106
olunmağa baĢlanmıĢdır.
Ġlk Sasanilər dövründə baĢlanğıcı 208-ci ildən götürülən vahid Sasani erası
haqqında təsəvvür mövcud idi. Ġran və Hindistan zərdüĢtiləri indiyə kimi tarixin
hesabını sonuncu Sasani Ģahı III Yəzdigərdin erası ilə aparırlar.
Elmin coĢqun inkiĢafı I Xosrov ƏnuĢirəvanın Ģahlığı dövrü ilə bağlıdır.
Aqafinin məlumatına görə, 539-cu ildə Afina akademiyası bağlandıqdan sonra yunan
filosofları I Xosrovun sarayına gəlmiĢ və ĢahənĢah tərəfindən hörmətlə qarĢılanmıĢlar.
Yeni Ģəhərlərin tikintisi, saray və məbədlərin ucaldılması, suvarma sisteminin qurul-
ması, körpü və bəndlərin tikilməsi hərtərəfli bilik tələb edirdi. Əyiricilik və toxuculuq
iĢləri üçün dəzgahlar, boyalar lazım idi. III-VII əsrlərdə kamil səviyyəyə çatmıĢ
sənətkarlıq, təcrübə ilə yanaĢı, texniki biliklərə yiyələnməyi də tələb edirdi. Bu
biliklərin açarları isə müxtəlif minerallar, filiz, qiymətli daĢlar, rənglərin hazırlanması
və s. haqqında məlumat verən kitablarda və baĢqa texniki vəsaitlərdə mövcud idi.
Mənbələrin yazdığına görə, Azərbaycanda çıxarılan civə və neft elə o zamandan bəri
yaxĢı məlum idi və geniĢ istifadə olunurdu. Ərəb müəlliflərinin məlumatına görə ġizin
civəsi, qızılı və s. yüksək keyfiyyəti ilə fərqlənirdi.
Cənubi Azərbaycanın da daxil olduğu böyük Sasani dövlətinin müxtəlif həyat
sahələrini xarakterizə edən və bu dövlətin xalqları üçün ümumi olan ədəbi əsərlər
dövrümüzədək yalnız Sasanilərin dövlət dili olan orta fars dilində gəlib çatmıĢdır.
Bunların içərisində dini abidələr üstünlük təĢkil edir. Bu dini əsərlərin əhəmiyyəti yalnız
zərdüĢtilərin Avestanın mətnlərinin tərcümələrini və onlara yazılmıĢ Ģərhləri qoruyub
saxlamaları ilə deyil, eyni zamanda tarixə, coğrafiyaya, hüquqa, mənəvi və maddi
mədəniyyətə dair məlu matları ilə müəyyən olunur.
Dini ədəbiyyatın orta fars dilində yazılmıĢ abidələri içərisində ən mühümü
"BundahiĢn" (hərfən: "Əsas əsər") və ya baĢqa adla "Zənd aqahih" ("Zəndin biliyi")
əsəridir. Bu əsər dövrümüzədək iki variantda - "Böyük (və ya Ġran) BundahiĢni" və
qısaldılmıĢ "Hind BundahiĢn"i gəlib çıxmıĢdır. Əsərin son redaktəsi IX əsrə aiddir.
Burada üç əsas mövzu əks olunmuĢdur: dünyanın yaranması, yerdə olan varlıqların növləri
(bitkilər, heyvanlar, insan), Kəyanilər sülaləsindən olan əfsanəvi (və ya yarıəfsanəvi)
Ģahların tarixi, onların Ģəcərəsi və o dövrdə Ġranda baĢ verən hadisələr. "Bunda-
hiĢn"in yazılmasında istifadə edilən mənbələr göstərilməsə də, müəllif (və ya
müəlliflər) özünün "Avesta"nı və xüsusilə ona yazılan Ģərhləri, eləcə də qədim Ġran
əfsanə və dastanların ı dərindən bilməsin i nü mayiĢ etdirir.
Orta fars dilində yazılmıĢ və dövrümüzədək yetiĢmiĢ ən böyük əsər ilk iki
cild i bizə gəlib çatmayan 9 kitabdan ibarət "Denkərd" ("Dinin əməli") əsə ridir.
"BundahiĢn" kimi bu da daha erkən əsərlərin kompilyasiyasıdır. Burada
zərdüĢtiliyin tarixi, onun adət, ehkam və mərasimləri haqqında geniĢ məlu mat
toplanmıĢdır. Bununla yanaĢı, "Denkərd"də Sasani dövlətində hüquq normaları,
həmçinin sənətkarlıq, əhalinin məĢğuliyyəti, təbabət haqqında da mühüm
materiallar vard ır.
Didaktik ədəbiyyatın çoxsaylı abidələri içərisində "Dadestani Menoq-i
107
Xrad" ("Müdriklik ruhunun mühakiməsi") əsərinin adın ı çəkmək olar. Abidənin
yaranması I Xosrovun Ģahlığı dövrünə, VI əsrə aid edilir. Əsərin əsas hissəsi
suallardan və onlara dini öyüd formasında verilən cavablardan ibarətdir. Burada
əhalinin zü mrə bölgüsü haqqında məlu mat da vardır.
"Arda Viraz namaq" ("Mömün Virazın kitabı") əsərində zərdüĢt dininin
bərqərar olması və kah inlərin nüfuzunun möhkəmləndirilməsi məqsədilə
qəhrəmanın o dünyaya səyahəti təsvir olunur. Dantenin "Ġlahi ko mediya"sının sələfi
olan bu əsər, çox güman, VI əsrdə, məzdəkilərin darmadağın edilməsindən sonra
qələmə alın mıĢdır.
Dünyəvi ədəbiyyat nümunələri içərisində "Karnamaq-i ƏrdəĢir-i
Papaqan" ("Papaq oğlu ƏrdəĢirin əməlləri kitabı") qeyd olunmalıdır. Bu əsər janr
etibarilə tarixi ro mana yaxın laĢır. Burada erkən feodal Sasani cəmiyyəti institutları,
həmçinin zü mrə bölgüsü haqqında məlu matlar var.
"Tansarın məktubu" əsəri hələ VIII əsrdə ərəb Ģ air-alimi Ġbn əl-Muqaffaa
tərəfindən ərəb dilinə tərcümə edilmiĢ, lakin nə bu tərcümə, nə də əsərin orta fars
dilində olan orijinalı dövrü mü zə gəlib çatmamıĢdır. XVII əsrdə təbəristanlı Ġbn
Ġsfəndiyar Xarəzmdə bir kitabsatanın dükanında əsərin ərəb dilinə tərcüməsini
aĢkar etmiĢ, onu fars dilinə çevirmiĢ, özünün Təbəristan tarixinə daxil etmiĢdir.
"Tansarın məktubu"nda Sasani dövlətinin tarixi və daxili quruluĢuna, ĢahənĢahın
əyanlar və kahin lərlə münasibətinə dair bir ço x məlu mat vardır.
Orta fars ədəbiyyatı nümunələrindən "ġəhristaniha-i Eran" ("Ġran
Ģəhərləri") əsəri tarixi coğrafiyanın və Ģəhərsalma tarixin in öyrənilməsi
baxımından xüsusi maraq doğurur. VI əsrdə I Xosrov ƏnuĢirəvanın hakimiyyəti
dövrünə aid olan bu əsər dövrümüzə VIII əsrin redaktəsində çatmıĢdır. Burada
yerin cəhətlərinə uyğun qruplaĢdırılmıĢ 110 Ģəhərin adı çəkilir. ġimal Ģəhərləri
"Adurbadaqan (Azərbaycan) tərəfi" adı ilə birləĢdirilir.
Sasani qanunnamələrindən yalnız "Mədəyən-i hezar dadestan" ("Min
məh kəmə qərarı kitabı") əsəri dövrümüzə gəlib çatmıĢdır. Bu əsər qanun və
məh kəmənin mü xtəlif sahələrinə aid dolaĢıq hüquqi iĢlərin toplusudur. Hakimlər
üçün əyani vəsait kimi bu toplu təqribən 620-ci ildə Pars sakin i Bəhrəm oğlu
Fərraxmərt tərəfindən tərtib edilmiĢdir. O vaxta qədər isə əvvəllər müəyyən edil-
miĢ qanunlar ço x vaxt həyata keçirilə b ilmirdi, belə ki, əvvəlki qanu nnamələrdə
əks edilmiĢ və III-VII əsrlər üçün artıq köhnəlmiĢ hüquq normaları cəmiyyətin
inkiĢaf səviyyəsinə uyğun gəlmird i. Ona görə Sasani qanunnaməsində rəsmi
qərarlarla qəbul edilmiĢ hüquq norma və qanunları ilə yan aĢı, uzun illərin
məh kəmə təcrübəsindən yaranmıĢ ənənələrdən də istifadə olunurdu. Qanunnamə
maddələrin in mövzusu çox geniĢ olub, əmlak münasibətləri, qanun pozuntu ları,
məh kəmə prosesi və eləcə də mühakimə üsullarının qaydasına və hüquqi
sənədlərin tərtibatına dair hər Ģeyi əhatə edirdi.