Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə124/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   120   121   122   123   124   125   126   127   ...   217

258 

 

mühafizəçiləri  kimi baxılsa da, ailə ənənələrinə görə onlar artıq yerli qəbilələrarası 



siyasətə qatılmıĢdılar. HaĢimin özü əldə etdiyi hakimiyyətinə görə onu dəs təkləyən 

və ya seçilməsinə razılıq verən həmvətənlərinə borclu idi; bu vəziyyəti onu ictimai 

iĢlərin həllində məsləhət ald ığı ağs aqqal və rəislərdən asılı vəziyyətə salırd ı". 

ġəhərin  yüksək  feodal  dairələrin in  yardımı  və  razılığı  sayəsində 

hakimiyyətə  gəlmiĢ  müstəqil  Dərbənd  hakimi  bu  hakimiyyətin  irsən  onun 

övladlarına  keçməsi  hüququnu  da  təmin  edə  bilmiĢdi.  Ġtaətə  gəlməyən  xristian  və 

bütpərəst  tayfaların  əhatəsində  yaĢayan  bu  Ģəhər-dövlətin  ərazisi  Ģəhərin 

divarlarından çox da uzaqlaĢ mırdı.  Bu ərazin i yalnız d ivarlardan cənubda yerləĢən 

torpaqlar  hesabına,  Xəzər sahili  boyunca  geniĢləndirmək  olardı.  Lakin  bu  məhsuldar 

torpaq  zolağı  ĢirvanĢahları  çoxdan  özünə cəlb  edirdi.  Vaxtilə  ulu babalarına iqta payı 

kimi verilmiĢ Dərbəndi özlərinin qanuni mülkü sayan ĢirvanĢahlar, HaĢimilər üçün daimi 

təhlükə olmuĢdular. 

Lakin  Ģimaldan  baĢ  verən  hücumlara  sipər  olan  ən  yaxın  qonĢusu  ilə 

münasibətləri pisləĢdirmək ġirvan üçün heç də həmiĢə sərfəli deyildi. Elə buna görə də 

ĢirvanĢah Heysəm ibn Məhəmməd ibn Heysəm bir neçə kənddən əldə edilən məhsulu bu 

məqsəd  üçün  nəzərdə tutulmuĢ  xüsusi  anbarlara  dolduraraq, bu  məhsulun  Dərbəndin 

sərhəd  zonada yaĢayan  əhalisi  arasında bölüĢdürülməsinə  qərar  vermiĢdi.  Təbiidir  ki, 

dərbəndliləri  yedizdirən bu  anbarlar  onlan  ġirvandan  müəyyən  qədər  asılı  vəziyyətə 

salmıĢdı. 

Bununla  belə  müsəlman  torpaqlarının  sərhədyanı  zonasının  mühafizəsini  öz 

üzərinə götürən Dərbənd əmiri bütün ətraf bölgəni öz nəzarəti altında saxlamağa çalıĢırdı. 

Özünün  16  illik  hakimiyyəti  dövründə  əmir  HaĢim  qonĢu  Sərir  torpaqlarına  dəfələrlə 

uğurlu yürüĢlər etmiĢdi. Belə yürüĢlərdə əsas hərbi qüvvəni əmirin  qulam adlandırılan 

Ģəxsi mühafızəçiləri, din yolunda vuruĢan könüllülər,  eləcə də gəlmələr,  muzdlu lar və 

b.  təĢkil  edird i.  Əmirlərin  daha  çox  etibar  etdikləri  qulamlar  xüsusilə  təhlükəli 

tapĢırıqların yerinə yetirilməsində istifadə olunurdular. 

Əmir  HaĢimin  ölümündən  sonra  hakimiyyət  əvvəlcə  onun  cəmi  bir  il 

hakimiyyətdə  qalan  oğlu  Ömərə,  ondan  sonra  isə  atasının  qonĢu  xristian  və 

bütpərəstlər  əleyhinə yönəldilmiĢ siyasətini davam  etdirən  o  biri  oğlu  Məhəmmədə 

keçdi. Əmir Məhəmməd 30 ildən artıq davam edən hakimiyyəti dövründə qonĢu ġəndan 

ərazisinə bir neçə dəfə yürüĢ etdi. Türk tarixçisi MünəccimbaĢının məlumatına görə, bu yerin 

bütpərəst əhalisi "müsəlmanların qatı düĢməni" idi (XI-XII əsrlərdən sonra "ġəndan" adının 

izləri itir; artıq sonrakı əsrlərdə qaynaqlar onun yerində aşkucan və ya aşkuca xalqının 

adını  çəkir.  V.  F.  Minorskinin  tədqiqatına  görə,  bu  xalq  coğrafi  baxımdan,  Ģübhəsiz, 

Dağıstanda olan indiki "AkuĢa"ya uyğun gəlir). ġəndan üzərinə ilk hücum 886-cı ildə baĢ 

verdi. Bu hücum nəticəsində Dərbənd əmiri ġəndana məxsus iki kəndi ələ keçirdi.  

Hələ  IX  əsrin  80-ci  illərinin  əvvəllərində  həyati  əhəmiyyətə  malik  Ģimal 

sərhədlərinin  mühafizəsi üçün xəlifə  xüsusi fərman vermiĢdi. Bu fərmana görə, Bakı 

neft  mədənlərindən  və  duz  yataqlarından  əldə  edilən  gəlir  əsas  vəzifələri  sərhədi 

qorumaq  olan  dərbəndlilərə  verilirdi.  Dərbənd  döyüĢçüləri  arasında  bu  gəliri  xüsusi 




259 

 

təyin olunmuĢ Ģəxs - nazir (yəni "nəzarətçi") bölüĢdürməli id i. X əsrin əvvəllərində 



yeni nəzarətçi gəlirləri mənimsədi və hətta ġabran ətrafında Dərbəndə məxsus iki kəndi 

də ələ keçirdi. Maliyyə yardımından məhrum olmuĢ dərbəndlilər dolanmaq üçün ticarətə 

qurĢandılar və özlərinin hərbi mükəlləfiyyətlərinə laqeydlik göstərdilər. 

YaranmıĢ  vəziyyətdən  istifadə  edən,  öz  əski  qüdrətlərini  hələ  itirməmiĢ, 

ġəndan  və  Səririn  müttəfiqi  olan  xəzərlər  Dərbəndə  yürüĢ  etdilər,  lakin  əmir 

Məhəmmədin hərbi qüvvələrinin təzyiqi ilə geri oturduruldular. 

Bu hadisədən sonra təyin olunmuĢ yeni nəzarətçi Bakı neftin dən və duzdan 

əldə  edilən  illik  gəliri  yenidən  sərhəd  bölgəsinin  mühafizəçiləri  arasında 

bölüĢdürməyə baĢladı. 

905-ci ildə əmir Məhəmməd a lanlar və xəzə rlərlə müttəfiqlik edən, Ģəraitdən 

asılı  olaraq  ġirvan  və  Dərbəndin  müsəlmanları  ilə  xoĢ  münasibətlər  saxlayan  Sərir 

hakimi  Bu xtyiĢu  ilə  danıĢıqlara  baĢlamağa cəhd  göstərdi.  Bu danıĢıqlar  zamanı  Sərir 

hakimi onun görüĢünə gəlmiĢ Dərbənd əmirini, habelə danıĢıqlarda iĢtirak edən on rəisi 

nəzarət  altına aldırır,  lakin  tezliklə  onları  azad  etdirməli  olur. Gü man etmək olar  ki, 

Sərir hakimini bu hərəkətə onun müttəfiqi Xəzər xaqanı təhrik etmiĢdi. 

Bu  hadisədən  sonra,  müsəlman  ġirvanı  ilə  daha  möhkəm  əlaqələr 

yaradılmasının zəruriliyini dərk edən əmir Məhəmməd itaətə gəlməyən ġəndan üzərinə 

hücum etmək haqqında ĢirvanĢah Əli ibn Heysəmlə razılığa gəlir. 

909-cu  ildə  ġirvan  və  Dərbəndin  birləĢmiĢ  qoĢunları  ġəndan  üzərinə  yeni 

hücuma  keçirlər,  lakin  üçlüyün  (ġəndan,  Sərir  və  Xəzər  xaqanlığı) hərbi qüvvələri 

tərəfindən məğlubiyyətə uğradılırlar. Əmirləri ilə birlikdə on min Ģirvanlı və dərbəndli 

düĢmənlərə əsir düĢür. Sərir hakiminin ixtiyarına verilmiĢ əsirlər yalnız üç aydan sonra 

azad olunurlar. ġirvan və Dərbənd hakimləri də bu əsirlər arasında idilər. 

915-c i  ildə  ə mir  Məhəmməd  vəfat  etdikdən  sonra  HaĢimin  üçüncü  oğlu 

Əbdülməlik  Dərbənddə  hakimiyyət  baĢına  gəldi.  Onun  gəliĢi  ilə  HaĢimilər  sülaləsi 

daxilində  çəkiĢmələr  baĢlandı.  Mərhum  əmir  Məhəmmədin  oğlu  Əbunnəcm  əmisinin 

əleyhinə  üsyan  qaldırdı  və  Dərbənd  əhalisinin  köməyi  ilə  hakimiyyəti  ələ  keçirdi. 

Əbdülməlik  ġəndan  hakimin in  mülklərində  sığınmağa  cəhd  göstərdi.  Lakin güman 

etmək  olar  ki,  o,  ġəndan hakimindən  yardım  ala  bilməmiĢdi.  Elə  həmin  il  Əbunnəcm 

ĢirvanĢahların Təbərsəran mülkünə uğursuz hücum etdi. 

Əbunnəcmin  fəaliyyəti  nəticəsində  Dərbənd  əmirliyində  yaranmıĢ  siyasi 

gərginlik  əmir  Əbdülməliki  o  dövrdə  Xilafətin  Qafqaz  bölgəsi  üzrə  caniĢini  olan 

Azərbaycan  hakimi  Yusif  ibn  Əbu-s-Sacdan yardım  istəməyə  vadar  etdi.  Yusif,  əmir 

Əbdülməliki  Dərbənd  hakimi  vəzifəsinə  təsdiq  edərək,  onun  ixtiyarına  6  min  döyüĢçü 

göndərdi.  Əbdülməlik  bu  qoĢunun  köməyi  ilə  Dərbənddə  itirdiyi  hakimiyyətini  bərpa 

etdi. Dərbənd əmirinin süzereninə çevrilmiĢ  Yusif özü Dərbəndə gəldi və Ģəhərin qala 

divarlarının bərpasına baĢçılıq etdi. 

Yusif  Sacinin  simasında  güclü  hami  tapmıĢ  Əbdülməlik  qardaĢı  oğlu  ilə 

hesablaĢmaq qərarına gəlir və bu niyyətlə Əbunnəcmin sığındığı ġabran civarına yollanır. 

Bu  hücum  haqqında  qabaqcadan  xəbər  tutan  rəqib  baĢqa  yolla  Dərbəndə  girərək, 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə