Bərdədə, Qəbələdə, Qubadlıda, Göyçayda, Cəbrayılda, Şa
maxıda xalq məktəbləri mövcud idi. Bu məktəblər əhalinin
vəsaiti hesabına saxlanılırdı. Bakıda ilk müsəlman qız mək
təbi 1901-ci ilin 7 oktyabrında Həsən bəy Zərdabinin ömür
yoldaşı Hənifə xanımın himayəsi ilə yaradılmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti özünün
təxminən iki illik fəaliyyəti dövründə xalqın maariflənməsi
işində vaxtın qısa olduğuna görə, əsaslı dönüş yarada bil
məmişdi.
1921-ci ilin 22 dekabrında Bakıda ziyalılar ilə görü-
şündəki çıxışında N.Nərimanov demişdi: «Maarifsiz heç bir
diləyə çatmaq, heç bir azadlıq və istiqlaliyyət eldə etmək,
iqtisadi işləri öz yoluna qoymaq və əcnəbilərin nüfuz və tə
sirindən qurtarmaq mümkün deyil»1.
1920-ci ilin əvvəlində Azərbaycanda əsasən Qori
müəllimlər Seminariyasını bitirmiş 75 nəfər azərbaycanlı
müəllim var idi.
Sovet üsul-idarəsinin ilk illərində Azərbaycanda yaşlı
əhalinin əksəriyyətinin savadsızlığı (ərəb əlifbasında yazı
üzrə də bu göstərici aşağı idi) və məktəb yaşlı uşaqların
ümumi (ibtidai icbari) təhsilə cəlb edilməsi qayğısı qətiyyət
lə tələb edirdi ki, ölkədə müəllim kadrlarının hazırlanması
məsələsi ən vacib vəzifə kimi qısa müddətdə həll edilsin.
Ölkədə müəllimlərin çatışmadığım nəzərə alaraq
Azərbaycan Respublikası İnqilab Komitəsi sədri N.Nərima
nov 1920-ci ilin 9 avqust tarixli qərarı ilə «bütün müəllimlər
hərbi vəzifədən azad olundular».
Qori müəllimlər seminariyasının (1876-1918) Azər
baycan şöbəsində (1879-1918) təhsilin rus dilində olması
səbəbindən (Azərbaycan dili fənn kimi tədris edilirdi) və
seminariyanın Azərbaycandan kənarda yerləşməsinə görə
orada təhsil alanlann miqdarı məhdud miqdarda olmuşdur.
I
50
«Kommunist» qəzeti, 25 dekabr 1921.
Bu məsələ Azərbaycan ziyalılarını düşündürürdü. Məsələn,
Əlimərdan bəy Topçubaşov Rusiya çarı canişini qraf Voron-
sov-Daşkovun 1906-cı ilin 20 fevralında Tiflisdə öz sarayın
da keçirdiyi Zaqafqaziya nümayəndələrinin müşavirəsində
etdiyi çıxışında təklif vermişdi ki, Qori müəllimlər semina
riyasının Azərbaycan şöbəsi Azərbaycanın şəhərlərindən
birinə köçürülsün. Homin təkliflə Nəriman Nərimanov
1906-cı ilin 8 mayında «Həyat» qəzetində çap etdirdiyi mə
qaləsində də çıxış etmişdi.
Bu təkliflər yalnız 1918-ci ildə həyata keçirildi. Belə
ki, Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi hə
min seminariyanın müəllimi Firudin bəy Köçərlimin rəhbər
liyi ilə Qazax şəhərinə köçürüldü və Qazax müəllimlər se
minariyası adlandırıldı. Seminariyada dərslər sentyabrın 17-
də başlanmışdı.
Beləliklə Qazax müəllimlər seminariyasının təşkilatçı
sı və ilk direktoru Firudin bəy Köçərli olmuşdur.
Bakıda oğlanlar üçün seminariya 1919-cu ilin sentyab
rında yaradılmışdı. Burada qızlar üçün də ayrıca məktob
mövcud idi. 1925-ci ildə Bakıda 6 texnikum işləyirdi. Bütün
respublikada isə homin ildə 14 texnikum mövcud idi və bun
ların əksəriyyəti müəllimlər hazırlayan seminariya idi.
Gəncə, Şəki, Şamaxı və Şuşa müəllimlər seminariyala
rı 1921-ci ildə yaradılmışdır. Şəkidə 1927-ci ilə qədər semi
nariyada oğlanlar və qızlar ayrı-ayrı qruplarda oxuyurdular.
Respublikada olan müəllimlər seminariyaları 1924-cü
ildə 113 nəfər, 1925-ci ildə 197 nəfər, 1926-cı ildə 760 nə
fər müəllim hazırlamışdı. 1926/27 dərs ilində Azərbaycanda
olan 15 seminariyada 2260 tələbə oxuyurdu ki, bunlardan
737 nəfəri qız idi.
Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi
nin ən ’ənələrini davam etdirən həmin seminariyalarda
yüksək tələbkarlıqla mükəmməl təhsil verilirdi. Bu semina
riyalarda təhsil alan gənclər bəlkə də özləri bilmədən Azər
51
baycanda xalq maarifinin siyasi eskərləri kimi yetişirdilər.
IV Ümumi Azərbaycan Sovetlər qurultayı (mart 1925)
«Əski türk əlifbası haqqında» qəbul etdiyi qərarda müəyyən
etmişdi ki, Respublikanın I dərəcəli bütün məktəblərində
1925/26 dərs ilindən başlayaraq yeni türk əlifbasına (latın
qrafikası ilə) keçid başlanmalı və bu siyasi tədbir 8 il müd
dətində (1932/1933-cü dərs ilində) qurtarmalıdır. Eyni za
manda müəyyən edilmişdi ki, yaşlı əhalinin savadsızlığının
ləğv edilməsi də yeni türk əlifbasında həyata keçirilməlidir.
1927-1929-cu illərdə savadsızlığı ləğv etmə üzrə yara
dılmış çoxsaylı axşam kursları vasitəsi ilə 106381 nəfər yaş
lı əhali öz savadsızlığım ləğv etmişdi1.
Əhalinin əksəriyyəti savadsız olduğu üçün latın qrafi
kası ilə nəşr edilməyə başlanan qəzetləri oxuyanların da sayı
çoc az idi. Buna görə də 20-ci illərin ikinci yarısından əsas
təbliğat vasitəsi toplantılar və kinofilmlərin gösterilməsi
olmuşdur. Kəndlərdəki məktəb və klub binalarında, hətta
əhalinin geniş mənzillərində ödəncsiz göstərilən kinofilmlər
böyük auditoriya toplayırdı.
Rəsmi göstərişə əsasən bütün məktəblərin şagirdləri
izdihamlı keçirilən düşərgə iclaslarında qırmızı qalstuk tə
qdim edilməklə «pioner» təşkilatına qəbul edilirdilər.
Mövcud ali məktəblərdə tələbələrin milli tərkibi nis
bəti azəri türklərinin xeyrinə deyildi. Məsələn, Azərbaycan
Dövlət Universitetinin müəllim və elmi işçilərinin tərkibin
də azərbaycanlılar 1922/23 dərs ilində 11,8% təşkil edirdisə,
1928/29 dərs ilində bu göstərici 41,2%-ə çatmışdı. Lakin bu
da məqbul deyildi.
1930-cü ildə başlanan ümumi icbari ibtidai təhsilə ke
çid uğurla başa çatdı2.
Sovetlər Qurultayları sənədlərdə, 1917-1937. M. 1964, s.198 (rus
dilində)
Sovet Azərbaycanı (Elmlər akademiyasının nəşri). B., 1958, s.330.
52
§ 3 .1941-1945-ci illər müharibəsi dövründə
Azərbaycanda hərbi-siyasi vəziyyət
Azərbaycan xalqının faşizm üzərində qələbədə
tarixi xidməti
Azərbaycan xalqının 1941-1945-ci illərin Böyük Və
tən müharibəsi dövrü ön və arxa cəbhələrdə döyüş və əmək
rəşadətləri haqqında kifayət qədər ədəbiyyat mövcuddvr.
Müharibənin başlanması ərəfəsi və ilk aylarında Bakı
neft rayonu və bütövlükdə Azərbaycan respublikası Alma
niya dövləti rəhbərliyinin hərbi doktrinasında mühüm hədəf
obyektlərindən biri idi. Bunun üçün bir neçə səbəb var idi:
1. Hitlərin planına görə Sovetlər İttifaqı üzərində qə
ləbədən sonra Almaniya ordusu Hindistan hüdudla
rına qədər uzanan geniş əraziləri zəbt edərək,
dünya ağalığına nail olmalı idi. Faşist ordusunun bu
yolu isə Qafqazdan keçməli idi.
2. Hitlerə bu cahanşümül qələbəni əldə etmək üçün
Azərbaycanın neft rayonları ilk növbədə işğal edil
məli və Almaniya ordusuna xidmət etməli idi.
3. Bakı neftinin Almaniyanın əlinə keçməsinə yol
verməmək məsələsi 1938-1940-cı illərdə İngiltərə
və Fransanın da planlarında mühüm yer tuturdu.
Hətta təklif verilmişdi ki, Bakı neftinin Hitlcrin əli
nə keçməməsi üçün bu neft rayonunu bombardman
yolu ilə sıradan çıxarmaq lazımdır.
Faşist Almaniyası 1939-cu ilin martında Rumıniya ilə
bağladığı müqaviləyə əsasən onun Ploeşti neft rayonuna nə
zarət edirdi və Bakı neftinə də nəzarətə nail olsa idi, faşist
ordusu İngiltərəyə qarşı başladığı hərbi əməliyyatlarda qə
ləbəni daha tez əldə edə bilərdi. Buna görə də İngiltərənin
yüksək hərbi dairələrində Bakı neftinin müqəddəratı məsə
ləsi 1940-cı ilin əvvəlində geniş müzakirə edilirdi. Bu
müzakirələrdən sonra Bakıya bomba zərbəsi endirilməsi
53