104
bacarığına da az əhəmiyyət verilmirdi. Beləliklə, frahangestanda təhsilini baĢa vuran
cavan dünyəvi və hərbi həyata hazır olurdu.
Kahinlik məktəbi herbedestan termini ilə ifadə olunurdu. Bu məktəblərdə
kahinlər (herbedlər) xaviĢt termini ilə ifadə olunan Ģagirdlərə dərs deyirdilər. Bu
Ģagirdlər öz təhsil haqlarını özləri ödəyirdilər. Tədris prosesində Avesta və Zənd mətnləri
əzbər öyrədilir, Qataların dürüst yadda saxlanmasına xüsusi fikir verilirdi.
Kahinlik məktəblərindəki Ģifahi təhsil prosesi haqqında ətraflı məlumat
"Avesta"nın itmiĢ fəsillərindən biri olan "Herbedistan"da verilmiĢdir.
Sasani dövlətində yaĢayan xristian əhalinin də öz məktəbləri var idi. Tarixən
məlumdur ki, I ġapur və onun ilkin davamçılarının iĢğalçılıq müharibələri nəticəsində
Suriya, Kilikiya, Kappadokiya və xristian əhalili baĢqa ölkələrin ərazisi ələ keç irildi,
onların əhalisi zor gücünə Ġran Ģəhərlərinə köçürüldü, bu - Sasani dövlətində
xristianların sayını, onların dövlət həyatında rolunu artırdı.
Ġbtidai təhsil verən və əsas etibarilə d ini xarakter daĢıyan xristian
məktəblərində Ģagirdlərə müqəddəs kitablar - "Tövrat" və ―Ġncil" və onların Ģərhi
öyrədilirdi.
Cənubi Azərbaycan ərazisində indiyədək aĢkar edilən epiqrafik abidələr sayca
çox cüzidir. Səlmas Ģəhərindən 30 km Ģərqdə yerləĢən Xani-Taxta kəndində sonralar
səyyah və tədqiqatçıların dəfələrlə haqqında məlumat verdikləri qayaüstü relyef var.
Zamanın təsirilə artıq korlanmaqda olan bu təsvirin sol tərəfində at üstündə ĢahənĢah,
onun yanında iki piyada fiquru, daha sonra isə bir atlı nəqĢ edilmiĢdir.
Tədqiqatçılardan F.Zarreyə görə, həmin qayaüstü relyefdə I ƏrdəĢir və onun oğlu I
ġapur təsvir edilmiĢdir. Tədqiqatçılardan R.Ker-Porter və K.Leman-Hauptın da
vaxtilə görüb təsdiq etdikləri kimi, relyefdə indi tamamilə məhv olub getmiĢ orta
fars yazısı olmuĢdur.
1966-cı ilin yayında Tehran arxeoloji muzeyinin əməkdaĢı Qəmbə xĢ Fərd Xiav
çayı hövzəsini (Muğanın mərkəzi hissəsi) tədqiq edərkən, MiĢkinĢəhrdən cənubda, orta
əsr coğrafiyaĢünaslarının Varavi Ģəhərinə uyğun gələn yaĢayıĢ yerində daĢ üzərində orta
fars kitabəsi aĢkar etmiĢdir. Bu kitabə çiy kərpicdən tikilmiĢ orta əsr qalasının
yaxınlığındakı Baği Novruz dərəsində idi. Kitabədə göstərilən tarix - II ġapurun 27-ci
ili, mehr (yəni mart) ayı 335-336-cı ilə uyğun gəlir. Yazının məzmunundan görünür ki,
Nərse-Hörmüz adlı birisi bu qalanı yeddi ilə tikmiĢdir. Kitabə vasitəsilə qalanın
yanından keçənlərə müraciət edən Nərse-Hörmüz, onlardan qala ürəklərincə olsa, onu
xoĢ sözlə yad etmələrini xahiĢ edir; qalanı bəyənməyənlərə isə bundan daha yaxĢısını
tikməyi tövsiyə edir. Cənubi Azərbaycan ərazisində bu günədək aĢkar edilmiĢ ən qədim
Sasani epiqrafik abidəsi olan MiĢkinĢəhr kitabəsi tarixi keçmiĢimizi öyrənmək
baxımından qiymətli olduğu kimi, qala tikintisi haqqında məlu mat verən hələ ki,
yeganə yazıdır.
Sasanilərin hakimiyyəti altında birləĢ miĢ mü xtəlif xalqların, o cümlədən
azərbaycanlıların elmi fəaliyyətlərini müxtəlif xarakterli elmi iĢlərin hələ Sasani
dövründən yunancadan pəhləviyə, sonradan isə ərəb dilinə tərcümələri təsdiq edir.
105
Əlbəttə, ümumsasani dövrü mədəniyyəti və elminin nümunələri olan və orta fars dilində
yazılan bu əsərlərdən məhz hansının imperiyanın Adurbadaqan -Azərbaycan
vilayətindən çıxan alimlər tərəfindən yazıldığını aĢkar etmək, bəlkə də, qeyri-
mü mkündür. Bununla belə, Sasani dövləti mədəniyyətinin inkiĢafında öncül
yerlərdən birini tutan suriyalılarla yanaĢı, bu dövlətin ən böyük dastkertlərindən birinin
sakinləri olan azərbaycanlıla rın da bu mədəniyyətin tərəqqisində mühüm mövqe
tutduqları Ģübhəsizdir.
Sasani ZərdüĢt kilsəsi imperiyanın müxtəlif dinli və dilli əhalisi arasında gedən
mədəni mübadilənin qarĢısını ala bilmədi, hətta dövlətin ərazisində yerləĢən
xristianların tədris etdiyi və Aristotel irsinin öyrənildiyi fəlsəfi məktəblərin
mövcudluğuna da göz yummalı oldu. ZərdüĢt ruhaniləri Hindistan mədəniyyəti və
dininin göstərdiyi təsirlə də hesablaĢ malı idilər. Belə ki, "Avesta"nın orta fars dilinə
tərcüməsinə qədim hind fəlsəfə və tibbinin əsasları, Aristotelin varlıq kateqoriyası da
daxil edildi.
Elm və ədəbiyyata Hindistanla yanaĢı, Yunanıstan və Babilis tanın da yüksək
təsiri vardı. Orta fars dilli əsərlərdə, yaxud onların ərəbcə olan tərcümələrində bu
alimlərin əsərləri haqqında məlu mat verilmiĢdi.
Orta fars dilinə edilmiĢ tərcümələr arasında Aristotel, Ptolemey, Hippokrat və
b.-nın riyaziyyata, təbabətə, astronomiyaya və s. aid əsərləri ilə yanaĢı, hind
alimlərin in məntiq və bəlağətə, astronomiya və ulduzların cədvəlinə həsr etdikləri
əsərlər də vardır.
Sasani dövlətinin hər yerində olduğu kimi, Azərbaycanda da bu dövrdə il
hesabı günəĢ ilinə əsaslanan "zərdüĢti" (və ya Kiçik Avesta) təqvimi üzrə aparılırdı.
Bu təqvim hər biri 30 gündən ibarət olan 12 aydan və əlavə 5 gündən təĢkil olunmuĢdu.
Ayların adları "Avesta"dakı allahlar panteonundan götürülmüĢdü: birinci fərvərdin ayı
21 martdan 20 aprelədək davam edir, bundan sonra ordveheĢt, xordad, tir, amordad,
Ģəhrivər, mehr, aban, adur, dey, vehmen, spandərməd və frəvərdigan gəlirdi. 365 gündən
ibarət olan zərdüĢti təqvim ili astronomik günəĢ ilindən 6 saat qısadır, ona görə hər
dörd ildən bir təqvim ilinin baĢlanğıcı bir gün irəli çəkilirdi. 120 ildə bu fərq 30 günə
bərabər olurdu. Təqvim ilini günəĢ ilinə uyğunlaĢ dırmaq məqsədilə III Yəzdigərd in
632-c i il iyunun 16-dan hakimiyyət baĢına gəlməsilə qəbul edilən təqvimin 120-ci
ilinə 13-cü ay əlavə edilmiĢdi.
Sasanilər dövründə təqvim, 365 günlük "yerini dəyiĢən" günəĢ ili ilə yanaĢı,
366 günlük "uzun" illə də hesablanırdı. Belə uzun il Yulian və Qriqorian təqvimlərində
olduğu kimi, 4 ildən bir təkrar olunurdu. Lakin "uzun" ilin mütəmadi istifadə
olunmaması mövsümi bayramlar, eləcə də "Avesta‖nın müəyyən etdiyi dini bayram və
mərasimlərlə təqvim arasında uyğunsuzluğun yaranmasına səbəb olurdu. Bu, özünü
yazın gəlməsini xəbər verən Novruz bayramının keçirilməsində daha çox göstərirdi.
Qədim iranlıların astronomik təsəvvürünə görə yeni il "GünəĢin Qoç bürcünə daxil
olması", yəni yaz gecə-gündüz bərabərliyi gününə təsadüf etməli idi. Ġran alimi
S.Tağızadənin tədqiqatına görə, zərdüĢti təqvimindən e.ə. 441-ci ildən bəri istifadə