırığı müvəffəq iyyətlə yerinə yetirən
katolikos, hətta xəzərlərlə "sülh və qırılmaz dostluq" münasibətlərin in bərpas ına da
nail o ldu. Lakin Yeliazarın bu uğurlu elçiliy i alban-xəzər münasibətlərin in
yaxĢılaĢdırılması istiqamətində atılmıĢ yalnız ilk addım idi. Ġkinci addım
Metskoqman yepiskopu Ġsrailin baĢçılıq etdiyi nümayəndə heyətinin Alp Ġlitvərin
140
Varaçanda yerləĢən qərargahına göndərilməsi oldu. Hörmətlə qarĢılanmıĢ yepiskop
Ġsrail xəzərlərlə sülh bağlaya bildi. Moisey Kalankatlının Ģəhadətinə görə, Ġsrailin
təbliğatından sonra, xaqan baĢda olmaqla, xəzərlərin bir hissəsi xristianlığı qəbul etdi. I
Varaz Tiridata göndərdiyi məktubunda xəzər xaqanı Ġsrailin onun ölkəsində yepiskop
kimi qalmasını xahiĢ etdi. O, I Varaz Tiridatı əmin edirdi ki, yalnız din birliyi "bizim
barbar xalqların Albaniyaya basqınlarının qarĢısını ala bilər". Eyni xahiĢlə Xəzər xaqanı
albanlarla həmdin olan erməni knyazı Qriqori Mamikonyana və erməni katolikosu
Səhəkə də müraciət etdi. Xəzərlərə göndərdiyi cavab məktubunda katolikos Səhək
yazırdı: "Biz onun (Ġsrailin ) həmiĢə sizinlə olmasına razılıq vermək istərdik. Lakin
bu məsələnin həll olunmasında müstəsna hüquq Albaniya patriarxı katolikos Yeliazara
məxsusdur. Bu, onun iĢidir".
Beləliklə, I Varaz Tiridat Ġsrailin Xəzər xaqanlığı ilə Albaniya arasında yalnız
vasitəçi rolunu oynamasına razılıq vermiĢdi.
Lakin Ġsrailin xəzərlərlə sülh münasibətləri yaratmaq naminə göstərdiyi
fəaliyyəti onların Cənubi Qafqaz ərazisinə yeni basqınlarının qarĢısını ala bilmədi.
Çətinliklə əldə edilmiĢ sülh pozuldu: mərkəzdəki qeyri-sabitlik nəticəsində ucqar Ģimal
vilayətləri üzərində ərəb nəzarətinin zəifləməsindən istifadə edən xəzərlər, 685-ci ildə
yenidən Albaniya, Ermənistan və Ġberiya (Kartli) torpaqlarına daxil oldular, bir çox
vilayətləri tutub böyük qənimət və xeyli əsir əldə etdilər. Yerli qaynağın məlumatına
görə, "döyüĢ zamanı onlar knyaz Qriqori Mamikonyanı, xeyli gürcü və alban əyan və
knyazlarını qətlə yetirdilər".
Bu mürəkkəb dövrdə Xilafətdəki hakimiyyət Əməvilər sülaləsinin
Mərvanilər qolunun banisi, cəmi bir il xəlifəlik edə bilən I Mərvanın (684-685) əlinə
keçdi. Məhz bu zaman Xilafət mərkəzində yaranmıĢ müvəqqəti qarıĢıqlıqdan istifadə
edən albanlar qonĢuluqda yaĢayan xalqlar kimi əsasən vergi verməklə ifadə olunan
"otuzillik itaətdən sonra", "ərəblərə vergi ödəməkdən imtina etdilər". Lakin bu vəziyyət
çox çəkmədi. VII əsrin 80-ci illərinin ortalarından baĢlayaraq Cənubi Qafqaz
xəzərlərin, ərəblərin, bizanslıların at oynatdıqları iri döyüĢ meydanına çevrildi. Onlar
əhalini amansızcasına qarət edir, əsir aparır, maddi dəyərləri məhv edirdilər. Yalnız
80-ci illərin sonlarına yaxın ərəb xə lifəsi Əbdülməlik ibn Mərvanla Bizans
imperatoru II Yustinian arasında barıĢıq əldə edildi. ġərtə görə, Qa fqaz
ölkələrindən gələn bütün vergilər iki imperiya arasında bərabər bölün məyə
baĢlanıldı. Lakin bu barıĢıq da uzun çəkmədi. 692-ci ildə ərəblərlə bağlan mıĢ sülh
müqaviləsini pozaraq, ġam ü zərinə hücum edən II Yustinian məğlubiyyətə uğradı.
Əldə ed ilmiĢ qələbə ərəb lərin Qafqazdakı mövqelərini möh kəmləndird i. 693-cü
ildə xəlifə ö z qardaĢı Məhəmməd ibn Mərvanı əl-Cəzirə, Azərbaycan və
Ərmin iyənin (Albaniya - Arran və Gü rcüstanın bir hissəsi ilə birlikdə) hakimi təyin
edir.
Lakin Xilafətin bölgədəki hakimiyyəti hələ də kifayət qədər möhkəm
deyildi; Albaniya - Arran isə ərəblə rdən baĢqa bizanslılara və xə zərlərə də vergi
ödəmək məcburiyyətində id i.