Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə275/302
tarix24.12.2023
ölçüsü5,84 Mb.
#157999
növüDərs
1   ...   271   272   273   274   275   276   277   278   ...   302
Qiymet-2019

 
467 


25.5. N
əqliyyat xidmətləri bazarında yükdaşıma tarifləri 

N
əqliyyat tarifi kütləvi istehsal xidmətləri olan yük daşımanın qiymət-


l
ərini özündə əks etdirir. Onun başlıca xüsusiyyəti ondan ibarət olur ki, hər şeydən 
əvvəl elə bir məhsula müəyyən olunur ki, həmin məhsul maddi formaya malik 
deyildir. N
əqliyyat ancaq və ancaq müəyyən istehlak dəyərlərini alıcılara çatdırır, 
bu zaman onun t
ərkibini və həcmini dəyişdirmir. Bu zaman nəqliyyat xidmətləri 
istehsalı prosesi onun istehlakı prosesi ilə üst-üstə düşür. Buna görə də yük 
n
əqliyyatı məhsulu dedikdə yüklərin yerləşdirilməsi ilə bağlı işin özü başa düşülür. 
N
əqletmə prosesində daşman əmtəənin dəyəri yüksəlir. Buna görə də 
yükdaşı-maya tariflər əmtəənin nəql olunması nəticəsində pul ifadəsində onun 
d
əyərinin artmasıdır. 
N
əqliyyat xidməti bütün əmtəələrin istehsalı və satılması zamanı göstərilir. 
Onun d
əyəri məhsulun son qiymətinin müxtəlif elementlərində əks olunur; məsələn 
maya d
əyərində (material resurslarının təchizat ilə bağlı nəqliyyat- tədarük 
x
ərcləri), topdan və pərakəndə ticarət əlavələrində. Buna görə də nəqliyyat 
tarifl
ərinin dəyişməsi əmtəənin buraxılış və pərakəndə qiymətlərinin dinamika və 
s
əviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Öz növbəsində, nəqliyyat özü 
metalın iri istehlakçısıdır. Bundan başqa, tikinti materialları, kömür, elektrik 
enerjisi, yanacaq v
ə digər məhsullar da nəqliyyatda istifadə olunur. buna görə də bu 
əsasda nəqliyyatın istismar xərcləri formalaşır və son hesabda nəqliyyat tariflərinin 
s
əviyyəsinə təsir edir. Son illərdə yükdaşıma tarifləri, həm avtomobil üzrə, həm də 
aviasiya n
əqliyyatı üzrə yüksək sürətlə artmışdır. 
İndi isə milli bazarda nəqliyyat tariflərinin formalaşması xüsusiyyətlərini 
n
əzərdən keçirək. Nəqliyyat xidmətləri bazarının formalaşması xüsusiyyətləri 
daşıma prosesində müxtəlif növ nəqliyyatların iştirakı ilə bağlıdır. Ümumiyyətlə, 
bu n
əqliyyat növlərinə: dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, hava nəqliyyatı 
v
ə su nəqliyyatı aid edilir. Bu nəqliyyat növlərinin qarşılıqlı əvəz olunması, 
h
əmçinin hər birində işin xüsusiyyəti tariflərin müəyyən olunmasına və daşıma
üçün bu v
ə ya digər nəqliyyatın seçilməsinə təsir göstərir. Məsələn, uzaq məsafəyə 
yükün n
əql olunması əgər təcili çatdırılmanı tələb etmirsə, onda həmin yükü 
d
əmiryol və su nəqliyyatından istifadə olunması daha sərfəlidir. Çünki bu nəqliyyat 
növl
əri digərlərindən ucuzdur. Yaxın məsafəyə yüklərin daşınmasını avtomobil 
n
əqliyyat ilə etmək məqsədəuyğundur. Belə ki, bu nəqliyyat növündən istifadə 
zamanı yükləmə - boşaltma işlərinin həcmi azalır və yükün çatdırılması sürətlənir. 
N
əqliyyat tarifləri öz düzümünə görə müxtəlif formalara malik ola bilərlər: 
differensial, proporsional v
ə yaxud akkord. 
Differensial tarifl
ər belə müəyyən olunur. Nəql olunan məhsulun vahidinə 
tarif d
ərəcələri bu və yaxud digər qanunauyğunluqla dəyişir. Daşıma məsafəsindən 
asılı olaraq tariflər dəyişir. Əksər hallarda daşınma məsafəsinin artması ilə tariflər 
azalır (dəmiryol nəqliyyatı tarifləri). 
Proporsional tarifl
ər bütün daşınma məsafələrində nəql olunan məhsulun 
468 


vahidin
ə dəyişməz bir dərəcə üzrə müəyyən olunur. 
Akkord tarifl
ər yüklərin daşınmasına təsbit olunan, dəqiq korrespendensiya 
üzr
ə və yaxud müəyyən məsafəyə daşımaya (su və aviasiya nəqliyyatı) dərəcələr 
üzr
ə hesablanır. 
Yükn
əqliyyat tarifləri təqdim olunan yüklərin partiyalarının ölçülərindən 
asılı olaraq göndəriş növlərinə görə fərqlənirlər: vaqona görə tariflər, gəmi, 
avtomobil tarifl
əri, konteyner daşımalarına tariflər, kiçik göndərişlərə tariflər. 
Yük tarifl
ərinin içərisində avtomobildə yük daşımalarına tariflər öz 
s
ərbəstliyi və çevikliyi dərəcəsinə görə daha çox fərqlənirlər. Bilavasitə bu bazarda 
dövl
ət müəssisələri ilə bərabər müvəffəqiyyətlə işləyən kifayət qədər müxtəlif 
mülkiyy
ətə malik orta və kiçik müəssisələr də fəaliyyət göstərərək yükdaşıma ilə 
m
əşğul olurlar. Digər nəqliyyat növlərində dövlət mülkiyyəti forması hökmranlıq 
edir v
ə orada tarif siyasəti bütövlükdə dövlət nəzarətində saxlanılır. 
T
əsərrüfat fəaliyyətinin bərabər hüquqlu subyekti olmaqla nəqliyyat müəssi-
s
ələri rentabelli işləməlidirlər, bununla da özlərini təkrar istehsalın 
genişləndirilməsi şərtləri ilə təmin etməlidirlər, onlar bütün vergiləri ödəməklə, 
vergi öd
ənişlərini vaxtında aparmalıdırlar və bununla da fəaliyyətdə olan 
qanunçuluğun tələblərini yerinə yetirirlər. Nəticə olaraq və qiymətin 
formalaşmasının ümumi qaydalarına uyğun olaraq nəqliyyat tarifləri daşınma maya 
d
əyrəindən, mənfəətdən, dolayı vergilərdən və qeyri - vergi ödənişlərindən 
ibar
ətdir. Nəqliyyat tariflərinin formalaş-masında üstünlük xərclərə əsaslanır, 
n
əqliyyat xidmətlərinin maya dəyəri tariflərin müəyyən olunmasında yekun 
hesablama bazasını özündə əks etdirir. 
Daşınmanın maya dəyəri istismar xərclərinin və həmçinin daşıma prosesi ilə 
bilavasit
ə əlaqədar olan xərclərin daşıma vahidinə düşən xüsusi ölçüsünü 
xarakteriz
ə edir. Bu zaman daşınacaq yüklərin xarakteri əhəmiyyət kəsb edir. 
Müxt
əlif yüklərin daşınması üzrə maya dəyərindəki fərqləri müəyyən edən əsas 
amill
əri iki başlıca qrupa bölmək olar. 
Birinci qrupa el
ə amillər aid edilir ki, onlar yükün özünün xüsusiyyətini, 
onun istehsalı və istehlakının şərtləri və coğrafiyasını, yerləşdirilməyə onun 
hazırlıq dərəcəsini: yükün həcmi və çəkisi nisbətini, yükün miqdarını, eyni 
zamanda eyni ünvana t
əqdim olunan daşınma yükünü, yük yerlərinin ölçülərinin 
qabarit v
ə formaları, daşınma məsafəsini, yükün xarab lma və zədələnməsindən 
müdafi
ənin vacibliyini, xüsusi xidmətə tələbat (yüklərin müşahiətləri, tez xarab 
olan yükl
ərin daşınmasına xidmətlər, heyvanların daşınması xidmətlərini) özündə 
əks etdirir. 
İkinci amillər qrupunda nəqliyyat vasitələrinin xarakteristikası şərtlənir. 
Onlara aid edilir n
əqliyyat vasitələrinin yükgötürmə və yerləşdirmə imkanları, 
h
ərəkət tərkibinin təmirinə xərclər, onun xidmət müddəti, ixtisaslaşma dərəcəsi. 
Daşınmanın maya dəyərinin kalkulyasiyası üçün istismar xərclərinin 
daşınma prosesində qruplaşdırılması vacib əhəmiyyət kəsb edir. İqtisadi mənada 
(x
ərc elementləri), ayrı - ayrı daşınmalarda mya dəyərinə xərclərin daxil edilməsi 
469 


qaydası (düzünə və dolayısı ilə) maya dəyərinin hesablanmasında nəzərə 
alınmalıdır. 
Daşınma prosesinin texnologiyasını nəzərə almaqla nəqliyyatda xərclərin 
formalaşdırılması xüsusiyyəti məsrəflərin iki mərhələyə bölünməsidir: başlanğıc - 
son üzr
ə və hərəkət əməliyyatları üzrə. Başlanğıc - son əməliyyatları dayanacaqlar 
vaxtı hərəkət tərkibinin saxlanmasının, boşalma və yükləməyə hazırlanmasının 
x
ərclərini nəzərdə tutur. Bu xərclər daşınmanın uzaqlığından asılı deyildir ə ancaq 
yükün h
əcmindən asılıdır. 
H
ərəkət əməliyyatları yükün yerləşdirilməsi üzrə xərcləri müəyyən edir: 
yanacaq, yol haqqında məlumat, enerji təsərrüfatı, rabitə, siqnalizasiya, hərəkət 
yolunda h
ərəkətin tərkibi və sairə. Bütün bu xərclər daşınmanın uzaqlığından 
bilavasit
ə asılıdır. Müxtəlif məsafələrə daşınmaların nəqliyyat xərclərinin müəyyən 
edilm
əsi aşağıdakı asılılıqla həyata keçirilir: 
x = a + bd 
burada, 
x - d m
əsafəsinə daşınmanın xərcləri; 
a - 
1 ton yük hesabı ilə başlanğıc-son əməliyyatlara xərclər; b - 1 ton-
kilometr hesabı ilə hərəkətə xərclər; d - daşınma məsafəsi, kilometrlə; 
Bu asılılıqdan daşınmanın bir ton - kilometrinin maya dəyərini hesablamaq 
olar
(
)

Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə