Azərbaycan döVLƏn neft və SƏnaye universiteti «Təsdiq edirəm»



Yüklə 71,21 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix28.11.2023
ölçüsü71,21 Kb.
#135772
  1   2   3   4   5   6
Geodeziya-proqram



AZƏRBAYCAN DÖVLƏN NEFT VƏ SƏNAYE UNİVERSİTETİ 
«Təsdiq edirəm» 
ADNSU-nun rektoru, professor 
__________________ Mustafa Babanlı 
«
05
»
iyul 2016-cı il
2504.01 – «Geodeziya»
ixtisası üzrə
doktoranturaya qəbul imtahanının 
P R O Q R A M I 
BAKI – 2016 


 
Proqramı tərtib edən: 
ADNSU-nun “Faydalı qazıntı yataqlarının
geologiyası və işlənməsi” kafedrasının dosenti R.Ə.Eminov 
Rəyçilər: 
1.
Azərbaycan Memarlıq və İnşaat 
Universitetinin “Geomatika”
kafedrasının müdiri, dosent S.A.Qəniyeva 
2.
ADNSU nun “Faydalı qazıntı yataqlarının
geologiyası və işlənməsi” kafedrasının dosenti M.M.İsmayılov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
2504.01 – «Geodeziya» ixtisası üzrə doktoranturaya qəbul imtahanı proqramının 
əsasını aşağıdakı ali məktəb fənləri təşkil edir: Geodeziya, Geodeziya ölçmələrinin 
riyazi emal nəzəriyyəsi, Ali geodeziya, Radiogeodeziya, Geodezik astronomiya, 
Qravimetriya, Kosmik geodeziya, Tətbiqi geodeziya, Geodeziya istehsalatının təşkili 
və iqtisadiyyatı. 
GİRİŞ 
Geodeziya elmi ən qədim və birinci olaraq astronomiya, riyaziyyat, fizika, 
coğrafiya, geologiya və bir çox digər elmlərin yaranmasına təkan vermişdir. Bu elm 
sahələrində əldə edilən nəticə və yeniliklər tədricən geodeziyada tətbiq olunmuş və 
onun sürətlə inkişafına gətirib çıxarmışdır. İnkişaf tarixi boyu geodeziya elmi dünya 
quruluşunun və iqtisadiyyatının əksər sahələrini əhatə etmiş və onun həll etdiyi elmi, 
elmi-texniki və praktiki məsələlərinin sayı artmışdır. Bu məsələlərin həlli ilə 
geodeziyanın tədricən yaranmış bir çox fənnləri məşğuldur. Onların sürətli inkişaf 
tempi bəzi fənnlərin artıq elmə çevrilməsinə gətirib çıxarmışdır. Bu tendensiya 
Kosmik geodeziya sahəsində də müşahidə olunur. Son 50 ildə burada böyük 
nailiyyətlər əldə edilmişdir. Kompüter texnologiyasını geniş tətbiq edən Kosmik 
geodeziya əvvəllər yerüstü metodlarla on illərlə görülən əsas geodeziya işlərini bir 
neçə aya və xeyli az maliyyə xərcləri ilə aparmağa imkan verir. Kompyüter və 
kosmik texnologiyalar hal-hazırda sürətlə inkişaf etdiyindən bu sahələrdə yeni 
metodlar yaranmış və onların tədris proqramlarına salınması zərurəti ortaya 
çıxmışdır. Bu gün əsas geodeziya işlərinin 70%-ni kosmik geodeziya görmək 
iqtidarındadır. Ancaq bəzi praktiki məsələlərin həllində yerüstü metodlar daha yüksək 
dəqiqlik verir və buna görədə onlar hələ uzun müddət tətbiq olunacaq. Kosmik 
geodeziyanın mövcud problemləri aradan götürüldükcə GPS ölçmələrinin dəqiqliyi 
artacaq və onların da həlli mümkün olacaq.
Yuxarıda adlarını çəkdiyimiz fənlərin dərindən öyrənilməsi geodeziyanın bir çox 
problemlərinin həllinə yol açacaq. 

Yüklə 71,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə