Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə352/410
tarix16.05.2022
ölçüsü5 Mb.
#87125
1   ...   348   349   350   351   352   353   354   355   ...   410
X.Kazımlı Kitab Qiymət

25.4.Aqrar-s

ənaye kоmpleksində qiymətlərin əmələ gəlməsi 

 

 



Son ill

ərdə aqrar sferanın ümumilikdə və regionlar üzrə dinamik inkişafa 

istiqam

ətləndirilmiş  dövlət  əhəmiyyətli qərarlar və  hüquqi normativ aktlar da 

q

əbul  edilmişdir.  Qəbul edilmiş  qanun, qərar və  normativ aktlar, təbii ki, 



birinci növb

ədə  obyektiv  reallıqlara  əsaslanmalı,  respublika  iqtisadiyyatının 

xarakterin

ə  uyğun  olmalı  və  digər tərəfdən beynəlxalq standartlara cavab 

verm

əlidir.  



Müxt

əlif ölkələrdə kənd təsərrüfatı məhsullarının müxtəlif bazarlarından 

istifad

ə olunur ki, orada satılan məhsulun keyfiyyəti ilə əlaqəli olaraq qiymətə 

əlavələr və  güzəştlər sistemi tətbiq olunur. Məsələn, dəri  xammalı  ilə 

beyn


əlxalq ticarətdə  qiymətlər həmin  xammalın  mənşəyi,  regionu,  qalınlığı, 

sah


əsi, rəngi və digər keyfiyyət göstəricilərinə görə dəyişir.  

455 



B

əzən kənd təsərrüfatı  xammalının  qiymətləri  hazır  məhsulların 

qiym

ətlərindən    çıxış  etməklə  müəyyənləşdirilir.  Bu  qayda  üzrə  tünd və  ağ 



q

əndin qiymətləri hesablanılır. Dəridən olan yarımfabrikatların qiymətləri hazır 

d

əri məhsulunun qiymətlərindən çıxış etməklə müəyyənləşdirilir.  



Dünya  xammal  bazarlarının  qiymətləri məhsulda  olan  faydalı  kom-

ponentl


ərin  hesabı  ilə  differensiallaşdırılır.  Məsələn,  buğdanın  qiyməti onun 

t

ərkibində olan proteinə görə müəyyən olunur.  



K

ənd təsərrüfatı  məhsullarının  qiymətlərinin milli tənzimlənməsinin 

özün

əməxsus  sistemi  Avropa  İttifaqı  (Aİ)  ölkələrində  tətbiq olunur. Bazar 



qiym

ətəmələgəlməsi mexanizmi müxtəlif qiymət müdafiələrindən istifadənin 

t

ətbiqi ilə  saxlanılır.  Bu  qiymətlar məhsulun növündən və  regiondan  asılıdır. 



H

ər bir məhsul üzrə  müxtəlif qiymət növlərinin seçilməsi ilin əvvəlindən  Aİ 

Nazirl

ər Kabineti  tərəfindən həyata  keçirilir.  Bu,  Aİ  iştirakçı  dövlətləri və 



komissiyaları arasında uzunmüddətli razılaşmaların predmetidirlər. Bu, ərzağın 

qiym


ət  dinamikasına  və  milli kənd təsərrüfatı  istehsalçılarının  gəlirlərinin 

formalaşmasına müəyyənləşdirici təsir göstərir.  

Aİ-da qiymətlərin əmələgəlmə və formalaşma mexanizmində həlledici 

rolu üç 


əsas qiymət növü oynayır: 

1.

 



İndikativ qiymətlər; 

2.

 



İntervent qiymətlər; 

3.

 



Ticar

ət qiymətləri. 

İndikativ qiymətlərə Aİ təşkilatları arzuolunan qiymətlər kimi baxılır və 

bu qiym


ətlər buğda, süd, şəkər, zeytun yağı, günəbaxan və s.məhsullarına tətbiq 

olunur. Bir çox m

əhsullara, o cümlədən iribuynuzlu mal-qara, buzovlara 

t

əyinatı  xarakterinə  görə  qiymətlər müəyyənləşdirilir  və  ya tütünə  məqsədli 



qiym

ətlər qoyulur. 

İntervent  qiymətlər- bu, minimal satış qiymətləri istehsalçılara zəmanət 

verir  ki,  Aİ  ölkələri tərəfindən fermer məhsulları  alınacaqdır.  Bu  qiymətlər 

alışların qütbləşdirilməsini əlaqələndirir və regionlar üçün təyin oluna bilər.  

İxrac  olunan  kənd təsərrüfatı  məhsullarının  minimal  qiyməti məhsul 

növl

ərinə  görə  astana qiymətləri tətbiq olunur. Astana qiymətəri indikativ 



qiym

ətlərdən yüksəkdir.  

Qiym

ətlərin əmələ gəlməsinə birbaşa və dolayı yolla ən müxtəlif faktorlar 



öz t

əsirini göstərir. Bu faktorların sırasında xammal resursları ilə təmin edilmə 

s

əviyyəsini, siyasi vəziyyəti, həmçinin  dünya  bazarında  həmin ölkənin yerini 



xüsusil

ə qeyd etmək lazımdır. 

İndi isə gəlin müxtəlif ölkələrdə qiymətəmələgəlmənin həyata keçirilməsi 

il

ə tanış olaq. 



 

  XX 


əsrin 70-ci illərinin  əvvəllərində  inflyasiya prosesi, yəni daxili 

bazarda qiym

ət  artımı  yavaş-yavaş  çox  kəskin inflyasiyaya gətirib  çıxara 

bil


ərdi. Buna görə  də  1971-ci ildə  ABŞ-ın  o  zamankı  prezidenti  R.Niksonun 

s

əyi ilə  əməkhaqqının  dondurulması  ilə  birgə  qiymətlərə  birbaşa 



456 


m

ərkəzləşdirilmiş nəzarət təyin edildi. 

 

1972-


ci  ilin  payızı  üçün  ABŞ-da qiymət  artımının  sürəti  aşağı  salındı 

(h

əm  topdansatış,  həm də  pərakəndəsatış),  işsizlik  azaldı.  Amma  bununla 



yaranan  kapital  qoyuluşunun  perspektivi  az  olan  sahələrdən daha perspektivli 

sah


ələrə  yönəldilməsi məhdudlaşdı,  investisiya  tormozlandı  və  ümumiyyətlə 

aktivlik aşağı endi. Son hesabda gəlirlərin artımı ləngidi. Buna görə də 1974-cü 

ilin may ayında Lord hakimiyyəti qiymətlər üzərində birbaşa nəzarəti ləğv etdi. 

 

Son ill



ərdə  ABŞ-da  birbaşa  tənzimləmə  cəhdləri  daxili  bazarda  yalnız 

enerjidaşıyıcılarının qiymətlərinə aid edilirdi, çünki bu qiymət idxal edilən neft 

v

ə qazın qiymətlərinin artımı ilə yanaşı olaraq artırdı. 



 

Bel


ə bir şərait ona gətirib çıxarırdı ki, inflyasiya prosesi ləngidildi, eyni 

zamanda neft v

ə  neftemalı  sənayesinə, həmçinin bütövlükdə  energetika 

sah


əsinə  investisiya  qoyuluşunu  çox  samərəsiz etdi. Nəticədə  dünya 

qiym


ətlərinin  artımına  baxmayaraq  ABŞ-a  neft  idxalı  yüksək illik sürətlə 

artmaqda davam edirdi. 

 

1991-ci ild



ə ABŞ prezidenti R.Reyqan neft və neft məhsulları üçün daxili 

qiym


ətlər üzərində  nəzarəti ləğv  etdi,  belə  ki, bu nəzarət istehsalı  ləngidən 

t

ələbatı  stimullaşdırır,  ABŞ-ı  enerji  daşıyıcıları  idxalından  asılı  vəziyyətə 



g

ətirib çıxarırdı. 

 

Son ill


ərdə  ABŞ  hakimiyyəti qiymətlərin  birbaşa  dövlət tənzimlənməsi 

metodundan çox m

əhdud miqdarda istifadə  etməyə  başladı,  amma bununla 

yanaşı dolayı tənzimləmədən çox geniş və aktiv istifadəni seçdi. Bu mərhələdə 

qiym

ətlərin  dolayı  yolla  tənzimlənmə  siyasətinin  əsas istiqamətləri 



aşağıdakılardır: 

1)

 



perspektiv, y

əni məhdud pul-kredit siyasətinin aparılması; 

2)

 

fede



ral ehtiyat banklarının qoyduğu pulların uçotunun tənzimlənməsi; 

3)

 



dövl

ət büdcəsindəki kəsirlərin azaldılması; 

4)

 

 



diferensiallaşdırılmış və ünvanlıq vergi siyasətlərinin aparılması. 

 

N



əticədə  hal-hazırda  ABŞ-da dövlət tərəfindən qiymətlərin 5-10%-nə 

n

əzarət olunur. 



 

Aqrar sektorun m

əhsulları  üçün  ABŞ-da qəbul  edilmiş  tənzimlənmə 

metodları  böyük  maraq  doğurur.  Dənli bitkilərin  istehsalının  inkişafı  üçün 

dövl

ət fermerlərə  məqsədli səhmlər verir. Fermerlər istehsal etdikləri  taxılın 



mülkiyy

ətçisi olaraq çalışırlar və məhsulu bazar qiymətləri üzrə satırlar. Əldə 

edilmiş  mənfəətin bir hissəsini  onlar  aldıqları  səhmlərin ödənilməsi üçün 

istifad


ə edirlər. Əgər taxıl üçün bazar qiymətləri kongres tərəfindən qəbul edilib 

n

əzarət qiymətlərindən  aşağı  olarsa, onda  fermer  öz  taxılını  dövlətə  bazar 



qiym

ətləri üzrə deyil, təminatlı nəzarət qiymətləri üzrə verə bilər. 

 

Eyni hal süd, yağ, pendir kimi süd sənayesi qiymətlərinə də aiddir. Dövlət 



göst

ərişləri məhsulları əgər onların qiyməti bazar qiymətlərindən yuxarı olarsa 

n

əzarət qiymətləri üzrə  alır.  Bu  halda  məhsul mülkiyyətçiləri üçün məhsulu 



dövl

ətə təhvil vermək bazarda satmaqdan sərfəli olur. Alınan məhsulları dövlət 

457 



pulsuz yem

ək şəklində məktəblilərə verir, ərzaq köməkliyi kimi paylayır və s. 

1985-ci  ild

ən  ABŞ-da fəaliyyət göstərən aqrar qanunvericiliyinə  uyğun 

olarq fermerl

ərə  verilən kreditlərin  əvəzinə  qoyulan  girovların  məbləği  aşağı 

salındı. Beləliklə, dövlət kənd təsərrüfatı məhsullarına kredit üçün standartlar və 

faiz m


əbləğini təyin edərək qiymətlərin köklü çəkildə tənzimlənməsini həyata 

keçirir. 

 

Qiym


ətəmələgəlmənin  uyğun  prinsipləri  İngiltərə  və  Almaniya üçün də 

xarakterikdir. 

 

Kanadada qiym



ətlərin vahid əmələgəlmə  sistemi yoxdur, qiymət 

siyas


ətini uyğun nazirlik və idarələr idarə edir. Dövlət tərəfindən tənzimlənən 

qiym


ətlərin payı 10 %-ə çatır. 

 

Avstraliyada qiym



ətlərin  əmələ  gəlməsi üçün xüsusi bir sistem yoxdur. 

Çör


ək, süd və  yumurta üçün maksimal qiymət səviyyəsi  ştatların  xəzinə 

t

əşkilatları  tərəfindən təyin edilir. Qalan kənd təsərrüfatı  məhsulları  üçün 



minimal alış qiymətləri təyin edilir. 

 

Yaponiyada 1973-cü ild



ən  başlayaraq  iqtisadi  planlaşdırma  idarəsinin 

qiym


ətlər bürosu fəaliyyət göstərir ki, bu büro da antiinhisar qanuna-

uyğunluqlarına  əməl edilməsinə  nəzarəti, digər funksiyalarla  yanaşı  tələb və 

t

əklif  arasındakı  münasibətlərin öyrənilməsini həyata keçirir. Bütövlükdə 



Yaponiyada dövl

ət  orqanları  tərəfindən istehlak  qiymətlərinin 20 %-ə  qədəri 

t

ənzimlənir. Buraya düyü və  taxılın,  ət və  süd məhsullarının  qiymətləri,  su, 



istilik, elektrik enerjisi v

ə qaz üçün tariflər, həmçinin dəmiryol tarifləri, məhsul 

v

ə səhiyyə xərcləri daxil edilir. 



 

Xarakterik olaraq Yaponiyada yüks

ək inhisar, həmçinin  aşağı  inhisar 

qiym


ətlərinin təyin edilməsi  qadağandır.  İş  burasındadır  ki,  aşağı  səviyyəli 

inhisar qiym

ətləri rəqibləri  bazardan  sıxışdırıb  çıxartmaq  məqsədi  kimi  başa 

düşülür.  Burada  istehsalçı  həyata gələcəkdə  bazara tam yiyələnib sonra öz 

bildiyi kimi qiym

ət siyasəti keçirir. Bir neçə  müəssisə  tərəfindən qiymətlərin 

eyni zamanda, eyni d

ərəcədə  bu prosesin səbəblərini  açıqlayıb  tədqiq etmək 

mümkündür. 

 

İqtisadi  fəaliyyətdə  dövlətin  iştirakının  nümunəvi  misalı  kimi  Fransanı 



göst

ərə  bilərik. Burada bütün qiymətlərin təxminən 20%-i dövlət tərəfindən 

t

ənzimlənir. 80%-i isə  bazar mexanizminin fəaliyyəti nəticəsində  yaranır. 



Xarakterik haldır ki, məhz Fransada artıq uzun müddətdir ki, qiymətlərin dövlət 

t

ənzimlənməsi üçün qəti siyasət, bir sadə “dirijizm” siyasəti aparılır. II Dünya 



müharib

əsində dağıdılmış iqtisadiyyatın yenidən bərpasının zəruriliyini nəzərə 

alaraq 1947-ci ild

ən Fransada “nəzrətdə  olan azad qiymətlər” siyasəti həyata 

keçirilm

əyə  başlandı.  Bu  siyasətə  uyğun  olaraq  sahibkarlar  qiymətləri dəyişə 

bilm

ək hüququ əldə etdilər, amma bu yalnız o şərt daxilində mümkün idi ki, dövlət 



orqanları bu haqda vaxtlı-vaxtında xəbərdar edilsin. Bu orqanlar özü bildiyi kimi 

ehtimal edil

ən qiymət dəyişikliklərinə qadağa qoya bilər. 

 

1948-ci ilin   



əvvəllərindən qiymətlər üçün tam və  ya (təsadüfi hallarda) 

458 



qism

ən təyinat rejimini təyin etdi. 1949-1957-ci illərdə  Fransada qiymət 

artımını məhdudlaşdıran qanunlar qəbul edildi. 1960-1962-ci illərdə demək olar 

ki, bütün s

ənaye məhsulları  qiymətləri  “buraxıldı”.  Artıq  1963-cü ildən 

hakimiyy


ət  “inflyasiyasız  inkişaf”  siyasətinə  keçdi.  Bu  bir  sıra  qiymətlərin, 

birinci növb

ədə qida məhsulların və bəzi xidmətlərin qiymətlərinin fiksasiyası 

dem


əkdir. 

 

1965-1972-ci ill



ərdə dövlət qiymətəmələgəlmə prosesini “sabitlik sazişi”, 

“proqramlaşmış sazişlər” və “qiymət artımına əks göstərən sazişlər” adı almış 

xüsusi s

ənədlər vasitəsilə  qiymətəmələgəlmə  prosesini tənzimlədi. Sabitləşmə 

vasit

əsilə  dövlət  əsas  istehlakçıların  satdıqları  məhsul üçün az və  ya çox 



d

ərəcədə sabit qiymətlərin orta səviyyəsini saxlamağa sövq edirdi. 

 

Proqramlaşdırılmış sazişlər qiymətlərin dəyişilməsinə  yalnız o qədər yol 



verir ki, bu qiym

ətlər beynəlxalq rəqabət  şərtlərindəki dəyişikliklərə  və 

sahibkarların  mövqeyinə  cavab verə  bilsin. Bu məqsədlə  müəssisə  dövlət 

orqanlarında  öz  investisiya  proqramları  üzrə  məşğulluq,  xarici  bazarlardakı 

perspektivl

ər və  rəqabət  şərtləri üzrə,  əmək məhsuldarlığı  mahiyyəti 

idar

əedilməsi metodları,  öz məhsullarının parametrləri və s. üzrə bütün zəruri 



m

əlumatları  çatdırmalıdır.  Təqdim  edilmiş  məlumatlar elə  olmalıdır  ki,  bu 

m

əlumatların  əsasında  proqram dəyişikliklərin  qanunauyğunluqları,  ilk 



növb

ədə, qiymətlərin yüksəlməsi haqda tam qərar qəbul etmək mümkün olsun. 

 

Qiym


ətlərin yüksəlməsinə  əks-təsir göstərən  sazişlər dövlətin və  dövlət 

orqanlarının  istehsal  xərclərinin artımına  gətirib  çıxara  biləcək heç bir qərar 

edilm

əsi haqda öhdəlikləri özündə cəmləmişdir. 



 

XX 


əsrin 70-ci ilindən  başlayaraq  Fransa  hökuməti qiymətlərin  əmələ 

g

əlməsində  və  dondurulmasına  yönəldilmiş  bir  sıra  tədbirlərdən istifadə  etməyə 



başladılar.  Elə  vaxt olurdu ki, qiymətlərin 100 %-ə  qədəri fiksasiya edilirdi. 

İstehsalçının mənfəətinin qeyri-proporsional şəkildə artması müəyyən olsa da, 

onda bu m

ənfəəti təmin edən qiymətlərə əlavə antiinhisar vergiləri qoyulur. 

 

Bununla bel



ə  1973-cü  ilin  mayında  hakimiyyət sənaye məhsullarına 

qiym


ət  liberallaşmasının  başlanması  haqqında  elan  etdi.  Bu  proses  tədriclə 

r

əqabət mühitinin mövcud sahələrindən  başlayaraq  həyata keçirilirdi. Belə  ki, 



bu sah

ələrdə nə istehsal xüsusiyyəti, nə də əhaliyə sosial təminatların verilməsi 

üzünd

ən kəskin qiymət  sıçrayışları  baş  verməmişdi.  Nəticədə  1986-cı  il  üçün 



s

ənaye məhsullarına  qoyulmuş  qiymətlərin bərabərliyi 90%, dövlət 

n

əzarətindən azad edilib və yalnız 10%-i dövlət tərəfindən tənzimlənmişdi. 



 

Bel


əliklə, XX əsrin  II  yarısı  boyu  Fransada  “dirijizm”  siyasətinin 

mahiyy


ətini təşkil  edən qiymətlərin dövlət tərəfindən  birbaşa  tənzimlənməsi 

metodundan,  QƏG  prosesinə  dövlətin  dolayı  yolla  təsiri metodundan istifadə 

edilir.  Amma  bu  şəraitdə  istehsalın  artımı  ləngiyir, kapital əmək, məhsul və 

xidm


ət  bazarında  məhdudlaşır.  Bu  şərt, rəqabət faktorların  fəaliyyətinin 

l

əngiməsi ilə  izah olunur. Bundan əlavə, qeyd edilmişdir  ki,  XX  əsrin 



ortalarında  Fransada inflyasiyanın sürəti illik 9-10% təşkil edərək qiymətlərin 

459 



dolayı, iqtisadi metodlarla tənzimlənməsindən xeyli yüksək olmuşdur. Düzdür, 

birbaşa  dövlət tənzimlənməsinin yuxarıda  adı  çəkilən metodlardan istifadə 

edilm

əsəydi, həmin müddətdə  məhz Fransada inflyasiya sürətini dəqiqləş-



dirm

ək olmazdı. 

 

Qiym


ətəmələgəlmə  prosesində  birbaşa  və  dolayı  dövlət tənzimlənməsi 

metodundan istifad

əni izləmək lazım olan digər bir ölkə qrupu da Skandinaviya 

ölk


ələridir. 

 

Danimarkada qiym



ətlərin  əmələ  gəlməsi çox məhduddur. Qiymətlər, bir 

qayda olaraq, bazar konyunkturasına uyğun olaraq təyin edilir. Bilavasitə olaraq 

t

əmir  edilmiş  “möhkəm” dövlət qiymətlərinin xüsusi çəkisi 6 %-dən  yuxarı 



deyil. Dövl

ət, həmçinin vergi və  dotasiyanın  təyin edilməsinə  diferensial 

yanaşma  yolu  ilə, bu və  ya digər məhsulun  satış  həcminə  (azalmasına və  ya 

artırılmasına) təsir göstərməyə cəhd göstərir. Belə vəziyyətdə dövlətin rolu azad 

istehsalçının vicdanlı rəqabəti üçün şəraitin təmin edilməsindən ibarətdir. 

     


İsveçdə qiymətlərə nəzarəti həyata keçirmək üçün xüsusi orqan - qiymət və 

r

əqabətin  dövlət idarəsi  yaradılmışdır.  Bundan  başqa,  burada  qiymətlərin 



t

ənzimlənməsi haqda, qiymət və  rəqabət  şərtləri məlumatlarının  təqdim 

edilm

əsi  haqda  qanunlaşma  qəbul  edilmişdir.  Bir  çox  İsveç  tədqiqatçı 



iqtisadçıların  fikrinə  görə  qiymətlərin fiksasiyası  kəskin qiymət  artımını 

tormozlayaraq  yalnız  çox  qısa  müddətlərdə  təsir göstərir. Qiymətlərin dövlət 

t

ənzimləməsi dövlətə  qiymətlərin  dondurulması  hüququ  yalnız  müharibə 



şəraitində  və  ya  onun  başlanma  təhlükəsi olduqda, yaxud da ümumi qiymət 

yüks


əlişi təhlükəsi ilə  üzləşdikdə  verir.  İsveçdə  qiymətlərin səviyyəsinə  təsir, 

əsasən bəzi məhsullara dövlət inhisarı vasitəsi kimi həyata keçirilir. Məsələn: 

bel

ə inhisar spirtli içkiləri üçün, poçt əlaqələri üçün, isveç dəmiryol xidmətləri 



v

ə dövlət energetika konserni üçün həyata keçirilir. 

 

Dövl


ət kəskin  şəkildə  taxıl,  süd,  ət, yumurta və  s. kimi kənd təsərrüfatı 

m

əhsulları  üçün  alış  qiymətləri təyin edlir. Qiymətlər bu məhsulun fərdi 



istehsalçılarının  marağına  uyğun  şəkildə  dövlət və  kənd təsərrüfatı  istehsal-

çılarının  birliyinin  istehlakçılarının  iştirakı  ilə  birgə  hər  il  apardığı  illik 

danışıqlar nəticəsində təyin edilir. Zəruri sosial təminatların təmin edilməsindən 

ötrü dövl

ət  yaşayış üçün subsidiyalar və səhmlərin verilməsini həyata keçirir, 

ild


ə bir dəfə isə əhalinin gəlirlərinin indeksləşdirilməsini aparır. 

 

Norveçd



ə daxili bazar qiymətləri dünya bazarında yaranmış qiymətlərə 

əsasən təyin edilir. Bu qiymətlər qiymət üzərində nəzarət, mənfəət və rəqabətin 

m

əhdudlaşdırılmasına uyğun şəkildə olur.  



 

Dövl


ətin səlahiyyətinə minimal və maksimal qiymətlərin təyin edilməsi, 

qiym


ətlərin  hesablanması  metodikasının  təyin edilməsi, endirimlərin və  artıq 

veril


ən pulların hesablanması, mənfəət səviyyəsinin təyin edilməsi, qiymətlərin 

dondurulmasının  həyata keçirilməsi daxil edilir. Dövlət  ət, süd, marqarin, 

kimy

əvi gübrələr, sement, dərmanlar və s. kimi məhsullara müəyyən səviyyədə 



qiym

ət həddi təyin edir. 

460 



 

Finlandiya XX 

əsrin 80-ci illərində  iqtisadi  inkişafın  yüksək 

s

əviyyəsinin nəticəsi olaraq “Skandinav  Yaponiyası”  adı  aldı.  O,  həmçinin 



dünyada 

əhalinin  yaşayış  səviyyəsinə  görə  birinci yerlərdən birini tutur. 

Finlandiyada iqtisadiyyat, 

əsasən fərdi və bazar münasibətlərinə əsaslandığına 

baxmayaraq, dövl

ət qiymətlərinin təyin edilməsində  mühüm  rol  oynayır. 

Əsasən qiymətlərin  planlaşdırılması  və  onlara nəzarət qida məhsulları,  taxıl, 

enerjidaşıyıcıları,  o  cümlədən benzin, həmçinin  şərabçılıq  məhsulları  üçün 

h

əyata  keçirilir.  Aşağı  qiymətlər üzrə  satışı  həyata keçirən müəssisələr 



dövl

ətdən sərfəli kreditlər, yəni  çox  aşağı  faizlərlə  uzunmüddətli  borclar  alır. 

Finlandiyada p

ərakəndəsatış  qiymətlər sistemi öz elastikliyi və  variasıyası  ilə 

xarakteriz

ə  edilir və  istehlakın  stimullaşdırılmasına  doğru  yönəldilir. Bütöv-

lükd

ə  Finlandiyanın bazar iqtisadiyyatı  sosial  cəhətdən istiqamətləmiş  sayılır. 



Qiym

ətlərin və vergilərin tənzimlənməsinin köməkliyi ilə əhalinin həyat səviy-

y

əsinin  yüksəlməsinə  yönəldilmiş  müxtəlif tədbirlərin həyata keçirilməsi təmin 



edilir. 

 

Finlandiyada iqtisa



diyyatın  əsas sahələrinin  inkişafı  milli  proqramlarla 

nizamlanır.  Bu  proqramlar  özləri də  qiymətəmələgəlmənin plan-hesablama 

metodunun bazası əsasında qurulur. Proqnozlaşma, perspektiv inkişaf məsələlə-

rinin qurulması və texniki tərəqqinin təmin edilməsi üçün dövlət tənzimlənməsi 

metodlarından istifadə edilir, eyni zamanda bazarın tənzimlənməsi cəmiyyətin 

cari t


ələblərinin təmin edilməsi üçün çox səmərəli olur. 

 

İqtisadi  vəziyyətin  oxşarlığı  ilə  seçilən  daha  bir  inkişaf  etmiş  ölkələr 



qrupu C

ənubi Avropa, ən əvvəl İspaniya və Yunanıstandır. 

 

İspaniyada  qiymətlər üzərində  dövlət nəzarəti rəqabətin qorunması 



haqda qanunvericilik 

əsasında həyata keçirilir. Məcburi qiymətəmələgəlmə bir 

sıra  dövlət və  şəxsi müəssisələrdə  istifadə  edilir.  Şərti kəskin  şəkildə  yerinə 

yetirilm


əli olan məhsul və  xidmətlərin, qiymətləri müntəzəm  olaraq  uyğun 

kommersiya-m

əlumat bülletenlərində dərc edilir. Qiymətlərin dövlət tənzimləş-

m

əsinin İspaniyada aşağıdakı növləri vardır: 



1)

 

İcazəli qiymətlərin təyin edilməsi  –  yəni yüksəldilməsi tələb edilən 



qiym

ətlər haqqında tələbnamə əvvəlcədən qiymətləri üzrə Ali Sovetə göndərilir. 

Bel

ə qiymətləri faktiki olaraq yalnız uyğun tələbnaməyə icazə alındıqdan sonra 



qaldırıla bilər. Məsələn: elektrik enerjisi, qaz, benzin, kerosin, dizel yanacağı, 

d

ərman preparatları, teleqraf xidmətlərini, ölkə daxilində dəmiryol, avtomobil, 



d

əmiryol və hava yolları ilə daşınma və s. üzrə qiymətləri buna misal göstərilə 

bil

ər. 


2)

 

Bildiriş  qiymətlərinin təyin edilməsi  –  yəni bu qiymətlərin Qiymət 



üzr

ə Ali Sovetin icazəsi olmadan da yüksəldilə bilər. Amma bunun üçün bir ay 

əvvəlcədən bildirişlər verilməlidir. Məsələn: süd, bitki yağı və s. 

3)

 



Yerli qiym

ətlərin təyin edilməsi – yəni bu qiymətlərin təyin edilməsi 

Qiym

ətləri üzrə Əyalət Komissiyası tərəfindən həyata keçirilir. Məsələn:  əha-



linin su il

ə  təchizatı  şəhər nəqliyyatında  sərnişindaşıma,  klinikaların,  sanato-

461 



riya

ların, xəstəxanaların xidmətləri və s. 

Qeyd etm

ək lazımdır ki, son vaxtlar qiymətəmələgəlməsi dövlət tərəfin-

d

ən tənzimlənən iqtisadi sahələrin ümumi sahəsi xeyli azalmışdır. Hal-hazırda 



dövl

ət tərəfindən tənzimlənən qiymətlərin ümumi çəkisi 10%-dən  yuxarı 

deyildir. 

Yunanıstanda  qiymətlərə  dövlətin təsiri üçün hüquqi əsas 1989-cu ildə 

buraxılmış  dövlət tənzimlənməsi kodeksidir. Bu kodeksə  uyğun  olaraq 

qiym


ətlərin tənzimlənməsi, bütün məhsul və xidmətlər iki yerə bölünür: 

I qrupa o xidm

ət və məhsullar daxil edilir ki, burada qiymətlər dövlətin və 

dövl


ət orqanlarının səlahiyyətinə daxil olsun. Məsələn: kütləvi istehsalı olan kənd 

t

əsərrüfatı  məhsulları  (taxıl,  tütün,  üzüm,  həmçinin elektrik enerjisi, ictimai 



n

əqliyyat və əlaqə, aviosərnişin daşımaları və s.). 

II qrupa yerli hakimiyy

ətin cəlb edilməsi zəruriyyəti ilə  Ticarət 

Naziliyinin t

ənzimlədiyi qiymətləri, olan-qalan bütün məhsul və xidmətlər aid 

edilir. II qrupun bütün m

əhsulları, öz növbəsində qeyri-qənaətbəxş, əhəmiyyətli 

q

ənaətbəxş və əhəmiyyətsiz məhsullara bölünür. 



Əhəmiyyətli qeyri-qənaətbəxş məhsullara əsas ərzaq məhsulları, məsələn, 

çör


əyi, pendiri, un və  qəndin  əsas növləri,  həmçinin spirtsiz içkilər, restoran, 

bar v


ə qəlyanaltıxanaların xidmətləri, benzin, dizel yanacağı, taksi xidmətləri və 

s. aiddir. 

Əhəmiyyətli qənaətbəxş  məhsullara, məsələn, yuyucu vasitələr, bəzi 

tikinti materialları (gips, azbest), mürəkkəb məişət texnikası avtodayanacaqların 

xidm

ətləri, yüksəksəviyyəli restoran və  əyləncə  müəssisələrin xidmətləri aid 



edilir. 

Əhəmiyyətsiz məhsullara zərurilik ehtiyacı çox olan məhsullar aid edilir. 

Bel

ə məhsullara qiymətlər azad şəkildə dövlət orqanlarının müdaxiləsi olmadan 



bazar faktorlarının şəraiti altında yaranır. 

XXI 


əsrin  əvvəllərində  Yunanıstanda  20  %-ə  qədəri istehlak məhsulla-

rının və xidmətlərin adı dövlət tərəfindən tənzimlənirdi, qalan 80 % isə azad idi.  

Regional  qruplaşmalara  gəldikdə  isə  Avropa  Birliyi ölkələrində  kənd 

t

əsərrüfatı məhsullarının əsas hissəsinin qiymətləri üzərində sabit nəzarət sabit 



əsaslarla  milli  оorqanların  nəzarəti ilə  həyata keçirilir. Belə  məhsullara, 

m

əsələn, iribuynuzlu mal-qara, süd, rafinad–qənd aid edilir.  



Bel

ə  məhsullara maksimum və  minimum qiymət səviyyəsi  haqqında 

t

əklifləri Avropa Birliyi Cəmiyyəti  hazırlayır,  qərarı  isə  Avropa Birləşmiş 



Birliyinin Nazirl

ər Soveti qəbul edir.  

Avropa Birliyi ölk

ələrində  kömür,  polad  prokatı  üzərində  də  bu nəzarət 

ç

ərçivəsində istehsal həmçinin milli tənzimlənmə yolu ilə yerinə yetirilir. Bazis 



qiym

ətləri (endirim və  əlavələrin bazis ölçüsü) iri monopoliyaların 

preyskurantlarında dərc edilmişdir.  

Bütövlükd

ə  Avropa Birliyi çərçivəsində  milli səviyyədə  qiymətlərin  

15 %-


ə qədəri təyin edilir. 

462 



Qiym

ətəmələgəlmədə hakimiyyəti və digər dövlət orqanlarının iştirakının 

müasir t

əcrübəsi ilə tanış olaraq biz aşağıdakı nəticəyə gələ bilərik: 

1) Müxt

əlif ölkələrdə  iqtisadiyyatın  inkişafı  gedişatında  dövlətin  QƏG 

prosesin

ə  müdaxiləsi dəyişikliklərə  uğradı.  Dövlətin qiymətəmələgəlmə 

prosesin

ə  təsir  metodları  birbaşa  və  dolayı  ola  bilər, forma və  məzmun üzrə 

f

ərqlənə bilər, müxtəlif orqanlar tərəfindən və müxtəlif əsaslarda həyata keçirilə 



bil

ər. 


2) Son yarım əsrdə müxtəlif ölkələrin təcrübəsi göstərir ki, istehsalçının 

öz arzusu il

ə  fəaliyyət göstərən sərbəst bazar, demək olar ki, heç bir yerdə 

yoxdur. Bel

ə  bazarın  əvəzində  yaxşı  təşkil  edilmiş  və  tənzimlənən bazar 

f

əaliyyət göstərir. Bu bazarda bu və ya digər bir səviyyədə dövlət də iştirak edir. 



3) Xarici ölk

ələrdə  qiymətəmələgəlmədə  dövlətin təsir təcrübəsinin 

öyr

ənilməsi.  Rusiya  şəraitində  onlardan istifadə  üçün çox zəruridir. Bütün 



bunların həm müxtəlif milli bazarlarda qiymətəmələgəlmədə tendesiyaların və 

iqtisadi qanunauyğunluqların başa düşülməsi üçün, həm də keçid dövründə və 

çoxukladl  iqtisadiyyat 

şəraitində  qiymətəmələgəlmə prosesinin idarə edilməsi 

üçün böyük 

əhəmiyyəti vardır. 

Bel

əliklə,  yuxarıda  qeyd  etdiklərimizi  nəzərə  alaraq  inkişaf  etmiş 



ölk

ələrin  (İEÖ)  aqrar sahədə  qiymətəmələgəlmə  təcrübəsindən ölkəmiz üçün 

aşağıdakı nəticələri çıxarmaq mümkündür:  

 



Aqrar sektor    yüks

ək  inkişaf  etmiş  sənaye cəmiyyətlərinin  formalaş-

ması  üçün  ilkin təkan  olmuşdur.  Güclü  sənaye,  sağlam  şəhər  həyatı 

yalnız  güclü  və  sağlam  aqrar sektorun, kənd məskunlaşmasının 

üz

ərində formalaşaraq inkişaf edir;  



 

Aqrar  sektorun 



inkişafında  istehsal  amilləri,  xüsusilə  torpaq  üzərində 

s

əmərəli mülkiyyət  münasibətlərinin  qurulması  mühüm  əhəmiyyət 



k

əsb edir. Bu zaman torpağın onu becərənlərin əlində olması prinsipinə 

maksimum 

əməl  edilməsi  bu  sektorun  inkişafına  böyük  təsir göstər-

mişdir;  

 



Qabaqcıl ölkələrdə   yüksək inkişaf etmiş aqrar sektorun mövcudluğu 

bu  sah


ədə  elmi-texniki tərəqqinin  geniş  vüsət  alması  ilə  birbaşa 

bağlıdır və bu işlərdə dövlət strukturlarının rolu həlledici olmuşdur;  

 

Aqrar sektorla s



ənaye  arasında  qurulan  qarşılıqlı,  sağlam  və  fasiləsiz 

əlaqələr hər iki sektorun birgə inkişafını təmin etmişdir;  

 

aqrar  sektora  istiqam



ətlənən  səmərəli  siyasətin  qurulub  həyata 

keçirilm


əsi idarəetmə strukturlarının effektliyindən çox asılı olmuşdur. 

Daim  t


əkmilləşən  bu strukturlar  həmişə  təsərrüfat  subyektləri üçün 

“yolgöst


ərici” və himayəçi qismində çıxış etmişlər; 

 



inkişaf  etmiş  ölkələrdə  aqrar  münasibətləri  tənzimləyən  mükəmməl 

qanunvericilik 

bazası  olmaqla  yanaşı  həyata  keçirilən  aqrar  siyasətin 

əsas istiqamətləri də daim parlament tərəfindən qəbul olunan müvafiq 

qanunlar  vasit

əsilə təyin edilmişdir ki, bu da onların daha effektli və 

463 



demokratik olmasını təmin etmişdir;  

 



inkişaf  etmiş  ölkələrdə  aqrar təsərrüfat subyektləri yüksək  şəkildə 

t

əşkilatlanmışdır  ki,  bu  da  onların  öz  hüquq  və  vəzifələrini daha 



s

əmərəli şəkildə reallaşdırmalarına və aqrar siyasətin formalaşmasında 

yaxından iştirak etmələrinə şərait yaradır;  

 



Aqrar siyas

ət ümumiqtisadi siyasətin tərkib hissəsi olmaqla ərzaq, 

regional  inkişaf,  resurs,  ekoloji  və  elmi-texniki  siyasətlərəl  qarşılıqlı 

əlaqə və vəhdətdə həyata keçirilir;  

 

inkişaf etmiş ölkələrdə  aqrar sektor kifayət qədər yüksək inkişaf etsə 



d

ə  onun  daşıdığı  çox mühüm strateji əhəmiyyət və  təbiətindən irəli 

g

ələn  bir  sıra  spesifik  cəhətlər bu sektorun hələ  də  dövlətin aktiv 



proteksionist    siyas

ətinə  ehtiyacı  oldması  və  gələcəkdə  də  bunun 

davam ed

əcəyi  təsdiqlənir; 

 

N



əhayət,  inkişaf  etmiş  ölkələrdə  aqrar  sektorun  ÜDM-də  və  ümumi 

m

əşğulluqdakı  payı  daim    azalaraq  hazırda    təxminən  faiz  həddinə 



g

əlib çatmışdır. Bu ölkələrin aqrar sektorda strateji xəttlərindən biri də 

m

əhz kifayət qədər  ağır  fəaliyyt sahəsi olan bu sektorda ən son 



texnologiyaları tətbiq edərək daha az işçi qüvvəsi ilə daha məhsuldar 

istehsala nail 

olmaqdır.  Bu  zaman  xüsusilə  aqrobiznesin    və  güclü 

kooperasiya   

əlaqələri    olan iri aqrar təsərrüfatların  geniş  yayılması 

stimullaşdırılır.  

İnkişaf etməkdə olan  ölkələrin (İEOÖ)  demək olar ki, hamısının aqrar 

sektoru 


İEÖ-də  olduğu  kimi  uzun müddətdir  bazar  iqtisadiyyatı  prinsipləri 

əsasında fəaliyyət göstərir. Lakin əsas fərqləri ondan ibarətdir ki, inkişaf etmiş 

ölk

ələrdə  aqrar  sektor  daha  yüksək  inkişaf  etmişdir  və  onlar  aqrar siyasət 



mexanizml

ərini  daha  səmərəli    şəkildə  reallaşdırırlar.  Çoxlu  ölkələri  özündə 

birl

əşdirən İEOÖ qrupunun da aqrar siyasət təcrübəsinə nəzər saldıqda 1980-cı 



ill

ərə qədər olan aktiv proteksionist və 1980-cı illərdən sonra, xüsusilə 1994-cü 

il ÜTT-nin Uruqvay  Raundundan 

sonrakı  liberallaşma  dövrlərini  ayırmaq 

mümkündür.  Bu ölk

ələrdə həmçinin digər bir ümumi meyl ondan ibarətdir ki, 

liberallaşma  dövrünədək  əsasən  idxalı  əvəz  edən  məhsulların  istehsalı 

d

əstəklənirdisə,  liberallaşma  dövründə  ixrac  yönümlü  aqrar  məhsulların 



d

əstəklənməsinə  başlanmışdır.  Hazırda  müəyyən  bir ümumiləşdirmə  aparmalı 

olsaq h

əmin ölkələri aqrar qiymət  əmələgəlmə  təcrübəsi  baxımından  belə 

qruplaşdıra bilərik: 

 



Aqrar strukturu 

əsasən ailə təsərrüfatlarından ibarət olan Cənubi-Şərqi 

Asiyanın 


Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə