260
Ģəhərdə hakimıiyyəti ələ keçirə bilir. Əbdülməlik geri qayıdaraq, Dərbəndi mühasirəyə
alır; lakin özünün təzəliklə möhkəmləndirdiyi Ģəhərin müdafiəsini yara bilmir. O,
yardıma ehtiyacı olduğunu baĢa düĢür.
919-cu ildən sonrakı dövrün gerçəklikləri - Dərbənd əmirinin himayəçisi Yusif
Sacinin hakimiyyəti əldən verməsi, müttəfiq olan ġirvanın özünü ĢirvanĢah elan etmiĢ
LayzanĢah Əbu Tahir Yəzidin əlinə keçməsi Əbdülməliki yardım üçün dostluq
münasibətləri saxladığı Xəzər xaqanına müraciət etməyə vadar edir. Köməyə gön-
dərilmiĢ xəzər qoĢunları Əbdülməlikin tərəfdarları ilə birləĢərək Dərbəndin müdafiəsini
yarmağa müvəffəq olurlar. Əbdülməlik yenidən hakimiyyətə gəlir və qardaĢı oğlunu
edam etdirir. Beləliklə, HaĢimilər sülaləsinin nümayəndələri arasında Dərbənddə bir
neçə il davam edən hakimiyyət uğrunda mübarizə baĢa çatır.
Lakin çox keçmədən Dərbəndin baĢı üzərini yeni müharibə təhlükəsi alır; bütün
ġirvan və Layzan torpaqlarını öz hakimiyyətinə tabe etmiĢ yeni ĢirvanĢah Əbu Tahir ibn
Yəzid strateji cəhətdən mühüm olan Dərbəndi ələ keçirmək üçün cəhdlər göstərir.
930-cu ildə o, həmin vaxt Layzanda hakim olan oğlu Məhəmmədi Dərbənd əmirinə
qarĢı göndərir. ġabran qapıları yanında baĢ verən böyük döyüĢ sülh müqaviləsinin
imzalanması ilə baĢa çatır.
Hakimiyyətinin son illərində (938) Əbdülməlik qonĢu bütpərəstlərə qarĢı
yeni hücumlar edir. Nəticədə ətraf kəndlərin bir çox sakinləri öldürülür, əsir alınır,
varidatları ələ keçirilir.
939-cu ilin əvvəlində əmir Əbdülməlik vəfat edir və hakimiy yət onun üç
yaĢlı oğlu Əh mədə keçir.
Bu dövrdə Dərbənd cəmiyyətinin yüksək dairələrində əmirlərlə rəislər
arasında dərin ziddiyyətlər yaranmıĢdı. Həmin ziddiyyətlər Əhmədin azyaĢlı olması
ilə daha da dərinləĢmiĢdi. Dərbəndə sahib olmaq ümidini hələ də itirməmiĢ Ģirvanlıların
əmirliyin daxili iĢlərinə qarıĢması vəziyyəti xeyli pisləĢdirmiĢdi. Dərbənddə qarıĢıqlıq
salmıĢ rəislər Əhmədi Ģəhərdən qovaraq, ġirvanĢah Məhəmməd ibn Yəzidin oğlu,
Təbərsəran hakimi Heysəmi bu Ģəhər-dövləti idarə etməyə dəvət etdilər. Heysəmin
hakimiyyəti təqribən iki il sürdü. 914-cü ildə o, devrilərək əmirlikdən qovuldu.
Bu zamandan baĢlayaraq getdikcə daha böyük təsir gücü qazanan rəislər
Dərbənd əmirinin əleyhinə mübarizədə həmin üsuldan dəfələrlə istifadə etdilər. Onlar
yerli hakimləri qonĢu vilayətlərdən gətirdikləri öz adamları ilə əvəz edərək, Ģəhərin
gerçək hakimləri kimi fəaliyyət göstərirdilər. Elə buna görə də dəvət almıĢ bu oyuncaq
əmirlər ço x keçmədən qovulurdular. Yenidən hakimiyyətə gətirilmiĢ azyaĢlı Əhməd
də yarım ildən sonra devrilmiĢdi. Onun kimi, yenidən dəvət almıĢ Heysəmin də aqibəti
elə oldu. Bundan sonra rəislər ĢirvanĢah Məhəmməd ibn Yəzidin özünə sədaqət andı
içirlər. ġirvan hökmdarı Dərbəndə o biri oğlu Əhmədi göndərir. Lakin tezliklə bu
oyuncaq hakim də devrildi, Əmir Əhməd ibn Əbdülməlik yenidən Dərbəndə dəvət
olundu. 953-cü ildə 18 yaĢlı Əhməd ibn Əbdülməlik yenidən hakimiyyətdən
uzaqlaĢdırıld ı. Sonra isə Dərbəndə lakzların hakimi XəĢrəm (?) Əhməd ibn Münəbbih
dəvət olundu. Bu Ģəxs Ģəhəri təqribən 7 ay idarə etdi. Onun devrilməsindən sonra
261
rəislər Dərbənd taxtının qanuni sahibi Əhməd ibn Əbdülməliki üçüncü dəfə öz yerinə
qaytarırlar.
Tarixçi Ġbn Misqəveyhin məlumatına görə, 955-ci ildə Salari hökmdarı
Mərzban ibn Məhəmməd vergi verməkdən imtina edən dərbəndlilərin çıxıĢını yatırmaq
üçün bu sərhəd bölgəsinə gəlir və görünür, məsələləri qaydaya sala bilir. Lakin çox
keçmədən, Salarilərin tabeçiliyində olan vilayət hakimləri özlərini müstəqil elan edərək,
vergiləri ödəməkdən imtina edirlər. 968-ci ildə Mərzbanın oğlu Ġbrahim ġirvana hərbi
yürüĢ təĢkil edir. Bu, Salarilərin öz ərazilərini Ģimala doğru daha da geniĢləndirmək üçün
göstərdikləri ikinci cəhd idi. Ġbrahim ġirvanĢah Əhməd ibn Məhəmmədlə müqavilə
bağlayaraq ondan pul alır. Sonra o, Dərbənd əmiri Əhməd ibn Əbdülməlikə dəvət
göndərir; Əmir görüĢdən imtina edərək, Məsqətə göndərilmiĢ Salari qoĢunlarına hücum
edir və rəqibini geri qayıtmağa məcbur edə bilir. Beləliklə, Dərbənd Salarilərin təsir
dairəsindən tamamilə çıxır.
Elə bu zaman əmirliyin ġirvanĢahlar dövləti ilə də münas ibəti pisləĢir. Bunun
səbəbi, ġirvanĢaha qarĢı çıxıĢ etmiĢ qardaĢı Heysəmə Dərbənddə sığınacaq verilməsi
olmuĢdu. Əmir Əh məd ġirvan torpaqlarının bir hissəsinin Heysəmə verilməsini
ġirvanĢaha təklif edir, lakin rədd cavabı aldıqda, yenidən dostluq münasibətləri yaratdığı
sərirlilərlə birgə ġirvanın ġabran Ģəhərinə hücum edir, buranı yandırır, Ģəhərin özündən
və ətraf yerlərindən xeyli qənimət aparır. YürüĢdən sonra geri qayıdan sərirlilər
Dərbəndə öz müttəfiqlərindən bir gün tez çatır və görünür, əldə etdikləri qələbəni
bayram edərkən, Ģəhərdə özbaĢınalıqlara yol verirlər. Bundan qəzəblənən Ģəhər əhalisi yüz
Sərir hərbiçisini qətlə yetirib, ġabranda ələ keçirdikləri qəniməti onlardan alırlar; qalan
sərirlilər isə Dərbənddən qovulur.
ġirvandan qayıtmıĢ əmir Əhməd tezliklə Dərbənd qalasını bərpa etdirərək orada
qərarlaĢır. 971 -ci ilin əvvəlində sərirlilər Dərbənddən rüsvayçılıqla qovulmaların ın
əvəzini çıxmaq məqsədi ilə Ģəhərə hücum edib, Cihad (Qırxlar) qapısı yanında baĢ
vermiĢ döyüĢdə əmirin qoĢunlarını ağır məğlubiyyətə uğradırlar.
976-cı ildə, əmir Əhmədin ölümündən sonra, hakimiyyətə onun 16 yaĢlı oğlu
Məymun gəlir. Onun iqamətgahı mərhum əmirin adətən yaĢadığı qalada yerləĢirdi. Lakin
Məymunun cavanlığından istifadə edən, onun müstəqil fəaliyyət göstərməsini
istəməyən rəislər faktiki hakimiyyəti ələ keçirib, gözləri üstündə olsun deyə əmirin
özünü Ģəhər içindəki hökumət binasında yerləĢdirirlər. Məymun on ildən çox itaətə
gəlməyən rəislərin əlində oyuncağa çevrilir.
987-c i ildə ə mir Məy mun gizli surətdə ruslarla əlaqə yaradaraq, onları
Dərbəndə dəvət edir. Ruslar 18 gəmi ilə Dərbəndə gəlirlər. Lakin, yalnız bircə gəmi
limana daxil olub, əmiri azad edə bilir. Qalaya çəkilən əmir orada möhkəmlənir.
Salnamənin xəbər verdiyinə görə, dərbəndlilər sahilə çıxan bütün rusları qırırlar.
Qalan gəmilərdə Məsqətə doğru irəliləyən ruslar burada sahilə yan alıb, hər yeri talan
edir, sonra isə ġirvan və Muğan sahillərinə tərəf üzürlər. Beləliklə, muzdlu rusların
Dərbəndə dəvət olunması Xəzər sahilinin bir çox sakinləri üçün faciə ilə nəticələndi.
Lakin, görünür, dərbəndlilər Ģəhərlərinə so xulmuĢ rusların hamısını